• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Mühakimə olunan müharibə caniləri – qisas qiyamətə, cinayət cəzasız qalmaz - ŞƏRH

Gündəm / Cəmiyyət

4-02-2026, 16:18

Mühakimə olunan müharibə caniləri – qisas qiyamətə, cinayət cəzasız qalmaz - ŞƏRH


Bu il Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci illiyidir. SSRİ-dən ona ərazilərinin işğalı, itkisi, Ermənistandan, Orta Asiyadan, Qarabağ və ətraf rayonlardan çoxsaylı qaçqınlar, dağılmış iqtisadiyyat, pozulmuş hüquqlar, qətliamlar, soyqırımlar və başqa bu kimi problemlər miras olaraq qalmışdı. Həmin dövr Azərbaycan tarixində təzadlı idi. Bir tərəfdə azadlığın, sovet müstəmləkəsindən qurtulmağın sevinci, o biri tərəfdə isə çoxsaylı problemlər, işğal, pozulmuş ərazi bütövlüyü və suverenlik, qaçqınlıq var idi.

Ancaq Azərbaycan heç bir yardım almadan bütün bu problemlərin öhdəsindən gəlməyi bacarıb. O, çağdaş dünyanın tarixində ərazi bütövlüyünü, suverenliyini öz gücü, heç bir köməklik olmadan, bütün təzyiqləri dəf edərək bərpa edən nadir dövlətdir. Bu yolda dünyanın aparıcı dövlətləri belə ona mane olmağa çalışır, ərazilərinin işğalı ilə razılaşması üçün təzyiq edirdilər.

Prezident İlham Əliyev 2023-cü il iyulun 11-də altı ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zaman bu məsələlərə toxunaraq demişdi: "Biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz, demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam".

Dövlət başçısı çıxışında müstəqilliyi, həyat tərzini, ərazi bütövlüyünü qorumaq üçün daha güclü olmağın vacibliyini vurğulamışdı: "Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər".

Prezident Azərbaycana qarşı edilən təzyiqlərə cavab verildiyinə işarə edərək bildirmişdi: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq".

Bu gün dövlət başçısının qətiyyəti və yürütdüyü uğurlu hərbi, iqtisadi, sosial, mədəni, xarici və daxili siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, vətəndaşların pozulmuş hüquqları təmin olunub.

Azərbaycan torpaqlarını işğaldan azad edərək yüzillik separatçılığın kökünü qazıdı. Bu uğurun, qələbənin məntiqi davamı müharibə və işğalçılığı davam etdirmək istəyənlərin, separatçıların, başqa cinayətlərdə təqsirləndirilənlərin tutularaq mühakiməsinə nail olmaqdır. Azərbaycan bununla da öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və başqa çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işləri üzrə fevralın 5-də keçiriləcək məhkəmədə hökmün elanı prosesinin başlayacağı gözlənilir.

Qərb dövlətləri isə Azərbaycana qarşı köhnə qarayaxma bayatıları oxuyanlar adətlərinə "sadiqlik" nümayiş etdirirlər. Onlar Azərbaycana, vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinənlərin sərbəst buraxılması istiqamətində yersiz hay-küy salırlar. Bu, Azərbaycana həmin məhkəmə ilə əlaqədar xaricdə güclü əsassız siyasi təzyiqlərin olduğunu təsdiqləyir.

Prezident bu məsələdə də qəti mövqe nümayiş etdirib. Dövlət başçısı 2025-ci il noyabrın 8-də Qələbənin beşinci illiyinə həsr olunmuş hərbi paradda çıxışında deyib: "Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər".

Rəsmi Bakı cinayətkarların cəzalandırılması üzrə məhkəmə prosesini davam etdirməklə yanaşı, bu məsələdə də ənənəvi humanistliyini göstərib. Bu il yanvarın 14-də Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək Bakıda cəza çəkən Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abrahamının Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilmiş və 20 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç 2020-ci illdə saxlanılıblar. Onlar barəsində Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham elan edilib. 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 15 il müddətə azadlıqdan məhrum edilmişdilər.

Vaqif Xaçaturyan da qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilmişdi. 2023-cü ildə Laçında saxlanılmış, həmin ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 15 il müddətə azadlıqdan məhrum edilmişdi.

Bu şəxslərin ölkələrinə təhvil verilməsi rəsmi Bakının humanistlik prinsiplərinə və Ermənistanla sülh prosesinə sadiqliyinin göstəricisi sayılır.

Eyni zamanda, Azərbaycanda qətliamlar və soyqırımılar törətmiş, onun təşkilində iştirak etmiş bir sıra şəxslər hələ də cəzasız qalıblar. Onların da törətdiklərinə görə ədalət məhkəməsi qarşısında cavab verəcəkləri istisna edilmir. Bu gün həmin qüvvələr hələ də Ermənistanda, başqa ölkələrdə fəaliyyət göstərir, gizlənirlər. Onlar revanşizmlə məşğul olan koçaryanlar, sarqsyanlar, ohanyanlardır.

Tarixdə İsrail təcrübəsi mövcuddur. O, milyonlarla yəhudinin qətlində əli olan faşist rejimin qəddar simalarını müharibə bitəndən xeyli sonra müxtəlif ölkələrdə taparaq cəzalandırılmasına, mühakimə edilməsinə nail oldu. Bununla belə həmin cinayətkarların heç də hamısı məsuliyyətə cəlb edilməyib, layiq olduqları cəzaları almayıblar.

Keçmiş Yuqoslaviyada münaqişələr bitdikdən sonra müharibə cinayətkarlarının bəziləri ədalət mühakiməsi qarşısına çıxarıldılar. Bu, beynəlxalq ictimaiyyətin ümumi səyləri nəticəsində reallaşdı. Yeri gəlmişkən, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq məhkəmə 163 nəfər (rəhbərlər) barəsində cinayət işi aparıb.

2023-cü ilin aprelində Almaniyada məhkum edilmiş ən yaşlı nasist Yozef Şüts 102 yaşında ölüb. O, nasist konslaqerinin keçmiş mühafizəçisi olmuşdu. Şüts 2022-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun 1942 – 1945-ci illərdə Berlin yaxınlığındaki Zaksenhauzen həbs düşərgəsində mühafizəçi kimi xidmət etdiyi müəyyənləşdirilib. Şüts 3 500 nəfərin öldürülməsinə iştirak edib.

Onu da xatırladaq ki, 2023-cü il aprelin 7-də Almaniyada Nürnberq prosesinin sonuncu prokuroru Benjamin Ferents 103 yaşında vəfat edib. Ferents ABŞ tribunalına İkinci Dünya Müharibəsi zamanı Şərqi Avropada qətllər törədən mobil nasist Einsatzgruppen bölmələrinin 22 rəhbəri əleyhinə cinayət işi təqdim etmişdi. Onun apardığı cinayət işləri başa çatdırılmış, faşist cinayətkarlar məsuliyyətə cəlb edilmişdilər.

Almaniyada, Azərbaycanda, dünyanın müxtəlif ölkələrində belə cinayətkarların cəzalandırılması xeyirin şər üzərində qələbəsidir. Belə faciəli əməllərin qarşısının alınması qələbələrdən də asılıdır. Odur ki, qisas qiyamətə, cinayət cəzasız qalmaz.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-12-2025, 19:14

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

12-02-2025, 10:25

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 19:00
    ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
  • Dünən, 18:30
    Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
  • Dünən, 18:22
    Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
  • Dünən, 17:32
    Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH
  • Dünən, 17:03
    Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
  • Dünən, 16:32
    Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib
  • Dünən, 15:34
    Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Dünən, 15:02
    Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
  • Dünən, 14:28
    Culfaya yeni icra başçısı təyin edilib
  • Dünən, 13:50
    Sabah 39 dərəcə isti olacaq
  • Dünən, 13:28
    Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
  • Dünən, 13:12
    Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
  • Dünən, 12:25
    Şahbuzda zəlzələ olub
  • Dünən, 12:09
    UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək
  • Dünən, 11:38
    Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb
  • Dünən, 10:50
    Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
  • Dünən, 10:06
    MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU
  • Dünən, 09:40
    Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
  • Dünən, 09:06
    Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
  • Dünən, 08:46
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 3-08-2026, 18:14
    Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
  • 3-08-2026, 18:00
    Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
  • 3-08-2026, 17:38
    Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb
  • 3-08-2026, 17:00
    "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
  • 3-08-2026, 15:54
    Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər
  • 3-08-2026, 14:40
    Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH
  • 3-08-2026, 14:06
    İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib
  • 3-08-2026, 13:42
    Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
  • 3-08-2026, 12:57
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • 3-08-2026, 12:39
    İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
  • 3-08-2026, 12:06
    Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
  • 3-08-2026, 11:31
    Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
  • 3-08-2026, 10:59
    Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub
  • 3-08-2026, 10:33
    Neft qiymətləri 5 %-dən çox aşağı düşüb
  • 3-08-2026, 10:02
    Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə