• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

ABŞ-İran münasibətinin həlli yolları: danışıqlar, yoxsa müharibə? - ŞƏRH

Gündəm / Siyasət

30-01-2026, 17:11

ABŞ-İran münasibətinin həlli yolları: danışıqlar, yoxsa müharibə? - ŞƏRH


"Danışıqlar ədalətli və real olacaqsa, İran ABŞ ilə dialoqa həmişə hazırdır". Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.

O, Tehranda CNN-ə verdiyi müsahibədə deyib ki, İslam Respublikası danışıqlara hazır olsa da, bu, ABŞ prezidentinin axtardığı dialoq deyil, Donald Tramp sadəcə "öz iradəsini başqalarına qəbul etdirmək istəyir".

Parlament sədri ötən il dekabrın 28-də başlamış və bu il yanvarın 10-dək davam etmiş etiraz aksiyalarına da münasibət bildirib. Onun iddiasına əsasən, İran aksiyalar zamanı həlak olan təhlükəsizlik xidmətinin təxminən 300 əməkdaşının qisasının alınmasından heç vaxt geri çəkilməyəcək.

Spiker ölkədə iqtisadi problemlərin olduğunu təsdiqləyərək bunların bəzilərinin səmərəsiz idarəetmə səbəbindən yarandığını istisna etməyib. Qalibaf həmin çatışmazlıqlara səbəb kimi ABŞ sanksiyalarının təsirini göstərib. Parlament sədri regiondakı gərginliyi Ştatların qoşunlarının sayının artması ilə əlaqələndirib: "O, İrana hücum edərsə, ölkəmiz cavab zərbəsi endirəcək və minlərlə ABŞ əsgərinin həyatını təhlükə altına qoyacaq. Cənab Tramp, bəlkə də, müharibəni başlada bilər, ancaq onun nə ilə bitəcəyini nəzarətdə saxlaya bilməyəcək".

Qalibafın açıqlamasını Trampın ötən gün İranı hədələməsinə cavab da saymaq olar. ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində verdiyi ismarışda İrandan "nüvə silahsız, ədalətli və dürüst razılaşma" şərti daxilində danışıqlar masasına qayıtmasını tələb edib. O, xəbərdarlıq edərək bildirib ki, ABŞ-nin növbəti zərbəsi 2025-ci ilin yayında İranın üç nüvə obyektinə qarşı əməliyyatdan "daha ağır olacaq".

ABŞ-nin Körfəzə və Aralıq dənizinə qoşun, hərbi texnika, gəmi, döyüş təyyarələri toplaması, habelə, regionda hərbi manevr keçirməsi Donald Trampın İrana təzyiqləri artırmasının göstəricisidir.

ABŞ-İran münasibətlərinə dair məlumat yayan bəzi mənbələr hətta Ştatların İsam Respublikasına endirəcəyi zərbələrin istiqamətini belə bildiriblər. Mənbələrin sözlərinə görə, keçən il dekabrın 28-dən bu il yanvarın ortalarınadək davam edən etiraz aksiyalarında minlərlə insanın ölümünə görə Vaşinqton Tehran hakimiyyətinin məsuliyyət daşıdığını bildirir. ABŞ bu qətllərdə əli olan İran rəhbərliyinə və güc strukturlarına, İslam Respublikasının nüvə obyektlərinə və dövlət qurumlarına nöqtəvi aviazərbələr endirə bilər. Ancaq hələ ki yekun qərar qəbul edilməyib.

ABŞ-nin Dövlət katibi Marko Rubio İranın hərbi hazırlığından danışarkən bəyan edib ki, İslam Respublikasının minlərlə ballistik raketi Ştatların hərbi qüvvələrinə və regiondakı müttəfiqləri üçün birbaşa təhlükə yaradır. O, ABŞ Konqresindəki görüşdə çıxış edərkən ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunun artırılmasını vurğulayaraq əlavə edib ki, 30 mindən 40 minə qədər Amerika hərbçisi bölgədə səkkiz və ya doqquz bazada yerləşdirilib: "Onlar İslam Respublikasının minlərlə kamikadze dronlarının və qısamənzilli ballistik raketlərinin real əhatə dairəsindədir".

M.Rubio onu da qeyd edib ki, İslam Respublikasının ABŞ qüvvələrinə mümkün hücumun qarşısını alıb, qüvvələri qorumaq üçün Ştatlar regionda minimal lazımi potensial güc saxlamalıdır. İsrailin, habelə, regiondakı müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün bölgədə hərbi mövcudluğunu gücləndirməlidir.

Dövlət katibi onu da vurğulayıb ki, iqtisadiyyatı heç vaxt olmadığı qədər zəifləsə də, İran raket potensialının inkişafına əhəmiyyətli resurslar ayırmaqda davam edir və minlərlə ballistik raket toplayıb: "Bu, ABŞ qüvvələri və müttəfiqləri üçün birbaşa təhlükə yaradır".

Donald Tramp isə bütün təzyiqlərə baxmayaraq, Tehranın tezliklə danışıqlar masasına oturacağına, "ədalətli və bərabər" razılaşma əldə edəcəklərinə ümid etdiyini bildirib. O vurğulayıb ki, böyük sürət, güc və konkret məqsədlə İrana doğru nəhəng donanma hərəkət edir: "Bu, əvvəllər Venesuelaya göndərilən donanmadan daha böyükdür".

ABŞ lideri deyib ki, "Abraham Linkoln" aviadaşıyıcı gəmisi donanmanın ön cəbhəsindədir, eyni zamanda, bu qüvvələr lazım olduğu halda öz missiyalarını tez, qətiyyətlə yerinə yetirməyə hazır və qadirdirlər.

İrana qarşı müharibə gündəlikdə olan ən sonuncu variantdır. Ancaq bu addımı atmaq elə də sadə deyil. Rubio və başqa rəsmilərin çıxışından da göründüyü kimi, 47 illik bir rejimi süquta uğratmaq ABŞ və regiondakı, elə bölgədən kənardakı qüvvələri üçün də təhlükə yarada bilər.

Silahlı qarşıdurma baş verərsə, Tehranın ABŞ-yə, müttəfiq və tərəfdarlarına çox böyük ziyan vuracağı istisna edilmir. Bu halda İran aşağıdakı təhlükələri yarada bilər:

- ABŞ-nin regiondakı hərb bazalarına, neft yataqlarına zərbələr endirər;

- İranın "Həşdi-Şəbi", "Hezbollah al-Nujaba" kimi qrupları Ştatların İraqdakı mövqeləri, eləcə də ölkənin infrastrukturuna hücum edər;

- ABŞ ilə çox yaxın əlaqədə olan ərəb dövlətlərinin müxtəlif iqtisadi-ticarət obyektləri raket hücumuna məruz qalar;

- İrana qonşu olan ölkələrlə sərhəddə stabilliyə təhdid yarana bilər;

- Son illər ABŞ Latın Amerikası ölkələrindən iranyönlü qüvvələri ("Hizbullah") çıxarmalarını tələb edir. İran-Venesuela əlaqələri, Argentinada yəhudi mədəniyyət mərkəzi və səfirliyinə törədilən teraktları nəzərə alsaq, Tehranın buradakı qruplarının bölgədə sabitliyi poza, müxtəlif terror aksiyaları keçirə biləcəyi qənaətinə gəlmək olar;

- Tehran regiondakı iqtisadi-ticarət, energetika, nəqliyyat və başqa layihələrə zərbə endirər.

Eyni zamanda;

- ABŞ ilə Avropa İttifaqı arasında parçalanma yaşanar;

- Çin və Rusiyanın ABŞ-yə qarşı siyasi-diplomatik təzyiqləri üçün əsaslar yaranar;

- ABŞ-nin Yaxın Şərqdə nüfuzu düşər;

- İranda xaos yaranar;

- Yaxın Şərqdə məlum olmayan silahlı qruplar ortaya çıxar;

- Regionda, o cümlədən İranda humanitar faciə yaşanar;

- Yəmən, Livan, İraq, Suriya, Əfqanıstan, Sudan və başqa ölkələrdə Qərbə qarşı olan qruplar fəallaşar;

- Yeni körfəz savaşı başlayar və s.

Bu kimi ehtimallar dünyada şəbəkələşmiş Tehran hakimiyyətinin güc yolu ilə süquta uğradılmasını əngəlləyir. Ona görə də qarşılıqlı hədələyici çıxışlar, güc nümayişi baş versə də, tərəflər arasında vasitəçilər diplomatik danışıqlar aparır. Son günlər İranın xarici işlər naziri Abbas Əraqçinin ərəb ölkələrinin XİN başçıları ilə telefon danışıqları intensiv xarakter alıb. Habelə, Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqları günaşırı olub. Yanvarın 30-da isə onun Ankaraya səfər edəcəyi gözlənilir.

Hətta ehtimal olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığında ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkiana üçtərəfli görüş keçirməyi təklif edib. Bildirilib ki, Türkiyə lideri İran ətrafında yaranan gərginliyin diplomatik masa arxasında müzakirəsi təklifini irəli sürüb.

Türkiyədə çıxan "Hürriyet" qəzetinin iddiasına görə, Donald Tramp Ərdoğanın təklifini qəbul edib. Abbas Əraqçinin Ankaraya sabahkı səfəri bu ehtimala inamı artırır. Belə düşünmək olar ki, iranlı diplomat Türkiyədə təklifin detallarını müzakirə edəcək.

İslam Respublikası ilə qonşu dövlətlər ərazilərindən İranın vurulmasına şərait yaratmayacaqlarını da bildirirlər.

Yaranmış indiki şərait ABŞ-nin İranı vurması ehtimalını azaldır. Çünki bu əməliyyat regional və qlobal səviyyədə iqtisadi-ticari münasibətlərə də problem yaradar. Bu, dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurar.

Marko Rubionun sözləri ilə ifadə etsək, o zaman "fundamental dəyişikliklər üçün çox diqqətlə düşünülməlidir".

Böyük güclər, ABŞ-yə qarşı duran Çin və Rusiya hələ məsələyə birmənalı münasibət bildirməyib. Moskva rəsmiləri hələ ki Ştatlarla İslam Respublikası arasında sadəcə vasitəçi ola biləcəklərini bəyan edirlər.

Diplomatik və müharibə yolu ilə həllindən asılı olmayaraq Tehran hakimiyyətinin gələcəyi, onun hərbi, nüvə sahələrində şəffaf olmayan, beynəlxalq təhlükəsizliyi təhdid edən fəaliyyətinin qarşısının alınması qlobal siyasətin gündəliyindədir. Son 25 ildə ABŞ-də terror (2001), İraqda Səddam Hüseynin devrilməsi (2003), ərəb baharı (2010), HƏMAS-ın tərk-silahı, "Hizbullah"ın zəifləməsi, Bəşşar Əsəd rejiminin süqutu və s. baş verib. Ancaq Tehran hakimiyyəti hələ də mövcudluğunu qoruyur. İran mərkəzli fars düşüncə sisteminin idarə etdiyi İslam Respublikası əvvəllər dolayı, indi isə beynəlxalq güclərin birbaşa hədəfindədir.

Vəziyyətdən çıxmaq üçün Tehranın heç bir ilkin şərt irəli sürmədən hələ ki aşağıdakılara əməl etməsi istənilir:

- nüvə proqramını sıfırlamaq;

- zənginləşdirdiyi urandan tamamilə imtina etmək;

- ballistik raketlərin hazırlanması proqramına yeni məhdudiyyətləri qəbul etmək;

- bölgədəki proksi qüvvələrə dəstəyi dayandırmaq;

- ABŞ ilə birbaşa danışıqlara başlamaq.

Bu şərtlər ödəniləcəyi halda növbəti şərtlərin olacağı da istisna edilmir. Odur ki, Tehranın gizlənməsi, qaçması üçün nə başqa yeri, nə də bəhanəsi qalır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-01-2026, 17:44

ABŞ-İran münasibətinin həlli yolları: danışıqlar, yoxsa müharibə? - ŞƏRH

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 12:39
    Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
  • Bu gün, 12:05
    Qərbi Azərbaycana həsr olunan verilişdə Azərbaycan gəncliyinin baxışı və digər mövzularla bağlı təhlillər aparıldı
  • Bu gün, 11:54
    Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
  • Bu gün, 10:53
    Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
  • Bu gün, 10:44
    ELTƏN TÖRƏÇİDƏN GƏNCLƏRƏ ÇAĞIRIŞ
  • Bu gün, 10:19
    Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
  • Bu gün, 09:46
    Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
  • Bu gün, 09:07
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 17:25
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Dünən, 17:00
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • Dünən, 16:28
    Nazir özünə yeni müşavir təyin etdi
  • Dünən, 15:50
    Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
  • Dünən, 15:07
    İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
  • Dünən, 14:40
    Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
  • Dünən, 12:40
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • Dünən, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Dünən, 11:32
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • Dünən, 11:16
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Dünən, 10:15
    Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
  • Dünən, 09:39
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Dünən, 09:06
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 9-09-2026, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • 9-09-2026, 17:44
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • 9-09-2026, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • 9-09-2026, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • 9-09-2026, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • 9-09-2026, 15:36
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • 9-09-2026, 15:02
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • 9-09-2026, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • 9-09-2026, 12:12
    Sınanmış Etibarın Dərsi
  • 9-09-2026, 11:54
    Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
  • 9-09-2026, 11:20
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • 9-09-2026, 10:52
    Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
  • 9-09-2026, 10:26
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə