• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir?

Gündəm / Cəmiyyət

27-05-2024, 12:25

Azərbaycanın azad edilmiş ərazilərində biznes fəaliyyəti üçün hansı güzəştlər verilir?


Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır.

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır:

aşağı həddə icarə haqqı tətbiq edilir;
dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur.

İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.

Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək:

investisiya xərclərinə qənaət edir;
məhsulun maya dəyərini aşağı sala bilirlər.

Bundan əlavə, sənaye parklarında:

idarəetmə ilə bağlı məsləhət;
sənaye üzrə ixtisaslı kadrların hazırlanması
və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.

Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir.

İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır:

Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib.
Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır.
Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımı ödənilir.
Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 %-dək olan biznes kreditlərinin 90 %-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 % bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.

İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə

əlavə məzuniyyət verilir;
onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır.

Tezliklə Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, həmçinin ayaqqabı və s. məhsulların istehsalı müəssisələri istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib. “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən texnikalara xidmət üzrə layihələr həyata keçirilməkdədir, logistika və avadanlıq layihələrinin isə icrası gözlənilir.

İşğaldan azad olunmuş ərazilərimizdə yaradılmış yeni sənaye parkları və sahibkarlar üçün tətbiq edilən güzəşt və stimullar bölgədə inkişaf və biznesin dirçəlişi üçün böyük investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq.("Report")

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

21-05-2024, 12:11

Azərbaycanla İran arasında əməkdaşlıq regional inkişafa hansı töhfələri verəcək? –TƏHLİL

Gündəm / Cəmiyyət

17-05-2024, 18:50

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

Gündəm / Cəmiyyət

16-05-2024, 13:37

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Gündəm / Cəmiyyət

7-05-2024, 18:59

Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb

Gündəm / Cəmiyyət

17-04-2024, 10:15

Əsgəran avtomobil yolunun inşasına start verilib

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:55
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • Bu gün, 15:10
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • Bu gün, 14:36
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • Bu gün, 14:32
    Göyçə mahalı Basarkeçər rayonundan olan gənclərlə görüş keçirilib
  • Bu gün, 13:14
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Bu gün, 12:44
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • Bu gün, 12:08
    Müəllim Adının Ucalığı
  • Bu gün, 12:07
    ELM VƏ MƏNƏVİYYATA HƏSR EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR
  • Bu gün, 12:04
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • Bu gün, 11:40
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • Bu gün, 10:44
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • Bu gün, 10:06
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • Bu gün, 09:33
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • Bu gün, 09:08
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:07
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 16:45
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:01
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:33
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:45
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:24
    Şagirdlərinin Uğurunda Çiçəklənən Ömür
  • 3-10-2026, 13:45
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:17
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 12:34
    Uğur Sizinlə olsun, qardaşım!
  • 3-10-2026, 12:19
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 11:12
    TFF Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu həbs edilib
  • 3-10-2026, 10:46
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə