Vətən – bir kəlmədir, amma içində min illik yaddaş, min könülün duası, min ürəyin döyüntüsü gizlidir. Bu kəlməni bizə sevgi ilə yazdıran, qələm tutmağı öyrədən, ruhumuza ilk işığı salan müəllim – zamanın səssiz qəhrəmanıdır.
Müəllim – bir insanın içindəki sonsuzluğu oyadan səsdir.
O, bilikdən öncə düşüncə verir, düşüncədən öncə duyğu.
O, hər səhər sinifə bir ümid kimi girir, hər axşam bir iz kimi çıxır.
O, gələcəyi yazmaz – gələcəyi danışar, yaşadar, inşa edər.
Siz – bir millətin yaddaşını formalaşdıran, hər bir uşaqda bir Vətən sevgisi oyadan fədakar ruhlarsınız.
Sizin verdiyiniz hər söz – bir vicdanın, bir yolun, bir sabahın təməlidir.
Sizin səbriniz – zamanın özündən dərin, fədakarlığınız – tarixə yazılacaq qədər uca.
Bu gün – sizin gününüzdür.
Bayramınız mübarək olsun, əziz müəllimlər.
Sizin işığınız – sönməyən bir ulduz kimi daim yolumuzu aydınlatmağa davam etsin…
Mövsümağa Ədalətoğlu
Yazıçı,publisist