• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Fələstinin tanınması – Yaxın Şərq düyününü vuranlar onu açmağa başlayıb - ŞƏRH

Gündəm / Siyasət

22-09-2025, 15:55

Fələstinin tanınması – Yaxın Şərq düyününü vuranlar onu açmağa başlayıb - ŞƏRH


Kanada, Böyük Britaniya və Avstraliya BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyıb.

Bu, "iki dövlət" prinsipinin reallaşması istiqamətində mühüm addım sayılır. G7qrupunun üzvü kimi Birləşmiş Krallıq və Kanadanın belə bir addımı müəyyən mənada sensasiya sayılır. Onların Fələstini tanıması "Böyük 7"lərin Yaxın Şərq məsələsinə ortaq mövqeyinin olmamasını göstərir.

Britaniyanın Baş naziri Kir Starmer və Kanada hökumətinin başçısı Mark Karni qərarlarını eyni vaxtda açıqlayıblar. Kir Starmer məsələ ilə bağlı açıqlamasında vurğulayıb: "Açıq danışaq, HƏMAS amansız terror təşkilatıdır. İki dövlət həllinə səmimi çağırışımız onların nifrət dolu baxışının tam əksidir. Ona görə də aydın şəkildə bəyan edirik: bu həll HƏMAS üçün mükafat deyil, çünki bu, HƏMAS-ın gələcəyinin, hökumətdə, təhlükəsizliyin təmin edilməsində heç bir rolunun olmaması deməkdir. HƏMAS-ı qadağan olunmuş təşkilatlar siyahısına daxil etmişik, sanksiyalar tətbiq edirik".

O gələcəkdə də bu qruplaşmaya qarşı məhdudulaşdırıcı tədbirlər görəcəklərini vurğulayıb. Rəsmi London bəyan edib ki, İsrailin təhlükəsizliyi HƏMAS-ın tərk-silah olmasından, Fələstin dövlətinin tanınmasından asılıdır.

Britaniya və başqaları tərəfindən onun tanınması həm də İsraili dünyanın siyasi xəritəsindən silmək istəyən qüvvələrə, o cümlədən İran hakimiyyətinə, HƏMAS kimi qruplaşmalara da ismarışıdır. Çünki bu kimi qüvvələr Yaxın Şərqdə gərginlik yaratmaq məqsədi ilə bir qayda olaraq Fələstin məsələsindən istifadə ediblər.

Son iki ildə, yəni 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra regionla bağlı bütün maraqlar ifşa olundu.

Britaniya və Birlik üzvlərinin Fələstini tanıması bölgə üzrə Krallığın maraqlarının da nəzərə alınmasından xəbər verir. ABŞ Prezidenti Donald Trampın Londona ötən həftə dövlət səfərindən sonra bu addımın atılması isə tərəflər arasında məsələyə dair müəyyən razılaşmaların olduğunu ehtimal etməyə əsas verir.

Çünki Fələstin-İsrail, yaxud İsrail-Fələstin münaqişəsi 75 ildir davam edir. Ərazi 1920-1948-ci illərdə Millətlər Liqası adından verilən mandatla Böyük Britaniya tərəfindən idarə olunan Fələstin adlanıb.

Ümumiyyətlə, coğrafi yer olaraq Fələstin adı Aralıq dənizi ilə İordan çayının arasında qalan bölgəyə deyilib. Mənbələrə əsasən, bu, e.ə. 450 – bizim eranın 1948-cı ili arasında istifadə olunan termin olub. Bölgə müxtəlif zamanlarda Kanaan, Siyon, İsrail, Suriya Fələstini, Cənubi Suriya, Cand Fələstini, Outremer, Müqəddəs Torpaqlar və Cənubi Levant adlandırılıb.

1947-ci il noyabrın 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar qəbul edib. Qərara əsasən, Fələstinin 54 faizi yəhudi, 45 faizi isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan bir faiz ərazi isə beynəlxalq ərazi olmalı idi.

Onda İran və Türkiyə iki dövləti qəbul etməyərək, vahid Fələstin dövlətini qəbul etdiklərini bildirirdi. Ancaq hər ikisi sonralar İsraillə bütün istiqamətlər münasibət quraraq, Fələstini də tanımışdı. 1979-cu il fevral inqilabından sonra İslam Respublikası "İsrailə ölüm!" şüarı irəli sürərək, yəhudi dövlətini siyasi xəritədən silmək istiqamətində düşmənliyə başlayıb. Həm də bu məqsədlə İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xaricdə kəşfiyyatla məşğul olan Qüds qoşunlarını yaradıb. Hətta, hər il orucluq ayının sonuncu cümə gününü "Qüds günü" olaraq qeyd etməklə bu istiqamətdə müqaviməti təşkil etməyə səy göstərirlər.

Bu baxımdan Fələstin məsələsi Tehran hakimiyyətinin siyasi-dini-ideoloji kursunun bel sütunlarındandır. Bu məsələnin onun üçün sıradan çıxarılması İslam Respublikasının təməl prinsiplərinin laxlaması anlamına gəlir.

Odur ki, Fələstinin tanınması belə qüvvələrin siyasi, sosial, mədəni, dini və hərbi cəhətdən tərk-silah olmasıdır.

Tanınma aksiyasının davam edəcəyi gözlənilir. Fransa, Belçika və Yeni Zelandiyanın da bu addımı atacağı planlaşdırılır.

Fransa Prezidenti Emmanuel Makron bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib: "Mən Fələstin Milli Administrasiyasının prezidenti Mahmud Abbas ilə danışdım... Bazar ertəsi Nyu-Yorkda Prezident Abbasa Fələstin dövlətini tanımaq niyyətimi təsdiqlədim".

O, bu qərarın region üçün daha geniş sülh planına uyğun olduğunu da vurğulayıb.

G7-nin üzvü, regiondan uzaq Yaponiyanın məsələyə münasibəti də maraq doğurur.

İsrailin xarici işlər naziri Gideon Saarın ofisinin məlumatına görə, Yaponiyanın xarici işlər naziri Takesi İvaya telefon danışığında ona bildirib ki, Tokio BMT Baş Assambleyanın toplantısında Fələstin dövlətinin tanınmasını dəstəkləməyəcək.

Rəsmi Tokio danışıqlarla bağlı hələ ki məlumatını yaymayıb. Bununla belə bir müddət əvvəl Yaponiya qəzeti "Asahi" hökumət mənbələrinə istinadən yazmışdı ki, Yaponiya ABŞ ilə münasibətləri qorumaq, İsrailin mövqeyinin sərtləşməsinə səbəb olmamaq üçün Fələstin dövlətinin tanınmasını təxirə salmağı qərara alıb.

Deməli, gec-tez onun da bu addımı atacağı istisna edilmir.

ABŞ və Almaniya hələ ki Fələstin dövlətinin tanınmasını rədd edir.

Almaniyanın xarici işlər naziri Yohann Vadefuhl bu yaxınlarda ölkəsinin mövqeyini yenidən açıqlayıb: "Fələstin dövlətini indi tanımaq olmaz, ancaq iki dövlət həlli mümkün olmalıdır". Rəsmi Berlinin mövqeyi müəyyən mənada anlaşılandır. Belə ehtimal etmək olar ki, onun bu addımı atması beynəlxalq ictimaiyyət, habelə yəhudi cəmiyyəti tərəfindən müəyyən mənada qərəzli sayıla bilər. Bu baxımdan Almaniyanın ehtiyatlı davranması, yaxud bu məsələdə ABŞ-ni müşayiət etməsi məqbul sayılır.

ABŞ Dövlət Departamentindən Fələstinin tanınması qərarını "nümayişkaranə" adlandırıblar: "Biz hələ də ciddi diplomatiyaya diqqət yetiririk, nümayişkaranə jestlərə yox. Prioritetlərimiz aydındır: girovların azad edilməsi, İsrailin təhlükəsizliyi, həmçinin bütün regionda sülh və rifah. Bu da yalnız HƏMAS olmadan mümkündür".

İsrail isə tanınmanı kəskin tənqid edib. Baş nazir Binyamin Netanyahu əvvəllər bəyan etmişdi: "Biz vədimizi yerinə yetirəcəyik - heç bir Fələstin dövləti olmayacaq". Yəhudi hökumətinin başçısı bildirib ki, onlar bütün siyasi meydanlarda, o cümlədən BMT-də Fələstin dövlətinin tanınmasına qarşı mübarizə aparacaqlar. Onun sözlərinə görə, bu, İsrailə qarşı yönəldilmiş böhtan xarakterli təbliğata və dövlətlərinin mövcudluğuna təhlükə yaradır: "Terrorizm üçün absurd mükafata çevriləcək Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq".

Bu məsələdə əsas söz sahibinin İsrail olacağı da istisna edilmir. Çünki Fələstini tanıyanlar yəhudi dövlətinə daha çox diplomatik təzyiqlər edəcək. Başqa formada təzyiqlər və tədbirlər, onların həm də ABŞ ilə münasibətlərinə problem yaradar.

Bəs İsrail niyə bunu qəbul etmir? İsrail hesab edir ki, Fələstin dövləti aşağıdakı səbəblərə görə əslində mövcud deyil:

- İddia edilən dövlətin müəyyən ərazisi və orada fəaliyyət göstərən səmərəli hökuməti yoxdur

- Mahmud Abbas başda olmaqla Fələstin Milli Administrasiyası (FMA) nə radikal HƏMAS hərəkatının nəzarətində olan Qəzza zolağına, nə də ərazisinin təxminən 60 faizi İsrailin nəzarətində olan İordan çayının Qərb sahilinə nəzarət edir

- Bu hipotetik dövlətin əhalisi ilə bağlı məsələlər aydın deyil

- Fələstin rəhbərliyi bütün fələstinlilərin maraqlarını təmsil etmək iddiasında olsa da, eyni zamanda Qəzza zolağında və İordan çayının Qərb sahilində yaşayanlar da daxil olmaqla fələstinli qaçqınlara vətəndaş hüquqları verməkdən imtina edir;

- Fələstin rəhbərliyinin beynəlxalq qanunları tanıdığına, insan hüquqlarına riayət etdiyinə və sülhə can atdığına İsrail şübhə edir ki, bu da FMA-nın dövlət kimi BMT-yə qəbul edilməsinin zəruri şərtidir.

İsrailin irəli sürdüyü şərtlərə, xüsusən ərazi və əhali məsələsinə qarşı tərəfin uyğun cavabı var. Fələstini tanıyanlar 1967-ci il sərhədini vurğulayırlar. Deməli, Fələstinin müəyyən edilmiş sərhədi mövcud olub. Əhali isə iki tərəf arasındakı qarşıdurma nəticəsində məcburi köçkün vəziyyət düşüb. Bu baxımdan İsrailin tələblərində dəyişikliklərin olacağını da ehtimal etmək olar.

Bu tələblər arasında əsas məsələlərdən biri Fələstin administrasiyası və vahid komandanın olmamasıdır. Ötən il HƏMAS da daxil olmaqla Fələstindəki siyasi qruplar Çində birgə toplantı keçirmişdi. Əsas hədəflərdən biri də ortaq mövqedən çıxış etmək idi. Onların qəbul etdiyi Pekin qətnaməsində hədəflər açıqlanmışdı. Bu, Fələstinin müstəqilliyi uğurunda mübarizə aparan və fəaliyyət göstərənlərin hələ də vahid platformasının olmadığını təsdiqləyir. Həmin qətnaməni qəbul edilməsindən bir ildən çox keçib, ancaq hələ də bu istiqamətdə nəzərəçarpacaq addım atılmayıb.

Hadisələr isə silahlı mübarizə və qarşıdurmanın Fələstin üçün faydasız olduğunu isbatlayır.

1988-ci ilin noyabrında sürgündəki Fələstinin rəhbərliyi ilk dəfə özünü müstəqil dövlət elan edib. Əlcəzair onu ilk tanıyan dövlətdir. Daha kim tanıyır? Hazırda BMT-nin 193 üzvündən azı 145-i Fələstini tanıyır. Onların arasında Rusiya, Çin, Hindistan, bütün ərəb dövlətləri, demək olar ki, bütün Afrika və Latın Amerikası ölkələri də var. Ötən gündən bu siyahıya Böyük Britaniya və Kanada da qoşulub.

İsrail, ABŞ, daha 45 ölkə isə onu tanımır. Asiyadan bu siyahıya Yaponiya, Cənubi Koreya və Sinqapur, Afrikadan Kamerun, Latın Amerikasından Panama, Okeaniyada isə regionun demək olar ki, bütün dövlətləri daxildir. Avropa təxminən yarıya bölünüb: İsveç Fələstini hələ 2014-cü ildə tanıyıb, 2024-cü ildə onun ardınca Norveç, İrlandiya, Sloveniya və İspaniya bu addımı atıb. İtaliya və Almaniya isə hələ ki, tanımaq niyyətində deyil.

Beynəlxalq hüquq üzrə mütəxəssislər bildirir ki, bu məsələ beynəlxalq hüququn ən mürəkkəb mövzularındandır. Bu məsələ ilə bağlı vahid şablon, yaxud sistem mövcud deyil. Millətlər bu məsələdə, öz müqəddəratını təyin etmə hüququndan istifadə etməkdə sərbəstdirlər. Ölkələrin dörddə üçü hesab edir ki, Fələstin dövlətçilik meyarlarına cavab verir.

Fələstinin tanınması onun beynəlxalq hüququn subyekti olaraq İsraillə eyni səviyyədə tutulmasıdır. Əslində 1947-ci ildə iki dövlət yaranarkən bu məsələ qoyulmuşdu.

Odur ki, Fələstinin tanınması adi simvol deyil. O, həm də regional və qlobal miqyasda sabitliyə, əməkdaşlığa və sülh xidmət edəcək bir hadisədir.

Böyük Britaniyanın addımı isə İsrailin və Fələstinin xeyrinə olduğundan Yaxın Şərqin təhlükəsizliyi üçün bir töhfə sayıla bilər. Bu İsrail üçün də regionda əməliyyatları başa çatdırmaq üçün bir möhlət, HƏMAS və ona bənzər silahlı qruplaşmaların tərk-silahı üçün fürsətdir. Fələstin məsələsinə ötən əsrin ortalarında düyün vuranlar onu açmağa başlayır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

28-07-2025, 16:42

Fələstinin tanınması oyunu – 78 ildir açılmayan düyün - ŞƏRH

Gündəm / Dünya

28-03-2025, 16:42

Baş nazir: ABŞ-yə etibar edə bilmərik

Gündəm / Dünya

26-03-2025, 10:07

“HƏMAS” Qəzzada müharibənin bitməsini istəyir

Gündəm / Dünya

17-02-2025, 12:07

Britaniya Ukraynaya qoşun göndərməyə HAZIRDIR - RƏSMİ

Gündəm / Dünya

17-02-2025, 08:22

“HƏMAS” Qəzzanı Fələstin Milli Administrasiyasına təhvil verməyə razıdır

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:27
    Seçkinin nəticəsi Ermənistan cəmiyyətinin mahiyyətini göstərəcək
  • Bu gün, 15:00
    "Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib
  • Bu gün, 13:40
    Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir - PROQNOZ
  • Bu gün, 12:58
    İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
  • Bu gün, 12:20
    TÜRKPA-nın Baş Katibi Ramil Həsən deputat Azər Allahverənovla görüşüb
  • Bu gün, 12:13
    Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Bu gün, 11:40
    Ağcabədidə Kür çayı bəndi yarıb
  • Bu gün, 11:05
    Bəzi ərazilərdə dumanla bağlı görünüş məsafəsi 1000 metrədək məhdudlaşır
  • Bu gün, 10:41
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 10:06
    Azərbaycan neftinin qiyməti 113 dolları keçib
  • Bu gün, 09:25
    Əlvida, 24 saat: Yer kürəsində 25 saatlıq günün görünəcəyi tarix açıqlandı
  • Bu gün, 08:49
    Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində iki nəfər ölüb, yaralılar var
  • Bu gün, 08:27
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 18:00
    Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
  • Dünən, 17:29
    Astananın sərgi mərkəzində Azərbaycan pavilyonu açılıb
  • Dünən, 17:09
    "Maliyyə icarəsi haqqında" qanun layihəsi plenar iclasa tövsiyə edilib - YENİLƏNİB
  • Dünən, 16:58
    İlham Əliyev və Edqars Rinkeviçsin iştirakı ilə Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib
  • Dünən, 16:14
    Yağıntılar intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:49
    Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq
  • Dünən, 14:59
    Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
  • Dünən, 14:33
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 12:44
    Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
  • Dünən, 12:10
    Tarix yazan şəhidimiz Yaqub Yaqubzadənin bu gün doğum günüdür
  • Dünən, 12:09
    Türk Dünyasının Birliyi Yolunda İmzalanmış Tarixi Memorandum
  • Dünən, 12:04
    İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub
  • Dünən, 11:36
    Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək
  • Dünən, 10:43
    Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür
  • Dünən, 10:20
    Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
  • Dünən, 09:50
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Dünən, 09:30
    Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək
  • Dünən, 09:08
    BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr
  • Dünən, 08:48
    Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
  • 21-04-2026, 20:06
    TÜMER və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb
  • 21-04-2026, 18:40
    Azadlıq Zirvə Deyil
  • 21-04-2026, 18:27
    Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə