• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər - ŞƏRH

Gündəm / Siyasət

11-08-2025, 10:11

İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər - ŞƏRH


ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi.

Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq və Cənubi Qafqazda mahiyyətcə yeni geosiyasi dövrün əsasını qoyacaq.

Artıq neçə gündür ki, danışıqların nəticələri mediada və analitik çevrələrdə təhlil edilir və demək olar ki, bütün rəylərdə əldə olunan razılaşmaların bölgəyə sülh və rifah gətirəcəyinə dair əminlik ifadə olunur.

Vaşinqton sammitinin uğurlu yekunları ilə bağlı Azərbaycan və Ermənistan liderlərinə çoxsaylı təbrik, Donald Trampa isə təşəbbüsə görə təşəkkür mesajları göndərilir. Dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar baş verənləri bir ağızdan alqışlayır, kimisi vaxtilə sülh prosesinə özünün verdiyi töhfəni xatırladır, kimisi gələcək üçün dəstəyini təklif edir.

ATƏT, Makron və digər qatara gecikənlər

Razılaşmaları alqışlayanlar arasında vaxtilə sülhə mane olmaq istəyənləri, Azərbaycanı qəbuledilməz güzəştlərə məcbur etməyə çalışanları da görmək mümkündür. Onlar qatara gecikdiklərini başa düşsələr də, artıq ona çatdırmaqları çox çətin, bəziləri üçün isə ümumiyyətlə mümkün olmayacaq.

Məsələn, ATƏT deyir ki, Azərbaycan və Ermənistan liderlərinin 8 avqust Bəyannaməsinin reallaşdırılmasında öz üzərinə düşəni etməyə hazırdır. Bəyannaməyə görə isə bu təşkilatın bundan sonra edə biləcəyi ən yaxşı iş ancaq ATƏT-in bədnam Minsk qrupunun ləğv edilməsi ola bilər. Münaqişənin həlli üçün vasitəçilik mandatı almış bu qurum, 30 ilə yaxın müddətdə yalnız Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışıb.

Fransa senatının üzvü Natali Qule isə rəsmi Parisin erməni lobbisinə xidmət etməsi səbəbindən oyundan kənar vəziyyətdə qaldığı üçün təəssüflənib. “İndi Fransa bu prosesdə iştirak etmir. Ümid edirəm ki, Fransa tezliklə Azərbaycanla münasibətlərini yaxşılaşdıracaq”, - deyə senator bildirib.

Azərbaycan-Ermənistan razılaşmalarını alqışlayanlar arasında BMT-nin Baş katibi Antoniu Quterriş də var. Həmin BMT-nin ki, böyük güclərin lazım bildiyi ölkələrə hərbi müdaxiləyə bir gecədə fərman verə bilir, amma 30 il ərzində öz Təhlükəsizlik Şurasının Qarabağdan işğalçı erməni qüvvələrinin çıxarılması haqqında qətnamələrinin icrasını təmin edə bilmədi.

907 saylı maneə

Yeri gəlmişkən, BMT Təhlükəsizlik Şurasında əsas söz sahibi olan ABŞ-nin özü də Donald Tramp hakimiyyətə gələnədək Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ədalətli yanaşması ilə seçilmirdi. Elə Vaşinqton danışıqlarının nəticəsi olaraq prezident Trampın icrasını dayandırdığı “Azadlığa dəstək aktı”na 907 saylı düzəliş bunun ən bariz nümunəsidir. 1992-ci ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı BMT səviyyəsində təsdiqini tapdığı bir vaxtda, ABŞ işğalçı tərəfi deyil, işğaldan zərər çəkən tərəfi sanksiyalara məruz qoymuşdu. Yalnız Amerika hərbi yüklərinin Azərbaycan üzərindən Əfqanıstana daşınması zərurəti yarandıqdan sonra Ağ Ev sahibləri bu ədalətsiz düzəlişin icrasını müvəqqəti dayandırmağa başladılar. ABŞ Əfqanıstandan çıxdıqdan sonra isə qatı ermənipərəst Co Bayden administrasiyası yenidən 907-ci düzəlişi işə saldı. Bu mənada Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə konstruktiv münasibətləri sayəsində 907-ci düzəlişin iclasının dayandırılması Vaşinqton sammitinin ən vacib nəticələrindən hesab olunur.

Qonşun qonşu olsa

Analitikləri ən çox maraqlandıran məsələlərdən biri də Vaşinqtonda baş verənlərə Moskvanın münasibəti idi ki, onun da reaksiyası özünü çox gözlətmədi. Bu ölkənin xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova da Vaşinqton görüşünü müsbət qiymətləndirdiklərini deyib. Lakin o, qeyd edib ki, əldə olunan razılaşmaların əsası Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatda qoyulub. Zaxarova hesab edir ki, Cənubi Qafqazdakı problemləri bölgə ölkələri öz qonşuları – Rusiya, İran və Türkiyənin iştirakı ilə həll etsə daha optimal olar. Türkiyənin bölgədə sülhə və əməkdaşlığa verdiyi töhfələr, oynadığı müsbət rol hər kəsə məlumdur. Bəs Rusiya və İran?

Azərbaycanın Qarabağ bölgəsindəki silahlı separatçıları zərərsizləşdirməsindən sonra Rusiya “sülhməramlı” kontingentinin də burada mövcudluğuna zərurət qalmadı. Lakin onlara dəstəyini Ermənistan ərazisində davam etdirən Moskva bilməli idi ki, revanşist qüvvələri himayə etməklə bölgənin lider dövləti olan Azərbaycanın olan-qalan etimadını da itirəcək. O ki qaldı Zaxarovanın adını çəkdiyi digər qonşu – İrana, bu ölkənin Ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayəti indidən deyir ki, onlar Vaşinqton anlaşmalarının həyata keçirilməsinə mane olacaqlar - Rusiya onlara kömək etsə də, etməsə də.

Vaxtilə Zəngəzur dəhlizinin Azərbaycana verilməsinə qarşı çıxan və Ermənistan sərhədlərinin toxunulmazlığını özünün “qırmızı xətti” adlandıran Tehran, məntiqlə, gərək indi Ermənistanın özünü cəzalandırsın. Çünki İranın “qırmızı xəttini” İrəvan qonşu Azərbaycanın, Rusiyanın və ya Türkiyənin nəzarətinə yox, birbaşa ABŞ-nin icarəsinə verməyə hazırlaşır. Zəngəzur dəhlizindən söz düşmüşkən, Mariya Zaxarova Rusiyanın da bu məsələyə isti yanaşmadığına eyham vurub və Ermənistanın İranla sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunduğunu nəzərə almağa çağırıb.

Yeri gəlmişkən, elə Vaşinqton sammitinin keçirildiyi günlərdə Rusiya ordusu SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına raket zərbəsi endirdi. Bundan əvvəl isə Ukrayna ərazisində Azərbaycan qazını nəql edən boru kəməri Rusiyanın hücumuna məruz qalmışdı. Avqustun 10-da Azərbaycan və Ukrayna Prezidentləri İlham Əliyev və Volodimir Zelenski telefon danışığı apararaq, Rusiyanın bu hərəkətlərindən hiddətləndiklərini bildiriblər. Caliber.az isə etibarlı mənbələrə istinadən xəbər verir ki, Rusiya Azərbaycanın maraqlarına qarşı yönəlmiş aqressiv siyasətini davam etdirsə, rəsmi Bakı öz arsenalında olan silahların Ukraynaya təchizatına qoyduğu embarqonu aradan qaldıra bilər.

“Nəyi, necə, nə vaxt etmək lazım olduğunu” bilən Lider

Hər bir halda Prezident İlham Əliyevin özünün də dediyi kimi, “nəyi, necə, nə vaxt etmək lazım olduğunu” o, hər kəsdən yaxşı bilir. Uzun illər göstərilən ədalətsiz münasibətə, edilən beynəlxalq təzyiqlərə rəğmən, torpaqları işğaldan tam azad edən, ölkənin sərhədlərini və suverenliyini bərpa edən və Qələbənin nəticələrini bütün dünyaya qəbul etdirən Azərbaycan lideri, irəli sürdüyü sülh gündəliyini də Vaşinqton sammitində tam reallaşdırdı. Bununla da erməni lobbisinin xidmətçiləri olan Bayden-Blinken cütlüyünün, Ermənistanı yeni müharibəyə sövq etməyə çalışan Emmanuel Makronun, barışıq əvəzinə bölgəyə hərbi kəşfiyyat yeridən Avropa İttifaqının, siyasi cəza maşınına çevrilən Avropa Parlamenti və Avropa Şurası kimi qurumların Azərbaycanı güzəştlərə məcbur etmək planları iflasa uğramış oldu.

Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində hər kəs gördü ki, bölgə xalqları çoxdan arzuladıqları sülhə özləri, birbaşa dialoq vasitəsilə nail ola bilərlər. Bunun üçün münaqişənin kökündə duran, onu qızışdıran dövlətlərin “vasitəçiliyi”nə ehtiyac yoxdur. Sülhə mane olmasınlar, yetər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Cəmiyyət

11-08-2025, 12:56

İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib

Gündəm / Cəmiyyət

9-08-2025, 17:27

Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq

Gündəm / Cəmiyyət

9-08-2025, 16:39

Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır

Gündəm / Siyasət

9-08-2025, 08:15

İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi

Gündəm / Cəmiyyət

14-09-2024, 11:36

Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:20
    Hakan Fidan Suriyada Zelenski və Əl Şaraa ilə görüşəcək
  • Bu gün, 16:30
    Azərbaycanda yağışlı hava sabah da davam edəcək
  • Bu gün, 16:00
    İsrail ordusu sutka ərzində İranda 120-dən çox hədəfə hücum edib
  • Bu gün, 15:00
    "Xatəm əl-Ənbiya": ABŞ ordusu F-35 qırıcısının pilotunu xilas edə bilməyib
  • Bu gün, 14:00
    İranın hava məkanı daha bir həftə bağlı qalacaq
  • Bu gün, 13:30
    Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
  • Bu gün, 13:00
    Ukrayna dronları LUKOIL neft emalı zavoduna zərbə endirib
  • Bu gün, 12:00
    Zori Balayan ölüb
  • Bu gün, 11:10
    İran dronları Küveytin neft sektoru kompleksinə zərbələr endirib
  • Bu gün, 11:00
    Tehran sakinləri: “İran gözlərimizin qarşısında məhv edilir”
  • Bu gün, 10:30
    İranda vurulan qırıcının digər pilotu da xilas edildi
  • Dünən, 16:10
    Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib
  • Dünən, 15:43
    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  • Dünən, 15:18
    Bir Qızın Ömründə Vətən Sevgisinin Sönməz Alovu
  • Dünən, 15:06
    Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?
  • Dünən, 14:32
    KİV: İsrail İrana qarşı əməliyyatları davam etdirəcək, ABŞ qırıcı təyyarəsinin vurulmasına sərt reaksiya gözlənilir
  • Dünən, 14:19
    “Zəfər ruhlu qəhrəmanlar” çərçivəsində növbəti tədbir keçirildi
  • Dünən, 13:54
    Yol polisi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib
  • Dünən, 12:40
    Ukrayna Rusiyada iki kimya zavoduna dronlarla zərbə endirib
  • Dünən, 11:55
    Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib
  • Dünən, 11:25
    İraqın cənubuna dron zərbəsindən sonra yanacaq anbarları yanır
  • Dünən, 10:31
    Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 10:04
    Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür
  • Dünən, 09:45
    Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
  • Dünən, 09:28
    İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
  • 3-04-2026, 18:55
    Şahin Mustafayev Çin səfiri ilə görüşüb
  • 3-04-2026, 18:26
    Netanyahu: ABŞ və İsrail İranda polad istehsalı obyektlərinin 70 %-ni məhv edib
  • 3-04-2026, 17:53
    Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH
  • 3-04-2026, 17:17
    Əli Nağıyev: Dünyanın bir çox yerində hərbi qarşıdurmalar regionda əməliyyat şəraitinə ciddi təsir edir
  • 3-04-2026, 17:00
    Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib
  • 3-04-2026, 16:00
    Yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı qərar qəbul edilib
  • 3-04-2026, 15:30
    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
  • 3-04-2026, 15:00
    SEPAH ABŞ-ın daha bir F-35 qırıcısını vurduğunu iddia edir
  • 3-04-2026, 14:30
    Növbəti dörd ildə 21 yeni peşə təhsili mərkəzi tikiləcək
  • 3-04-2026, 12:30
    İsraildə İranla müharibənin başlanğıcından bəri yaralananların sayı 6,6 minə çatıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə