• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ŞƏRH

Gündəm / Siyasət

5-08-2025, 18:32

Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ŞƏRH


İranın müxtəlif səviyyəli rəsmlərinin Azərbaycana qarşı yersiz və əsassız iddialarla çıxışları davam edir. Bu istiqamətdə İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti fəallıq göstərir.

O, Zəngəzur yolu ilə bağlı açıqlamasında bildirib ki, təmsil etdiyi hakimiyyət “özünün və regionun maraqlarına biganə” qalmayacaq. Vilayəti Cənubi Qafqazda "qanunsuz” məqsədlərə nail olmaq üçün istənilən cəhdin İran tərəfindən qətiyyətlə qarşılanacağını deyərək sosial şəbəkədəki səhifəsində hikkəsini boğa bilməyib: “Bəzi iddialı hökumətlər öz maraqlarına və regionun maraqlarına laqeyd yanaşaraq bir daha Zəngəzur dəhlizi məsələsini qaldırıblar. Onlar Cənubi Qafqazda qanunsuz məqsədlərini irəli sürmək üçün bütün qapıları döyürlər”.

Azərbaycanın adını açıqlamağa cürəti çatmasa da, o, içindəki kin və nifrəti belə davam etdirib: “Bir daha vurğulamaq istərdim ki, regionda və ya ondan kənarda Zəngəzur dəhlizi ilə əvvəlki uğursuz təcrübəni təkrarlamaq istəyən istənilən şəxs İranın sərt cavabı ilə üzləşəcək”.

Vilayəti belə hədələyici çıxışı ilə əslində Tehran hakimiyyətinin Azərbaycan Respublikasına qarşı illərboyu davam edən hikkəli, kinli davranışının yeni mövzuda, ifada bəyanıdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi gündən bu münasibət davam edir. Onun torpaqları işğal edildiyi zaman Tehran sanki belə olmalıymış kimi işğalçı Ermənistanın yanında yer alanlardan biri idi. Qarabağ və ətraf rayonlar işğaldan təmizlənənədək İranın Azərbaycana belə davranışı dəyişmədi.

Bu azmış kimi, İslam Respublikası Azərbaycan ərazisində “beşinci kolon” formalaşdırmağa səy göstərmişdi.

O, Qafan-Gorus avtomobil yolunun Azərbaycana aid hissəsindən İrəvana və Ermənistanın başqa rayonlarına yük daşımaqla 30 ildən çox müddət ərzində haram işlərlə məşğul olub.

Bu ölkənin müxtəlif şirkətləri Qarabağda işğalçılarla çiyin-çiyinə verərək bölgədəki tikililəri söküb-dağıdıb. İran vətəndaşları, bəlkə hakimiyyət nümayəndələri ermənilərlə birlikdə xarabazara çevirdikləri Azərbaycan ərazilərində narkotik qaçaqmalçılığı ilə məşğul olub.

Uzun illər Vilayətinin də təmsil olunduğu Tehran hakimiyyəti işğalçı Ermənistandan Azərbaycana qarşı təzyiq aləti olaraq yararlanıb.

Azərbaycan ərazi bütövlüyün bərpa etdikdən sonra İran da sanki tərk-silah oldu. O, ənənəvi təzyiq göstərmək metodundan istifadə etmək üçün müxtəlif bəhanələr, iddialar irəli sürməyə başladı. Zəngəzur yolu bu yerdə İran üçün göydəndüşmə bir məsələ idi. Azərbaycan Respublikasına qarşı kampaniya aparmaq üçün o bundan istifadə etməyə çalışır.

Vilayətinin bəhs etdiyimiz hədələyici açıqlaması İran hakimiyyəti daxilində Azərbaycana münasibətin ziddiyyətli, birmənalı olmadığını göstərir. Ali rəhbərin müşavirinin bu statusunu həm də Prezident Məsud Pezeşkianı hədələməsi kimi də dəyərləndirmək olar. Çünki o, Güney Azərbaycanın Zəncan şəhərində Zəngəzur yolu ilə bağlı məsələyə münasibət bildirərkən onu “əhəmiyyətsiz” adlandımışdı. Prezident bununla da dəhliz haqqında çürük və əsassız iddialara qiymət verib.

Azərbaycanla dövlət sərhədi müəyyənləşməsə də, Zəngəzur, yaxud ermənilərin Sünik adlandırdığı ərazi hazırda Ermənistanda yerləşir. Bu, həm də o deməkdir ki, indiki şəraitdə yolun açılması ilə bağlı əsas söz sahibi bu ölkə sayılır. Tehran rəsmiləri, o cümlədən Vilayəti Ermənistanın üzərinə belə hay-küylə getmir. Əksinə, İrəvan rəsmiləri ilə mülayim rəftara üstünlük verirlər.

Bu günlərdə İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Arif Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşdə bildirib ki, Tehranın qonşuluq siyasətində bu ölkənin xüsusi statusu var. O, iki ölkə arasında yol tikintisi, enerji, ekologiya, tranzit və nəqliyyat, texnologiya və süni intellekt sahələrində əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb: “İslam Respublikasının qonşuluq siyasətində Ermənistan xüsusi yer tutur. Tehran-İrəvan münasibətləri möhkəm və sarsılmaz təməl üzərində qurulub”.

İran rəsmisi Ermənistanla münasibətlərin çox yüksək, hətta qibtə ediləcək səviyyədə olduğunu vurğulayıb.

M.Arif, Ə.Vilayəti və başqaları “Bu nə yoldur?” deyə, Ermənistan rəhbərliyindən niyə soruşmurlar. Bu günlərdə Ermənistanın keçmiş XİN başçısı Ara Ayvazyan İran TV-lərindən birinə qonaq çağırılıb. Onun dilindən Tehran Zəngəzur yolu barədə əks-təbliğat aparıb. Bu da İran hakimiyyətində Vilayəti kimi siyasilərin təmsil etdiyi xəttin Azərbaycana qərəzli yanaşmasının göstəricisidir.

O, Azərbaycan və Türkiyəyə qarşı təbliğatın ideoloqlarındandır. Məsələn, o, “İranın əsl düşməninin Türkiyə” olduğunu deyərək bildirmişdi ki, Suriyada Bəşşar rejiminin çökməsinin məsuliyyətini Türkiyə daşıyır. Halbuki həmin vaxt onun hakimiyyətini qorumaq məqsədi ilə İslam Respublikası bir bəyanat belə verməyə cəsarət etmədi.

Vilayətinin təmsil etdiyi rejimin və siyasi xəttin Azərbaycan Respublikasına qarşı istifadə etdiyi məsələlərdən biri də Azərbaycan-İsrail əməkdaşlığı, tərəfdaşlığıdır. Ayətullah Ruhullah Xomeyni vaxtilə bildirmişdi ki, İran gələcəkdə hətta İsraillə də münasibətlərini normallaşdıra bilər. Ancaq "adını çəkmək istəmədiyi" bir müsəlman ölkəsi ilə o, heç vaxt barışmayacaqlarını da vurğulamışdı.

İran hakimiyyəti həmin dövlətlə indi "bir can, bir qəlbdir", ancaq İsrailə “meydan” oxuyur. Bu meydanda 12 gündə sıradan çıxdı...

Tehran bununla da Xomeyninin vəsiyyətinə əməl etməyib.

İslam Respublikasının Azərbaycana qarşı apardığı təbliğatın bir mövzusu da bu yəhudi dövləti ilə müsəlman respublikanın əlaqələridir. Bu yolu tutanlardan biri Vilayətidir. O bu günlərdə Pakistanın daxili işlər naziri ilə görüşdə deyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var, ancaq, eyni zamanda, qeyd etmək lazımdır ki, o, İslam dünyasının baxışlarına zidd addımlar atır”.

Vilayəti Suriya lideri Əhməd əl-Şaraa ilə İsrail hökuməti arasında vasitəçiliyin “İslam ölkələrinin fikrinə zidd” olduğunu bildirib. Çox gülünc iddiadır. Sual olunur, Tehranın nümayəndələri niyə Omanda ABŞ-dən olan həmkarları ilə görüşüb? Əksinə, Azərbaycanın bu təşəbbüsü regionda təhlükəsizlik və sabitliyə töhfədir.

Vilayəti ilə bağlı məsələni müvəqqəti olaraq bu aforizmlə yekunlaşdırırıq; Yaxşı ki, Allah dəvəyə qanad verməyib, yoxsa bütün damları uçurardı...

Hər gün həbsxanalarında edam hökmü icra edilən İranın Xarici İşlər Nazirliyi bu dəfə insan hüquqları ilə bağlı Azərbaycana qarşı iddia irəli sürüb. Bu sahədən ən axırda danışa biləcək ölkələrdən biri elə İslam Respublikasıdır.

Ötən gün İranın Sistan və Bəlucistan əyalətində dörd gənc barəsində edam hökmü çıxarılıb. Onlar mənsub olduqları bəluc etik qrupunun milli-mədəni, sosial və başqa hüquqlarının təmin olunmasını tələb edib, bu yolda mübarizə aparıblar.

Bu edamlar niyə olur? İran niyə dünyada ölüm hökmlərinin çıxarılmasına, icrasına görə beş-on ölkə arasında liderlərdəndir? İran XİN-in təmsil olduğu hökumət, hakimiyyət bu yöndə olan çoxsaylı suallara cavab verib, yaxud bu istiqamətdə araşdırma aparıbmı? Birmənalı şəkildə yox! Olsa belə, İran cəmiyyəti, beynəlxalq ictimaiyyət belə araşdırmalardan xəbərsizdir.

Qurum Azərbaycandakı İran vətəndaşı olan məhbusların vəziyyətindən narahat olduğunu bildirib. Heç kimə sirr deyil ki, həmin insanların, demək olar ki, hamısı Azərbaycana narkotik maddə daşıyarkən tutulub və müəyyən müddətə azadlıqdan məhrum ediliblər. Həbsxanada isə qayda və qanunlar millətə, vətəndaşlığa və başqa özəlliklərə görə tətbiq edilmir. Orada hamıya münasibət eynidir.

Son beş ildə Tehran hakimiyyəti narkotik daşıyan pilotsuz uçuş aparatları ilə Azərbaycana hücum edir. Həmin dronlar İslam Respublikası istehsalıdır. Ölkənin hava məkanı o gündədir ki, Tehran hakimiyyəti ona nəzarət edə bilmir? Yaxud, dronlar o qrupların əlinə necə keçir? İran XİN bu istiqamətdə sərhədin pozulmasından narahatlığını niyə dilə gətirmir?

İranda müxtəlif rəsmi dairələr və KİV nümayəndələri Azərbaycanda məhbus həmvətənlərinin guya pozulan hüquqları ətrafında hay-küy salmaqla Azərbaycana narkotik maddə hücumunu ört-basdır etməyə səy göstərirlər.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin əfvlə bağlı hər sərəncamında İran vətəndaşlarının da adları olur. Elə bu ilin mayında beşi İran vətəndaşı olmaqla 16 əcnəbi əfv edilib.

Vilayəti, İran XİN və daha kimlərin çıxışları İranla Azərbaycan arasında dost, qonşu, müsəlman dövlət olaraq münasibət qurmasına maneə yaradır. Bu, həm də İslam Respublikasına onsuz da zədəli olan etibarı, etimadı daha da zəiflədir.

Zəngəzur dəhlizi regional və qlobal şəraitdən doğan tələb olduğu üçün gec-tez açılacaq. Onu vilayətilər əngəlləyə bilməzlər. İnsan hüquqları müdafiəsi məsələsi isə İslam Respublikasına heç yapışmır. Odur ki, Tehran təmsilçilərinin Azərbaycana qarşı irəli sürdüyü belə tezislər çox bayağı və əsassız olduğu üçün tez ifşa olunur...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

14-09-2024, 12:22

KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Gündəm / Dünya

4-09-2024, 18:16

İrandan Rusiyaya şok: Qərbin qabağında biz dayandıq...

Gündəm / Cəmiyyət

10-08-2024, 15:27

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Gündəm / Siyasət

19-07-2024, 10:28

ABŞ rəsmisi: İranın təhdidlərinə qarşı uyğun tədbirlər görəcəyik

Gündəm / Siyasət

5-06-2024, 18:34

İlham Əliyev İran Prezidenti vəzifəsini icra edən Moxberlə telefonla danışdı

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:26
    Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
  • Bu gün, 15:25
    Totalitar sovet rejiminin sındıra bilmədiyi incəsənət xadimi
  • Bu gün, 15:21
    Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ
  • Bu gün, 14:45
    Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib
  • Bu gün, 13:04
    Aprelin son günündə 22 dərəcə isti gözlənilir
  • Bu gün, 12:33
    İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var
  • Bu gün, 12:01
    Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib
  • Bu gün, 11:33
    Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
  • Bu gün, 10:57
    7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
  • Bu gün, 10:16
    Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK
  • Bu gün, 09:45
    Bakının bəzi ərazilərində qaz olmayacaq
  • Bu gün, 09:14
    BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr
  • Dünən, 18:44
    Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək
  • Dünən, 18:04
    Milli Məclisin növbəti iclasında 8 məsələ müzakirə olunacaq
  • Dünən, 16:43
    Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir
  • Dünən, 15:28
    Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib
  • Dünən, 14:47
    İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib
  • Dünən, 14:20
    Prezident Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş"i təsdiq edib
  • Dünən, 14:17
    Prezident bir qrup sahibkarı təltif edib
  • Dünən, 12:14
    Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda geniş tərkibli konfrans keçirilib.
  • Dünən, 12:09
    Ukrayna dronları yenidən Tuapsedə neft emalı zavoduna zərbə endirib
  • Dünən, 11:20
    Aktau 2030-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı ola bilər
  • Dünən, 11:08
    Baş katib Azər Allahverənov Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə təhsil sahəsində mümkün əməkdaşlıq imkanlarını müzakirə edib
  • Dünən, 11:05
    Xalqın Sevgisi İlə Ucalan Ömür
  • Dünən, 11:00
    Cənubi Sudanda təyyarə qəzası nəticəsində 14 nəfər ölüb
  • Dünən, 10:47
    AQTA sədri Lənkəranda vətəndaşları qəbul edəcək
  • Dünən, 10:00
    Kir Starmer: İranda müharibə britaniyalıların istehlakçı vərdişlərini dəyişdirə bilər
  • Dünən, 09:28
    Həqiqəti Yazan İnsan
  • Dünən, 09:00
    Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi ömürlük həbs cəzası gözləyir
  • Dünən, 06:37
    Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
  • Dünən, 06:25
    Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • 27-04-2026, 18:50
    Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib
  • 27-04-2026, 18:39
    Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • 27-04-2026, 17:35
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • 27-04-2026, 17:22
    İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə