• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

31-07-2025, 18:55

Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA

İyulun 28-də “Elektroenergetika haqqında” Qanuna dəyişiklik təsdiqlənib.

Bununla elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi - sabit tarif mexanizmi əlavə edilib.

Sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit və dəyişməyən xərclərinin bütün məişət istehlakçıları arasında ədalətli şəkildə bölüşdürülməsidir.

Sabit tarif mövcud tarifi artıracaq?

“Elektroenergetika haqqında” Qanuna dəyişikliklər müəyyən sualların meydana çıxmasına səbəb olub.

Ən çox verilən suallardan biri budur: “Sabit tarif tətbiq olunması mövcud tarifi artıracaqmı?”

Xeyr, sabit tarifin tətbiq olunması elektrik və qaz tariflərinin artımı demək deyil. Mövcud tarifin daxilində strukturlaşdırma aparılması və istehlakından asılı olmayaraq hər bir abonentin sabit tarifi ödəməsi nəzərdə tutulur. Ümumiyyətlə “Sabit tarif” xərc əsaslı tarif elementlərindən biridir. Sabit tarifin tətbiqində əsas məqsəd xidmət keyfiyyətinin artırılmasıdır, lakin tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinin çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması və təchizat sahələri üzrə stabil pul axınlarının formalaşdırılması hesabına əldə olunmasıdır.

Vətəndaşları ən çox maraqlandırdan suallardan biri isə belədir: “Elektrik enerjisi və qaz istehlak edən vətəndaş bunun ödənişindən əlavə sabit tarif də ödəməli olacaq?”

Sabit tarifin tətbiqi ilə normativ səviyyədə elektrik enerjisi və qaz istehlak edən vətəndaş üçün əlavə ödəmə nəzərdə tutulmur. Sadə dildə desək, sabit tarif hal-hazırda mövcud tarifinin daxilində istehlakçılar tərəfindən ödənilir. Bu baxımdan, sabit tarifin tətbiqinə mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğru olar.

Sabit tarif nə vaxtdan tətbiq olunacaq?

Sabit tarifin nə vaxtdan tətbiq olunacağına gəlincə, qanunun qəbulu bilavasitə sabit tarifin tətbiqi mənasına gəlmir, tətbiqi üçün hüquqi zəmin yaranır. Sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hal-hazırda bununla bağlı hər hansı müzakirə aparılmır.

Vətəndaş yaşamadığı evinə görə sabit tarif ödəyəcəkmi?

Başqa bir sual birdən çox mənzili olan vətəndaşların yaşamadıqları evlərində elektrik enerjisi və qaz üçün ödəniş edib-etməyəcəkləri ilə bağlıdır.

Qeyd olunmalıdır ki, sabit tarif elementinin tətbiqində əsas məqsədlərdən biri sabit xərclərin ədalətli ödənişinə nail olmaqdır. İstifadə olunmayan (istehlak baş verməyən) mənzillərə sahib abonentlər sabit tarif üçün ödəniş edəcəklər. Çünki hal-hazırda bu tipli mənzillərlə bağlı faktiki sabit xərclər digər abonentlər tərəfindən ödənilir. Ümumiyyətlə, hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses olmaqla istehsaldan başlamış ötürmə və paylama şəbəkəsi üçün güc tələbi, əlavə infrastruktur və maliyyə yükü yaradır. Yəni, abonentin şəbəkəyə qoşulması onun enerji istehlak edib-etməməsindən asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Belə olduğu təqdirdə, başqa bir haqlı sual da meydana çıxır: Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir?

Sabit tarif necə tətbiq ediləcək?

Sabit tarifin vahid formada tətbiq ediləcəyi, yoxsa qiymətləri dəyişən paketlər şəklində olacağı ilə bağlı (yəni, 10, 15, 25, 50 AZN-lik paketlər və s.) qeyd edək ki, beynəlxalq təcrübədə olduğu kimi, sabit tarifin tarif dövrünə aid sabit xərclərin həcmindən asılı olaraq aylıq sabit ödəniş formasında tətbiqi nəzərdə tutulur.

Sabit tarifi hansı orqan müəyyən edəcək?

Bəs, “Tənzimləyici orqan müəyyənləşdirilibmi?

Sabit tarifi hansı orqan müəyyən edəcək və ya tənzimləyəcək?”

“Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə və həmin Qanunun tətbiqi barədə ölkə Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanına əsasən, 2028-ci il 1 iyul tarixinədək elektroenergetika sahəsində tariflərin tənzimlənməsi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

Sabit tarifin tətbiqinin hansı müsbət nəticələri ola bilər?

“Sabit tarifin tətbiqinin dividendləri nələrdir?”

Sabit tarifin tətbiqi nəticəsində kommunal sahədə bəzi müsbət nəticələrin əldə olunması düşünülür.

Sabit tarifin tətbiqi nəticəsində təchizat xərclərinin daha təkmil iqtisadi yanaşmalar əsasında tariflərə ötürülməsinin təmin edilməsi, daha ədalətli tarif strukturunun formalaşdırılması, təchizat şəbəkələri üzrə dayanıqlığının təmin olunması baxımından təchizat subyektlərinə tarif daxilolmaları üzrə pul axınlarında stabilliyinin təmin edilməsi, təchizat xidmətləri üzrə gəlir və xərclərin daha effektiv proqnozlaşdırılması və dövri subsidiya tələblərinin tədricən aradan qaldırılması gözlənilir.(Apa)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

10-06-2025, 17:29

Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”

Gündəm / Cəmiyyət

10-06-2025, 15:14

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

Gündəm / Cəmiyyət

3-01-2025, 12:57

"Azəriqaz" abonent uçotu sistemlərində yeni tariflərin tətbiqinə start verib

Gündəm / Cəmiyyət

2-01-2025, 12:53

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib

Gündəm / Cəmiyyət

5-07-2024, 13:55

Elektrik şəbəkəsinə dair qaydalar təsdiqləndi

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:08
    ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər - ŞƏRH
  • Bu gün, 17:47
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:58
    Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • Bu gün, 16:29
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 15:51
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 14:58
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:46
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:09
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:23
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 20:30
    Deputat Azər Allahverənov Zabratdakı 21 nömrəli Şəhər Poliklinikasında aparılan əsaslı təmir işləri ilə tanış olub
  • Dünən, 18:25
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:00
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:26
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:01
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Dünən, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Dünən, 14:42
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Dünən, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Dünən, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Dünən, 12:05
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Dünən, 11:02
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Dünən, 10:23
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Dünən, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • 29-09-2026, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • 29-09-2026, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • 29-09-2026, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • 29-09-2026, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • 29-09-2026, 16:44
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə