• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Kriminal Rusiya – Yekaterinburq qətliamının məsuliyyəti Putinin üzərinə düşür – ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 15:00

Kriminal Rusiya – Yekaterinburq qətliamının məsuliyyəti Putinin üzərinə düşür – ŞƏRH

 
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilmiş amansız qətliam ölkəmizdə, regionda, bütövlükdə postsovet məkanında ciddi rezonans doğurub. Hüquq-mühafizə orqanlarının xüsusi vəhşiliklə həyata keçirdiyi amansız quldur hücumunun yalnız bir adı var - dövləti kriminal qətliam.

Bu vandalizmin məsuliyyəti də birbaşa Rusiya prezidenti Vladimir Putinin üzərinə düşür. Kifayət qədər ciddi ittiham olsa da, bunu əsaslandırmaq üçün ortada kifayət qədər əsas və faktlar var. Ölkədə qanunsuzluq, başıpozuqluq o həddə çatıb ki, məhkəmə qərarı olmadan, müvafiq araşdırma aparmadan insanlar qətlə yetirilir, amansız işgəncələrə məruz qalır. Bunun da məsuliyyəti birbaşa özünü hər bir vətəndaşın hüquqlarını qoruyacağına and içən şəxsin üzərinə düşür.

Digər bir məsələ - hadisənin üstündən iki günə yaxın bir vaxt keçsə də, nə Putinin, nə də aşağı ranqlı bir məmurun, rəsminin üzrxahlığı var. Yalnız Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın söz yığnağı və boşboğaqla dolu bəyanatından başqa ortada heç nə yoxdur. Əslində isə necə olmalıdır? Normal, sivil dövlətlərdə belə bir olay törədilən kimi dərhal dövlət başçısı səviyyəsində müvafiq açıqlamalar və üzrxahlıq edilir. Rəsmi Bakının Kremlə təqdim olunan notası olsa da, qarşı tərəf həyasızcasına bunu qulaqardına vurur.

Artıq Azərbaycan Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfərini də ləğv edib. Bildirilib ki, yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərinə lüzum yoxdur. Sərt qərarlar bununla kifayətlənməyib. Məsələn, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə ölkəmizdə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib. Və üzrxahlıq və notaya cavabın olmaması bu sərt addımları daha da genişləndirəcək. Kreml anlamalıdır ki, Azərbaycan hökuməti harada olmalarından asılı olmayaraq hər bir həmvətənin hüququqlarını qorumaqda davam edəcək.

Utancverici hal həm də odur ki, Kreml bu qətliamı törətməklə öz nüfuzunu, imzaladığı sənədləri şübhə altına qoyur. Axı onun özü cəmi üç il əvvəl, 2022-ci ilin 22 fevralında Moskvada müttəfiqlik müqaviləsinə imza atıb. Halbuki, prezidentlərin imzaladığ həmin müqavilənin 40-cı bəndində bildirilib ki, tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etməlidir. Eyni zamanda öz ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmalıdırlar. Rusiya isə son addımları bunları kobud şəkildə pozur.

Şübhə yoxdur ki, kremlpərəst media, siyasilər Azərbaycanda artan narazılıqlar fonunda iddia etməyə başlayacaqlar ki, ay nə bilim baş verən vəhşilikdən prezidentin xəbəri olmayıb, ya da qətliam kimlərinsə özfəaliyyətidir. Bəlkə də, buna inanmaq olardı - əgər bundan əvvəlki hadisələr olmasaydı. Söhbət AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması və onlarla azərbaycanının həlak olmasından gedir. Prezident Vlladimir Putin tərəfi ötən ilin dekabrın sonunda baş verən hadisənin üstündən xeyli keçsə də, hələ də nə bir üzrxahlıq səsləndirib, nə də hadisəni törədənlərin cəzalandırılması barədə tapşırıq verib. Təəssüflər olsun ki, Moskvanın bu məsələdə tam fəaliyyət göstərməməsi, araşdırma və izahatların aparılmaması təkcə Azərbaycana deyil, beynəlxalq hüquq sisteminə də çağırış olsa da, dünya birliyi susmağa üstünlük verir. Azərbaycan dəfələrlə bəyan edib ki, təqsirkarların məsuliyyətə cəlb edilməsi, təzminatların ödənilməsi və ədalətli hüquqi qiymət verilməsi üçün səylərini davam etdirəcək.

Həmin hadisələrdən sonra Azərbaycan mediası hadisəni tədənlərin cəzalandırılmasını, ölənlərin ailələrinə və Azərbaycana kompensasiya verilməsini tələb edən məqalələrlə çıxış etdi. Qarşı tərəfin isə cavabı yenə aqressiv oldu və Azərbaycan KİV-ləri kütəvi haker hücumuna məruz qaldı. Ölkənin ən nüfuzlu media strukturları, xüsusən də Report İnformasiya Agentliyi və digərləri dəfələrə haker hücumunu yaşadı. Bu əmr və göstəriş də şübhə yoxdur ki, ölkənin ali rəhbərliyinin göstərişi olmadan həyata keçirilə bilməzdi.

Moskvanın daha bir qeyri-dost addımı azərbaycanlı deputat Azər Badamova qarşı oldu. Onun Rusiya ərazisinə daxil olmasına maneə yaradıldı. Bu, siyasi və parlamentlərarası əlaqələrə xələl gətirməyə yönəlmiş nümayişkaranə düşmənçilikdən, habelə digər dövlətlərin rəsmilərinə hörməti nəzərdə tutan beynəlxalq normaların pozulmasından başqa bir şey deyildi. Bu və yuxarıda qeyd olunanlar Azərbaycana qarşı sistemli təzyiq və qeyri-dost siyasətin ümumi mənzərəsinə uyğundur.

Qeyd olunan faktlar da onu deməyə əsas verir ki, Yekaterinburq qətliamı təsadüfi deyil - baş verənləri çirkin siyasətin məntiqi davamıdır.

Görünən odur ki, Ukraynada müharibənin, hərbi əməliyyatların uzanması Rusiyanı həm maddi, həm də canlı qüvvə sarıdan ciddi itkilərlə üz-üzə qoyub. Getdikcə daha çox Rusiya vətəndaşı müharibədə iştirak etməkdən boyun qaçırır, fərarilik baş alıb gedir. Kremlin təbliğat maşının cəhdləri də nəticəsiz olur. Bu səbəbdən dı üzünü miqrantlara tutur. Bu yaxınlarda Mərkəzi Asiyadan olan miqrantlara, xüsusən də özbərlərə qarşı törədilən vəhşilik bunun bariz nümuməsidir. Müharibə aparmaq üçün insan resursu çatışmazlığı yaşayan Kremlin son illərdə miqrantlara yönələn siyasəti məhz bu boşluğu doldurmağa hesablanıb. Əfqan, tacik, özbək, azərbaycanlı və çeçenəsilli gənclər müxtəlif şantaj, təhdid və saxta cinayət ittihamları ilə müharibəyə cəlb olunurlar. Onlara qarşı narkotiklərlə şər atmaq, ailə üzvlərini təhdid etmək kimi metodlar tətbiq olunur. Razılaşmaqdan imtina edənlərə qarşı isə zorakılıq və təzyiqlər göstərilir.

Təhlükə və narahat doğuran hal odur ki, Rusiya cəmiyyəti sürətlə ksenofobiya, şovinizm və aqressiv millətçilik mühitinə qərq olur - hədəf isə müsəlman xalqların nümayəndələri, miqrantlar və digərləridir. Həm də Rusiya daxilində etnik azlıqlara qarşı repressiyalar ayrı-ayrı hallarla məhdudlaşmır, bu, sistemli və ideoloji əsaslara söykənən dövlət siyasətinin nəticəsidir. Rusiya rəhbərliyi getdikcə daha aqressiv şəkildə imperialist və millətçi mahiyyətini ortaya qoyur. İyirmi birinci əsrdə beynəlxalq ictimaiyyət bu siyasətə ad da qoyub - "raşizm", yəni rus faşizmi. Bu ideologiyanın əsas sütunlarından biri isə türklərə, xüsusilə də azərbaycanlılara qarşı sistemli düşmənçilikdir.

Azərbaycan üçün bunlar tanış ssenaridir - 20 Yanvar və Xocalını yada salaq. Hazırda da Putin Rusiyası Ukraynada, Qafqazda üzləşdiyi uğursuzluqlardan başını itirmiş vəziyyətdədir və çıxış yolunu da Yekaterinburqda azərbaycanlılalara qarşı qətliam törətməkdə görür. Məqsədli və niyyətli şəkildə azərbaycanılara qarşı zoraılıq törədir.

Son olaraq nəyi demək olar. İlk növbədə Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu cinayətlərə göstəriş verənlər beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmalıdır. Əgər Rusiya dövləti bu basqınları rəsmi siyasət olaraq qəbul etmirsə, dərhal üzr istəməli və günahkarları cəzalandırmalıdır.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

Dünən, 19:40

Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib

Gündəm / Cəmiyyət

Dünən, 19:01

Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb

Gündəm / Siyasət

13-05-2025, 15:54

ICAO Rusiyanın "Boing" təqsirini təsdiqlədi – növbəti AZAL-ın təyyarəsi ola bilər - ŞƏRH

Gündəm / İqtisadiyyat

15-04-2025, 12:57

AMB: Neft qiymətləri maliyyə sektoruna birbaşa təsir etmir

Gündəm / Siyasət

8-10-2024, 14:06

“Bu, Prezident Putinin Bakıya səfərindən sonra kifayət qədər nəzərə çarpır”

Araşdırma
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Bakıda Formula-2 yarışında sərbəst yürüş başa çatdı
48 məşhur çimərlik “qara bayraq” aldı: Turistlərin getməməli olduğu yerlər
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • 26-06-2025, 07:56
    Milli hərb tariximiz milli yaddaşımızdır
  • Bu gün, 16:00
    Azərbaycana leysan yağacaq, dolu düşəcək
  • Bu gün, 15:30
    Aygün Attar: Faşist Putin hakimiyyətini pisləyirik
  • Bu gün, 15:00
    Kriminal Rusiya – Yekaterinburq qətliamının məsuliyyəti Putinin üzərinə düşür – ŞƏRH
  • Bu gün, 14:30
    Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
  • Bu gün, 13:30
    Naxçıvan MR-də ağır yol qəzası olub, ölənlər və yaralananlar var
  • Bu gün, 13:00
    Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
  • Bu gün, 12:00
    İranın Evin həbsxanasında İsrailin zərbəsi nəticəsində 71 nəfər ölüb
  • Bu gün, 11:30
    Prokurorluq Masallıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB
  • Bu gün, 11:00
    Yevlaxda ər-arvad qəzaya düşüb, ölən var
  • Dünən, 19:40
    Rusiya XİN Uralda azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
  • Dünən, 19:17
    Şabranda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
  • Dünən, 19:01
    Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb
  • Dünən, 18:41
    Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapılıb
  • Dünən, 13:00
    Rusiya regional İstintaq Komitəsi və DİN-i Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb
  • Dünən, 12:30
    Tailandda hakimiyyətə qarşı etirazlar başlayıb
  • Dünən, 12:00
    İran XİN başçısı: Tramp Xaməneiyə hörmətlə yanaşmalıdır
  • Dünən, 11:30
    Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
  • Dünən, 11:01
    Azərbaycan nefti ucuzlaşıb
  • Dünən, 10:38
    Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
  • Dünən, 08:49
    5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
  • Dünən, 08:34
    Kanada azad ticarət razılaşması olmayan ölkələrdən polad idxalına rüsum tətbiq edir
  • Dünən, 08:16
    İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar aparmaq istəyir
  • Dünən, 07:53
    Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
  • Dünən, 07:39
    Rusiya Odessaya hücum edib, ölən və xəsarət alanlar var
  • 27-06-2025, 17:00
    Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib
  • 27-06-2025, 16:30
    İran Prezidentinin Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
  • 27-06-2025, 16:00
    Azərbaycanın enerji infrastrukturunun qurulmasında Çin şirkətlərinin iştirakı müzakirə edilib
  • 27-06-2025, 14:00
    Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib
  • 27-06-2025, 13:30
    Səfir: İran tam əmindir ki, Azərbaycan ərazisindən bu ölkəyə qarşı heç vaxt istifadə oluna bilməz
  • 27-06-2025, 13:00
    İlham Əliyev: İranla İsrail arasında qarşıdurma ilə əlaqədar Azərbaycan öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olub
  • 27-06-2025, 11:00
    "Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır
  • 27-06-2025, 10:30
    Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub
  • 27-06-2025, 10:00
    Azərbaycan nefti bahalaşıb
  • 26-06-2025, 16:00
    Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə