Avropa İttifaqı Rusiya ilə əlaqəli tankerlərə yeni sanksiyalar tətbiq etmək imkanlarını araşdırır.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi əldə etdiyi sənəd və məlumatlı mənbələrə yayıb. Həmin sənədə görə, Aİ gəmi qeydiyyatı dövlətləri ilə geniş diplomatik əlaqələr qurub və onların bir çoxunu gəmilərinin qeydiyyatını ləğv etməyə inandırmaqda "əsasən uğurlu" nəticələr əldə edib.
Polşa, xüsusən də "hakimiyyət orqanlarının gəmilərə minməyə icazə vermək kimi mürəkkəb məsələlərdə" yeni qaydalar və koordinasiya prosedurları təklif edib, prosesə liman və sahil dövlətlərini, eləcə də bu gəmilərin əməliyyatlarını dəstəkləyən təşkilatları cəlb etməyi vacib hesab edir.
Agentliyin mənbələrinə görə, müzakirə olunan yeni tədbirlər Rusiyaya qarşı 20-ci Aİ sanksiya paketinin bir hissəsi olacaq.
Bloomberg əlavə edib ki, Aİ nazirlərinin qarşıdan gələn görüşdə Ukrayna üçün maliyyələşdirmə variantlarını da müzakirə etmələri gözlənilir.