• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

İlham Əliyevin Davos səfəri: Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 14:02

İlham Əliyevin Davos səfəri: Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi - ŞƏRH


Azərbaycan Prezidenti İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı, keçirdiyi görüşlər ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından mühüm mərhələ sayılır.

Dünyanın aparıcı və inkişaf etmiş dövlətlərinin siyasi və iqtisadi elitasının görüşdüyü bu platformada Azərbaycanın artıq neçənci dəfə dəvət edilməsi və iştirak rəsmi Bakının yalnız regional aktor kimi deyil, beynəlxalq gündəmin formalaşmasında söz sahibi olan dövlət kimi çıxış etdiyinə işarə edir. Buna görə də əminliklə söyləmək olar ki, Prezidentin Davos səfəri dünyada son illər yaranan geosiyasi reallıqlar fonunda Azərbaycanın mövqeyini göstərməklə yanaşı, gələcək əməkdaşlıq məsələlərini də aydınlaşdırdı.

Forum çərçivəsində dövlət başçısı çoxsaylı görüşlər keçirib, dövlət və hökumət başçıları, aparıcı beynəlxalq təşkilat rəhbərləri, transmilli şirkətlərin icraçı direktorları müzakirələr aparıb, Azərbaycanın dünyada baş verən qlobal proseslərə sadəcə seyrçi yox, iştirakçı, bəzən isə əsas qüvvə kimi çıxış etdiyini bir daha sübut edib. Bu müzakirələr və çoxsaylı görüşlərin əsas mövzusunun enerji təhlükəsizliyi, "yaşıl enerji" keçidi, nəqliyyat-loqistika dəhlizləri olması Azərbaycanın qeyri-neft sektoruna və yaşıl enerji məsələsinə ciddi yanaşdığını bir daha sübut edir. Eyni zamanda, ölkənin regionun aparıcı enerji mərkəzi olmaqla yanaşı, qlobal səviyyədə də bu xüsusda daha mətin addımlar atdığı ortaya çıxır.

Prezidentin çıxışında Azərbaycanda ikinci neft bumu barədə proqnozu və artıq Avropanın 16 ölkəsinin qazla təmin edilməsi də bir sıra mətləblərdən xəbər verir. Bu, bir tərəfdən ölkənin enerji ehtiyatlarının hələ uzunmüddətli strateji potensiala malik olduğunu, digər tərəfdən isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əvəzedilməz və sistemyaradıcı aktora çevrildiyini göstərir. Eyni zamanda bu məsələlərin əsas müzakirə mövzusu olması da Azərbaycanın təcrübəsinin və mövqeyinin beynəlxalq miqyasda praktik əhəmiyyət daşıdığını təsdiqlədi.

Forum çərçivəsində bir sıra ölkə və şirkət rəhbərlərinin də Azərbaycana maraq göstərməsinin müxtəlif səbəbləri var. Xüsusən də postmüharibə dövründən sonra formalaşmış etibarlı tərəfdaş imici, regionda sülh prosesində quruculuq məsələsinə öncülük etməsi, həyata keçirilən regional və beynəlxalq layihələrdə Azərbaycanın kilid və söz sahibi mövqeyində olması, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsini bu səbəblər sırasına daxil etmək olar. Siyasi sabitlik, proqnozlaşdırılan xarici siyasət xətti, götürülmüş öhdəliklərə sadiqlik və strateji layihələrin ardıcıl icrası Azərbaycanın beynəlxalq etimadını əhəmiyyətli dərəcədə artırıb.

Qeyd etmək yerinə düşər ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropanın enerji təhlükəsizliyinin kəskinləşdiyi bir dövrdə Azərbaycanın həyata keçirdiyi layihələr bunun təkcə kommersiya layihəsi yox, həm də geosiyasi məzmun almasına, ölkənin nüfuzunun ciddi şəkildə artmasına səbəb olub. Davosda aparılan müzakirələr göstərdi ki, Azərbaycan enerji və nəqliyyat sahəsində uzunmüddətli və etibarlı əməkdaşlıq modeli təqdim edən ölkə kimi qəbul olunur. Orta Dəhliz, Cənub Qaz Dəhlizi və yeni yaşıl enerji layihələri Azərbaycanın yalnız tranzit ölkə deyil, təşəbbüskar və koordinasiyaedici aktor kimi çıxış etdiyini göstərir. Bu amillər Davos auditoriyası tərəfindən Azərbaycanın beynəlxalq proseslərdə artan çəkisinin real göstəricisi kimi dəyərləndirildi.

Ölkə başçısının Davos çərçivəsində keçirdiyi görüşlər arasında ABŞ Prezidenti Donald Trampla görüşü xüsusi əhəmiyyət kəsb edir. Bu görüş son dövrlər Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələdən xəbər verməklə yanaşı, Azərbaycanın ABŞ üçün etibarlı strateji tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir və bu əməkdaşlığın təkcə ikitərəfli deyil, daha geniş regional və qlobal kontekst daşıdığını ortaya qoyur.

Eyni zamanda qeyd etmək lazımdır ki, İlham Əliyev və Donald Tramp arasında müxtəlif beynəlxalq platformalarda son bir il ərzində keçirilən görüşlər və aparılan müzakirələr Bakı-Vaşinqton xəttində ikitərəfli diplomatik təmas kimi deyil, Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasını müəyyən edən mühüm hadisə kimi qiymətləndirilə bilər. İki liderin görüşü zamanı xüsusən də TRİPP layihəsi ətrafında aparılan müzakirələr bir daha sübut edir ki, ABŞ üçün Cənubi Qafqazla yanaşı, Avrasiya məkanında Azərbaycan əhəmiyyətli tərəfdaş statusuna yüksəlib. ABŞ Azərbaycanı regionda etibarlı, proqnozlaşdırılan və təşəbbüskar tərəfdaş kimi qəbul edir, Bakı isə bu əməkdaşlığı yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, regional inteqrasiya və qlobal təhlükəsizlik arxitekturasının bir hissəsi kimi dəyərləndirir.

Bundan əlavə, Davos forumunda Prezident İlham Əliyevin verdiyi mesajlar da xüsusi əhəmiyyət kəsb edir. Bu mesajlar sabitlik, etibarlılıq və gələcəyə hesablanmış inkişaf strategiyasını ortaya qoyur. Postmüharibə dövründə ölkənin dayanıqlı sülh və iqtisadi inkişaf modeli formalaşdırması, regionda iqtisadi əməkdaşlıq, kommunikasiyaların bərpası, bərpaolunan enerji mənbələri ilə açıq mesajlar xarici investorlar üçün nəzərdə tutulub. Bu isə Azərbaycanın uzunmüddətli əməkdaşlıq üçün regionun lider dövləti olduğuna işarə edir.

Prezidentin mesajlarından biri də sülh gündəliyi ilə bağlıdır. İlham Əliyev Davosdakı açıqlamalarında bir daha göstərdi ki, Azərbaycanla Ermənistan arasında yeni mərhələ başlayıb və bunun təməli 8 Avqust Bəyannaməsi ilə qoyulub, hər gün sülhə doğru daha bir addım atılır. Rəsmi Bakının təqdim etdiyi və irəli sürdüyü sülh təşəbbüsləri regional sabitliyin təmin edilməsini ehtiva edir və xarici siyasətin əsas tərkib hissəsini təşkil edir.

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində Azərbaycana qarşı Avropanın qərəzli mövqeyini də tənqid edib. Bu isə ölkə başçısının balanslı, lakin prinsipial xarici siyasət xəttindən xəbər verir. Dövlət başçısı Avropa institutları ilə əməkdaşlığa açıq olduğunu dəfələrlə bəyan etsə də, yeri gələndə qərəzli, siyasi sifarişli və ikili standartlara əsaslanan yanaşmaları açıq şəkildə tənqid etməkdən çəkinmir. Avropa Parlamentinin regiondakı real prosesləri və sülh gündəliyini nəzərə almadan Azərbaycana qarşı ittihamçı mövqe tutması fonunda Prezidentin bu tənqidləri Azərbaycanın suverenliyinə və müstəqil qərarvermə hüququna verilən əhəmiyyətin ifadəsi kimi çıxış edir və rəsmi Bakının yalnız bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətləri qəbul etdiyini göstərir.

Son olaraq, qeyd etmək lazımdır ki, Davos səfəri zamanı Azərbaycanın "Sülh Şurası" təşəbbüsünə qoşulması Azərbaycanın qlobal miqyasda sülhün təşviqinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirilməlidir. Rəsmi Bakı sübut edir ki, yalnız region daxilində yox, beynəlxalq səviyyədə də münaqişələrin həllində konstruktiv rol oynamaq niyyətindədir. Bu addım Azərbaycanın münaqişələrdən çıxmış ölkə kimi əldə etdiyi təcrübəni beynəlxalq platformalarda paylaşmağa və sülhün yalnız siyasi bəyanatlar deyil, iqtisadi əməkdaşlıq, təhlükəsizlik mexanizmləri və qarşılıqlı etimad üzərində qurulmalı olduğunu nümayiş etdirməyə hesablanıb.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Davos səfəri Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, qlobal gündəmdə təşəbbüskar rolunun təsdiqi və gələcək inkişaf strategiyasının təqdimatı baxımından yüksək qiymətləndirilməlidir. Bu səfər göstərdi ki, Azərbaycan artıq təkcə resurslara əsaslanan ölkə deyil, strateji düşünən, sülh və əməkdaşlıq təşəbbüsləri irəli sürən və qlobal tərəfdaşlıqlar quran müasir dövlətdir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

3-07-2025, 16:24

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

12-02-2025, 10:25

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 16:16
    Bakıda ev yanıb, iki nəfərin yanmış meyiti tapılıb
  • Bu gün, 15:43
    Azərbaycanda audiovizual media subyektlərinin sayı açıqlanıb
  • Bu gün, 15:15
    Ukrayna, Polşa və Litva prezidentləri Vilnüsdə danışıqlar aparacaqlar
  • Bu gün, 14:50
    Sahibə Qafarova: İspaniya ilə turizm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
  • Bu gün, 14:31
    Rəsmi Bakı: Azərbaycan İranda sabitliyə önəm verir
  • Bu gün, 14:02
    İlham Əliyevin Davos səfəri: Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi - ŞƏRH
  • Bu gün, 12:54
    Şənbə günü hava yağmursuz olacaq - PROQNOZ
  • Bu gün, 12:20
    Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
  • Bu gün, 11:56
    Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizə aparacaq
  • Bu gün, 11:44
    MN korpusunun sabiq maliyyə xidmət rəisi barədə qərar verilib
  • Bu gün, 11:11
    S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
  • Bu gün, 10:33
    İsveç səfirliyi: NATO–Azərbaycan münasibətləri möhkəm əsaslar üzərindədir
  • Bu gün, 10:03
    Tramp: Sülh Şurası Kanada Baş naziri Karniyə göndərdiyi dəvəti geri götürür
  • Bu gün, 09:33
    Məktəblərdə qış tətili başlayır
  • Bu gün, 09:10
    BİZİM TƏQVİM:23 yanvarda baş vermiş tarixi hadisələr
  • Dünən, 18:46
    Ərdoğan Pezeşkiana İranda baş verənləri yaxından izlədiyini bildirib
  • Dünən, 18:09
    Azərbaycanda akvakultura təsərrüfatlarına aid torpağın kateqoriyasını dəyişdirmək tələb olunmayacaq
  • Dünən, 17:41
    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hədəfləri müzakirə olunub
  • Dünən, 17:18
    Qripə yoluxanların sayı artıb - TƏBİB
  • Dünən, 16:34
    Norveç Ukraynaya "NASAMS" HHM sistemləri üçün xeyli sayda raket verib
  • Dünən, 15:55
    “Azərbaycan və Ermənistan liderləri mənimlə dostdurlar” - Tramp
  • Dünən, 15:24
    Azərbaycanda startap ekosistemi: İnfrastruktur var, bəs nəticə? - TƏHLİL
  • Dünən, 14:17
    Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
  • Dünən, 13:00
    Kreml: “Sülh Şurası”na ianə Rusiyanın ABŞ-dakı aktivlərinin blokdan çıxarılmasını tələb edəcək
  • Dünən, 12:26
    Fuad Ələsgərovla Mədət Quliyev 3-cü qola belə sevindilər - Video
  • Dünən, 11:55
    Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb
  • Dünən, 11:35
    Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı
  • Dünən, 11:09
    Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib
  • Dünən, 10:32
    Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir - Bir şərtlə
  • Dünən, 10:06
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Dünən, 09:43
    Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”
  • Dünən, 09:20
    Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşir
  • 21-01-2026, 19:01
    SDQ Suriya hərbçilərinin olduğu anbara dron zərbəsi endirib, 7 əsgər ölüb, 20-si yaralanıb
  • 21-01-2026, 18:43
    Paşinyan: Bu gün Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür
  • 21-01-2026, 18:09
    "Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə