ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılması məqsədilə gizli diplomatik kanallar vasitəsilə yeni sülh planı hazırlayırlar.
Bu barədə "Axios" ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, tərəflər arasında müzakirə olunan sənəd 28 bənddən ibarətdir və dörd əsas istiqaməti əhatə edir:
Ukraynada sülhün bərpası,
Tərəflərin təhlükəsizlik zəmanətləri,
Avropa təhlükəsizliyi,
Vaşinqtonun Moskva və Kiyev ilə gələcək münasibətlərinin çərçivəsi.
Mənbələr qeyd edirlər ki, planın detalları maksimum gizli saxlanılır və danışıqlar həssas mərhələdədir. Müzakirələrin nəticəsi və mümkün razılaşmanın nə zaman açıqlanacağı barədə hələlik məlumat yoxdur.
Analitiklər bu prosesi Vaşinqton və Moskva arasında son illərin ən mühüm diplomatik cəhdlərindən biri kimi qiymətləndirirlər.