Əhmədovlar ailəsi Salyanda nümunəvi ailələrdən biri kimi tanınır və sevilir. Oktyabrın 7-i Əhmədovlar ailəsinin üzvü, uzun müddət Salyan şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərə ingilis dilini tədris etmiş qabaqcıl təhsil işçisi Həyat Əhmədovanın 80 yaşı tamam olur. Həyat xanımın ömür - gün yoldaşı bu yaxınlarda dünyasını dəyişib. Onların 2 oğlu, 1 qızı var. Hər üçü ali təhsillidir.
Mən bu nəslin ağbirçəyi, əzizimiz Həyat Əhmədovanı 80 illik yubileyi ilə əlaqədar təbrik edir, şəxsi həyatında və işlərində uğurlar arzulayıram.
Allah övladlarınızı və nəvə - nəticələrinizi Sizə gözü dolusu versin, dəyərli Həyat xanım. Həmişə onların uğurlarına baxıb qürur duyasınız. Amin.
Hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri.