• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Rəhimov Əşrəf Xozyar oğlu

Cəmiyyət

3-03-2026, 14:34


30 avqust 1981-ci ildə Quba rayonunun Xanəgah kəndində anadan olub.
1988-1999-cu illərdə Xaçmaz şəhəri, Abamüslüm Səlimov adına 7 saylı tam orta məktəbində on bir illik təhsil alıb.
1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə oxuyub və ali təhsil ocağını leytenant hərbi rütbəsi ilə bitirib.
2003-2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində ixtisasartırma kursunda hərbi nəzəri biliklərini daha da zənginləşdirib.
2004 - cü ildə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə taqım komandiri kimi leytenant rütbəsində xidmətinə başlayıb. 2005-2008-ci illərdə Ağdam rayonundakı “N” saylı hərbi hissədə baş leytenant rütbəsində bölük komandiri vəzifəsində xidmətinə davam edib. 2008-2011-ci illərdə kapitan rütbəsində Beyləqanın Haramı düzündəki və Tərtərdəki “N” saylı hərbi hissələrdə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edib. 2011-2016-cı illərdə Lənkərandakı “N” saylı hərbi hissədə mayor rütbəsində taborun qərargah rəisi vəzifəsində hərbi xidmətini davam etdirib.
Əşrəf Rəhimov 2016-cı ildən hərbi xidmətini Dövlət Sərhəd Xidmətində davam etdirib. DSX-nin Yevlaxdakı “N” saylı Çevik Hərəkat Qüvvələrində, daha sonra Xızı rayonundakı Çevik Hərəkat Qüvvələrində müvafiq vəzifələrdə hərbi xidmət edib.
Vətəninə sədaqətlə və vicdanla hərbi xidmət etdiyi o şərəfli illərdə leytenant (2003), baş leytenant (2006), kapitan (2009), mayor (2013), polkovnik-leytenant (2020) hərbi rütbələrinə layiq görülüb.
Qətiyyətli və peşəkar hərbçi, vətənpərvər insan Əşrəf Rəhimov 24 illik qüsursuz və nümunəvi xidmət illərində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinədək yüksəlib.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyalardan (iki həftə sonra düşmən tərəf dinc yaşayış məntəqələrimizə ballistik raketlərdən atəş açmağa başlayıb) istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribatını və Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq o da DSX-nin Çevik Hərəkat Qüvvələrinin mənsubu kimi savaşın ilk günündən cəbhənin Füzuli rayonu istiqamətindən döyüşlərə atılıb. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının və kəndlərinin düşmən tapdağından azad edilməsində silahdaşları ilə birgə böyük qəhrəmanlıq nümunəsi göstəriblər.
Əşrəf Rəhimovun düşüncələri: “Bütün döyüş boyu bayrağı qəlbimdə daşımışam. Bayraq sevgim, bayraq eşqim bircə an olsun da məni tərk etməyib. Addım-addım irəlilədikcə elə bilirdim bayrağı bir az da irəliyə sancmışam. Əslində hər bir əsgər özü boyda bir bayraq idi. Çünki Zəfər günü azad edilmiş o torpaqlarda dalgalanan bayraqların hər ilməsində bir əsgərimizin rəşadət, qəhrəmanlıq yolu var. Böyük Zəfərimizə gedən o şanlı, şərəfli, qanlı-qadalı, ölümlü-qalımlı yol. Var olsun ordumuz, yaşasın doğma Azərbaycanımız. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq arzulayıram.”
Müharibə zəfərimizlə başa çatandan sonra xidmət etdiyi hərbi hissənin heyəti ilə birlikdə sülh şəraitinin qorunması, düşməndən geri alınmış torpaqların müdafiəsi və mühafizəsi məqsədilə bir müddət - fevral ayınadək işğaldan azad edilmiş ərazilərdə yerləşiblər. Sonra mənsubu olduğu hərbi hissədə xidmətini davam etdirib.
7 yanvar 2022-ci ildə ordu sıralarından tərxis olunub.
25 illik qüsursuz hərbi xidmət illəri 9 medalla qiymətləndirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamına əsasən döyüşlərdə göstərdiyi şücaətlərə görə “Azərbaycan bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə mükafatlandırılıb.
Hal-hazırda Xaçmaz rayonu, akademik Zərifə Əliyeva adına məktəb-liseyində Hərbi hazırlıq müəllimi vəzifəsində çalışır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.
Evlidir, övladları Nurlan 14, Fidan 12 yaşlarındadır.
Respublikanın Əməkdar jurnalisti, müharibə veteranı Əntiqə Qonağın "44 günlük savaşın 444 cəngavəri" adlı üçcildliyindən

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

17-08-2024, 11:57

Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Gündəm / Cəmiyyət

17-07-2024, 14:38

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 16:17
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • Dünən, 15:55
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • Dünən, 15:15
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • Dünən, 14:56
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • Dünən, 13:03
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Dünən, 11:48
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • Dünən, 11:03
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • Dünən, 10:16
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
  • 22-07-2026, 18:44
    Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
  • 22-07-2026, 17:48
    Tramp Hörmüz boğazındakı hücumlara görə İranı infrastruktura zərbələr endirməklə hədələyib
  • 22-07-2026, 16:58
    Ermənistanda Zəngəzur kombinatı və AES siyasi alət rolunda - ŞƏRH
  • 22-07-2026, 14:40
    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
  • 22-07-2026, 14:11
    Şah İsmayıl Xətai haqqında bədii filmlər çəkilməlidir
  • 22-07-2026, 13:11
    Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq
  • 22-07-2026, 12:32
    Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb
  • 22-07-2026, 12:09
    Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026, 11:32
    İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib
  • 22-07-2026, 10:38
    "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
  • 22-07-2026, 10:04
    Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır
  • 22-07-2026, 09:39
    Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
  • 21-07-2026, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • 21-07-2026, 17:24
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • 21-07-2026, 15:29
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • 21-07-2026, 14:56
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • 21-07-2026, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
  • 21-07-2026, 14:00
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • 21-07-2026, 13:17
    Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
  • 21-07-2026, 12:53
    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
  • 21-07-2026, 11:58
    Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
  • 21-07-2026, 11:33
    Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
  • 21-07-2026, 10:18
    İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
  • 21-07-2026, 10:00
    "Axios": Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif edib
  • 21-07-2026, 09:30
    Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
  • 21-07-2026, 09:00
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə