• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Canbaxışov Rahib Vaqif oğlu

Cəmiyyət

Bu gün, 13:17


13 iyun 1977-cı ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub.

1983-1994-cü illərdə Xudat şəhəri, Nəriman Nərimanov adına 2 saylı tam orta məktəbində təhsil alıb.

1994-1998-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq məktəbində motoatıcı ixtisası üzrə oxuyub və leytenant rütbəsində bitirib.

1998-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müxtəlif təyinatlı hərbi hissələrində müvafiq vəzifələrdə xidmət edib.

29 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz və nümunəvi xidmət edən, vətənin müdafiəsini şərəf və vicdan işi bilən peşəkar, təcrübəli, qətiyyətli və vətənpərvər hərbçi R. Canbaxışov bu illər ərzində leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinədək yüksəlib.
2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyalardan (iki həftə sonra düşmən tərəf dinc yaşayış məntəqələrimizə ballistik raketlərdən atəş açmağa başlayıb) istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribatını və Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq o da Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin 1-ci tabor komandiri kimi şəxsi heyətlə birlikdə döyüş bölgəsinə ezam olunub. Savaşın ilk günü Murov dağının Camış yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərə qatılıblar. Oktyabrın 5-dək komandanlıq tərəfindən verilən hərbi tapşırıqlara yüksək səviyyədə əməl edərək strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmişlər. Ayın 5-dən sonra Cəbrayıl, Xocavənd, Qubadlı, Laçın rayonlarının və kəndlərinin düşmən tapdağından azad edilməsində rəhbərlik etdiyi taborun döyüşçüləri ilə birgə böyük qəhrəmanlıq nümunəsi göstəriblər. Laçına qədər şərəfli döyüş yolu keçiblər. Noyabrın 6-da Laçının Mığıdərə kəndi uğrunda gedən şiddətli döyüşlər zamanı snayperlə sinəsinin sol hissəsindən girib ürəyin altından dəlib keçən odlu silah yaralanması, kəllə-beyin kontuziyası, barotravma, çoxsaylı qəlpə yaralanması diaqnozları ilə paytaxtın Mərkəzi hospitalına yerləşdirilib. Düz 8 ay müalicə almaqla bərabər həm də sərəncamda olub. Sağaldıqdan sonra ordu sıralarına çağırılaraq hərbi xidmətinə bərpa olunub.
Polkovnik-leytenant Rahib Canbaxışovun döyüş xatirələri: “Hücum istiqamətində yaradılmış qruplaşmanın komandanlıq heyətinin tərkibində döyüşürdük. Təbii ki, bu komandanlıq heyəti Azərbaycanın hərb tarixində peşəkarlığı və hərbi bilikləri, döyüş taktikaları və təcrübələri ilə sayılıb seçilən yüksək rütbəli hərbçilərdən ibarət idi. Birinci Qarabağ müharibəsi zamanı Qubadlı və kəndləri uğrunda gedən döyüşlər zaman itkin düşmüş Dadaşpur Elxanın kiçik qardaşı, polkovnik-leytenant Eldar Dadaşpur qruplaşmanın kəşfiyyat rəisi idi. Çox vətənpərvər, ədalətli, peşəkar və bacarıqlı hərbçidir. Mənim müavinim, eyni zamanda 2-ci tabor komandirinin vəzifələrini icra edən Maqsudkəndli kapitan Anar Xalverdiyevin döyüş şücaətlərini xüsusi qeyd etmək istəyirəm. Döyüşkən, cəsur, qorxmaz, ləyaqətli Vətən oğullarındandı. Hazırda Murov dağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ümumilikdə desəm, dünya hərb tarixinə bir ilk kimi daxil olan və bu günədək gündəmdən düşməyən 44 günlük savaşda iştirak edən generallardan tutmuş sıravi əsgərlərədək hamı bircə məqsədə köklənmişdi: Zəfərə! İllərlə içimizi didib-parçalayan qisas, intiqam hissi vulkan kimi püskürərək düşmənlərin üzərinə çökdü. Biz haqq işimizdə, ədalət savaşımızda qalib gəldik!

Bir önəmli faktı da qeyd etmək istəyirəm. 44 günlük savaşda Cəbrayıl, Qubadlı, Laçın rayonları və kəndləri istiqamətində döyüşən hərbi hissənin 2 taborunun da komandiri Xaçmazdan idi. Əsas da Laçın uğrunda cəmi bir motoatıcı hərbi hissənin heyəti döyüşüb, o da bizim hərbi hissə və onun da döyüşən iki taboru olub. Hər iki taborun komandiri Xaçmazlı: mən və kapitan Anar Xalverdiyev. Anar 2-ci taborun komandirini əvəz edirdi. Yaşının az olmasına baxmayaraq o qədər dəqiq, peşəkarcasına döyüşü idarə edirdi ki, ona güvənimizi artırdı, komandanlığın rəğbətini qazandırdı. Mən bununla böyük qürur hissi duyuram. Çünki, hərb sahəsində peşəkarlığı və cəsarəti ilə fərqlənən hərbçilər sırasında Xaçmazlılar kifayət qədərdi.”
Rahib Canbaxışov həmçinin 2021-ci ilin 16 noyabrında Laçın rayonunun Minkənd kəndi uğrunda gedən döyüşlərdə, 2022-ci ilin 12-15 sentyabrında Kəlbəcər rayonu ərazisində düşmənin törətdiyi təxribatın qarşısının alınmasında onun rəhbərlik etdiyi taborun döyüşçüləri qəhrəmanlıq nümunəsi göstəriblər.

2023-cü ilin 19-20 sentyabr tarixlərində ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı Xankəndində, Xocalıda və ətraf ərazilərdə silahdaşları ilə bərabər şərəfli tarix yazıblar. Bütün bu döyüş əməliyyatlarını AR SQ Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinin komandanı olaraq peşəkarcasına idarə edib. Nəticə də göz qabağındadır. Haqlı olaraq Şanlı Ordumuzla, zabit və əsgərlərimizlə qürur duyuruq.
24 illik qüsursuz hərbi xidmət illəri 12 medalla qiymətləndirilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərəncamına əsasən döyüşlərdə göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı “Vətən müharibəsi iştirakçısı”, Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə mükafatlandırılıb. Bundan əlavə, Müdafiə naziri, general-palkovnik Zakir Həsənov və komandanlıq tərəfindən onlarla Fəxri Fərman, Diplom, qiymətli hədiyyələr və təşəkkürnamələrlə təltif olunub.

Hazırda polkovnik-leytenant Rahib Canbaxışov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində müvafiq vəzifədə xidmət edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır.

Evlidir, qızı Leyla 14, oğlanları Məzahir 13, Atilla 10 yaşlarındadır.

Respublikanın Əməkdar jurnalisti, müharibə veteranı Əntiqə Qonağın "44 günlük savaşın 444 cəngavəri" adlı üçcildliyindən

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

7-11-2025, 16:33

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

16-09-2024, 14:24

MSK yekun siyahını açıqladı! - Adlar

Gündəm / Cəmiyyət

17-07-2024, 14:38

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:21
    Qətər XİN: İran ərazimizə endirdiyi aviazərbələrə görə cavab verməli olacaq
  • Bu gün, 14:58
    Azərbaycan və Türkiyə XİN başçıları: Regional eskalasiyanın daha geniş coğrafiyaya yayılması yolverilməzdir
  • Bu gün, 13:49
    Gəncədəki Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrılıb
  • Bu gün, 13:22
    İran Küveytdəki ABŞ aviabazasına və Hind okeanındakı gəmilərə zərbələr endirib
  • Bu gün, 13:17
    Canbaxışov Rahib Vaqif oğlu
  • Bu gün, 12:48
    Sabah yağış yağacaq - PROQNOZ
  • Bu gün, 12:17
    İranda ölənlərin dəqiq sayı bilinmir - AÇIQLAMA
  • Bu gün, 11:35
    İran Təl-Əvivdə hökumət kompleksini, Hayfa və Şərqi Yerusəlimdə hərbi obyektlərə raket zərbələri endirir
  • Bu gün, 10:59
    İran Britaniyanın Kiprdəki aviabazasına dron zərbəsi endirib
  • Bu gün, 10:25
    Universitet və kolleclərə qəbul üçün qeydiyyat başa çatır
  • Bu gün, 09:46
    Pedaqoji universitetin tələbəsi vəfat etdi
  • Bu gün, 09:17
    İran Təhlükəsizlik Şurasının rəhbəri ABŞ-la danışıqların bərpasını təklif edib
  • Bu gün, 08:57
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Dünən, 17:00
    Netanyahu: İranda minlərlə hədəfə zərbələr endirəcəyik
  • Dünən, 16:00
    Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib
  • Dünən, 15:30
    Ceyhun Bayramov Abbas Əraqçiyə Əli Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verib
  • Dünən, 15:00
    KİV: ABŞ-nin Karaçidəki konsulluğunun yaxınlığındakı atışmada 10 nəfər ölüb
  • Dünən, 14:09
    Dadaşpur Eldar Yefrim oğlu
  • Dünən, 14:00
    MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib
  • Dünən, 13:30
    İranda öldürülən yüksəkvəzifəli şəxslərin adları açıqlanıb
  • Dünən, 13:00
    Bu gün AZƏRTAC-ın 106 yaşı tamam olur
  • Dünən, 12:00
    Xameneinin ölümündən sonra İrana rəhbərlik edəcək şəxslərin kimliyi açıqlanıb
  • Dünən, 11:30
    KİV: ABŞ İrana planlaşdırılan hücumlar barədə ərəb müttəfiqlərini əvvəlcədən xəbərdar edib
  • Dünən, 11:00
    Azərbaycan Premyer Liqası: Lider "Sabah" "Qarabağ"la qarşılaşacaq
  • Dünən, 10:30
    Xameneinin ailə üzvlərinin ölüm xəbərləri təsdiqlənib
  • 28-02-2026, 16:56
    Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi yad edildi!
  • 28-02-2026, 16:00
    Rusiya XİN ABŞ və İsrailin İrana zərbələrini pisləyib
  • 28-02-2026, 15:27
    Aİ İranda vəziyyətin kəskinləşməsi fonunda təmkinlilik nümayiş etdirməyə çağırıb
  • 28-02-2026, 14:48
    Türkiyə və Azərbaycan daxili işlər nazirləri telefonda danışıb
  • 28-02-2026, 14:21
    İrandan keçən Bakı-Naxçıvan avtobus reysləri dayandırıldı
  • 28-02-2026, 13:17
    Martın 1-də gözlənilən hava şəraiti açıqlanıb
  • 28-02-2026, 12:51
    ÖTƏRXAN ELTAC GÖYLƏR DƏ GÖZ YAŞI AXITDI O GÜN
  • 28-02-2026, 12:44
    İran da İsrailə zərbə endirdi
  • 28-02-2026, 12:18
    SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
  • 28-02-2026, 11:48
    General Mayor Məhərrəmov Aqşin Ramiz oğlu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə