Azərbaycanın ləyaqətli övladlarından biri, şair - pedaqoq və publisist Allahyar Xocalının doğum günüdür. Allahyar Allahverdi oğlu Quliyev (Allahyar Xocalı) 1946-cı il fevralın 3 - də Xocalıda doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. O, ömrünün sonuna kimi körpə xocalıların elm və biliyə yiyələnmələri üçün var qüvvəsilə çalışıb. Allahyar müəllim 1990-cı ilin sonu, 1991-ci ilin əvvəllərində yaradılan "Xocalının səsi" qəzeti redaksiyasının ilk cəfakeş əməkdaşlarından biri idi.
Allahyar müəllim bir neçə şeirlər kitabının, həmçinin, şəhidlər haqqında yazılan kitabların müəllifidir.
"Qarabağ" şeirindən bir bəndə diqqət yetirək:
"Üzeyir nəğməsi, Nəvvab fırçası,
Koroğlu nərəsi var Qarabağda!
Mənə elə gəlir, başqa cür dinir,
Kaman Qarabağda, tar Qarabağda!"
Allahyar Xocalı 2022-ci il noyabrın 15 - də vəfat edib. Ailəli idi, 5 övladı yadigar qalıb.
Ruhu şad olsun. Amin.
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, jurnalist,
Mövsümağa Ədalətoğlu,
44gunsavash.az saytının baş redaktoru,
yazıçı - publisist.
Bakı, 03.02.2026.