Azərbaycan Yazıçılar Birliyinin iki üzvü - şair - yazıçı, Prezident təqaüdçüsü Seyid Aynur və şair, Prezident təqaüdçüsü Gülnar Ümid "Ən yeni" ədəbi cərəyan yaratdıqlarını bəyan ediblər.
Aynur xanım KİV əməkdaşlarına bildirib ki, Azərbaycan dilinin saflığının qorunması, milli kimliyi və milli - mənəvi dəyərləri qorumaq üçün var qüvvəmizlə çalışacağıq. O, qeyd edib ki, istedadlı qələm sahiblərinin, xüsusən, bölgələrdə yaşayan gənc yazarların "Ən yeni" ədəbi cərəyana qoşulması bizim qarşımızda duran ən ümdə məsələlərdən biridir.
Şamil Sabiroğlu, jurnalist.
Bakı, 03.02.2026.