• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Tarix yazan şəhidimiz Yaqub Yaqubzadənin bu gün doğum günüdür

Mədəniyyət

22-04-2026, 12:10


Xəzər rayonunun Qala qəsəbəsində Yaqub Yaqubzadənin ata evini axtararkən öncə bizə şəhidimizin yol kənarında ucalan şəkli və dalğalanan üç rəngli bayrağımız istiqamət verdi. Bu bayraq həm də qəhrəmanlarımızın döyüşdüyü, işğaldan azad etdiyi müqəddəs torpaqlarda dalğalanır. Bu gün ona görə, şəhidlərimizin ruhu şaddır.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaqub oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Yaqubzadə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidimizin anası Məmmədova Səmurə xanım Yaqubla bağlı danışır:

–Yaqub 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Sonradan biz Bakıya köçmüşük. Yaqub 2005–2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. O, özündən böyük iki bacısı ilə hər gün sevinclə məktəbə gedirdi. Mən mütəmadi olaraq Yaqubun təhsil aldığı məktəbə, xüsusulə, valideyn iclaslarına gedirdim. O, çox nümunəvi şagird idi. 6-cı sinifdə oxuyanda atası ona kompüter aldı. Yaqubun bir xüsusiyyəti də var idi ki, o, Azərbaycanın tarixi ilə daha çox maraqlanırdı, öyrənirdi. Texniki elmlər sahəsində ali təhsil almasına baxmayaraq, tariximizi çox sevirdi. Hər dəfə deyirdi ki, Qarabağın işğaldan azad olunmasında mən özüm iştirak edəcəyəm. Övladım bu yolda şəhid oldu.

Səmurə xanım Yaqubun ali məktəb və sonradan hərbi xidmət dövrünü xatırlayır: “Yaqub orta məktəbi yüksək qiymətlərlə bitirdi. Elə oldu ki, 2016-cı ildən Tbilisi şəhərində Avropa Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil almalı oldu. Ali məktəbi bitirən kimi hərbi xidmətə çağırıldı. 2020-ci ilin iyul ayında Yaqub həqiqi hərbi xidmətə getdi. Gəncədəki “N” saylı hərbi hissədə xidmət edirdi. İkinci Qarabağ müharibəsi başlayanda o, döyüşlərə qatılır. Sentyabrın 28-də atası Yaqubla danışır və ona mənə zəng etməyi tapşırır. Amma o, zəng etmədi. Bu gün də mən onun zəngini gözləyirəm. Sonradan, daha doğrusu, oktyabrın 2-də atası Yaqubla çox çətinliklə əlaqə saxlayıb danışır. Döyüş yoldaşlarının verdiyi məlumata görə, həmin telefon zəngindən iki saat sonra çox ağır döyüş zamanı Yaqub şəhid olur”.

Şəhidimizin bacısı Nərmin Yaqubzadə söhbətə qoşulur: “Uşaq vaxtı işdən evə qayıdanda qardaşım da adətən dostları ilə görüşmək üçün evdən çıxardı. Məhəllədə qarşılaşanda bir-birimizə baxıb görməməzlik edirdik. Amma bir az keçəndən sonra göz-gözə gəlib, ikimiz də gülümsəyirdik. İndi isə həmin məhəllədən keçəndə sənin o baxışların, o təbəssümün gözümün önündə canlanır. Amma bu dəfə mən gülmürəm… susuram… və içimdə boğduğum göz yaşlarıyla qəhərlənirəm. Onu əsgərliyə yola saldığımız gün içimdə elə bir narahatlıq vardı ki... amma üzə vurmurdum. O, güclü görünürdü. Qorxusuz idi. Sanki əvvəlcədən bilirdi ki, bu yol onu əbədiyyətə aparacaq”.

Şəhidimizin digər bacısı Sima Yaqubzadə də kövrək xatirələrini bölüşür: “Qardaşım Yaqub evimizin balacası olmasına baxmayaraq, ərköyün deyildi. Hamımız onu sevsək də, ona evimzin balacasıdır deyə, xüsusi diqqət göstərsək də, bundan istifadə etməyib. O, çox dərin düşüncəli və ətrafındakılara qarşı olduqca diqqətli idi. Bəlkə də bizə verilən tərbiyədən idi ki, üçümüz də belə böyümüşük. Bizim aramızda yaş fərqimiz az olduğundan bir-birimizlə bacı-qardaşdan əlavə dost olmuşuq. Çox zarafatlaşırdıq. Hətta ciddi problemlərimizi belə bir-birimizə zarafata salaraq deyirdik. Yadda qalan xatirələrimizdən ən çoxu bu idi ki, bir-birimizi harada görsək görməzliyə vururduq. Bu bizim bir-birimizə olan, dilə gətirməyə utandığımız, amma davranışımızla göstərdiyimiz sevginin və qayğının göstəricisi idi. Bəlkə də uşaq idik deyə bu bizdə belə alınırdı. Bunun kimi bir çox xatirələrimiz var, amma onlar haqqında bəhs etmək çətindir. Atamın işğal altında olan doğma torpaqlarımız haqqında danışdıqları bizim üçün maraqlı idi. O, bizə oradakı uşaqlıq xatirələrindən danışırdı. Danışdıqca bizdə həmin yerlərə maraq yaranırdı. Mən və Yaqub tez-tez həmin yerlərin şəkillərinə baxar, xəyalımızda ora səyahət edərdik. Uşaq təsəvvürümüzdə o yerlər əlçatmaz görünürdü. Amma indi ora getmək mümkündür. Və bu gün bunun mümkün olmasında pay sahibi olanlardan biri də qardaşım Yaqubdur. O yerlərə Yaqubsuz getmək... Bu həmişə çətin olacaq. Amma hər zaman onunla fəxr etmişəm və edəcəyəm də. Mənim balaca Yaqubum”.

Şəhidin döyüş yoldaşı, 2-ci qrup əlil, Qarabağ qazisi Kənan Məmmədov Yaqubla bağlı fikirlərini açıqlayıb: “Yaqub Yaqubzadə haqqında günlərlə danışılacaq mövzu var. Bizim tanışlığımız qısa olsa da, ömür boyu unudulmayacaq tarixə çevrildi. Yaqubun həyatı ilə bağlı planları, arzuları çox idi. Əslən laçınlı olduğuna görə döyüşdə iştirak etməyindən məmnun və sevincli idi. O, valideynlərindən Laçının nə vaxt və necə işğal olduğunu balaca yaşlarından soruşub maraqlandığını deyirdi. O, Vətəni ilə fəxr edir və belə günlərdə müharibədə iştirak etməsindən qürur duyurdu. Yaqub özü haqqında az danışardı. Amma arzularının böyük olduğunu görürdüm. Evin tək oğlu olmasına baxmayaraq, o, heç bir döyüş tapşırığından yayınmayan və ona verilmiş tapşırıqları məsuliyyətlə icra edən döyüşçü idi. Axşamlar sığınacağa qayıdanda dərdləşirdik, danışırdıq. Onunla eyni gündə yaralandıq. Mən yaralananda ondan xəbərsiz idim. Həmin gün başqa postlarda idik. Beləcə oktyabrın 1-dən sonra bir daha görüşə bilmədik. Mənə son sözü isə bu oldu ki, əgər başımıza bir iş gəlsə, o zaman valideyinlərimi tapıb görüşərsən. O, döyüş zamanı hər kəsdən öndə gedib, heç nədən qorxmadan çəkinmədən döyüşə qatılıb. Çox mərd döyüşçü olub. Məkanın cənnət olsun, Yaqub!”

Mənbə:
Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-12-2025, 19:14

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

4-10-2024, 17:32

Prezident və xanımı Cəbrayılda açılışda - Yenilənib - Video - Fotolar

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • Dünən, 17:44
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • Dünən, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Dünən, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • Dünən, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • Dünən, 15:36
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dünən, 15:02
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • Dünən, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • Dünən, 12:12
    Sınanmış Etibarın Dərsi
  • Dünən, 11:54
    Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
  • Dünən, 11:20
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Dünən, 10:52
    Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
  • Dünən, 10:26
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 09:48
    Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
  • Dünən, 09:20
    Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
  • 8-09-2026, 19:00
    Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH
  • 8-09-2026, 18:33
    Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək
  • 8-09-2026, 17:59
    Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib
  • 8-09-2026, 17:13
    Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
  • 8-09-2026, 16:43
    Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
  • 8-09-2026, 16:05
    Daşlara qədər çatan işğal - Qarabağın məhv edilən mədəni irsi - ŞƏRH
  • 8-09-2026, 15:20
    Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
  • 8-09-2026, 14:46
    TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
  • 8-09-2026, 14:32
    Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
  • 8-09-2026, 13:06
    Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
  • 8-09-2026, 12:32
    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
  • 8-09-2026, 12:14
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • 8-09-2026, 11:40
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • 8-09-2026, 10:39
    Tanınmış generala ağır itki
  • 8-09-2026, 10:18
    İki kollecdə yeni - Təyinat
  • 8-09-2026, 10:00
    UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
  • 8-09-2026, 09:14
    Azərbaycan neftinin qiyməti 107 dolları keçib
  • 8-09-2026, 08:49
    Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
  • 7-09-2026, 19:00
    Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH
  • 7-09-2026, 18:31
    Uitkoff Ukrayna üzrə danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu bildirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə