• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Bu gün şəhid Elmar Nəbiyevin doğum günüdür

Mədəniyyət

22-03-2026, 11:57


44 günlük Vətən müharibəsindən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, bu qəhrəmanlıqlardan hələ də danışılır, deyilir, şeirlər, əsərlər yazılır, musiqilər bəstələnir. Şəhidlərimiz cəmiyyətə yeni nəfəs verdilər, ruhumuzu dirçəltdilər. Qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. İkinci Qarabağ savaşının şəhidi Elmar Nəbiyevin bu gün doğum günüdür.

Nəbiyev Elmar 22 mart 2001-ci ildə Bakı şəhəri, Pirallahı rayonunda anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş meydanında böyük fədakarlıq göstərən hər bir Azərbaycan əsgəri kimi, Elmarın əsas məqsədi tarixi torpaqlarımızı düşməndən azad etmək idi. O, müqəddəs amallar uğrunda son ana qədər vuruşur. Elmar Nəbiyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub.
Elmar Nəbiyevin bu gün ruhu şaddır. Onun böyük amallar uğrunda döyüşdüyü Azərbaycan torpaqları azad olundu. Elmar kimi qəhrəmanlarımızın döyüşkən ruhu, qorxmazlığı nəticəsində Azərbaycanın qüruru, ərazi bütövlüyü özünə qayıtdı.

Bu qayıdış tariximizin ən möhtəşəm səhifəsinə çevrildi. Tarixşünaslıqda bu qəhrəmanlıq səhifəsi hər zaman qeyd olunacaq. Gələcək nəsillər üçün qürur mənbəyinə çevriləcək. Şəhid valideynlərinin, ailələrinin nisgilini anlayırıq. Lakin Şəhidlərimiz elə bir şücaət göstəriblər ki, onlar böyük bir nəslin fədakar, milli ruhda yetişməsində örnək oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nəbiyev Elmar "Vətən uğrunda" medalı, "Cəsur Döyüşçü medalı" və 3-cü dərəcəli "Vətənə Xidmət Ordeni" ilə təltif olunub.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin digər 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən şəhid Nəbiyev Elmar Elman oğlu "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Məkanı cənnət olsun.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

16-09-2024, 14:24

MSK yekun siyahını açıqladı! - Adlar

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:10
    Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
  • Dünən, 17:44
    Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto
  • Dünən, 17:19
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Dünən, 16:46
    Aİ məhkəməsinin ad qadağası – radikalların antimiqrant planı - ŞƏRH
  • Dünən, 16:11
    Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
  • Dünən, 15:36
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dünən, 15:02
    Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
  • Dünən, 13:00
    Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
  • Dünən, 12:12
    Sınanmış Etibarın Dərsi
  • Dünən, 11:54
    Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür
  • Dünən, 11:20
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Dünən, 10:52
    Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
  • Dünən, 10:26
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 09:48
    Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
  • Dünən, 09:20
    Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
  • 8-09-2026, 19:00
    Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH
  • 8-09-2026, 18:33
    Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək
  • 8-09-2026, 17:59
    Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib
  • 8-09-2026, 17:13
    Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
  • 8-09-2026, 16:43
    Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
  • 8-09-2026, 16:05
    Daşlara qədər çatan işğal - Qarabağın məhv edilən mədəni irsi - ŞƏRH
  • 8-09-2026, 15:20
    Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
  • 8-09-2026, 14:46
    TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
  • 8-09-2026, 14:32
    Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
  • 8-09-2026, 13:06
    Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
  • 8-09-2026, 12:32
    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
  • 8-09-2026, 12:14
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • 8-09-2026, 11:40
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • 8-09-2026, 10:39
    Tanınmış generala ağır itki
  • 8-09-2026, 10:18
    İki kollecdə yeni - Təyinat
  • 8-09-2026, 10:00
    UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
  • 8-09-2026, 09:14
    Azərbaycan neftinin qiyməti 107 dolları keçib
  • 8-09-2026, 08:49
    Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
  • 7-09-2026, 19:00
    Trampın elçilərinin Moskva və Kiyevə səfəri – davam edən müharibə - ŞƏRH
  • 7-09-2026, 18:31
    Uitkoff Ukrayna üzrə danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu bildirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə