Türk kino və televiziya dünyasının ustad adlarından biri olan Ali Tutaldan üzücü xəbər gəlib.
Beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor dünyasını dəyişib.
Qeyd edək ki, “Güneşi Gördüm”, “Geniş Ailə” və “Bereketli Topraklar Üstündə” kimi çoxsaylı film və seriallarda rol alan Tutal illər ərzində canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.