• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

ADI KİMLİYİ OLAN ADAM

Mədəniyyət

Bu gün, 13:37


Sadiq Gözəlov-70

Onunla tanışlığımız keçən əsrə dayanır, 1978-ci ilə. Tanışlığımız ona görə deyirəm ki, qrup şəklində idi, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbələrinin qismətlərinə yazılmış bir tale cizgisi kimi. Və bu tanışlıq təsadüfdən çox zərurətdən irəli gəlirdi. Çünki 26 nəfərin eyni məqsəd, eyni arzu və istək, məram uğrunda müxtəlif məkanlardan, ayrı-ayrı istiqamətlərdən çıxdıqları yol onları eyni nöqtəyə, eyni yerə gətirəcəkdi. Və biz də məhz bu zərurətdən irəli gələrək bir yerə cəmləndik, bir-birimizi tanıdıq. BDU-nun jurnalistika fakültəsinin 1004-cü qrupunda düz beş il eyni auditoriyanı bölüşdük, eyni müəllimlərin mühazirələrini dinlədik, eyni elm bilicilərindən dərs aldıq, eyni kitabları oxuduq, müxtəlif qiymətlər aldıq, imtahanların stress və həyəcanını, sevinc və fərəhini bərabər yaşadıq, zarafatlaşdıq, mübahisələr etdik, ciddi müzakirələr apardıq, mükalimələr, diskussiyalar, dərsdən sonra kitabxana bağlananadək oxu zalında növbəti mühazirənin suallarına cavabları öyrəndik, oxuyub çatdırmayanda artıq dostlaşdığımız kitabxanaçıdan kitabı bir gecəlik evə aparmaq icazəsini alanda necə sevinirdik, çox az hallarda dərsdən qaçmalar, böyük tənəffüslərdə bizə ən yaxın “Sərin” kafesində atışdırmalar, şəhər gəzintiləri, muzeylərə, tarixi yerlərə ekskursiyalar, iki il pambıq yığımında rayon əhalisinə kömək etməyimiz, özəl günlərimizi təbrik üçün müvəqqəti yaşadığımız kirayə evlərində keçirdiyimiz mini məclislər, erkən ailə həyatı quran tələbə yoldaşımızın toyunda iştirak üçün bir avtobusun biletlərini alıb rayona getməyimiz, gecəni dağılışıb təzə bəyin qohumlarının evlərində yatmağımız... Bunu nə qədər istəsək uzada bilərik. Çünki hər saatı, hər dəqiqəsi bir ömrə bədəl beş illik tələbəlik həyatının həyəcanlı və yaddaqalan anlarını yığıb-yığışdırmaq mümkünmü? Bir ailə kimi olduq. Düz beş illik ömrümüzün bir parçası, həm də ən qiymətli bir hissəsi yaşandı universitet auditoriyalarında. Burdan başlanan tanışlıqlar dostluğa çevrilib bu günədək davam da etdi. Universitetdən sonra ayrılan yolların bir daha kəsişmədiyi də oldu. Məşhur imzalar da oldu, jurnalistikadan uzaqlaşıb başqa sahələrdə çalışanlar da, evdar xanım olanlar, dünyasını tez dəyişənlər...
Qrupumuzda oxuyan uşaqların arasındakı yaş fərqləri 5-6 il ancaq olardı. Sadiq Gözəlov da qismən yaşlılar sırasında yer alırdı. (Görəsən o zamanlar bizə o 3-4 yaş fərqi nədən elə çox görünürdü maraqlıdı) Fakültə komsomol təşkilatının sədri seçilmişdi. Elə ilk semestrdən əlaçı çıxmışdı. Və universiteti bitirənədək əlaçılıq estafetini əldən vermədi. Hamıdan fərqlənərək qırmızı diplom aldı. Həm də köhnə kişilər kimi ağır-batman idi. Ona söz deməkdən, onunla ünsiyyət qurmaqdan çəkinərdik bəzən. Az danışan, çox iş görən idi. İllər keçdikcə onun da xarakterik xüsusiyyətlərini çözə bildik. Əslində ürəyi yumşaq, xeyirxahlıq etmək amacında olan, paxıllıq hissindən uzaq, yardımsevər olduğunu öyrəndik. Daha doğrusu, bütün bunları onun hərəkətlərindən, tələbə yoldaşları ilə münasibətlərindən hiss elədik, gördük. Ondan kömək istəyənlərə heç vaxt yox deməzdi, əlindən gələni edirdi. Bu köməklər əsasən imtahan ərəfəsində oxuyub çatdıra bilmədiyimiz, bəzən də çətin qavradığımız sualların cavabları ilə bağlı olardı. Şəxsən mən onun bir xüsusiyyətinin də şahidi oldum. Fikirli, düşüncəli gördüyü tələbə yoldaşlarına yaxınlaşır, dərdini, problemini anlatmasını israrla soruşurdu. Düzünü deyim ki, bu hər insanda olan xüsusiyyət deyildi. Sənə yaxınlaşıb dərdini deməyən birinin yanında olmaq, ona yalnız olmadığını hiss etdirmək çox gözəl bir haldı. Bizim Sadiqimiz bu cür oğlan idi. Fikri-zikri yalnız oxumaqda, bir də ictimai işlərdə olan gənc fəal. 1983-cü ildə beş illik universitet təhsilimizi bitirib hərəmiz bir yana səpələndik. Bir-birimizdən xəbərsiz. Amma bizim bir şansımız vardı ki, mediada çalışanların imzaları üzdəydi və bu imza ilə bir-birimizdən xəbər tuta bilirdik. Ən azından jurnalist fəaliyyəti göstərənlərin yaradıcılığını, fəaliyyətini izləyə bilirdik. Sadiq Gözəlovun da təyinatı doğulub böyüdüyü Naxçıvana verilmişdi. Orada ixtisası üzrə boş yer olmadığından və tələbəlik illərindəki təcrübəsini nəzərə alaraq onu Vilayət Komsomol Komitəsində işə götürdülər. Və o, 4 il burada müxtəlif vəzifələrdə çalışdı. 1987-ci ilin mart ayından Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirdi. Sadiq Gözəlovun sonrakı yaradıcılıq yolunu tərcümeyi - halından öyrənmək daha münasibdir məncə.
1956-cı il fevralın 11-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 8 illik təhsilini kənd məktəbində, orta təhsilini Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbdə bitirib. Sovet ordusu sıralarında qulluq edib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra 1983-87-ci illərdə komsomol işində şalışmasına baxmayaraq tez-tez yerli televiziya və radio ilə çıxışlar edib.
1987-ci ilin mart ayından 1995-ci ilə kimi Azərbaycan Dövlət Televiziyasının Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri olub. Cəmiyyət həyatının müxtəlif sahələrindən yüzlərlə süjet, reportaj hazırlayıb...
1988-ci ilin may ayında, erməni quldurları Vedi rayonunun Şirazlı kəndində azərbaycanlı əhalinin evlərini daş-qalaq edərək yandırdıqdan, onları dədə-baba yurdlarını tərk etməyə məcbur etdikdən bir neçə gün sonra, Naxçıvanın o zamankı daxili işlər naziri Ramil Usubovun köməyi ilə, televiziyanın operatoru Ənvər Rəhimovla birlikdə gizli yollarla həmin kənddə olub. Taleyin ümidinə buraxılaraq qardaş Türkiyə ilə sərhədə - Araz qırağına sığınmış, azərbaycanlıların yaşadıqları Şiddi və Xəlisə kəndlərinə pənah aparmış sakinlərlə görüşüb. Onların acınacaqlı vəziyyətindən 45 dəqiqəlik çox mühüm əhəmiyyətli süjet hazırlayıb və bu çəkiliş sayəsində ölkə rəhbərliyi ermənilərin orada yaşayan günahsız əhaliyə, soydaşlarımıza qarşı necə amansızcasına rəftar etdiklərinin, bütün vəhşiliklərinin real mənzərəsinin şahidi olublar. Erməni quldurlarının Muxtar Respublikanın Sədərək, Şərur, Şahbuz, Ordubad, Babək rayonlarına hücumları zamanı dəfələrlə həmin qaynar nöqtələrdə olub. Mərd naxçıvanlıların düşmən hücumlarının qarşısını necə qətiyyətlə, canları bahasına aldıqlarını lentin yaddaşına köçürərək Azərbaycan Televiziyasına göndərib...
1991-ci ilin avqust ayında Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları sonuncu kəndin - Mehri rayonunun Nüvədi kəndinin rus hərbçilərinin köməyi ilə zorla evlərindən qovulmuş, Zəngilanın Vejnəli kəndinə və dəmiryol stansiyasına sığınmış sakinləri ilə görüşərək onlardan müsahibələr alıb. Zəngilan və Cəbrayıl rayonlarından, habelə son hadisələrin pik həddinə çatdığı Mehri ərazisindən xüsusi reportajlar hazırlayıb.
Çəkilişlər zamanı operator Ənvər Rəhimovla birlikdə dəfələrlə ölüm təhlükəsi ilə üzləşiblər.
Blokadada şəraitində yaşayanan Muxtar Respublika ilə bağlı xəbərlərin Azərbaycan tamaşaçısına operativ çatdırılmasındakı xidmətlərinə görə Naxçıvan MR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub.
Həmin illərdə Bakıdan Naxçıvana gedən sərnişin və yük qatarları tez-tez Mehri rayonu ərazisində dayandırılır, dəmiryol relsləri partladılır, bəzən sərnişinlər girov götürülürdü. Ərzaq və yanacaq çatışmazlığı, həftələrlə elektrik enerjisinin verilməməsi, qazın ümumiyyətlə olmaması naxçıvanlıları olumla ölüm arasında qoymuşdu...
Belə bir vaxtda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin blokada şəraitində yaşayan Naxçıvana gəlişi adamların qəlbində ümid işığı yandırdı, onların gələcəyə olan inamını özünə qaytardı... Sonradan baş verən hadisələr, ulu öndərin Ali Məclisin Sədri seçilməsi, orada qəbul olunan qərarlar bütövlükdə respublikamızın müstəqilliyinin və milli azadlığının əldə olunmasında mühüm rol oynadı. Heydər Əliyev Naxçıvanın və bütün Azərbaycanın xilaskarı oldu...
1990-95-ci illərdə Muxtar Respublika Ali Məclisinin deputatı olmaq şərəfi Azərbaycan Televiziyasının xüsusi müxbiri Sadiq Gözəlova da nəsib olur. Ulu öndərin Naxçıvanda yaşayıb işlədiyi dövrdə müxtəlif görüşlərində, qəbullarında və səfərlərində iştirakı onun həyatında silinməz izlər buraxır...
O illərdə respublika rəhbərliyinin dahi Heydər Əliyevin şəxsiyyətinə olan qısqanc münasibətinə, televiziya rəhbərliyinin Naxçıvan Ali Məclisi Sədrinin Muxtar Respublikanın ayaqda qalması və blokadadan çıxarılması istiqamətində gördüyü böyük işlərin ölkə tamaşaçısına çatdırılmasına mane olmaq istəyinə baxmayaraq, Sadiq Gözəlov çətinliklə də olsa, televiziyadakı Heydər Əliyev sevərlərin köməyi ilə hazırladığı bir çox xəbərlərin, çəkdiyi verilişlərin və sujetlərin yayılmasına nail olur...
Məhz dahi rəhbərin tövsiyyəsi ilə Azərbaycan televiziyasının xüsusi müxbiri, Muxtar Respublika Ali Məclisinin deputatı Sadiq Gözəlov 39 yaşında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin olunur. 1995-ci ildən 2017-ci ilə qədər həmin vəzifədə peşəkarcasına, şərəflə çalışır. 1998-2003-cü illərdə Polis Akademiyasında ikinci ali təhsil alaraq (qiyabi) hüquqşünas ixtisasına da yiyələnir.
Polis polkovniki Sadiq Gözəlov ölkə prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində və xidməti vəzifəsinin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı ilə təltif edilir. Polis orqanlarının fəaliyyətinin təbliğ edilməsində xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülür.
Media sahəsindəki peşəkar, işgüzar, həmçinin ictimaiyyət və mətbuatla əlaqələrin qurulmasındakı fəaliyyətinə görə “Qızıl Qələm” və Həsən bəy Zərdabi mükafatları ilə təltif olunur...
Xidmət illərində 32 dəfə müxtəlif həvəsləndirmə təltifləri ilə, o cümlədən 13 dəfə Daxili İşlər Nazirliyinin Fəxri Fərmanları ilə, Azərbaycan Polisinin 95 illiyi və 100 illiyi yubiley medalları ilə, “Əla xidmətlərə görə” döş nişanı, “Qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi və s. ilə mükafatlandırılır.
Təqaüdə çıxdıqdan sonra yeni vəzifəyə - Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış “Daxili İşlər Orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi Fondu”nun icraçı direktoru vəzifəsinə təyin olunur və burada da vicdanla, şərəflə çalışır.
2000-2020-ci illər arası Sadiqlə kolleqa olduq deyərdim sanki. Mən Respublika Baş Prokurorluğunun mətbuat xidmətində, o isə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində çalışırdı. Kriminal informasiyaların yayımlanması zamanı mütəmadi fikir mübadilələri edirdik, məsləhətləşirdik. Tez-tez bu iki qurumun birgə məlumatlarını hazırlayıb yayımlayırdıq. Onun 50 illik yubiley yaşına da sürpriz yazı hazırlamışdım. Allahın lütfü ilə 70 yaşına da yazı hazırlamaq qismətim oldu. Və bu yazını sevə-sevə, ürəklə yazdığımın fərqindəyəm. Qələm əhlinin qəhrəmanı xarakter sahibi olursa, dəyərli, qiymətli biridirsə, həm də müəllif onu yaxından tanıyırsa bu onun qəlbindən süzülüb gəlir, filtrlənir və oxucu tərəfindən çox maraqla qarşılanır.
Sabiq tələbə yoldaşımız, əziz dost və sirdaşımız Sadiq Gözəlov ömrünün ən müdrik, kamil dövrünə qədəm qoyub. Bu yaş insan ömrünün zəngin həyat təcrübəsinin toplandığı, ölçülü, düzgün qərarlar verə bildiyi, çəkili sözə sahib olduğu bir dövrüdür. Həm də gənc nəslə yol göstərən, örnək ola bilən, keçilən yollar, görülən işlər barədə özü-özünə hesabat verən, şərəfli keçmişinə görə şükür edən, vicdanla yaşadığı illərin çiynində yük deyil, həyatında böyük dəyərə malik olduğunu dərk edən, mükəmməl, əzmkar, iradəli, olğun bir şəxsiyyət kimi yetişdiyinin nümunəsidir. Amma səmimiyyətlə etiraf etməliyəm ki, Sadiq Gözəlov hələ onu ilk tanıdığımız tələbəlik illərindən sadaladığım yüksək xüsusiyyətləri varlığında cəmləşdirən, davranış və hərəkətlərində düzənli olaraq göstərən, hərtərəfli şəxsiyyət kimi yetişdiyini sübuta yetirən bir insan olub. Demək ki, bəzi dəyərlər sonradan qazanılsa da, əsas qanla gələn, nəsil şəcərəsi ilə ötürülən kodlardır.
Daha neçə-neçə yubiley yaşlarına beləcə gənc görkəminlə, azad ruhunla, nümunəvi ailənlə, fədakar və sədaqətli ömür-gün yoldaşınla, yetişdirdiyin ağıllı, vətənpərvər övladlarınla, şirin-şəkər nəvələrinlə, hörmətini qazandığın yüzlərlə insanla, səni sevən saysız dostlarınla qədəm qoymanı arzulayır və sağlam yaşa, xoşbəxt yaşa deyirəm.

Əntiqə Qonaq,
Əməkdar jurnalist

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-12-2025, 19:14

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:35
    İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb
  • Bu gün, 17:49
    Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
  • Bu gün, 17:21
    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib
  • Bu gün, 16:29
    ABŞ-ın vitse-prezidenti Ermənistandan Azərbaycana yola düşüb
  • Bu gün, 16:09
    Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 27 %-dən çox artırıb
  • Bu gün, 15:58
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
  • Bu gün, 15:03
    Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə gedib - YENİLƏNİB
  • Bu gün, 14:42
    Gəncə şəhər İcra İdarəsinə yeni rəis təyin edilib
  • Bu gün, 14:25
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • Bu gün, 14:01
    Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi I oxunuşda qəbul edilib
  • Bu gün, 13:43
    "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi ilk oxunuşda qəbul edilib
  • Bu gün, 13:37
    ADI KİMLİYİ OLAN ADAM
  • Bu gün, 12:17
    Fəzail Ağamalı ilə vida mərasimi keçirilir - Fotolar
  • Bu gün, 11:48
    Nəriman Axundzadə ABŞ klubuna transfer olub
  • Bu gün, 11:22
    Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər
  • Bu gün, 10:28
    Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
  • Bu gün, 09:59
    Deputatlar 12 məsələnin müzakirəsinə TOPLAŞIRLAR
  • Bu gün, 09:29
    Premyer Liqa: "Şamaxı" "Qarabağ"ı, "Neftçi" "Qəbələ"ni qəbul edir
  • Bu gün, 09:04
    BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb
  • Dünən, 17:13
    Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi
  • Dünən, 16:47
    Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb
  • Dünən, 16:26
    Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Cey Di Vensə açıq məktub ünvanlayıblar
  • Dünən, 16:11
    Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib
  • Dünən, 15:58
    Totalitar rejim həm də incəsənət adamlarını hədəfə almışdı
  • Dünən, 15:50
    Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 15:25
    Yol Polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 14:59
    DİN inspektor vəzifələrinə qadınların xidmətə qəbulu ilə bağlı müsabiqə elan edib
  • Dünən, 14:42
    Prezidentdən Cabbar Musayevlə bağlı - Sərəncam
  • Dünən, 13:19
    Sabah Bakıya və rayonlara qar yağacaq - PROQNOZ
  • Dünən, 12:54
    Bu məlumatları yayan media subyektləri məsuliyyət daşıyacaq
  • Dünən, 12:31
    Azərbaycan MN rəhbərliyi Ər-Riyadda "World Defense Show" sərgisində iştirak edib
  • Dünən, 11:57
    KİV: Türkiyə–Ermənistan sərhədində “Alican” keçid məntəqəsinin bərpası yekunlaşır
  • Dünən, 11:38
    Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin olunub
  • Dünən, 10:56
    Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq
  • Dünən, 10:36
    Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə