• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH

Gündəm / Siyasət

21-02-2025, 19:00

Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH

 
Qərbin hərbi-siyasi dairələri tərəfindən Rusiya ilə müharibəyə cəlb edilən Ukrayna çətin və faciəvi günlərini yaşayır. ABŞ və Avropa İttifaqı arasında qarşıdurma yaşanır, Ukrayna isə taleyin ümidinə buraxılmış vəziyyətə salınıb. Hər gün işğalçılar yeni-yeni ərazilərini tutur, şəhərlərini dağıdır, insanlar ölür. Hətta iş o yerə çatıb ki, ABŞ indiyə qədər Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb edir. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha qabarıq üzə çıxıb. ABŞ Prezidenti Donald Tramp konfransa qatılmaqdan imtina etdi və onu tədbirdə vitse-prezident əvəzlədi. Bu nümayişkənarə imtina onun Avroatlantik İttifaqının dəyərlərinə bəslədiyi mənfi münasibətin göstəricisi kimi qəbul edildi. Ukraynanın yaşadığı gərginlikdə şübhəsiz ki, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də Cozef Bayden və Antoni Blinkenin yarıtmaz siyasəti də az rol oynamadı. Bugünkü ABŞ-Avropa İttifaqı arasında gərginliyinə görə ultra liberal və liberalo-faşist ideologiyasını yürüdən Bayden-Blinken administrasiyası birbaşa məsuliyyət daşıyır. Bu iddianı da əksəriyyət indi birmənalı şəkildə qəbul edir. Münxen Təhlükəsizlik konfransında ABŞ vitse-prezidentinin çıxışı bütün Qərb dünya və elita üçün “soyuq duş” oldu. Görünən odur ki, ABŞ və Avropa İttifaqının strateji hədəfləri artıq ayrılıb. On ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Moskva az qala qalib tərəf kimi göstərilir. Artıq XİN rəhbərləri səviyyəsində görüşlər baş tutub və gələcəkdə də bu proses prezidentlər səviyyəsində davam etdiriləcək.
Mülahizələrə görə, Tramp-Putin sövdələşməsi növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər inkişaf da edə bilər. Ağ Evin Kremllə məxfi təmasların nəticələrindən hələlik məmnun olduğu da müşahidə olunur. Ukrayna Prezidenti Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etməsi Ağ Ev sahibini ciddi şəkildə qəzəbləndirib. Çünki prezident Volodimir Zelenski Türkiyənin də dəstəyini arxasına alaraq, Ukrayna üçün təhlükəli anlaşmanı rədd edirsə, bu, Tramp planının pozulmasına səbəb ola bilər. Və bu səbəbdən də, Ağ Ev sahibi Ukrayna prezidentinə qarşı şantaj xarakterli sərt ittihamlar irəli sürür.
 

ABŞ və Avropa İttifaqı arasında qarşıdurmanın durmadan artması, Donald Trampın açıqlamaları, artıq “Kollektiv Qərb” anlayışının olmadığını və ya süqut etdiyini göstərir. Artıq qlobal media Rusiya-Ukrayna savaşından daha çox ABŞ-Avropa qarşıdurmasını müzakirə edir. Hadisələrin təhlili deməyə əsas verir ki, Yeni Dünya Nizamında parçalanmış Şimali Atlantika bloku arasındakı rəqabət həlledici olacaq. NATO-nun beyin ölümü keçirdiyini, Avropa ordusu qurulmasının zəruriliyini Fransa prezidenti Emmanuel Makron hələ Ukrayna savaşı başlamadan öncə dilə gətirmişdi. Ukrayna prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bu fikirləri yenidən gündəmə gətirdi. Avropanın təhlükəsizliyinin Avropa tərəfindən təmin edilməsi fikri ona görə aktuallaşdı ki, bir çox strateqlər ABŞ-nin, günün birində oyun qaydalarını dəyişəcəyini hesablamışdırlar. Elə dünən Almaniyanın məhşur “Bild” qəzeti ABŞ və Rusiya arasında Əl-Riyadda baş tutan görüşdə Amerika qoşunlarının 1990-cı ildən sonra NATO-ya üzv olan ölkələrin ərazisindən çıxarılmasının mümkünlüyü barədə müzakirələrin aparıldığını yazdı. Donald Trampın Ukraynaya qarşı sərt tutumu, ölkənin 500 milyard dollar dəyərində qiymətləndirilən zəngin yeraltı minerallarına çökmək niyyəti Avro-Atlantik məkanı heç də yaxşı günlərin gözləmədiyinin işarəsi sayıla bilər. Qərbin öz qurduğu oyun öz başında çatladı. 1938-ci ildə Münxen Anlaşması ilə Sudet vilayəyətini Almanlara peşkəş edib Çexoslavakiya nümayəndələrini qapı arxasında qoyanlar bu gün özləri qapı arxasında qaldı.
 

Beləliklə, ABŞ və Avropa İttifaqı arasında gərginlik yaşanır və qeyd etdiyimiz kimi, çətin durumda qalan yenə də Ukrayna xalqıdır. Ölkə ərazisində minlərlə insanın ölümünə səbəb olan müharibə gedir və sülhdən də hələ ki söhbət gedə bilməz. Bu gün Ukraynanın taleyi onun iştirakı olmadan müzakirə edilir. Ölkənin prezidenti Volodimir Zelenski açıq şəkildə bəyan edir ki, onların iştirakı olmadan dövlətin taleyi müzakirə edilir. Belə bir mövqenin yaranmasında şübhəsiz ki, onun və əvvəlki rəhbərlərin rolu var. Ölkənin narıncı inqilablar poliqonuna çevirlməsində Qərblə yanaşı, onların da rolu var. Hər dəfə Ukraynada dövlət çevrilişi və yaxud inqilablar yaşananda ölkə nümunə kimi Qərb tərəfindən çəkilirdi. Sual olunur hazırda həmin çevrilişləri təşkil edən viktoriya nulandlar və kondoliza rayslar hardadır? Təbii ki, onlar indi oturub rahat yaşayır, ortalıqda qalan isə Ukrayna xalqıdır.
 

Ukraynanın faciəsi həm də ölkənin güclü liderinin olmamasındadır və bu bizim üçün tanış mənzərədir.
Həmin ultra liberal qüvvələr (Nuland və s.), psevdo demokrat düşərgəsindən siyasətçiləri NED, NDİ və s. fondlar vasitəsilə Azərbaycanda rəngli inqilablar təşkil etmək istəyirdilər. Öz təbliğatları ilə Azərbaycan gənclərində Qarabağa bağlılığı unutdurmağa çalışırdılar, LQBT fəalları Azərbaycan ailəsi modelini dağıtmaq istəyirdilər. Lakin bütün çirkin istəkləri elə arzu olaraq qaldı da. Səbəb odur ki, Ukraynadan fərqli Azərbaycanın rəhbərliyində güclü lider var və o həmin təhdidləri görərək vaxtında lazımi addımlar atdı, iqtidar-xalq birliyini təmin etdi, güclü ordu, müstəqil xarici siyasət və s. ilə təhdidləri neytrallaşdırdı. Azərbaycan heç zaman imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi rəngli inqilablar, siyasi eksperimentlər üçün bir poliqon olsun.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

10-01-2025, 09:36

KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir

Gündəm / Dünya

17-12-2024, 19:14

Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir

Gündəm / Dünya

7-11-2024, 08:23

Politico: Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır

Gündəm / Siyasət

18-07-2024, 13:59

Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi - Təcili

Gündəm / Dünya

6-05-2024, 09:31

ABŞ institutu: Ukrayna cəbhə xəttində təşəbbüsü ələ keçirə bilər

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 12:00
    Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
  • Bu gün, 11:00
    Sloveniya Prezidenti qəzaya düşdü
  • Bu gün, 10:30
    İkram Kərimov vəfat etdi
  • Dünən, 17:43
    İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
  • Dünən, 17:36
    Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
  • Dünən, 16:33
    Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
  • Dünən, 15:21
    Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 12:36
    Bazar gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:27
    Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
  • Dünən, 11:56
    Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
  • Dünən, 11:30
    İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Dünən, 10:49
    Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
  • Dünən, 10:31
    Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • Dünən, 10:02
    Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
  • Dünən, 09:40
    İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 09:10
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • 31-07-2026, 18:33
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • 31-07-2026, 17:56
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • 31-07-2026, 17:11
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • 31-07-2026, 16:39
    Qazini cərəyan vurub öldürdü - Foto
  • 31-07-2026, 16:11
    Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb
  • 31-07-2026, 15:47
    Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib
  • 31-07-2026, 15:21
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • 31-07-2026, 15:09
    Türk dünyası QHT-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • 31-07-2026, 13:11
    Sabah 39 dərəcə isti olacaq
  • 31-07-2026, 12:23
    Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
  • 31-07-2026, 11:42
    ONDAN NÜMUNƏ GÖTÜRÜN
  • 31-07-2026, 11:39
    Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
  • 31-07-2026, 11:31
    Azərbaycan Dilinin Tarixi Zəfəri
  • 31-07-2026, 11:10
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
  • 31-07-2026, 10:32
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb
  • 31-07-2026, 10:09
    Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir
  • 31-07-2026, 09:47
    Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə