• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

“Nazirliyə 8-10 faiz “otkat” qaytarırdıq”

Gündəm / Cəmiyyət

3-05-2024, 19:31



Müdafiə Nazirliyindəki korrupsiya faktına görə məhkəmə istintaqı davam edir.

Bakı Hərbi Məhkəməsində mühakimə edilən dörd nəfərin işi hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır.

Bunlar Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.

Bu iş üzrə artıq yüzdən çox şahid dindirilib. Bu gün hakim Fikrət Əliyev elan edib ki, şahid qismində tanınmış beş nəfər var ki, məhkəmənin çağırışlarına gəlmir. Onlardan üçü hərbçi, 2-si isə mülki şəxsdir.

Qərara alınıb ki, hərbçi şahidlərin məhkəmədə iştirakının təmin edilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyinə məktub göndərilsin.

Məlumat üçün deyək ki, hərbçilər haqda məcburi gətirilmə tədbiri mümkün olmadığına görə belə qərar verilib.

Prosesin davamında iki nəfər şahid də dindirilib. Şahidlərdən biri Müdafiə Nazirliyi ilə müqavilə bağlamış şirkətlərdən birinin rəhbəri İlqar Niftalıyevdir.

Niftalıyevın şirkəti hərbçilər üçün qol və yaxa nişanlarının hazırlanması ilə məşğul olub. Dediyinə görə, həmin nişanları nazirliyin sifarişi ilə istehsal edərək təhvil versələr də, mallarının pulunu vaxtında ala bilməyiblər: “Müdafiə Nazirliyi ilə 1 milyon 31 min manatlıq müqaviləmiz var idi. Təhvil verdiyimiz sifarişlərin pulunu vaxtında ala bilmədiyimiz üçün rəsmi şəxslərlə əlaqə yaratmağa çalışırdıq”.

İlqar Naftalıyev Nizami Məmmədova baxaraq onu tanıdığını, müqavilələri birlikdə imzaladığını deyib.

İddia edib ki, şəxsən general Məmmədovla əlaqə saxlayıb: “Nizami Məmmədovu mənimlə kimin tanış etdiyini dəqiq yadıma sala bilmirəm. Amma yadımdadır ki, generalı tapmaq üçün bir müddət əlləşib-vuruşdum. Bilirsiniz, Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Soraqlaşa-soraqlaşa gedib tapdım”.

Şahid dolaşıq danışdığı üçün onun istintaq vaxtı müstəntiqə verdiyi ifadəsi elan edilib.

Niftalıyev o vaxt deyib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin əməkdaşı Akif Umudovla əlaqə saxlayıb və iş görüşməsi üçün müqavilə bağlayıblar. Nazirliyin köçürdüyü puldan isə “otkat” olaraq 52 min manat elə Akif Umudova qaytarılıb.

Bundan sonra şahid etiraf edib ki, hakim qarşısında həyəcan keçirdiyi üçün Nizami Məmmədovu başqası ilə səhv salıb. İ.Naftalıyev şüşə qəfəs arxasında əyləşən müttəhim Məmmədovdan üzr istəyib: “Dediyim kimi hamısı həyəcandandır, üzr istəyirəm. Nizami Məmmədovu Akif Umudovla səhv salmışam. Mən işləri Akif Umudovla həll etmişəm”.

Digər şahid Elnur Məmmədov isə qazanxanaların təmiri ilə məşğul olan şirkətin rəhbəri olub. Deyib ki, Müdafiə Nazirliyi ilə başqa şirkət rəhbəri olan Əlövsət Orucov vasitəsilə əlaqə yaradıb: “Əlövsət müəllim dedi ki, pulun müəyyən hissəsini idarəyə qaytarmalısan. Nazirliyə 8-10 faiz “otkat” qaytarırdıq. Müəyyən xərclərə görə faiz verməli olduğumuzu deyirdilər, biz də etiraz etmirdik. Müqaviləni nazirliyin Mənzil-İstismar İdarəsi ilə bağlamışdıq. Aldığım pulun da 236 min manatını “otkat” olaraq qaytarmışam”.

Poses mayın 17-də davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-05-2024, 16:13

Yeni nazir onları işdən çıxardı

Gündəm / Siyasət

25-04-2024, 18:57

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Gündəm / Cəmiyyət

19-04-2024, 12:39

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Gündəm / Cəmiyyət

17-04-2024, 12:28

Ədliyyə Nazirliyində yeni təyinatlar

Dünya

14-04-2024, 16:00

İrandan ABŞ-yə xəbərdarlıq

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:25
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Bu gün, 18:00
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Bu gün, 17:26
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Bu gün, 17:01
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 14:42
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:05
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:02
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:23
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 16:44
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 14:44
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:52
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Dünən, 12:26
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dünən, 11:14
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Dünən, 09:27
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Dünən, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • 28-09-2026, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • 28-09-2026, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 28-09-2026, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • 28-09-2026, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • 28-09-2026, 16:58
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • 28-09-2026, 16:30
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 28-09-2026, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə