• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vaxt limiti sona çatdı

Gündəm / Siyasət

8-01-2025, 11:23

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vaxt limiti sona çatdı


İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların təsir dairəsi, əslində, regionun hüdudlarından da çox kənara çıxmaqdadır.

Sözügedən təsir istiqamətlərindən biri də odur ki,  məhz 44 günlük Vətən müharibəsindən sonra türk dünyasının intibahında, inteqrasiyasında yeni bir mərhələnin başlandığı müşahidə olunur. Elə bu kontekstdə aktuallaşan məsələlərdən biri də türk dövlətlərinin  coğrafi maneələr olmadan biri-birilə əlaqə saxlaya bilməsidir. Bunun üçün mühüm şərtlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Bütün dünyaya bəlli olan həqiqətdir ki, qədim Azərbaycan torpağı olan Zəngəzurun ötən əsrdə zorla Azərbaycandan qoparılması həm də türk dünyasının coğrafi cəhətdən parçalanması məqsədi güdürdü. Amma indi Azərbaycanın Vətən müharibəsi, 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərindən sonra yaranan yeni reallıqlar fonunda Zəngəzur, buradan keçəcək dəhliz yenidən türk dünyasının birləşməsi rolunu oynayacaq. Burada reallaşdırılıcaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasının birləşməsində müstəsna önəm kəsb edəcək. Bundan digər ölkələr, o cümlədən Ermənistan da çoxsaylı dividendlər əldə edəcək. Lakin buna və üzərinə götürdüyü öhdəliklərə rəğmən, Ermənistan Zəngəzur dəhlizinin açılmasını hələ də ləngidir.

Azərbaycan sözügedən məsələnin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımı addımları atıb və atmaqdadır. Lakin Ermənistanın adekvat reaksiya sərgiləməməsi səbəbindən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ləngiyir. Bu, regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına da mənfi rakursda təsirsiz ötüşmür. Təbii ki, hadisələrin bu səpkidə inkişafı regionun lider və qalib ölkəsi olan Azərbaycanın maraqlarına, mənafelərinə cavab vermir. Bütün bunlardan irəli gələrək, Azərbaycan bir daha ən yüksək səviyyədə Ermənistana Zəngəzur dəhlizi ilə bağlı konkret yanaşmasının nədən ibarət olduğunu çatdırdı.  Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq olmasını,  Ermənistanın buna maneə olmamasını, Türkiyə ilə ölkəmiz arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun ümdə şərtlərindən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Qeyd edilən xüsusda dövlət başçısı bildirib: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Bir daha qeyd edilməlidir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın müvafiq öhdəliyidir və üçtərəfli bəyantlarda bu hal təsbit olunub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində sözügedən məsələ öz təsbitini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı digər üçtərəfli Bəyanatda bir daha bu məsələyə toxunulub: “2020-ci il 10 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir”. Həmin İşçi qrupu fəaliyyətə başlasa da, bir neçə görüş keçirsə də, Ermənistanın mövqeyi səbəbindən ortada hansısa nəticə yoxdur.

Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.

Zəngəzur dəhlizinin işə düşməsi məqsədilə ölkəmiz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir və prosesi əsas etibarı ilə yekunlaşdırmaq üzrədir. Amma bu vaxta kimi Ermənistan rəhbərliyi dəhlizin açılması istiqamətində hər hansı əməli addım atmır, sözdən o tərəfə keçməyən fikirlər səsləndirir. Halbuki, dəhlizin açılacağı təqdirdə ondan ən böyük fayda götürən tərəflərdən biri Ermənistan özü olacaq. Çünki işə başladıqdan sonra  bu dəhliz Ermənistanın əsas ticarət və nəqliyyat yollarından biri olmasına gətirib çıxaracaq, idxal və ixrac marşrutlarının şaxələndirməsinə imkan verəcək. Eyni zamanda Zəngəzur dəhlizi Ermənistanın izolyasiya vəziyyətindən xilas olmasına, onun region və ondan kənar ölkələrlə  əlaqələrində yeni mərhələnin başlanmasına səbəb olacaq. Perspektivdə Zəngəzur dəhlizi Ermənistan üçün enerji təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət kəsb edə bilər.

Sözügedən dəhlizinin strateji əhəmiyyəti bu mənada həm də onunla ölçülür ki, o, işə düşdüyü halda Cənubi Qafqaz regionu daha sürətlə sabitliyin bərqərar olduğu əməkdaşlıq məkanına çevriləcək. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycan Zəngəzur dəhlzinin Ermənistan ərazisindən keçən hissəsində İrəvanın suveren hüquqlarını tanıyır. Bu, Ermənistanda Azərbaycana qarşı əsassız ittihamlara, o cümlədən də ərazi iddialarına ən tutarlı cavabdır. Beləliklə, mövcud reallığı nəzərə alıb dəhlizin ərazisindən açılmasına razılıq verməyəcəyi təqdirdə bundan ən çox zərər görən Ermənistan özü olacaq.(Report)

MTM Analitik Qrup

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-11-2024, 15:31

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Dünya

8-10-2024, 16:50

Peskov: Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib

Gündəm / Dünya

14-09-2024, 12:22

KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Gündəm / Cəmiyyət

15-06-2024, 12:11

"Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir"

Gündəm / Siyasət

4-04-2024, 13:02

"Zəngəzur dəhlizinin açılmasının hər kəsə faydası olacaq"

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 16:55
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Dünən, 16:27
    Pakistan ABŞ və İranı silahları yerə qoymağa və danışıqlara çağırıb
  • Dünən, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Dünən, 15:08
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Dünən, 14:50
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dünən, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Dünən, 12:13
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Dünən, 11:39
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Dünən, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Dünən, 10:06
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Dünən, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Dünən, 09:26
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • 15-07-2026, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • 15-07-2026, 18:00
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • 15-07-2026, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • 15-07-2026, 17:29
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • 15-07-2026, 16:56
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • 15-07-2026, 16:20
    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb
  • 15-07-2026, 15:58
    Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15-07-2026, 15:14
    Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH
  • 15-07-2026, 14:45
    "Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir
  • 15-07-2026, 13:11
    Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq
  • 15-07-2026, 12:37
    Səfir: "Bir millət, iki dövlət" anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı
  • 15-07-2026, 11:22
    Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 15-07-2026, 11:11
    İlham Əliyev Ərdoğana Türkiyədə "Demokratiya və Milli Birlik Günü" münasibətilə məktub ünvanlayıb
  • 15-07-2026, 10:44
    Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • 15-07-2026, 10:27
    Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib
  • 15-07-2026, 09:53
    Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır
  • 15-07-2026, 09:35
    Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
  • 15-07-2026, 09:10
    Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəyə təbrik ünvanlayıb
  • 14-07-2026, 19:00
    İsrail Livanda iki "pilot zonadan" qoşunlarının çıxarılmasını nəzərdən keçirməyə hazırdır
  • 14-07-2026, 18:30
    Sibiqa: Türkiyə XİN başçısı sabah Ukraynaya səfər edəcək
  • 14-07-2026, 17:50
    Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
  • 14-07-2026, 17:23
    Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər
  • 14-07-2026, 17:04
    Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə