2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular bəlli olub.
Dünyanın anrtirekordçularını İFFHS açıqlayıb. İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.
Onlardan biri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının "Braqa", "Bayer", "Ayaks", Misli Premyer Liqasının "Araz-Naxçıvan"la görüşlərində meydandan qovulub. İFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı almasını "nadir nailiyyət" kimi dəyərləndirib.
Azərbaycan çempionu 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub.