• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Korrupsioner avroparlamentarilər - davam edən avantürizm - ŞƏRH

Gündəm / Siyasət

11-10-2024, 17:46

Korrupsioner avroparlamentarilər - davam edən avantürizm - ŞƏRH


Adı korrupsiya və rüşvət qalmaqallarında keçən Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli münasibəti, ermənipərəst mövqeyi dəyişmir. İkinci Qarabağ müharibəsində qələbədən sonra azğınlaşan avroparlamentarilərin Azərbaycana münasibətdə qərəzli yanaşmasının, ədalətsiz, əsassız qətnamələrinin şahidi olduq və bu proses davam edir.Humanizmdən, ədalətdən danışan AP üzvlərinin çoxu bu dəyərləri açıq-aşkar heçə sayır. Bu təşkilat Ermənistanın oyuncağına çevrilib, erməni lobbisinin göstərişləri, müraciətləri əsasında hərəkət edir. Bununla da açıq ermənipərəst mövqeyini ortaya qoyur. Növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli fəaliyyəti ilə seçilib.

Erməni mediasında yer alan xəbərlərə görə, Avropa Parlamentinin üzvləri İrəvana səfər edib Qarabağdan qovulan keçmiş separatçı rejimin qalıqları ilə görüşüblər. Görüş zamanı bölgəni könüllü tərk edən sakinlərin geri dönüşü, eləcə də konkret cinayət faktları üzrə həbs edilən separatçı terrorçuların azad olunması müzakirə edilib. Erməni tərəfinin yalanı, həyasızlığı o həddə çatıb ki, Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlarla bağlı faktları təhrif edilmiş formada avroparlamenarilərin diqqətinə çatdırıb. İddia ediblər ki, sərhədyanı bölgələrin əhalisi normal və təhlükəsiz həyatdan, gündəlik qazancdan məhrum edilib. Erməni deputatları həmkarlarına Qarabağda həyata keçirilən 2023-cü il antiterror əməliyyatlarını “soyqırımı”, “ermənifobiya” kimi qələmə verməyə çalışıblar. Bir faktı da qeyd edək ki, avroparlamentarilərin İrəvana səfərinin təşkilatçısı mənzil-qərargahı Fransada yerləşən erməni “Ay data” qurumu olub. Bu fakt özlüyündə bütün məqamlara aydınlıq gətirir.

Adıçəkilən struktur Azərbaycana qarşı informasiya müharibəsinin önündə gedir. 2020-ci ildən isə bu müstəvidə xüsusi aktivliyi il seçilir. Avropa Parlamentində nə qədər azərbaycanofob deputat varsa, hamısını Azərbaycan əleyhinə səfərbər edib.

Ümumiyyətlə, Qərb strukturlarının Azərbaycana qərəzi uzun illərdir dəyişmir. Xüsusilə, Azərbaycana qarşı riyakar və qərəzli mövqe İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra daha da azğınlaşıb. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycana qarşı qərəzli yanaşmaların, ədalətsiz, əsassız qətnamələrin ard-arda şahidi olduq. Humanizmdən, ədalətdən danışan təşkilat bu dəyərləri təkrar-təkrar tapdalamaqdan çəkinmir.

Götürək elə korrupsiya faktlarını - bu, Avropa Parlamentinin imicinə ağır zərbə vurub. AP çoxdan korrupsiyaya bulaşmış qurum imici qazanıb, orada təmsil olunan bir sıra dövlətlərin nümayəndələri isə Qərb ölkələrində fəaliyyət göstərən erməni milyarderlərin əlində oyuncağa çevrilib. Vaxt keçdikcə istər Avropa Parlamentinin rəhbər şəxslər, istərsə də bir sıra deputatlar rüşvətxorluqda ittiham olunurlar. Məlum olur ki, onlar erməni lobbisinin çirkli pullarının yuyulmasında iştirak ediblər. Çox uzağa getməyək, 2022-ci ildə polis tərəfindən Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat Eva Kaylinin həbs edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belçikanın federal müstəntiqləri Kayli də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla Qətərin xeyrinə AP-də qəbul edilən qərarlara təsir göstərməkdə, qanunsuz lobbiçilikdə ittiham edib.

Rüşvəti adətə çevirən avroparlamentarilərin növbəti qalmaqalı isə “Russiagate” işi ilə bağlı olub. İronik görünsə də, parlament üzvlərinə “Voice of Europe” saytı vasitəsilə Rusiya təbliğatının genişləndirilməsi üçün rüşvət verilib. Bununla əlaqədar olaraq Belçika polisi parlamentin ofisində axtarış aparıb. Axtarışlar zamanı bu ölkənin hüquq-mühafizə orqanları Avropa Parlamentinin əməkdaşlarının bu işdə aparıcı rol oynadıqlarına dair əlamətlər aşkarlayıb. Parlamentin sözçüsü isə bütün olanlar qarşısında susqunluğunu qoruyub.

Azərbaycana qarşı böhtan və qərəzli kampaniyada avroparlamentarilər tək deyillər. Bu sırada onlara ermənidən çox erməni olmağa cəhd göstərən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okampo da var. İrəvana təşrif buyuran bu erməni əlaltısı bir daha ermənilərlə sıx əlaqəsini nümayiş etdirib. Bu dəfə keçmiş BCM prokuroru erməni mediasına müsahibə verib və Bakıda həbsdə olan, barəsində istintaq aparılan cinayətkar Ruben Vardanyanı utanmadan müdafiə etməyə başlayıb.

Görünən odur ki, anti-Azərbaycan qüvvələr COP29 ərəfəsində ölkəmizə qarşı sözün əsl mənasında informasiya müharibəsinə start veriblər. Azərbaycana qarşı qarayaxma kampaniyasının müxtəlif dairələr tərəfindən aparıldığı çoxdan məlumdur. Erməni lobbisindən yemlənən Avropa Parlamenti və deputatları, müxtəlif qondarma hüquq müdafiə təşkilatları da onun əlində oyuncağa çevrilib. Şübhə yoxdur ki, bütün kampaniyalar kimi, bu da iflasa uğrayacaq. Azərbaycan müstəqil və güclü dövlət kimi öz siyasətini daha da inkişaf etdirəcək. Azərbaycan mütləq tam qalib gələcək və müstəqil dövlət kimi yüksək inkişafa nail olacaq. Çünki Azərbaycan haqlıdır! Onun özünü müstəqil dövlət kimi inkişaf etdirməkdən başqa məqsədi yoxdur, kimsənin torpağına, yaxud sərvətinə göz dikməyib.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

24-09-2024, 17:26

ABŞ-nin bitməyən separatçı sevgisi – Ermənistan təhlükəli oyun oynayır - ŞƏRH

Gündəm / Siyasət

18-09-2024, 14:35

Fransanı yamsılayan Niderland: Amsterdam Bakıdan üzr istəməlidir - ŞƏRH

Cəmiyyət

3-07-2024, 22:16

Ceyran Əzizova: Azərbaycan alnı açıq və haqqdır!

Gündəm / Siyasət

30-05-2024, 12:33

Milli Məclis Niderland Parlamentinin qətnaməsini PİSLƏDİ

Gündəm / Siyasət

17-04-2024, 16:30

Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:43
    Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar
  • Dünən, 18:23
    Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb
  • Dünən, 17:55
    Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH
  • Dünən, 17:14
    Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
  • Dünən, 16:29
    Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
  • Dünən, 15:45
    Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır
  • Dünən, 15:11
    Sabirabadda Kür çayı məcrasından çıxıb
  • Dünən, 14:40
    İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək
  • Dünən, 14:05
    Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir
  • Dünən, 13:13
    Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
  • Dünən, 12:39
    Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub
  • Dünən, 12:11
    Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək
  • Dünən, 11:34
    Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Dünən, 10:00
    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • Dünən, 09:22
    "Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır
  • Dünən, 08:56
    Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
  • 30-04-2026, 18:17
    Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
  • 30-04-2026, 17:54
    Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
  • 30-04-2026, 17:11
    Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • 30-04-2026, 16:45
    İqlim Dəyişmələri üzrə Dövlət komissiyasının iclası keçirilib, Qurumlararası İşçi Qrupu yaradılacaq
  • 30-04-2026, 16:06
    Emin Əmrullayev: Valideynlər öz məsuliyyətini dərk etməli, məktəblə, müəllimlə birgə işləməlidir
  • 30-04-2026, 15:45
    Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
  • 30-04-2026, 15:23
    I sinfə qəbul başlayır
  • 30-04-2026, 14:50
    Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik
  • 30-04-2026, 12:54
    Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
  • 30-04-2026, 12:33
    Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
  • 30-04-2026, 11:40
    Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək
  • 30-04-2026, 11:11
    Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib
  • 30-04-2026, 10:29
    Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
  • 30-04-2026, 09:59
    Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
  • 30-04-2026, 09:24
    BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr
  • 30-04-2026, 09:09
    Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • 30-04-2026, 08:53
    XTQ-nin yaradılmasından 27 il ötür
  • 29-04-2026, 18:11
    Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
  • 29-04-2026, 17:24
    Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə