• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Gündəm / Siyasət

1-05-2026, 17:55

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH


Otuzillik işğal dövründə təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını viran qoymaqla yanaşı, insanlarımıza qarşı da olmazın vəhşiliklər törədib, soyqırımları həyata keçirib. Vaxtilə ərazilərimizin işğalının ən ağır humanitar nəticələri aşkarlanan kütləvi məzarlıqlar və genişmiqyaslı mina təhlükəsidir.

Bu amillər həm keçmiş müharibə cinayətlərinin izlərini ortaya qoyur, həm də azad edilmiş torpaqlarda bərpa işlərini və mülki şəxslərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Azərbaycan Prezidenti İlham Əliyev daim bu məsələni diqqət mərkəzində saxlayıb və məhz bu diqqətin sayəsində torpaqlar işğaldan azad edildikdən sonra qısa müddətdə itkin düşmüş xeyli sayda şəxsin dəfn edildiyi kütləvi məzarlıq aşkarlanıb, itkin-şəhidlərdən bəzilərinin talelərinə aydınlıq gətirilərək nəşləri ailələrinə təhvil verilib, həmin ailələrin iztirabına son qoyulub. Eyni zamanda, bütün aidiyyəti platformalarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər problemi, mina terroru məsələsi qaldırılıb.

Birinci Qarabağ müharibəsi zamanı 3 999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün yaydığı məlumatda bu barədə bildirilib. Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşənlərdən 3 218-i hərbçi, 781-i mülki şəxs olub. Mülki şəxslərdən 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri qoca olub. İtkin düşənlərin 3 711-i kişi, 288 nəfəri qadındır. İkinci Qarabağ müharibəsində isə itkin düşmüş 6 nəfərin hamısı hərbçi olub.

Komissiyanın məlumatında qeyd olunub ki, indiyədək 32 kütləvi məzarlıq aşkar edilib və ümumilikdə 877 nəfərə aid insan qalıqları tapılaraq ekshumasiya olunub. Onlardan 309 nəfəri identifikasiya edilib, 220 nəfərin qalıqları ailələrinə təhvil verilib və dəfn olunub.

Bəs Ermənistan törətdiyi cinayətlərə görə hansısa bir üzrxahlıq, ya da prosesə dəstək nümayiş etdiribmi? Hələ ki bu hal müşahidə olunmayıb. Halbuki Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Ermənistanın üzərinə düşən beynəlxalq humanitar hüquq öhdəliyidir və bu məsələ həm Cenevrə konvensiyaları, həm də münaqişədən sonrakı üçtərəfli bəyanatlar və Brüssel sülh prosesi çərçivəsində müzakirə mövzusudur.

Azərbaycan tərəfi mütəmadi olaraq beynəlxalq platformalarda Ermənistanın itkin düşənlər barədə tam məlumat vermədiyini və kütləvi məzarlıqların dəqiq koordinatlarını gizlətdiyini bəyan edir. Bu problem humanitar xarakter daşıyır və sülh quruculuğu prosesinin ən həssas məsələlərindən biri hesab olunur.

Mayın 1-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxışı zamanı da Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrini yuxarıda qeyd olunan səylərə qoşulmağa çağırıb. Onları ailələri artıq 30 ildən çoxdur, yaxınlarından xəbər gözləyən insanların talelərinə aydınlıq gətirilməsi prosesinə dəstək verməyə səsləyib.

Göründüyü kimi, Azərbaycan bu məsələni daim diqqət mərkəzində saxlayır və Ermənistanı da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır. Bunu beynəlxalq qanunlar da tələb edir. Söhbət beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərinin yerinə yetirilməsindən gedir. Ona əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır.

Digər mühüm bir məsələ - işğaldan azad olunan ərazilərdə mina problemi də aktuallığını saxlayır. Təəssüf ki, Ermənistan tərəfinin həyata keçirdiyi mina terroruna, vandallığa hələ də beynəlxalq arenadan heç bir reaksiya göstərilmir. Bütün bu əməllərin qarşısında dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları səssiz qalır, susqunluq sərgiləyirlər. Mövzu ilə bağlı dəfələrlə hökumət və qeyri-hökumət təşkilatları tərəfindən müraciətlər edilsə də, heç bir nəticə əldə olunmayıb. Məsuliyyət isə Ermənistanın həm keçmiş, həm də indiki hakimiyyətinin üzərinə düşür, bu cinayətlərdə birbaşa məsuliyyət daşıyırlar.

Mina xəritələrinin və məzarların koordinatlarının gizlədilməsi dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Bu, müharibə cinayəti və insanlığa qarşı cinayət elementləri daşıyır. Ermənistanın işğal dövründə tətbiq etdiyi "mina terroru" hazırda bölgənin ən böyük problemidir. Xüsusilə dəhşətli fakt odur ki, kütləvi məzarlıqların olduğu ehtimal edilən ərazilər, hətta adi qəbiristanlıqlar da qəsdən minalanıb. Məsələn, Füzulidə bir kütləvi məzarlıq ərazisində 31 mina aşkarlanıb. Azad edilmiş torpaqlarda yüz minlərlə (bəzi hesablamalara görə 1 milyondan çox) basdırılıb. Müharibə bitdikdən sonra 350-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub (həlak olanlar və yaralananlar). Bu, infrastrukturun bərpasına və məcburi köçkünlərin öz yurdlarına qayıtmasına əsas maneədir.

Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib ki, mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır:

"Bunlar (minalar - red.) bu ərazilərdə torpağın altına yerləşdirilmiş gizli təhlükədir. Gördüyünüz kimi, buranın gözəl təbiəti var, lakin, təəssüf ki, mina təhlükəsi səbəbindən bir sıra rayonlara çıxışımız yoxdur", - o deyib və qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə 1,5 milyondan çox mina basdırılıb. H.Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisinin, demək olar ki, 12–13 %-i minalarla çirklənib. "Hər il (minatəmizləməyə - red.) əhəmiyyətli maliyyə resursları ayrılır, lakin bu iş böyük insan cəsarəti tələb edir. Başqa yol yoxdur - əraziyə yalnız mütəxəssislər çıxır və addım-addım minatəmizləmə işlərini həyata keçirirlər".

Prezidentin köməkçisi xatırladıb ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində həlak olan və yaralananların sayı artmaqda davam edir: "Bu günə olan vəziyyətə görə, 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".

Beləliklə, qeyd olunanlar və sadalanan faktlar Ermənistanın beynəlxalq humanitar hüququ pozduğunu təsdiq edir. Və beynəlxalq təşkilatlar, insan hüquq-müdafiə təşkilatları da bu məsələni diqqətdə saxlamalı, Ermənistan hakimiyyətinə təzyiqləri artırmalıdır. BMT, Avropa İttifaqı və digər beynəlxalq instansiyalardan da Ermənistana qarşı konkret hüquqi-siyasi tədbirlərin görülməsi tələb edilməlidir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

4-10-2024, 17:32

Prezident və xanımı Cəbrayılda açılışda - Yenilənib - Video - Fotolar

Gündəm / Siyasət

2-10-2024, 10:44

“Bu məsələdə ikili standartlarla üzləşirik” - Prezidentin müraciəti

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • Bu gün, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Bu gün, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Bu gün, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Bu gün, 15:37
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • Bu gün, 15:08
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • Bu gün, 14:51
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Bu gün, 13:05
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • Bu gün, 12:13
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • Bu gün, 11:38
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • Bu gün, 10:17
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • Bu gün, 09:43
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • Bu gün, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • Bu gün, 08:56
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • Dünən, 19:00
    SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
  • Dünən, 18:30
    Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
  • Dünən, 18:02
    Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib
  • Dünən, 17:47
    Tramp İranın Pikaks dağındakı nüvə obyektinin məhv ediləcəyini vəd edir
  • Dünən, 17:13
    Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
  • Dünən, 16:55
    Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir
  • Dünən, 16:23
    Sahibə Qafarova Efiopiyada səfərdədir
  • Dünən, 15:40
    Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH
  • Dünən, 15:06
    Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır
  • Dünən, 14:46
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • Dünən, 14:18
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • Dünən, 13:58
    Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
  • Dünən, 13:09
    Deputat Azər Allahverənovla ASAN könüllülərinin görüşü təşkil olunub
  • Dünən, 12:10
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
  • Dünən, 11:05
    Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
  • Dünən, 10:24
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • Dünən, 10:01
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • Dünən, 09:47
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • Dünən, 09:27
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • Dünən, 08:59
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 18:50
    Bayrağı Zirvəyə Qaldıran Gənclik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə