• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməyə qadirdir - ŞƏRH

Gündəm / Siyasət

5-09-2024, 13:09

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməyə qadirdir - ŞƏRH

 
Hazırda İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının dünyada davam edən iqlim dəyişikliyi ilə mübarizədə təklif etdiyi istiqamətlərdən biri də insanların daha təmiz, ekoloji cəhətdən ətraf mühitə mənfi təsirləri olmayan enerji mənbələrinə yönəlməsidir. Bu qlobal anlamda başqa adla desək enerji keçidi adlanır.

Enerji keçidi bir enerji növündən istifadəni daha təmiz və ucuz enerji növü ilə əvəz edilməsidir. Hazırda dünyada ənənəvi enerjidən bərpa olunan enerjiyə keçid prosesi gedir. Enerjinin tələb olunan müxtəlif növlərini istehsal etmək üçün fərqli resurslardan istifadə olunur. Bu enerji mənbələri bəzi ümumi xüsusiyyətlərinə görə qruplaşdırılır. Enerji mənbələrini bir-birindən fərqləndirən əsas xüsusiyyət onların bərpa olunan və olunmayan tərəfləridir. Bərpa olunmayan enerji mənbələri ənənəvi enerji kimi də tanınır. Ənənəvi enerji mənbələri istifadəsinə görə, adından da göründüyü kimi, daha keçmiş zamanlardan istifadə olunur və hələ də dünya bazarlarında liderliyini qoruyub saxlayır. Onların ən çox istifadə olunan növləri ənənəvi (qalıq) - neft, qaz, daş kömür, qaz yanacaqlarıdır.

Ənənəvi enerji mənbələri bərpa olunmayan enerji mənbələridir. Onlar ucuz və etibarlıdır, həm də asanlıqla əldə edilə bilər. Lakin bu enerji mənbələri təbiətə əlavə zərərli məhsullar xaric edir və ətraf mühitə ciddi ziyan vurur. Həmçinin bu mənbələr təbiətdə yalnız məhdud miqdarda mövcuddur və çox istifadə etdikdə tükənmək təhlükəsi ilə üz-üzə qalır. Lakin unutmaq olmaz ki, dünya enerji istehlakının 90%-dən çoxu ənənəvi enerji mənbələrinin payına düşür.

Qlobal iqlim dəyişikliyinin yaratdığı mənfi fəsadlar nəzərə alınaraq bütün dünya dövlətlərinin kollektiv şəkildə qalıq yanacağından və ya digər adla ənənəvi enerji mənbələrindən alternativ və bərpa olunan enerjiyə keçid etməsi planetin gələcəyi üçün həyatı əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Azərbaycan Texniki Universitetinin (ATU) Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri Ramiz Kəlbiyev “Report”a açıqlamasında deyib ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkədir.

Onun sözlərinə görə, bərpa olunan enerjinin geniş istifadəsi yaxın tarixə təsadüf edir. Həmin enerji növlərinə günəş, külək, su, geotermal və biokütlə enerjisi daxildir. Bunlar ekoloji cəhətdən təmizdir və tükənməzdir. Onların istifadəsi qədim zamanlardan bəri məlum olsa da, xüsusilə elektrik istehsalı üçün o qədərdə geniş yayılmayıb.

R.Kəlbiyev bildirib ki, bərpa olunan enerji mənbələri bəşəriyyət üçün çox böyük əhəmiyyətə malikdir. Yaşıl enerji kimi tanıdığımız bu enerji mənbələri ətraf mühitə ziyan vurmur və ekoloji cəhətdən qalıq yanacaqları üstələyir.

Kafedra müdiri Azərbaycanın bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olduğunu qeyd edib:

“BMT tərəfindən hər il təşkil edilən və COP (Tərəflərin Konfransı) kimi tanınan İqlim Dəyişikliyi Sammitinin 2024-cü ilin noyabr ayında Bakıda keçirilməsi Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmində olduğunu göstərir. Bu məqsədlə ölkəmiz zəngin külək və günəş enerjisi potensialından istifadə edir”.

“Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazının emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.50C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəfini yeniləyəcək”,- deyə o əlavə edib.

O zaman belə bir sual ortaya çıxır – Enerji keçidinin məhz indi gerçəkləşməsi niyə vacibdir?

R.Kəlbiyev sualın cavabını vermək üçün bərpa olunan enerjinin hansı üstünlüklərə malik olduğuna nəzər salmaq lazım olduğunu bildirib:

“Bərpa olunan enerjiyə keçidin ətraf mühitə yaradacağı müsbət təsirlər çoxdur. Bərpa olunan enerji mənbələri heç vaxt tükənməyən enerji təminatçısıdır və onlar karbon emissiyaları yaratmır. Həmin enerji mənbələri havanı və su mənbələrini çirkləndirmir. Bu da məhz COP29 kimi nəhəng konfransın keçirilməsinə səbəb olan qlobal məsələdir. Eyni zamanda bərpa olunan enerji mənbələrindən daha asan elektrik və istilik enerjisi almaq mümkündür və istismar xərcləri ucuzdur”.

Kafedra müdiri həm də bir çox amillərin bərpa olunan enerjinin çatışmazlığına səbəb olduğunu əlavə edib:

“Bərpa olunan enerji mənbələrini quraşdırma xərcləri yüksəkdir və enerji mənbələri istehsalı etibarsız – “fasiləli” ola bilər. Bundan başqa ətraf mühitdən, yerləşmə məkanından asılı olaraq enerjinin yığılıb saxlanılmasına ehtiyac yaranır. Həmin mənbələrin bəzi növlərində az da olsa karbon emissiyası var”.

R.Kəlbiyev Azərbaycanın bərpa olunan enerji potensialı haqqında da öz fikirlərini bölüşüb və bu sahədə ölkənin yetərincə uğurlu olduğunu deyib:

“Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt həcmindədir. Azərbaycanı günəş enerjisi istehsalı üçün əlverişli edən ən önəmli amil ildə 2400-3200 saat günəşli günün olmasıdır. 2023-cü ilin oktyabrında 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Eyni zamanda, bir sıra digər layihələr reallaşdırılmaqdadır. Ölkə günəş enerjisi üzrə maraqlı tərəflərlə müqavilələr imzalamağa davam edir. Bundan əlavə olaraq Azərbaycan günəş enerjisi infrastrukturunun genişləndirilməsi prosesində dövlət və özəl sektorlar, o cümlədən biznes təmsilçiləri və inkişaf bankları, bir sözlə, COP29 çərçivəsində danışıqların mərkəzi olan maraqlı tərəflər ilə əməkdaşlıq edir”.

O, həm də Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resurslarının dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaratdığını bildirib:

“Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində iqtisadi, dənizdə isə 157 QVt təşkil edən texniki potensiala malikdir. Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. “ACWA Power” və “Masdar” kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir”.

“Hidroenerji isə ölkənin illik elektrik enerjisi istehsalının təqribən 10%-ni təşkil edir. Ölkənin şirin su ehtiyatlarının təxminən 25%-i yaşıl enerji zonaları kimi müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında cəmləşir. Bu potensial həmin ərazilərdə 2050-ci ilədək xalis sıfır hədəfinə çatmaq üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın hidroenergetika infrastrukturunun tacı 424 MVt qoyuluş gücünə malik Mingəçevir Su Elektrik Stansiyası hesab olunur”,- deyə R.Kəlbiyev söyləyib.

R.Kəlbiyev bildirib ki, Azərbaycan yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Bunlardan biri də Azərbaycanın 2023-cü ilin fevralında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə aşağı karbonlu hidrogen istehsalını araşdırmağa başlamasıdır:

“Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri ortamüddətli dövrdə 10 QVt-a yaxın bərpaolunan enerji güclərinin reallaşdırılmasına imkan yaradacaq ki, bu da öz növbəsində yaşıl hidrogen istehsalına töhfə verə bilər. Qeyd etdiyimiz kimi, bərpa olunan enerjinin əsas əhəmiyyətlərindən biridə ekoloji cəhətdən təmiz olmasıdır. Məsələn, İstilik Enerji Stansiyalarında orta hesabla 1kVt-saat enerji istehsal olunanda ətraf mühitə zərərli olan 0,5 kq karbon dioksid (CO2) atılır. Bu o deməkdir ki, bir gündə 10kVt-saat enerji istehlak edən bir ailənin enerji təminatı üçün orta hesabla 5kq CO2 ətraf mühitə atılır. Müqayisə üçün deyim ki, dörd nəfərdən ibarət bir ailə orta hesabla 2-3 kq məişət tullantısı atır. Yəni bir ailəyə düşən CO2 tullantısının miqdarı məişət tullantısından təqribən iki dəfə çoxdur”.

O, ən önəmli müsbət cəhətlərindən birinin təbii qaza qənaət olduğunu vurğulayıb.

Bərpa olunan enerji qurğularının qiyməti barədə də danışan mütəxəssis qurğularının qiymətinin son on ildə xeyli aşağı düşdüyünü deyib:

“Məsələn günəş enerji qurğuları təqribən 4-4,5 dəfə, külək enerji qurğuları isə təxminən 1,5-2 dəfəyə qədər ucuzlaşıb. Bu da həmin qurğuların tətbiqinin genişləndirilməsinə şərait yaradır. Əvvəllər çox baha olduğuna görə bu avadanlıqlar az tətbiq olunurdu, indi qazdan gələn gəlir həmin avadanlıqların ölkəmizdə tətbiqini stimullaşdırır".

Beləliklə, enerji keçidi istiqamətində fəaliyyətdə Azərbaycan heç də inkişaf etmiş ölkələrdən geri qalmır. Bu sahədə ciddi fəaliyyət müşahidə edilir. Digər tərəfdən enerji keçidi həm də insanlıq tarixinin və texnoloji inkişafın gəlib çatdığı növbəti mərhələdir və bundan imtina etmək qeyri-mümkündür. Yuxarıda qeyd etdiklərimiz də bunu təsdiqləyir. Ölkədə alternativ enerjini rentablelli etmək üçün mövcud tariflər bir neçə dəfə artırılmalıdır.

Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməyə qadir olsa da alternativ enerjinin inkişafı üçün bu sahənin digər sahələrlə, ölkənin ümumi inkişaf modeli və prioritetləri ilə əlaqə və münasibətləri öyrənilməli, təhlil edilməli və yalnız bundan sonra addımlar atılmalıdır. Ölkənin bütün maraqları da qarşılıqlı şəkildə tənzimlənməlidir. Məhz bu məqsədlə də illik COP konfransları vasitəsilə maliyyə, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələri əhatə edən strateji hədəflər müəyyənləşdirilib.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

6-07-2024, 10:04

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik etdi

Cəmiyyət

23-06-2024, 13:00

Bir müsahibənin fəlsəfəsi və Prezident İlham Əliyevin intellektual gücü

Gündəm / Siyasət

6-06-2024, 12:25

“Euronews”: Azərbaycanla BƏƏ COP29-a hazırlıq çərçivəsində bərpa olunan enerji layihəsi həyata keçirir

Gündəm / İqtisadiyyat

5-06-2024, 13:12

Rövşən Nəcəf: "SOCAR bərpa olunan enerji layihələrinə investisiya yatırmaq istəyir"

Gündəm / Cəmiyyət

15-04-2024, 18:25

Naxçıvanın enerji təminatı ilk dəfə “yaşıl enerji” mənbələri hesabına ödənilib

Araşdırma
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 10:00
    Dekabrda 9 gün iş olmayacaq - Tarixlər
  • Dünən, 09:22
    2026-da dünyanı nələr gözləyir? - Məşhur jurnal illik proqnozunu açıqladı
  • Dünən, 09:16
    Ev almaq istəyənlərin nəzərinə! Kirayə mənzilləri necə almaq olar?
  • Dünən, 09:00
    Əliyev Qafqazın geoiqtisadi xəritəsini yenidən çəkir: Dünya nəhəngləri isə regionda “dəhliz savaşı” törətməyə çalışır
  • 14-11-2025, 16:00
    Ağ Evin “Tramp dəhlizi” müəmması
  • 14-11-2025, 15:30
    Moskva Paşinyanın məxfi danışıqlarını necə dinləyib - Sensasion detallar
  • 14-11-2025, 14:22
    Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik
  • 14-11-2025, 13:24
    Xankəndidə mənzillər satışa çıxarılacaq
  • 14-11-2025, 13:13
    Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
  • 14-11-2025, 13:08
    İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
  • 14-11-2025, 12:27
    Tramp-BBC qalmaqalı: Üzr istəyirik, amma 1 milyardı verməyəcəyik
  • 14-11-2025, 12:22
    Prezident beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
  • 14-11-2025, 11:46
    Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari – Yaxın günlərdə…
  • 14-11-2025, 11:39
    Suriyada İsraillə sərhəddə silahlı toqquşma gedir
  • 14-11-2025, 09:13
    Zəngəzur dəhlizinə gedən dəmiryol xətti ilə bağlı YENİ XƏBƏR - VİDEO
  • 14-11-2025, 09:11
    "Ukrayna sindromu" Qərbi iflic edir, Avropada sabitliyi pozur: ABŞ geri çəkilsə də, Rusiya qlobal savaşın vaxtını belə, artıq təyin edib
  • 14-11-2025, 09:00
    "Dəmir yumruq" daha da möhkəmləndi: Azərbaycanın güc paradı dünyaya nəyi göstərdi? - VİDEO
  • 13-11-2025, 16:00
    Sabah hava yağmursuz olacaq
  • 13-11-2025, 15:30
    Paşinyandan qəribə qadağa: Komanda üzvlərinə “boşanmaq olmaz” əmri verildi
  • 13-11-2025, 14:22
    Zelenski: “Putin Avropanı qorxutmaq üçün məqsədli kampaniya başladıb”
  • 13-11-2025, 13:48
    Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərci dövlətin verdiyi puldan 6 dəfə çoxdur - Nazir
  • 13-11-2025, 13:42
    Növbəti köç karvanları Xocalının Badara və Daşbulaq kəndlərinə çatıb
  • 13-11-2025, 13:16
    Fazil Mustafaya sui-qəsd edən şəxsin oğluna 10 il həbs cəzası verildi
  • 13-11-2025, 13:09
    Müəllimlərin saathesabı və yarımştatı ləğv edilir
  • 13-11-2025, 12:32
    Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsində həlak olan bütün əsgərlərin nəşi tapılıb
  • 13-11-2025, 10:52
    İlham Əliyev: Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib
  • 13-11-2025, 10:43
    Prezident qəbul keçirdi - Fotolar
  • 13-11-2025, 09:17
    Kiyev Moskva ilə sülh danışıqlarını dayandırdı – İstanbul formatı bağlandı, əsir mübadiləsi mərhələsi başa çatdı
  • 13-11-2025, 09:11
    Hərbi təyyarənin qara qutusu Türkiyəyə gətirilib
  • 13-11-2025, 09:00
    Mask: Tezliklə insanlar ölümdən sonra robotlarda yaşaya biləcəklər
  • 12-11-2025, 16:00
    Moskva prospektində də avtobus zolağı təşkil edildi
  • 12-11-2025, 15:33
    İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ - “Dərhal mənə məlumat verin”
  • 12-11-2025, 14:11
    Vüqar Novruzov Göygölün icra başçısı oldu
  • 12-11-2025, 14:00
    Nəsimi rayonuna yeni icra başçısı təyin edildi
  • 12-11-2025, 13:53
    Naxçıvana səlahiyyətli nümayəndə təyin edilən Ceyhun Cəlilov kimdir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə