Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.