Məşhur fransız müğənni Fransuaza Hardi vəfat edib.
Ardinin ölümünü onun oğlu, musiqiçi Tomas Dutronk elan edib.
Sənətçinin 80 yaşı var idi. 2004-cü ildə ona limfoma diaqnozu qoyulub. Sonradan xəstəlik qırtlaq xərçənginə çevrilib. 2024-cü ilin mart ayında Ardi bir daha oxuya bilməyəcəyini açıqlayıb.
Fransuaza Hardi musiqi karyerasına 17 yaşında başlayıb. 1960-cı illərin moda ikonası hesab olunurdu. Ardi "Paco Rabanne", "Yves Saint Laurent", "André Courrèges" moda evlərinin siması idi.
Müğənni karyerası ərzində onlarla albom buraxıb. Sonuncusu 2018-ci ildə çıxmışdı.