Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.
Ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb.
Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4.
Azərbaycanın cari mövsüm qazandığı əmsal isə 5.125-ə bərabərdir.
24-cü yerdəki İsrailin 23.875, 26 mövqedəki Sloveniyanın 22.843 əmsalı var.
Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.