• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH

Gündəm / Siyasət

10-07-2026, 15:03

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH


2026-cı ilin 7-8 iyul tarixləri arasında Türkiyənin Ankara şəhərində NATO-nun zirvə görüşü keçirilib. Bu görüşü digərlərindən fərqləndirən sammitin birlik mesajlarının artıq sadəcə kağız üzərində qaldığını, alyansın dərinliklərində fikir ayrılıqlarının olduğunu üzə çıxarmasıdır.

Ankarada keçirilən görüşlərdə üzv dövlətlərin nümayəndələri müxtəlif bəyanatlar səsləndirib, gələcəyə dair fikir bildirsələr də, əslində, pərdə arxasında gərginliklər və strategiyaya aid qeyri-müəyyənliklər ciddi şəkildə hiss edilirdi. Bu isə bir daha sübut edir ki, bu gün NATO qlobal böhranlar qarşısında real və vahid güc olmaqdan çox, daxili problemlərin əsirinə çevrilmiş bir qurumdur.

NATO sammitində liderlər arasındakı soyuqluğun səbəbi artıq bir-birlərinə müttəfiq kimi yox, borc tələb edən tərəfdaş kimi baxmalarıdır. Çünki ABŞ lideri Donald Tramp yenidən prezident seçildikdən sonra Avropanın təkbaşına çətiri olmaq və bütün maliyyə yükünü çiyinlərində daşımaq istəmədiyini dəfələrlə açıq şəkildə bildirib.

"Soyuq müharibə" dövründə Vaşinqtonun yaratdığı bu komfort zonaya öyrəşən Avropa ölkələri isə ordu gücləndirmək və müdafiə sənayesini inkişaf etdirmək əvəzinə, vəsaiti sosial rifah, səhiyyə və sosial layihələr kimi sektora yönəldiblər. Ona görə də ABŞ-nin hərbi xərcləri ÜDM-nin 5 faizi qədər artırmaq tələbi üzv dövlətlərin ciddi narazılığına səbəb olub. Çünki bu gün bir sıra Avropa ölkəsi üçün bu tələbi yerinə yetirmək ciddi iqtisadi yük sayılır. Belə vəziyyətin yaranması isə blok daxilindəki çatları daha da dərinləşdirir.


Amma nəzərə alaq ki, alyans daxilindəki narazılıqlar və çatlar təkcə büdcə xərcləri ilə əlaqədar deyil. Problemin digər tərəfi NATO-ya üzv ölkələrin rəhbərləri arasında ideoloji uçurum və böhranlar zamanı yaranan etibarsızlıq mühitidir. Əgər bir tərəfdə hadisələrə və baş verənlərə praqmatik, iqtisadi mənfəət real siyasət pəncərəsindən baxan Tramp varsa, digər tərəfdə Fransa lideri Makron kimi hələ də utopik liberal dəyərlərdən, çoxtərəfli diplomatiyadan və qlobalizm prinsiplərindən bəhs edən çoxsaylı Avropa liderləri var.

Bununla yanaşı, Avropa ölkələrinin ehtiyatlı mövqeyi təkcə siyasi baxış fərqlərindən irəli gəlmir. Son illərdə yüksək inflyasiya, enerji böhranı, büdcə kəsirləri və artan sosial xərclər bir çox hökumətin müdafiə büdcəsini qısa müddətdə ciddi şəkildə artırmasını çətinləşdirir. Üstəlik, seçicilərin səhiyyə, təhsil və sosial rifah kimi sahələrə üstünlük verməsi hökumətlər üzərində əlavə siyasi təzyiq yaradır. Məhz bu amillər Vaşinqtonun daha yüksək hərbi öhdəlik tələbləri ilə Avropa paytaxtlarının imkan və prioritetləri arasında ziddiyyət yaradır, nəticədə isə NATO daxilində ortaq qərarların qəbulunu daha da mürəkkəbləşdirir. İki zidd tərəfin pərdə arxasında üz-üzə gələndə NATO-da qərarvermə mexanizmləri iflic vəziyyətinə düşür. Çünki Vaşinqton hərbi tərəfdaşlığa konkret xərc-fayda balansı ilə yanaşdığı halda, Avropa paytaxtları hələ də köhnə nizamın ritorikası ilə günü yola verməyə çalışırlar.

Qurumdakı bu parçalanmanın ən bariz nümunəsi Yaxın Şərqdə İsrail-ABŞ-İran arasındakı qarşıdurmadır. Bu hərbi əməliyyatlar zamanı ABŞ meydanda tək qaldı və heç bir real və qətiyyətli dəstək almadı. Hətta İspaniya kimi bir sıra Avropa ölkəsi bloka birbaşa təcavüzün olmadığı fikrini bəhanə edərək ABŞ-yə minimal logistik dəstək belə göstərməkdən yayındılar. Bu isə təbii ki, Vaşinqton kuluarlarında bir sualın yaranmasına səbəb olur: on illərdir, ABŞ-nin dəstəyi ilə təhlükəsizlik şəraitində yaşayan ölkələr kritik məqamda niyə dəstək göstərmədilər? Buna görə də Ankarada liderlər arasında əsən soyuq rüzgarın səbəblərini bu məsələlərdə axtarmaq lazımdır.

Maraqlıdır ki, bu soyuq rüzgarın səbəbi sadəcə dövlət maraqları deyil. Bu siyahıya liderlərin şəxsi siyasi yaddaşını və keçmiş incikliklərini də əlavə etmək lazımdır. ABŞ lideri Donald Tramp ilk prezidentlik dövrü bitdikdən sonra Ağ Evi tərk edəndə, yerini Co Baydenə təhvil verəndə bu işə sevinənlər və ikincini də dəstəkləyənlər məhz Avropa liderləri idi. O gün Trampın gedişinə sevinənlər bu gün yenə onunla eyni masa arxasında oturmaq məcburiyyətində qalıblar. Bu isə psixoloji gərginlik və qarşılıqlı inamsızlıq deməkdir.

Sammitin yekun bəyannaməsi də tərəflər arasındakı böhran və dərin çatlardan xəbər verir. NATO-nun son 30 ilə yaxın müddət ərzində heç bir sammitində qısa, ümumi və məzmunsuz belə bir bəyannamə qəbul edilməyib. Bu qısa bəyanat faktiki olaraq bir etirafdır: üzv dövlətlər qlobal təhdidlərə qarşı vahid bir gündəlik formalaşdıra bilməyəcək qədər bir-birindən uzaqlaşıblar və reallığı bəzəməyə artıq kağız da yetmir.

Yuxarıda qeyd edilən daxili parçalanma və ortaq strategiyanın olmamasının ən bariz örnəklərindən biri də Ukrayna məsələsidir. Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya böyük ümidlərlə səfər etsə də, bu dəfə də əsas istəklərini əldə edə bilmədi. O, alyansdan quru vəd yox, üzvlük, rəsmi dəvət və heç olmasa, sürətləndirilmiş plan gözləyirdi. Amma bu dəfə də rəsmi Kiyev NATO-dan rədd cavabı aldı.

Sammitdə müdafiə xərcləri, sənaye sifarişləri, büdcə davaları birinci plana keçdiyi üçün Ukrayna mövzusu ikinci dərəcəli məsələ oldu. Avropa liderləri Ukraynanın alyansa üzvlük məsələsini sükutla qarşılayaraq masaya böyük rəqəmlər ataraq real problemi pərdələmək taktikasına üstünlük verdilər. Bu dəfə də Kiyevə 70 milyard avroluq hərbi yardım vədi verilsə də, NATO qapıları rəsmi olaraq növbəti dəfə bağlandı və üzvlük məsələsi qeyri-müəyyən bir dövrə qədər təxirə salındı. Bu mənzərə bir daha sübut etdi ki, Qərb yardımlarla Ukraynanın sadəcə nəfəs almasını təmin edir, lakin onu öz təhlükəsizlik ailəsinə qəbul etmək məsuliyyətini qətiyyən üzərinə götürmək istəmir. Belə bir təxirəsalınma isə əslində Kiyev üçün strateji cəhətdən ağır məğlubiyyət və çıxılmaz siyasi dalana girmək deməkdir. Çünki Zelenski Ankara görüşündən sonra anladı ki, tökülən qanlar və edilən fədakarlıqlara baxmayaraq, Qərb liderləri tərəfindən heç bir vaxt NATO masasının bərabərhüquqlu üzvü kimi qəbul edilməyəcək.


Məsələyə tarix prizmasından yanaşsaq, Ankarada keçirilən sammitdə Ukraynaya göstərilən münasibət heç də yeni deyil. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən görüşünü xatırlamaq kifayətdir. O dövrdə Ukraynaya liderlik edən Viktor Yuşenko və Gürcüstan rəhbəri Mixeil Saakaşvili də üzvlüyə böyük ümid bağlamışdılar. Amma Moskvanın qəzəbinə tuş gəlməmək üçün Angela Merkel başda olmaqla bir çox Avropa lideri planın qarşısını kəsdilər və hər iki ölkəyə "gələcəkdə üzvlük perspektivi" vədi verdilər. Bu gün, yəni Buxarest sammitindən 18 il sonra Kiyevin Ankarada qarşılaşdığı mənzərə sübut edir ki, Qərbin strateji yanaşması eyni sxemlə işləyir. Avropa liderləri Rusiya ilə birbaşa və irimiqyaslı hərbi münaqişə riskinə girməkdən hər vəchlə qaçırlar.

Ona görə də Zelenskinin israrları boşa çıxdı. Bu acı reallıq bəşəri bəyanatların və demokratiya şüarlarının pərdəsini tamamilə yırtır; Qərb üçün dünən də, bu gün də əsas məqsəd öz komfortunu qorumaqdır və bu komfortun zədələnməməsi naminə Ukraynanın təhlükəsizlik istəkləri növbəti dəfə qurban verilir.

Bu isə göstərir ki, Qərb Ukraynaya strateji tərəfdaş kimi yox, Rusiyaya qarşı bir "cəbhə" və bufer zona kimi baxır. Qərb mediası və siyasətçilərinin ikiüzlü siyasəti bir daha özünü göstərir. Tribunalardan və media orqanlarından "Ukrayna Avropanın gələcəyidir, demokratiyanın qalasıdır" sözləri reallıqda Kiyevi NATO qapısından içəri buraxmamaqla nəticələnir. Çünki mövcud reallıqda Ukraynanın rolu döyüşmək, itki vermək, Rusiyanı hərbi və iqtisadi cəhətdən zəiflətməkdir. Ukrayna bu itkilər əvəzində NATO-ya üzvlüyə ümid etsə də, görünən odur ki, bu arzu reallaşmayacaq. Çünki Ukrayna quruma üzv olsa, Alyansın beşinci maddəsinə görə NATO Rusiya ilə birbaşa qarşıdurmaya girməlidir. Məhz bu qorxu da Qərbin strategiyasını formalaşdırır. Silah və milyardlarla dollar Kiyevə verilsə də, strategiya budur: döyüşmək üçün sənə hər şey verəcəyik, amma səninlə birlikdə döyüşməyəcəyik".

Qısacası, Ukrayna Qərb üçün Avropanın təhlükəsizliyini sığortalayan bir sipər və hərbi poliqondur. Ankara sammiti bəşəri bəyanatların parıltısını silib atdı və Kiyevə növbəti dəfə xatırlatdı ki, o, qlobal güclərin böyük şahmat taxtasında ən ağır zərbəni üzərinə götürən əsas fiqurdur, lakin heç vaxt oyunun qaydalarını təyin edən oyunçulardan biri ola bilməyəcək...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 11:29
    İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
  • Bu gün, 10:43
    Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
  • Bu gün, 10:07
    Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
  • Bu gün, 09:33
    Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
  • Bu gün, 08:56
    Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
  • Dünən, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • Dünən, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • Dünən, 16:00
    Tehrandakı sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
  • Dünən, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • Dünən, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • Dünən, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • Dünən, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
  • Dünən, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
  • Dünən, 11:00
    Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
  • Dünən, 10:30
    Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
  • Dünən, 10:00
    Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
  • 8-08-2026, 16:03
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 16:00
    Ağdamın Qüruru, Vətənin İgid Qazisi Həci Azərə Ürək Sözlərim
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:20
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:00
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:25
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 21:05
    Siyasi İradə, Bütövləşən Azərbaycan
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:22
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə