• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH

Gündəm / Siyasət

Bu gün, 16:02

Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH


Gürcüstan Mərkəzi Asiya (Türküstan) ölkələri ilə əlaqələri gücləndirir. İyulun 2-3-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tbilisiyə ilk dəfə ikigünlük dövlət səfəri edəcək.

Özbəkistan lideri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq, ticarət və investisiyalara dair müzakirələr olacaq, biznes-forum keçiriləcək, iki ölkə arasında bir sıra sənədlər imzalanacaq.

Özbəkistan Türküstanın güclü iqtisadiyyata malik ölkələrindəndir. O həm də Gürcüstan üçün cəlbedici bazar sayıla bilər. Bununla yanaşı, Mərkəzi Asiyanın adıçəkilən dövləti inkişaf etməkdə olan sənayeyə malikdir.

Özbəkistanın dənizə çıxışı yoxdur. Bununla belə, müasir dövrdə quru iqtisadi-ticarət və nəqliyyat dəhlizlərindən asılılıq yüksəkdir. Eyni halda dəniz limanları, dəmir yolu əlaqələrinin və tarif rejimlərinin şaxələnməsi də aktual sayılır. Mərkəzi Asiya ölkəsi Gürcüstan vasitəsilə Qara dənizə və Avropaya çıxış əldə etmək imkanı qazanır. Bu baxımdan, Gürcüstan Özbəkistan üçün əhəmiyyətli olduğu qədər qarşı tərəf də Türküstanla əlaqələrin güclənməsi, inkişafı baxımdan önəmlidir.

Bu əlaqələri genişləndirməklə rəsmi Tbilisi Çin-Qırğızıstan-Özbəkistan nəqliyyat dəhlizinə qoşulmaq imkanı əldə edir. Özbəkistan isə Azərbaycan daxil olmaqla Xəzər hövzəsi ölkələri və Gürcüstanla birlikdə Avropa ilə birləşmək kimi strateji hədəfə çata bilir.


Məhz buna görə Gürcüstan istiqaməti Daşkənd üçün yeni əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan vasitəsilə Özbəkistan Xəzər, Qara dəniz və daha sonra Avropa bazarları ilə əlaqə əldə edir. Bu baxımdan, Özbəkistanın Orta Dəhlizə qoşulması bu prosesin məntiqi davamı olur. Transxəzər marşrutu təkcə alternativ nəqliyyat yolu deyil, həm də regional və qlobal mənada həssas istiqamətlərdən asılılığı azaltmaq yolu kimi vacibdir.

Rusiyanın Ukraynada apardığı müharibə, Moskvanın malik olduğu tranzit nəqliyyat yollarından siyasi təzyiq aləti olaraq mümkün istifadəsi, habelə Yaxın Şərqdə qeyri-sabitlik, sanksiya məhdudiyyətləri, ənənəvi yolların həddən artıq yüklənməsi və logistikanın siyasiləşdirilməsi Özbəksitanın Azərbaycan vasitəsilə Gürcütsanın və əks istiqamətdə marşrutların əhəmiyyəti artır.

Odur ki, Tbilisi və Daşkənd üçün bu istiqamət rahatlıqla yanaşı, pespektivdə manevr etmək imkanlarının artmasıdır.


Bu, həm də Gürcüstanın Mərkəzi Asiyanın nəqliyyat və xarici iqtisadi marşrutlarına fəal qoşulmaq niyyətini göstərir.

Bəziləri elə zənn edirlər ki, Gürcüstanın Özbəkistanla münasibətləri inkişaf etdirməsi rəsmi Bakının regional rolunu azalda bilər. Ancaq sirr deyil ki, Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında birləşdirici kimi aparıcı rola malikdir. Ona görə də Azərbaycanın hər iki ölkə ilə münasibətlərinin strateji səviyyədə olduğunu nəzərə alsaq, Tbilisi-Daşkənd münasibətlərinin inkişafında da onun ənənəvi aparıcı rolu artacaq. Çünki bu istiqamətdə Azərbaycan və Türkiyənin hədəf və maraqları da eynidir. O zaman Özbəkistan - Xəzəryanı Mərkəzi Asiya ölkələri-Azərbaycan-Gürcüstan-Türkiyə- Avropa kimi yeni əhatəli nəqliyyat marşrutunun fəaliyyəti Anadolu ilə Cənubi Qafqaz və Türküstanın birləşməsinə təkan verər.

Bu isə iki regionun yaxınlaşmasına əlavə imkanlar yaradar.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət Şurasının tamhüquqlu üzvüdür. Bu isə rəsmi Bakıya Tbilisi və Daşkənd arasında etibarlı, faydalı, birləşdirici amil olmasına imkan verir.

Bu baxımdan, Gürcüstan Mərkəzi Asiya ilə əlaqələrini intensivləşdirir. Baş nazir İrakli Kobaxidzenin Tacikistan və Qırğızıstana səfərləri, Özbəkistanla danışıqlar, biznes-forumlar və nəqliyyat gündəliyi onların Mərkəzi Asiya istiqamətində əməkdaşlıq planlarını nəzərəçarpan edib.

Bu baxımdan, iki ölkə arasında imzalanacaq sənədlər bu səfərin əhəmiyyətini tam əks etdirə bilməz.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili gürcü-özbək biznes forumunda çıxış edərkən bildirib ki, iqtisadi cəhətdən Özbəkistan, Qazaxıstan, Azərbaycan böyüyür və ölkəsi də tərəfdaş ölkələrlə birlikdə böyüyür.

Odur ki, Gürcüstan iqtisadiyyatının güclənməsi və böyüməsi tərəfdaş ölkələrlə əlaqələrdən keçir. Nazir bu məsələni forumda açıqca vurğulayıb.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 325,7 milyon dollara çatıb. Ticarətin strukturunda Özbəkistan ixracı 72 milyon dollar, Gürcüstandan idxalın həcmi isə 253,7 milyon dollar təşkil edib. Son illər ərzində bu göstərici 3,7 dəfədən çox artıb.


İyunun 29-da isə Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Astanda İrakli Kobaxidze ilə görüşüb. Rəsmi nümayəndə heyətlərinin üzvləri iki ölkənin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə ediblər.

Qazaxıstan lideri bildirib ki, Qazaxıstan Gürcüstanla – Cənubi Qafqazda zamanla sınaqdan keçmiş etibarlı tərəfdaşla olan köklü dostluq münasibətlərini yüksək qiymətləndirir.

Tərəflər arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat imzalanıb.

Qazaxıstanla Gürcüstan əlaqələrinin qurulması və inkişafında Azərbaycan strateji tərəfdaşları üçün ənənəvi birləşdirici rolunu oynayır. Tokayev bildirib ki, hər iki dövlət enerji sektorunda uğurlu əməkdaşlığı dəstəkləyir: "Biz Bakı – Tbilisi – Ceyhan neft kəməri ilə neft daşınması həcmlərini artırmaq niyyətindəyik".

İrakli Kobaxidze, öz növbəsində, ölkələr arasında əməkdaşlıq və əlaqələrin münasibətlərin irəliləməsinə yardım etdiyini vurğulayıb.


Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafının əsas iştirakçıları kimi nəqliyyat-logistika infrastrukturunun inkişafı, konteyner daşımalarının genişləndirilməsi, tarif siyasətinin razılaşdırılması, həmçinin rəqəmsallaşmanın sürətləndirilməsi üzrə ardıcıl tədbirlərin görülməsini də qeyd ediblər.

Son beş ildə bu marşrut üzrə tranzit daşımaların həcmi 3,5 dəfə artıb. 2029-cu ilə qədər marşrut üzrə hərəkət edən konteyner qatarlarının sayının 3 000-ə çatacağı gözlənilir.

Qazaxıstan və Gürcüstan arasında ticarət dövriyyəsi 2025-ci ilin yekunlarına görə 184,5 milyon dollar təşkil edib. Cari ilin ilk dörd ayında qarşılıqlı ticarət 53 milyon dollara çatıb. Ticarətin əsasını aqrosənaye kompleksi təşkil edir. Ötən il kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 116 milyon dolları ötmüşdü.

Tərəflərin qarşıdan gələn illərdə bu istiqamətdə göstəriciləri artırması üçün regional miqyasda şərait mövcuddur. Azərbaycanın vasitəçiliyi ilə onların potensial imkanlarının istifadə ediləcəyi gözləniləndir.


Bu il aprelin 6-da Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfəri zamanı İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirmişdi ki, qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.

Azərbaycan lideri onu da vurğulamışdı ki, Asiya ilə Avropanı birləşdirən körpü kimi iki ölkə daşımalarda mühüm rol oynayır: "Bu baxımdan, biz nəqliyyat və logistika infrastrukturunun inkişafına və müasirləşdirilməsinə xüsusi önəm veririk. Gürcüstan ilə Azərbaycan dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlarıq".

Prezidentin açıqlamasındakı bu məqamlar Azərbaycan-Gürcüstan münasibətlərinin Mərkəzi Asiya ilə əlaqələrin inkişafına təsirini xarakterizə etməyə imkan verir.

Gürcüstan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməklə uzun illər Avropa istiqamətində atılan addımların çox böyük fayda vermədiyi qənaətinə gəlir. O bununla ənənəvi Rusiya basqısını da yumşaltmağa, yaxud azaltmağa nail ola bilir. Belə ehtimal etmək olar ki, Gürcüstan bu əlaqələrlə Türk Dövlətləri Təşkilatı (TDT), Tacikistan, Pakistan, Əfqanıstan, Çin xəttinin fəal iştirakçılarından birinə çevrilməyi hədəfləyir. Bu ehtimalı reallaşdırmaqda ona ənənəvi olaraq Türkiyə və Azərbaycan dəstək verə bilər.

Gürcüstanın Mərkəzi Asiyaya üz tutması həm də TDT-nin daha etibarlı istiqamətdə olduğunu isbatlayır. Bu yol onu Şimaldakı "soyuq münasibətdən", cənubdakı "isti hadisələrdən" qoruyar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 17:18
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • Bu gün, 16:31
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • Bu gün, 16:02
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • Bu gün, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
  • Bu gün, 14:36
    Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
  • Bu gün, 12:59
    Sabah Bakıda 35 dərəcə isti olacaq
  • Bu gün, 12:15
    Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
  • Bu gün, 11:36
    Ukrayna Rusiyadakı "Lukoyl-Nijeqorodnefteorqsintez" NEZ-ə zərbə endirib
  • Bu gün, 10:47
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Bu gün, 10:23
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
  • Bu gün, 09:43
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
  • Bu gün, 09:19
    "Brent"in qiyməti fevraldan bəri ilk dəfə 71 dollardan aşağı düşüb
  • Bu gün, 09:08
    İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
  • Dünən, 20:08
    İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
  • Dünən, 18:00
    “AnewZ” Fransanın Afrikadakı təsirinin azalmasına dair film hazırlayıb - Video
  • Dünən, 17:30
    Bakıda musiqiçini maşın vurub öldürdü
  • Dünən, 16:57
    Ursula Fon der Lyayen Azərbaycana səfərə gəlib
  • Dünən, 16:21
    DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
  • Dünən, 15:43
    Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 15:09
    Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
  • Dünən, 14:39
    Çap və onlayn mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb - ƏLAVƏ OLUNUB
  • Dünən, 14:11
    Sabah 35 dərəcə isti olacaq
  • Dünən, 12:15
    Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib
  • Dünən, 11:49
    İlham Əliyev Somali Prezidentini milli bayramları münasibəti ilə təbrik edib
  • Dünən, 11:07
    Ukrayna Penzaya zərbə endirib, zavodlardan birinin ərazisində yanğın baş verib
  • Dünən, 10:20
    Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişib
  • Dünən, 09:55
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Dünən, 09:32
    Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib
  • Dünən, 08:58
    Azərbaycan - İrlandiya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümüdür
  • 30-06-2026, 18:08
    İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
  • 30-06-2026, 16:52
    Strateji obyektlərin təhlükəsizliyinin təmini sahəsində əməliyyat-axtarış fəaliyyətini DTX həyata keçirəcək
  • 30-06-2026, 15:58
    Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
  • 30-06-2026, 14:21
    Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə strateji tərəfdaşlığı müzakirə edib
  • 30-06-2026, 13:03
    İyulun ilk gününə olan hava proqnozu açıqlanıb
  • 30-06-2026, 12:38
    Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə