• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Sovet repressiyasinın sındıra bilmədiyi şəxsiyyətlər

Gündəm / Cəmiyyət

Bu gün, 12:31


Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir. Repressiya, ölüm yalnız boz və qara rənglərindən ibarət deyil. Burada bütün rənglər, çalarlar cəmləşib. İnsan ağrılarına dünyanın ən böyük yazıçıları, sənət adamları heç zaman etinasız yanaşmayıb. Biz vətəndaş olaraq bu, müqəddəs işləri görməyi düşündük. Düşünürəm ki, Azərbaycanın repressiya tarixini araşdıran zaman çox nəhəng insanların keşməkeşli və şərəfli həyat hekayəti ilə tanış olduq. Daha geniş auditoriyanın o şəxsiyyətləri tanımasına cəhd göstərdik. Kimlərisə ittiham etməklə, kimlərisə aşağılamaq məqsədilə deyil, qaranlıq tarixi bilmək və bəzi məqamlardan ibrət dərsi götürmək üçün keçmişi öyrənmək əhəmiyyət kəsb edir.

Bu dəfə Sara Aşurbəylidən söhbət açırıq

Aşurbəylilər nəslinin nümayəndəsi olan, Sara xanım Azərbaycanın qaranlıq tarixinə işıq salaraq "Şirvanşahlar dövləti" və "Bakı şəhərinin tarixi" və digər mövzuları əhatə edən fundamental əsərlər yazmışdır. O, Yaxın və Orta Şərq xalqları tarixinin gözəl bilicisi olmaqla bərabər, həm də rəssam və musiqiçi idi. Amma saf əqidəli Sara xanımın həyat yolu çox ağrılı keçib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Sara xanımın keşməkeşli həyatına nəzər salaraq yazırdı: “Dövrünün tanınmış ziyalılarından sayılan Balabəy Aşurbəylinin ailəsində dünyaya göz açan Sara xanımın bir çox sahələr üzrə təhsil alması ona işıqlı gələcək vəd etsə də, kommunist rejiminin çox vaxt ağı qaradan seçməkdə çətinlik çəkən siyasəti bu nəslin xalqımız üçün sayagəlməz xeyirxahlıqlarını insafsızcasına görməməzliyə vurmaqla, onların bütün mənalarda təqibinə başlamışdı. Müxtəlif formalı bu təpkilər gənc Sara xanımdan da yan keçmədi. Başqa sözlə desək, sonrakı taleyi onu çox sınaqlara çəkməli oldu. Atasının və həyat yoldaşının repressiyaya uğraması onun başı üzərində təhlükəli və əbədi "Domokl qılıncı"na çevrilsə də, təzadlarla dolu həyat yolu və çoxsaylı sınaqlar onu sındıra bilmədi. Müasirlərinin çoxunun vurğuladığı kimi, Sara xanımın qeyri-adi inadkarlığı zaman-zaman rastlaşdığı maddi-mənəvi çətinliklərə sinə gərməkdə ona kömək etdi”.

Sara Aşurbəyli haqqında araşdırma aparan zaman digər bir müəllifin, Nərgiz Cavadzadənin maraqlı yazısı diqqətimizi cəlb etdi. Müəllifin Sara xanımın sağlığında görüşüb söhbət etdiyi məlum olur. Həmin yazıdan bəzi məqamlara nəzər salaq: “Qayınanam dul qadın idi, elçiliyə gələndə ondan soruşmuşdular ki, ay xanım, niyə oğlunu vaxtilə zəngin olan birinin qızı ilə evləndirirsən, başına iş açacaqsan. O, bu sözlərdən qorxmuşdu, amma tale və könül qarşısında dura bilməmişdi. Qorxduğumuz şey başımıza gəldi. Bu dəfə mənim ucbatımdan 1938-ci ilin fevralında həyat yoldaşımı həbs etdilər. Xəstə anamla birlikdə 5 bacı təkbaşına qaldıq. İş üçün hara müraciət etdimsə, açıq şəkildə “sənə tarixçi kimi iş verməyəcəyik” deyirdilər. Başa düşdüm ki, sevdiyim tarix sahəsində işləyə bilməyəcəyəm. Bu sözləri orta əsrlər tarixi üzrə Azərbaycanın ilk qadın alimi Sara Aşurbəyli “Azərbaycanın alim qadınları” adlı dərgiyə müsahibəsində deyir. Həyatı keşməkeşlər, mübarizələrlə dolu olan XX əsrin tarixi hadisələrinin canlı ensiklopediyası əməkdar elm xadimi, tarixçi – alim Sara Aşurbəyli o gün ilk dəfə öz taleyini danışır. Sovet dövründə süni əngəllər onu tarix sahəsindən uzaq salmağa çalışsa da, o, bu sınaqlara dözür. 2001-ci il iyulun 17-dә 96 yaşında vәfat edәn Sara Aşurbәyli “Sizin ömrünüz һeç dә sadә bir insan ömrü olmayıb, nә vaxtsa memuar yazacaqsınızmı?”-- sualına cavabı maraqlı olur: “Bilirsiz, mәn bәlkә dә һeç nә yazmayacam. Çünki mәnim ömrüm doğmalarımın itkisi, dövrün vә insanların әdalәtsiz münasibәtlәri, xәyanәtlәrlә dolu keçib. Bunları yazmaq, o һadisәlәri yenidәn yaşamaq demәkdir. Mәn bunu bacarmaram.1990-cı ildə Bakıda yazıçı Əzizə Cəfərzadənin evində məşhur maarifçi qadınlarla görüşüb söhbətləşən türkiyəli jurnalist Əli Qafqazlı Sara xanımın ürək yanğısı ilə bəhs etdiyi həyatından bəzi məqamları açıb. İsrarla tarixçi olmasına maneə yaradılsa da, o, tarix sahəsinə olan istəkdən vaz keçməyib. Atasının 14 yaşında həbs olunduğunu deyən Sara Aşurbəyli 1 ay sonra anası İsmət xanımın qohumu Nəriman Nərimanovun yardımı ilə sərbəst buraxıldığını bildirir: “Yenə də onun yardımı ilə ailəvi xaricə getmək üçün icazə aldıq. Əvvəlcə Trabzona, sonra isə İstanbula üz tutduq. 3 bacısı ilə Validə Sultan liseyində oxumağa başlasa da, qəribə bir hadisə Sara xanımın fransız məktəbinə keçməsinə səbəb olur. O, liseydə Qurani-Kərim dərsindən “2” qiyməti alır, ağlayaraq evə gəlir və valideynlərinə bir daha həmin məktəbə getməyəcəyini deyir: “Bütün qızlar Quranı çox gözəl oxuyurdu. Mən həmin vaxtadək heç vaxt Qurani-Kərim oxumadığım üçün dilimə yatmırdı. İsrar etdim, atam məni yaxınlıqdakı “Janna Dark” fransız kollecinə yazdırdı. Bu məktəbdə oxuyan xüsusi libaslı qızla tanış olmuşdum, onun davranışları və libasları çox xoşuma gəlmişdi. Zənnimcə, bu seçimimdə onun təsiri vardı. Atam məni bu məktəbə yazdırıb-yazdırmamaqda çox tərəddüd edirdi, mənim xristian dinini qəbul edə biləcəyimdən narahatlıq duyurdu. İki cümlə Balabəy Aşurbəylinin qətlinə fərman verir. 5 il həmin məktəbdə təhsil alandan sonra Aşurbəylilər Bakıya qayıtmaq qərarı verirlər. Vәziyyәtin nisbәtәn sakitlәşdiyini görən Sara xanımın atası Balabәy ailәsini dә götürüb 1925-ci ildә Bakıya dönür. Amma һadisәlәr һeç dә Balabәyin gözlәdiyi kimi cәrәyan etmir. Aşurbəyli uzun müddət işsiz qalır. Sara xanım isə Azərbaycan Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix bölməsinə qəbul olur, lakin atasının keçmiş kimliyinə, əvvəllər zəngin ailənin qızı olduğuna görə daim ələ salınır. Universiteti bitirəndə qrup yoldaşı ilə ailə qurur: “Təzə yuva qurmuşduq. Lakin tale üzümüzə gülmədi. Deyirlər, “Sən saydığını say, gör fələk nə sayır”. Stalinin zülm fırtınası başlamışdı. 1935-ci ildə atamı həbs edib Qazaxıstana sürgünə göndərdilər. Qısa müddət sonra atamı həbsə salıb öldürdülər. Öldüyünü çox sonralar öyrəndik. Əslində iki illik hәbsxana һәyatında Balabәyә nә qәdәr әziyyәtlәr versәlәr dә, onun xalq düşmәni olduğunu sübut edә bilmirlәr. Odur ki, әn iyrәnc bir vasitәyә әl atılır. Balabәyin saxlandığı kameraya casus salınır. Bir neçә gün mütәmadi olaraq Stalinin qarasına deyinәn vә onun ünvanına söyüş söyən casusa Balabәy һeç bir reaksiya vermәsә dә, son məqamda dözmәyib sadәcә iki cümlә işlәdir: “Başqa nә gözlәmәk olar axı? O ki, diktatordur”. Elә bu iki cümlәylә dә onun qәtlinә fәrman verilir. Qazaxıstandakı iki illik ağır sürgün һәyatından sonra Balabәy 1937-ci ildә Karakanda vilayәtindә vәһşicәsinә qәtlә yetirilir. Sara xanım xatırladır ki, Xruşşovun dövründə atasının günahsız olduğu elan edilib: “Öldürüldükdən illər sonra onların suçsuz olduqlarını açıqladılar. Sanki insanları ələ salırlar. Həyat yoldaşı da həbsdə olan Sara Aşurbəyli təhsil dalınca Leninqrada yollanır, ancaq 3 ay sonra ona Bakıya geri qayıtmaq barədə teleqram göndərilir. Paytaxtda isə onu heç də xoş xəbər gözləmirdi. 1 ildir Akademiyada çalışan Aşurbəyliyə işdən azad olunması barədə sənəd təqdim edilir. Sara xanım çıxış yolunu başqa ixtisasda görür və rəssamlıq üzrə təhsil almağa başlayır. Teatrda rəssam kimi çalışan Sara Aşurbəyli 6 ay sonra işini itirir, gözləmədiyi halda nazirlikdən zəng gəlir, o zaman yeni açılan Xarici Dillər İnstitutuna fransız dili üzrə mütəxəssis tapılmadığı üçün ona müraciət edirlər. Məktəbdə müəllim işləməyinə icazə verilmədiyi halda institutda iş təklifi Sara xanımı təəccübləndirir, onun sualını “Sizi tanıyırıq, atanız və ya həyat yoldaşınızla bağlı məsələ sizə vəzifə verməyimizə mane olmur...” deyə cavablandırırlar. Halbuki vakant yer üçün onu işarə verən şəxs haqqında “Ancaq atası varlı olub və öldürülüb, həyat yoldaşı həbsdədir”, -- deyə bəhs edibmiş. Yaşlı anası və bacısına baxmaq məcburiyyətində qalan Sara Aşurbəylinin qarşısında 4 il çalışandan sonra vəzifəsindən azad olunacağı şərti qoyulmuşdu, lakin ehtiyac onu bu şərtlə razılaşmağa məcbur etmişdi. Düz 4 il sonra Sara xanım Aşurbəyliyə sənəd verərək xarici dillər və teatr rəssamlığı üzrə çalışa biləcəyini deyirlər. Sara Aşurbəyli həmin gün ona təhdidlə “Tarixi sahədə çalışma!” deyildiyini də xatırladır: “Əsl sahəm tarix olduğu halda bu istiqamətdə işləməyimə icazə verilmirdi. Durğun bir vaxtda heç kəsə bildirmədən Leninqrada gedib ixtisasım üzrə oxumaq qərarı verdim. 1949-cu ildə “Orta əsrlər Bakı tarixi” adlı dissertasiyanı müdafiə edərək tarix elmləri doktoru dərəcəsini aldım. Əlbəttə, elmi dərəcəni alandan sonra yuxarı dairələr məsələdən hali oldular. Tarix elmləri doktoru olduğum halda yenə də tarix sahəsində işləməyə icazə verilmirdi. Stalinin vəfatından sonra dövlətin siyasəti nisbətən dəyişdi. 1953-cü ildə böyük şair Səməd Vurğun məni çağırıb soruşdu ki, niyə tarix elmləri doktoru olduğun halda 20 ildir xarici dillər üzrə dərs keçirsən. Mən də hökumətin icazəsi olmadığı üçün tarix sahəsində çalışmadığımı söylədim. Məni dərhal Tarix Muzeyinə rəhbər təyin elədi. Nəhayət 1955-ci ildən etibarən tamamilə tarix sahəsində işləməyə başladım”.

Sara xanım xüsusi olaraq vurğulayır ki, əsərlərində Stalin və Mircəfər Bağırov adına rast gəlmək mümkün deyil: “Çünki onlar zalım insanlar idi. Mənim vicdanım onların adlarını anmağa icazə vermir”.

Yaxınlarının itkilərinə, bir çoxlarının xəyanətlərinə repressiya, təzyiq acılarına baxmayaraq, Sara Aşurbəyli öz ziyalılıq missiyasını ləyaqətlə yerinə yetirən və yekunda tarixə çevrilən şəxsiyyət olub. O, Sara Aşurbəyli imzası ilə ləkəsiz, həmişə vətəni üçün çalışan, ləyqətli nəslinin adını əbədiləşdirdi. Onun fikirləri ilə yazını yekunlaşdıraq. "Şirvanşahlar dövləti" kitabını "Əziz qardaşım, II Dünya müharibəsində həlak olmuş hərbi həkim Rəşad Balabəy oğlu Aşurbəylinin parlaq xatirəsinə ithaf edirəm", "Bakı şəhərinin tarixi" kitabını "1937 —1938-ci illər repressiyasının qurbanı olmuş əziz atam Balabəy Teymurbəy oğlu Aşurbəyovun nurlu xatirəsinə ithaf edirəm".

Əkrəm Bəydəmirli

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 13:04
    Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
  • Bu gün, 12:31
    Sovet repressiyasinın sındıra bilmədiyi şəxsiyyətlər
  • Bu gün, 12:30
    Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib
  • Bu gün, 12:25
    BŞTİ: 46 mindən çox şagirdin yerdəyişməsi aparılıb
  • Bu gün, 11:57
    Azərbaycan Türkmənistana tanker hədiyyə edib
  • Bu gün, 11:27
    İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
  • Bu gün, 10:51
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur
  • Bu gün, 10:25
    Küləkli havada dənizə gedənlərə sərt XƏBƏRDARLIQ
  • Bu gün, 09:25
    Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • Bu gün, 08:49
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 17:00
    Sabaha olan hava proqnozu
  • Dünən, 16:00
    Bakıda külək güclənəcək, bölgələrdə şimşək çaxacaq və dolu düşəcək
  • Dünən, 15:30
    Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
  • Dünən, 15:00
    Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
  • Dünən, 14:00
    Zelenski: Rusiyanın enerji obyektlərinə zərbələr ədalətli cavabdır
  • Dünən, 13:30
    Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
  • Dünən, 13:00
    "Al Jazeera"nın jurnalisti Qəzzada öldü
  • Dünən, 12:00
    Vensin İsveçrəyə səfəri başladı
  • Dünən, 11:00
    "Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
  • Dünən, 10:30
    Kot-d'İvuar millisinin baş məşqçisi Almaniyanın oyununu tənqid edib
  • Dünən, 10:00
    "Axios": ABŞ İranın bloklanmış səhmlərini qismən açmağa hazırdır
  • 20-06-2026, 19:00
    Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
  • 20-06-2026, 18:30
    İran yenidən Hörmüz boğazını bağlayıb
  • 20-06-2026, 18:00
    İordaniya parlamentinin sədri Azərbaycana səfərə gəlib
  • 20-06-2026, 17:30
    Urmiya gölündə suyun həcmi 18 dəfə artıb
  • 20-06-2026, 15:48
    Keçmiş deputat Paşinyanı məhkəməyə verdi
  • 20-06-2026, 15:21
    Ceyhun Bayramovla Bəxtiyor Səidov Bakı və Daşkəndin strateji tərəfdaşlığını müzakirə ediblər
  • 20-06-2026, 14:44
    UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
  • 20-06-2026, 14:11
    Bazar günü Bakıda 32 dərəcə isti olacaq
  • 20-06-2026, 12:37
    "Bizim Maqsud müəllim" tamaşası nümayiş etdirilib
  • 20-06-2026, 11:59
    Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub
  • 20-06-2026, 11:01
    Rusiyada ağır yol qəzası: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
  • 20-06-2026, 10:29
    Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
  • 20-06-2026, 09:54
    DYP həftəsonu səfərləri zamanı sürücü və piyadaları diqqətli olmağa çağırıb
  • 19-06-2026, 18:47
    AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə