• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

ABDULLA ORİPOV - 85

Gündəm / Cəmiyyət

Bu gün, 13:33


ŞƏXSİYYƏT BÖYÜKLÜYÜ

Bir var taleyinə yazılmış qismət payı, bir də var özünün əzmin, iradən, bacarığın və zəhmətinlə qazandıqların. İkincilər birincilərə nisbət daha çox uğura imza atır və məqsədlərinə çatırlar. May ayında Azərbaycandan getmiş böyük heyətlə, Asiya ölkələrindən və digər türk dövlətlərindən gəlmiş şair, yazıçı, sənətçilərlə bərabər 85 illik yubiley tədbirində coşqu ilə iştirak etdiyimiz, ev muzeyini ziyarət edib ailəsinin çörəyini kəsdiyimiz Özbəkistanın xalq şairi, Özbəkistan Qəhrəmanı Abdulla Oripov həmən insanlardandır. (Onu da deyim ki, Özbəkistanda keçirilən bu böyük tədbir əslində iki böyük şairin – özbək poeziyasının klassiki, filosof Əlişir Nəvainin 585, Özbəkistanın Qəhrəmanı, Vətən sevdalısı, ictimai – siyasi xadim, türkçü Abdulla Oripovun 85 illik yubiley tədbirlərinə təsadüf edirdi. İki böyük mütəfəkkirin, istedadlı yazarın yaşadıqları zaman arasındakı 500 illik məsafə yalnız rəqəmlərin mistik düzülüşündənmi ibarət idi, yoxsa...) Ötən il dostumuz şair İlqar Türkoğlunun təşkilatçılığı ilə baş tutan Türkiyə səfərimizdə Bursada düzənlənən tədbirlərin birində mərhum şairin qızı, onun irsinin davamçısı, turançı Şoira xanımla tanışlıq fürsəti olmuşdu, mənə hərbi yazar kimi rəmzi hədiyyə də təqdim etmişdi. Bu il isə Özbəkistanın dövlət və ictimai xadimi, türkçü, xalq arasında böyük nüfuza və hörmətə sahib olan Abdulla Oripovun ailəsini daha yaxından tanımaq imkanı qazandıq. Şairin mələk üzlü, xoş simalı həyat yoldaşı, altı övladının anası Hanifa xanımla, qızları Şoira və digərləri ilə isti, səmimi görüşlərimiz, əsilli, nəcabətli bir ailənin qonağı olmaq çox gözəl təəssürat yaratdı və bu duyğuların, hisslərin təsiri altında istedadlı şairin, kamil şəxsiyyətin həyat və yaradıcılığı haqqında daha ətraflı məlumat almaq üçün mənbələrə baş vurdum. Ondan yazmağı özümə mənəvi borc bildim. Beləliklə...
Abdulla Oripov 1941-ci il mart ayının 21-də Özbəkistanın Qaşqadərya
vilayətində kolxoz sədri olan Arifboy Ubeydulla oğlunun ailəsində anadan olmuş, səkkiz uşaqlı - dörd oğlan və dörd qızdan ibarət olan ailənin ən kiçik oğul övladı. 1958-ci ildə orta məktəbi qızıl medalla bitirmiş nümunəvi bir şagird, təhsilini Daşkənd Dövlət Universitetinin özbək filologiyası fakültəsinin jurnalistika şöbəsində davam etdirmiş və buranı 1963-cü ildə fərqlənmə diplomu ilə bitirmiş məzun. Tələbəlik illərinin qoxusu burnundan getməmiş həmən çırmalanıb əmək fəaliyyətinə başlayan coşqulu, enerjili bir gənc.
Məsləkinə uyğun olaraq düz 12 il "Yoş qvardiya" və Qafur Qulam adına Ədəbiyyat və İncəsənət nəşriyyatlarında redaktor və baş redaktor (1967–1974), "Şərq ulduzu" (Zvezda Vostoka) jurnalında şöbə müdiri (1974–1976), "Gülxan" (Gulxan) jurnalında isə baş redaktor (1983–1985) olmuşdur. Müxtəlif illərdə Özbəkistan Yazıçılar Birliyində ədəbi məsləhətçi (1976–1982), Daşkənd vilayəti üzrə bölmə katibi (1982–1983), katib (1985–1995) və sədr (1996–2009) vəzifələrində vicdanla, ləyaqətlə çalışmışdır. 1988-ci ildə Özbəkistan Müəllif Hüquqlarının Müdafiəsi Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Birinci və ikinci çağırış Özbəkistan Ali Məclisinin deputatı, 2005-ci ilin yanvarında isə senator seçilmişdir.
Bu, onun çalışdığı yerlərin qısa siyahısı olsa da bacarığının, qabiliyyətinin daha geniş, əhatəli olduğunun əyani sübutudur. Filoloq-jurnalist olaraq əmək fəaliyyətinə başlayan bu gənc redaktor kimi vəzifəsinin öhdəsindən gəlməklə yanaşı: daxilindəki poeziyaya olan marağını da ört-bas edə bilmir. Ən doğrusu etmək istəmir. Qəlbinin coşub-daşan təlatümünü, hiss və duyğularını poetik dillə şeirlərə çevirib çap etdirməyə başlayır. "Quş" adlı ilk şeirini universitet illərində qələmə alan gənc bir-birinin ardınca yazdığı dərin məzmunlu, təsirli şeirləri ilə xalqın qəlbinə sözdən körpü sala bilir. Vətənpərvər məzmunda yazdığı poeziya nümunələri ilə millətinin qəlbini coşdurur, ruhunu oyadır. Uşaqlıqdan həyatın ağrı-acısını dadmış, sevincini yaşamış şair şeirlərində də bu duyğuları qabarıq şəkildə nəzmə çəkdiyindən insan qəlbinin tellərini titrədə bilir, onun iç dünyasına sirayət edirdi. 1965-ci ildə şairin "Kiçik ulduz" adlı ilk şeirlər toplusu nəşr olunmuşdur. Bunun ardınca "Gözlərim yolundadır" (1967), "Mehriban ana" (1969), "Bulaq", "Mənim ruhum" (1971), "Özbəkistan" (1972), "Təəccüb" (1974), "Vətən küləyi" (1974), "Mərhəmət" (1979), "Yaşanmış illərin arzusu" (1984), "Etibar körpüləri" (1989), "Munacat" (1992), "Həcc dəftəri" (1995) kitabları və "Seçilmiş əsərləri" (1996) işıq üzü görmüşdür. Müəllif həmçinin, "Cənnətə yol" (1978), "Həkim və ölüm" (1980), "Ranckom" və "Böyük Teymur" ("Sahibqiran") (1996) poemalarının müəllifidir.
A.Oripov həmçinin tərcümə sahəsində də gücünü sınayaraq mühüm işlər görmüş, Dantenin "İlahi komediya" əsərini, həmçinin N. Nekrasov, L. Ukrainka, T. Şevçenko, Q. Quliyev və bir çox digər müəlliflərin əsərlərini özbək dilinə mükəmməl şəkildə tərcümə etmişdir.
Məhsuldar və çoxşaxəli yaradıcılığına görə 1983-cü ildə ona Özbəkistanın xalq şairi fəxri adı verilmişdir. Bir il sonra isə -16 noyabr 1984-cü ildə ölkənin ali mükafatı olan "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
2000 – 2001-ci illərdə Abdulla Oripovun "Seçilmiş əsərləri" böyük tirajla dörd cilddə çap edilir. Xoşbəxtlikdən canından artıq sevdiyi vətəninin-Özbəkistanın dövlət himnini yazmaq da ona nəsib olur. O, 10 dekabr 1992-ci ildə Özbəkistan Respublikası Ali Sovetinin on birinci sessiyasında qəbul edilmiş Özbəkistan Respublikası Dövlət Himninin mətninin müəllifidir. Beləliklə onun misraları yalnız kitab səhifələrində deyil, bir xalqın ruhunda yaşamağa başladı. Dövlət rəmzlərindən olan himn hər dəfə səsləndikcə şairin də ruhu göylərdə pərvazlanır.
Qeyd etdiyim kimi A.Oripov uzun müddət dövlət məmuru kimi fəaliyyət göstərmiş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən söz sahibi olmuşdur. Dövlət və xalq qarşısında böyük xidmətlərinə, Özbəkistanın müstəqilliyinin möhkəmləndirilməsi naminə yorulmaz fəaliyyətinə, ölkənin ictimai-siyasi həyatında fəal iştirakına, milli müstəqillik ideyalarının həyata keçirilməsinə verdiyi əhəmiyyətli töhfəyə və fədakar əməyinə görə 1998-ci il avqustun 26-da Özbəkistan Qəhrəmanı adına layiq görülmüşdür.
Fədakar və gərgin əməyinə, Özbəkistanda məskunlaşmış müxtəlif millət və xalqların nümayəndələri arasında dostluq və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi işinə verdiyi şəxsi töhfələrə görə o, 15 avqust 1991-ci ildə “Xalqlar Dostluğu” ordeni ilə mükafatlandırılmışdır.
Bunlarla bərabər İtaliya Ulduzu ordeni kavaleri (2015, İtaliya), teatr sənətinin inkişafına verdiyi töhfəyə, qırğız və özbək xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Qırğızıstan Respublikasının Fəxri fərmanı (27 sentyabr 1996-cı il, Qırğızıstan) ilə təltif olunmuşdur.
İstedadlı şair, görkəmli dövlət xadimi, vətənpərvər insan, türk sevdalısı A.Oripovun təltif olunduğu Hamza adına Özbəkistan Dövlət Mükafatı (1981), Əlişir Nəvai adına Özbəkistan Dövlət Mükafatı (1994), "WIPO Creativity Award" qızıl medalı (2007) və başqa mükafatlar da onun özbək xalqına verdiyi töhfələr və dövlətçiliyin möhkəmləndirilməsi, dayanıqlı olması istiqamətində yorulmaz fəaliyyətinə görədir.
Xalq şairinin yaradıcılığı türk dünyasının ortaq mənəvi xəzinəsinə çevrilmişdir. İllər keçsə də, qərinələr ötsə də onun şeirləri öz təsir gücünü itirməyəcək, sevilə-sevilə oxunacaqdır. Çünki o, böyük söz adamı idi, sözə qiymət və dəyər verən, ürəyinin istəyi ilə yazan, duyğu və düşüncələrinə sevgisini qatan güclü bir qələm sahibi olub. Bu cür qüdrətli yaradıcılığa malik olan şairlər isə həmişə zamanın sınağından qalib çıxırlar.
Abdulla Oripov həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, beş qız və bir oğul atası olub. Onların cəmiyyətə faydalı vətəndaş kimi yetişmələrində, vətənpərvər ruhda tərbiyə olunmalarında ailədəki sağlam mühitin böyük rol oynayıb. O, öz həyatı ilə, şəxsiyyəti ilə övladlarına gözəl nümunə ola bilib. Maraqlı yazıların müəllifi, atasının mənəvi irsinin tədqiqatçısı və təbliğatçısı, nəsil şəcərəsinin layiqli davamçısı Şoira Oripova atasının şərəfli həyat yolunun və gələcək nəsillərə örnək olası yaradıcılığının ən layiqli davamçısıdır. Tutduğu yüksək mövqedən və vəzifədən asılı olmayaraq hər bir insanın ən böyük qazancı yetişdirdiyi vicdanlı və cəmiyyətə yararlı mükəmməl övladlardır.
Abdulla Oripov uzun sürən xəstəlikdən sonra 5 noyabr 2016-cı ildə vəfat etmiş və Daşkənddəki “Cığatay” məzarlığında dəfn olunmuşdur. Nurlar işində yat ustad. Zəngin ədəbi irsin gələcək nəsillər tərəfindən sayğıyla qorunacaq və öyrəniləcək. Çünki SÖZ və SÖZ sahibləri həmişə əbədiyaşar olmuşlar.

Əntiqə Qonaq,
Əməkdar jurnalist,
müharibə veteranı










Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

22-08-2024, 17:13

Prezidentin səfəri: Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri - ŞƏRH

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 13:33
    ABDULLA ORİPOV - 85
  • Bu gün, 13:27
    Sabah 28 dərəcə isti olacaq
  • Bu gün, 12:46
    WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
  • Bu gün, 12:00
    Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
  • Bu gün, 11:42
    Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
  • Bu gün, 10:59
    Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşdü
  • Bu gün, 10:30
    Sabiq deputat Türkiyədə vəfat etdi
  • Bu gün, 09:43
    Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşəcək
  • Bu gün, 09:01
    Azərbaycan nefti bahalaşıb
  • Dünən, 19:01
    Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
  • Dünən, 18:33
    Lukaşenko Zelenksi ilə görüşməyə hazır olduğunu bildirib
  • Dünən, 18:12
    Onlara mənzil kirayəsinə görə hər ay 100 manat veriləcək
  • Dünən, 18:00
    Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
  • Dünən, 17:22
    FEMSA: Şəhərlər uşaqların ehtiyacları nəzərə alınmaqla layihələndirilməlidir
  • Dünən, 16:38
    Malta Prezidenti Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib
  • Dünən, 15:42
    Kreml Çin ordusunun Rusiya hərbçilərinə təlim keçməsi xəbərini təkzib edib
  • Dünən, 15:28
    Həyatımın Dastanı
  • Dünən, 14:29
    Emmanuel Makron İlham Əliyevə zəng edib
  • Dünən, 13:10
    Sabah Azərbaycanda 24 dərəcə isti olacaq
  • Dünən, 10:56
    Bazar günü 56 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
  • Dünən, 09:38
    Sızranda PUA hücumu nəticəsində iki nəfər ölüb
  • Dünən, 08:54
    Azərbaycan nefti daha 5 dollar ucuzlaşıb
  • 20-05-2026, 19:37
    Həqiqətə Bağlı Ömür
  • 20-05-2026, 18:36
    Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib
  • 20-05-2026, 17:55
    Azərbaycan MN rəhbərliyi “EFES - 2026” təlimində iştirak etmək üçün Türkiyəyə gedib
  • 20-05-2026, 17:22
    Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 1,3 mlrd. manata yaxınlaşıb
  • 20-05-2026, 16:43
    Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
  • 20-05-2026, 15:59
    SEPAH ABŞ-ı Yaxın Şərqdən kənarda zərbələrlə hədələyib
  • 20-05-2026, 15:18
    Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
  • 20-05-2026, 14:46
    Ölkə üzrə mayın pensiya ödənişləri yekunlaşdırılıb
  • 20-05-2026, 14:05
    "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər
  • 20-05-2026, 13:16
    Sabah Bakıda hava yağmursuz olacaq
  • 20-05-2026, 12:22
    Xüsusi nümayəndə: "Qarabağda məskunlaşma iqtisadi inkişaf və güzəştli stimullarla dəstəklənir"
  • 20-05-2026, 11:42
    İçərişəhərdə "Ağıllı qoruq" konsepsiyası tətbiq ediləcək
  • 20-05-2026, 10:59
    Azərbaycanda yeni könüllülük platforması fəaliyyətə başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə