• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Gündəm / Cəmiyyət

1-06-2024, 17:29

 

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?


Əməkhaqqı təkcə işçiləri deyil, həm də işəgötürəni maraqlandıran həssas məsələdir. Əgər söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedirsə, onda məsələnin daha çox suallar doğurması təbiidir. Bu günlərdə gündəmi zəbt edən "Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər” xəbəri də cəmiyyətdə çoxsaylı suallar yaradıb.Məlumat Dünya Bankı Qrupunun "Business Ready” hesabatının "İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. 

Məsələ ilə bağlı ekspertlərin dünya təcrübəsinə istinad edilən "Dünya ölkələrində minimum aylıq əməkhaqqı yoxdur, minimum saatlıq əməkhaqqı mövcuddur. Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır” kimi fikirləri durmadan tirajlanmaqdadır. 

Amma keçid zamanı hesablamanın necə aparılması, saatlıq əməkhaqqını təmin etmək üçün hansı şərtlərin irəli sürülməsi və s. kimi suallar hələlik açıq qalır. 

Daha yüksək əməkhaqqına vəsilə olacaq? 

Bir sıra ölkələrdə bu təcrübənin tətbiq olunduğunu deyən millət vəkili Vüqar Bayramov izah edir ki, keçidin əsas mahiyyəti məhz əməkhaqqının ay üzrə deyil, saatlar üzrə hesablanmasıdır: "Məqsəd ondan ibarətdir ki, vətəndaşın işlədiyi saatlara uyğun olaraq, əməkhaqqının hesablanması və ödənilməsi həyata keçirilsin. Bu, praktik olaraq aylıq minimum əməkhaqqını sıradan çıxması anlamına gəlmir. Çünki bu zaman saatlıq minimum əməkhaqqı əsasında ay üzrə minimum əməkhaqqı hesablanması mümkündür. Nəticədə bu, imkan verəcək ki, baza olaraq saatlıq minimum əməkhaqqıdan istifadə olunsun və onun əsasında aylıq maaş müəyyən edilsin. Bu da təbii ki, ay üzrə vətəndaşın əldə etdiyi əməkhaqqı məbləğinin müəyyənləşdirilməsinə gətirib çıxaracaq. Ona görə də gözlənilir ki, saatlıq əməkhaqqına keçid olarsa, bu zaman təbii ki, aylıq minimum da nəzərə alınmaqla qaydalar tənzimlənəcək”. İqtisadçının sözlərinə görə, saatlar üzrə qiymətləndirilmə həyata keçirildiyi üçün bu, vətəndaşa bir yerdə deyil, bir neçə yerdə işləmək imkanı verə bilər. Nəticə etibarilə bu, işçinin daha yüksək əməkhaqqı almasına gətirib çıxarar”. 

Həftə sonu, bayram günləri işləyənlər sevinə bilərlər 

V.Bayramov bildirir ki, müəyyənləşdiriləcək minimumlar həm özəl, həm də dövlət sektoru üçün keçərlidir: "Bu zaman hər hansı mülkiyyət mənbəyinə görə fərqləndirmə olmayacaq. Təbii ki, məbləğ mexanizmin özündən asılı olaraq müəyyənləşəcək. Bu, həm saatların sayı ilə bağlı minimumlar, həm minimum əməkhaqqı ilə bağlı mövcud qaydalar və gözləntilər nəzərə alınaraq müəyyənləşəcək məbləğ olacaq. Ona görə indidən saatlıq əməkhaqqının məbləğini söyləmək praktik olaraq mümkün deyil. Təbii ki, əsas meyar ondan ibarət olacaq ki, minimum əməkhaqqı məbləği nəzərə alınmaqla müəyyənləşsin. Bu da imkan verəcək ki, vətəndaş ay ərzində minimum əməkhaqqıdan daha yüksək əməkhaqqı ala bilsin”. Qeyri-iş günlərinə və iş saatından artıq işləyən işçilərə gəlincə, ekspertin dediyinə görə, bu zaman qeyri-iş günləri, hətta işdən sonra işləyənlər üçün saatlıq əməkhaqqı məbləği fərqli olacaq: "Əslində, saatlıq əmək haqqının özəlliyi ondan ibarətdir ki, vətəndaş həftə sonu, bayram günlərində və ya iş saatından sonra çalışırsa, bu haqda xüsusi əmsala vurulmaqla onun əməkhaqqı hesablansın. Ona görə bu, imkan verəcək ki, daha çox işləyən, həftə sonu, qeyri-iş günləri işə dəvət olunan vətəndaşların əmək haqqı daha yüksək olsun. Bu, iş adamları tərəfindən daha aşağı əmək haqqının ödənilməsinin qarşısını ala bilər”. 

Əməyin ödənişi sistemində müasir standart 

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da təklif edilən yeniliyi əməyin ödənişi sistemində müasir standart kimi görür: "Yəni ixtisası olmayan bir işçi üçün bir saat ərzində minimum nə qədər ödəmək olar? Bu məsələdə "yuxarı” hədd tənzimlənmir, yalnız aşağı həddi nəzərdə tutulur. Bizim Əmək Məcəlləsində sosial-iqtisadi şərait nəzərə alınmaqla ixtisassız işçiyə verilə biləcək minimum əməkhaqqı mövcuddur. Gündə 8, həftədə 40, ayda 167 saat işləyən bir işçiyə 345 AZN-dən aşağı əməkhaqqı vermək olmaz. Fikrimcə, minimum əməkhaqqı bir saata 2 manat 05 qəpik düşür. Biz bunu 1 manat artırsaq belə, yekun məbləğ 500 AZN-i keçəcək. Dövlətin belə bir artıma gedib-getməyəcəyini bilmirəm. Çünki artım olsa, bu, dövlət büdcəsinə əlavə xərclər deməkdir”. Ekspert bu istiqamətdə qərarın yaxın vaxtlarda qəbul olunacağına əmin deyil: "Fikrimcə, müvafiq qurumlar bununla bağlı təkliflərini hazırlayacaq, müəyyən hesablamalar aparacaq, bır sıra qanunvericilik aktlarına dəyişiklik ediləcək”.

Ekspertin fikrincə, saatlıq əməkhaqqının iş saatından artıq və qeyri-iş günləri işləyənlərə aidiyyəti olmayacaq: "Belə çıxmasın ki, bundan sonra kim neçə saat işlədi, ona görə əməkhaqqı alacaq. Tutaq ki, kimsə dövlət qulluğunda bir inzibati vəzifə tutur, onun şərti əməkhaqqı 1000 AZN-dir və əmək müqaviləsində gündəlik 8 saat işləməsi yazılıbsa, o, əvvəlki kimi işləyəcək, onun üçün heç nə dəyişməyəcək. Və yaxud, siz jurnalistsiniz, gündə 8 saat işləməlisiniz və buna görə sizə 700 AZN pul ödənilir. Yeni qayda sizə də şamil edilməyəcək. Bunun minimum əməkhaqqı alanlara aidiyyəti olacaq”. S.Məmmədov bütün hallarda belə bir müzakirənin olmasını dəstəkləyir: "Hələ MDB ölkələri bu sistemə keçməyiblər. Ola bilər ki, biz bu keçidi edən ilk ölkə olaq”. ("Kaspi" qəzeti)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-05-2024, 13:49

Bu qiymətləri Tarif Şurası müəyyənləşdirəcək – YENİLİK

Gündəm / Cəmiyyət

24-05-2024, 14:19

Azərbaycanda orta aylıq əməkhaqqı ARTACAQ

Gündəm / Cəmiyyət

17-05-2024, 18:39

Hakimlərin maaşının artırılması təklif olundu

Gündəm / İqtisadiyyat

13-05-2024, 10:34

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər

Gündəm / Cəmiyyət

10-05-2024, 16:22

Azərbaycanda işsiz və işaxtaranlarla bağlı yeni qanun layihələri hazırlanacaq

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 16:44
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 14:44
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:52
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Dünən, 12:26
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dünən, 11:14
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Dünən, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Dünən, 09:27
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Dünən, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • 28-09-2026, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • 28-09-2026, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 28-09-2026, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • 28-09-2026, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • 28-09-2026, 16:58
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • 28-09-2026, 16:30
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 28-09-2026, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • 28-09-2026, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • 28-09-2026, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • 28-09-2026, 12:49
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • 28-09-2026, 12:01
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • 28-09-2026, 11:37
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • 28-09-2026, 11:09
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • 28-09-2026, 10:34
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • 28-09-2026, 09:35
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • 28-09-2026, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • 27-09-2026, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • 27-09-2026, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • 27-09-2026, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • 27-09-2026, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə