• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Sükuta dalmış həqiqət işığında Mirzə Bala Məmmədzadə ömrü

Gündəm / Mədəniyyət

Bu gün, 17:34

Azərbaycanın repressiya tarixini araşdıran zaman çox nəhəng insanların keşməkeşli və şərəfli həyat hekayəti ilə tanış oldum. Gerçəkdən dahi şəxsiyyət olan Cəfər Cabbarlını nəzərdən keçirən zaman daha bir möhtəşəm insan, istiqlalçı Mirzə Bala Məmmədzadənin mübarizə yolu, fədakarlığı diqqətimi cəlb etdi. O, görkəmli şəxsiyyət haqqında bir sıra məqalələr yazılıb. Həmçinin, tədqiqatçı Rəfail Əhmədli “Mirzə Bala Məhəmmədzadənin ictimai-siyasi görüşləri” adlı kitabı yazıb. Türkiyədə yaşayıb-yaradan, tanınmış türkoloq Sibel xanım Dəmirci Türk Mirzə Bala Məmmədzadədən bəhs edən maraqlı tədqiqatlar aparıb.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında, “İstiqlal Bəyannaməsi”nin elan olunmasında əvəzsiz xidmətləri olan insanlardan biri Mirzə Bala Məmmədzadədir. AXC süqut etdikdən sonra o, həm Azərbaycanda, həm Türkiyədə, həm də mühacirətdə olduğu Avropa ölkələrində bir an da olsa haqq yolundan geri çəkilməyib. Mirzə Bala Məmmədzadə həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də ondan sonrakı dövrdə uzun, keşməkeşli mühacirətdə Məhəmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə çalışıb.
Mirzə Bala yazdığı "İki inqilab arasında" əsərində Azərbaycan türklərinin millət olaraq var olmasını davam etdirmək üçün vahid ideologiya ətrafında birləşməsini ən ümdə vəzifə kimi görürdü. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra "Gənclər yurdu" jurnalına redaktorluq etmişdir. 21 yaşlı bu gənc bütün həyatını Cümhuriyyət işinə həsr etmişdi. 7 dekabr 1918-ci ildən etibarən Azərbaycan parlamentində yaxın dostu Cəfər Cabbarlı ilə bərabər stenoqrafçı kimi çalışan, bütün çıxışları, məruzələri, görüşləri, qərarları, qanunları qələmə alan Mirzə Bala eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin də yayın müdiri kimi fəaliyyət göstərmişdir.1919-cu il sentyabrın 17-də Mirzə Balanın “Bakı uğrunda mübarizə” pyesini Azərbaycan Dövlət Teatrı tamaşaya qoymuşdu.
28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra Mirzə Balanın siyasi həyat və fəaliyyətinin yeni dövrü başlayır. Cəfər Cabbarlının Çənbərəkənddəki evində keçirilmiş gizli iclasda M.Ə.Rəsulzadənin təlimatı ilə gizli "Milli Müqavimət Komitəsi" yaradılmış, Mirzə Bala onun başqanı, Əbdülvahab Yurdsevər başqan müavini, Cəfər Cabbarlı isə baş katibi seçilmişdi. O zamanlar gizli mətbəədə "İstiqlal" qəzeti nəşr edilirdi. 1922-ci ildə Bakıda Mirzə Balanın "Azərbaycan türk mətbuatı" adlı kitabçası çap edildi. 1923-cü ildə Komitə üzvləri və qəzetin işçiləri həbs edildilər, amma Mirzə Bala Zirədən yük gəmisi ilə İranın Ənzəli şəhərinə qaça bilmişdir. Oradan Tehrana, sonra isə Təbrizə gəlmiş, şosse yolunda mühəndis-texnik olaraq çalışmışdır. Mirzə Bala Məhəmmədzadənin çox mükəmməl tədqiqatıçısı Rəfail Əhmədli yazır: “Mirzə Bala Məhəmmədzadə Azərbaycan Cümhuriyyəti dövrünü obyektiv şəkildə qələmə almaqla müasir tədiqatçılara bu dövr ilə bağlı çox önəmli məlumatlar vermişdir. Ümumiyyətlə, Mirzə Bala bütün həyatını demək olar ki, Azərbaycanla bağlı məsələlərə həsr etmiş, Azərbaycan Türkləri və azərbaycanlı kimliyi ilə Azərbaycan ictimai-siyasi düşüncə tarixinin inkişafında mühüm rol oynamışdır”.
Onu da qeyd edək ki, Mirzə Bala Məmmədzadə Azərbaycanı tərk etdikdən sonra mühacirət dövründə, istər Güney Azərbaycanda, istər Türkiyədə, istərsə də Avropada olduğu zaman millətin ağrı-acılarından yazıb. Onun yazılarında istiqlalın yenidən qazanılacağına, millətlərin yenidən azadlığına qovuşacağına inam böyük olub. Mirzə Bala 1924-1927-ci illərdə "Ermənilər və İran", "Vətən qaldı", "Muğan xan" əsərlərini yazmışdır. 1927-ci ildə İstanbula gələn Mirzə Bala İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olaraq orada təhsil alıb. Mirzə Bala 1927-ci ildə M.Ə. Rəsulzadənin təklifi ilə "Azərbaycan Misaki-Millisi" (Milli Azərbaycan Xartiyası) adlı əsər yazıb.


1931-ci ildə SSRİ-nin təkidi ilə digər antisovet mühacirlərlə birlikdə İstanbulu tərk etməyə məcbur edilən Mirzə Bala 1939-cu ilədək Polşada yaşamışdı. Bu illərdə onun Berlində nəşr olunan "Qurtuluş" jurnalının mətbəəsində "Milli Azərbaycan hərəkatı" adlı əhatəli kitabı çap edilmişdi. Mirzə Bala 1936-cı ildə Varşavada "Milli Azərbaycan Müsavat Xalq Firqəsi"nin III qurultayında iştirak etmiş, 1939-cu ildə İstanbula dönərək "Milliyyət" və "Cümhuriyyət" qəzetlərində Sovet İttifaqında yaşayan türklərin acınacaqlı həyatına dair məqalələr yazmışdı. O, 1949-cu ildə Ankarada qurulan "Azərbaycan Kültür Dərnəyi"ndə yaxından iştirak etmiş, dərnəyin "Azərbaycan" jurnalında xalqımızın tarixi, mədəniyyəti ilə bağlı bir sıra məqalələr yazmışdı.
Milli Azərbaycan hərəkatı" əsərində Mirzə Bala qeyd edirdi ki, Şüurlu bir türk milliyyətçisi sifətilə hərəkət edən böyük Füzulinin dühası Azərbaycanın ədəbi varlığı üzərində XIX əsrin sonuna qədər dörd əsr öz təsirini göstərmişdir. Axundzadə Mirzə Fətəli ilə Həsən bəy Zərdabi və Krımlı İsmayıl bəydən başlamış Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadəyə qədər hər kəsin Azərbaycan milli hərəkatında bir iştirak payı vardır. Yalnız bir fərqlə ki, Məhəmməd Əmin Rəsulzadə ictimai bir cərəyan şəklinə girən və büllurlaşaraq milli-ictimai bir ideologiya mahiyyəti kəsb edən milliyyətçiliyimizi formalaşdıraraq bir sistemə salmış, bir proqram halına gətirmiş, onu dövlət təşkilatı halında əbədiləşdirmək üçün ümumiləşdirmiş, onu “İstiqlal Bəyannaməsi” ilə dövlət təşkilatının təməli etmişdir.
Qeyd etmək lazımdır ki, bu dolğun dəyərləndirmədə Mirzə Balanın özünün nə qədər dərin fəlsəfi dünyagörüşə malik olduğu aydın görünür. O, həm yazar, həm də siyasi proseslərdə iştirak edən şəxsiyyət kimi Azərbaycan türkünün milli kimlik məsələsini tarixin yaddaşına həkk edirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə və Avropada olduğu dövrdə bütün yaradıcılıq fəaliyyətində bu tendensiyanı qoruyub dərinləşdirdiyi ortadadır. Geniş mənada yaradıcılıq irsi, dünyada imzalar işərisində Azərbaycanın öz imzasını qoruyub saxlayacağına əminlik onun fəaliyyətində əsas hədəf kimi görünür. Mənim qənaətimcə, Mirzə Bala Məmmədzadə kimi bir şəxsiyyətin fəaliyyəti, uzunmüddətli mücadiləsi ilə Azərbaycan insanı daha yaxından tanış olmaldır.
O, Məhəmməd Əmin Rəsulzadənin təsis etdiyi “Yeni Kafkasya” məcmuəsi haqqında yazırdı: “Yeni Kafkasiya” yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün Türklərin xaricdə çıxardıqları ilk məcmuə idi. Daxildə və xaricdə böyük və dərin təsir oyadan və sovet hökumətini etirazda bulunmağa məcbur edən bu məcmuə ilk nömrəsində öz proqramını... dərc etmiş, bir milli imanla işə başlayaraq Azərbaycan, Qafqaz və əsir Türklərin milli istiqlal davasını tanıtmağa girişmiş və Türkiyə ictimai fikrini hazırlamağa başlamışdı. Məcmuəmizin “Bolşeviziya”da möhkəm ÇEKA təhdidi altında yaşayan, mühacirlik həyatının çəkilməz məşəqqətlərinə dözən Azərbaycan gəncliyi üçün bir növ mənəvi təşəkkül mərkəzi olduğunu göstərməklə bilsəniz nə qədər məsuduq . Mirzə Bala Məmmədzadənin və xaricdə fəayyət göstərən digər istiqlalçıların mücadiləsindən, mətbuatda geniş çıxışlarından Sovet hökuməti ciddi əndişələnirdi. İşgəncələrdən, repressiyalardan qutularaq qürbət ölkələrdə yaşayan həmin şəxslər müxtəlif dönəmlərdə təqiblərə məruz qalırdılar.
Professor Asif Rüstəmli yazır: “Bolşevik rəhbərliyi gözəl bilirdi ki, partiyanın düşünən beyni, çarpan ürəyi, qeyri-adi təşkilatçılıq qabiliyyətinə malik, mövcud ictimai-siyasi vəziyyəti düzgün dəyərləndirən, mürəkkəb vəziyyətlərdən ən optimal çıxış yolu tapmaq səriştəsinə malik olan Mirzə Balanı həbs etmədən Müsavat Partiyasını dağıtmaq mümkün olmayacaq. Ona görə də, bolşeviklər özlərinin potensial siyasi rəqibləri olan müsavatçılara qarşı taktiki yol seçib həbs etdikləri müsavatçıların adından bəyannamə hazırlayaraq onları azad etməklə Mirzə Balanın həbsini sürətləndirməyi nəzərdə tuturdular. Mirzə Balanı ciddi-cəhdlə axtaran çekistlər nəticədə Müqavimət Hərəkatının orqanı olan “İstiqlal” qəzetinin mətbəəsini aşkarlamış, azadlıq mübarizlərindən 20 nəfərini həbs etmişdilər. Çekistlər Müsavat Partiyası fəallarını həbs etməklə Mirzə Balanın izinə düşmək niyyəti güdmüş, lakin Mirzə Balanı tuta bilməmələri sovet hüquq-mühafizə sistemini şoka salmış, həbs olunan 20 nəfər istiqlalçının hər birinə müstəntiqin ilk sualı bu olurdu. Mirzə Balanı, onun qohumlarını tanıyırsanmı? Axırıncı dəfə onunla nə vaxt və harada görüşmüsən? Mirzə Bala harada yaşayırdı. O, indi hardadır?” .
Mirzə Bala Məmmədzadə Azərbaycanın müstəqilliyinə, azadlığına qovuşacağına inanan və bu yolda mücadilə aparan şəxslərdən biri olub. Onun yaradıcılığında da bu strateji hədəf olub. Professor Rəfail Əhmədli yazır: ”Azərbaycanın müstəqillik mübarizəsinin davam etdirilməsini özünün əsas qayəsi hesab edən Mirzə Bala “Odlu Yurd”dərgisində dərc etdirdiyi “Azərbaycanın İstiqlal günü” adlı çıxış məqaləsində Milli istiqlal düşüncəsinin yaranmasını üç dövrə ayırmış və göstərmişdi ki, bağımsızlıq elanı millətimizin ortaq iradə, milli düşüncə və milli anlayışının bir ifadəsidir. Milli mədəniyyəti yüksəltməyə və bu sayədə milli varlığın milli birliyini qavramağı başarmış olan millətimiz bütün bu varlığını yaşatmaq yüksəltmək və qorumaq üçün milli bir dövlət halında meydana gəlməyə və bunun üçün də hürriyyət və istiqlalına sahib olmağa möhtac idi. Çünki, milli hürriyyətinə, milli bağımsızlığına və milli dövlətə sahib olmayan bir millətin milli varlığını, milli mədəniyyətini qoruması imkansızdır”.
Tədqiqatçı Rafail Əhmədli daha sonra yazır: “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək şüarı ilə nəşr olunan “Açıq söz” qəzetinin “Açıq sütunları”na Məhəmməd Əmin Rəsulzadənin tövsiyəsi ilə yazılar yazmağa başlayan Mirzə Bala Məhəmmədzadə ilk yazılarını daha çox milli ideal, milli mədəniyyət, milli tarix, milli ədəbiyyat mövzularına həsr etmişdir. Bu dövrdən başlayaraq Məhəmməd Əmin Rəsulzadə ilə Mirzə Bala Məhəmmədzadə arasında dərin bir ruhi və mənəvi bağlılıq yaranmış, Mirzə Bala, Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyətini özünə ilham qaynağı olaraq seçmiş, bu yaxınlıq istər Azərbaycanda, istər Türkiyədə və istərsə də Avropada mühacirətdə olanda, bir sözlə, 1915-ci ildən Məhəmməd Əmin bəyin 1955-ci ildə vəfatına qədər davam etmişdir”.
Xatırlatmaq yerinə düşər Mirzə Bala 1954-1955-ci illərdə Münhendə yerləşən SSRİ-ni Öyrənmə İnstitutunun rəhbərliyində məsul vəzifədə çalışmış, İnstitutun Azərbaycan türkcəsində buraxdığı "Dərgi" adlanan siyasi jurnalın baş redaktoru olmuşdur. Qeyd edək ki, İslam Ensiklopediyasında Mirzə Bala "Qarabağ" adlı əhatəli məqaləsinin, xüsusən də əzəli Azərbaycan torpağı olan Qarabağın bütün tarixini elmi surətdə ətraflı təhlil etmişdir.Totalitar rejimin ən sərt dönəmlərində o, bolşevizmin necə qəddar və qorxulu olduğunu öz yazıları vasitəsilə ictimaiyyətə çatdırırdı. 6 mart 1955-ci ildə Azərbaycan istiqlalının qurucusu və ideoloqu Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra Azərbaycan Milli Azadlıq Hərəkatına və Müsavat partiyasına Mirzə Bala rəhbərlik etmişdir. O, 1959-cu ilin mart ayının 8-də İstanbulda vəfat etmiş, Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur.
Tanınmış türkiyəli tədqiqatçının Mirzə Bala Məmmədzadə haqqında mediaya verdiyi müsahibəsi diqqətimi cəlb etdi. Türkiyədə yaşayıb-yaradan Sibel xanım Dəmirci Türk Mirzə Bala Məmmədzadədən bəhs edən maraqlı tədqiqatlar aparmışdır. Azərbaycanın böyük türk dünyasının önəmli bir parçası olduğunu vurğulayan Sibel xanım bildirib: “Azərbaycanla bağlı son araşdırmalarının mühacir həyatı yaşayan Mirzə Bala Məmmədzadəyə aiddir. Onun üç ildən artıq araşdırmaların nəticəsi olaraq toplanan məqalələrim iki ayrı kitab kimi oxuculara təqdim olunub. Bu dəyərli və fədakar insan mənim üçün sıradan bir şəxsiyyət olmamışdır. Azərbaycanın yetişdirdiyi türk dünyasının önəmli ziyalılarındandır. Məhəmməd Əmin Rəsulzadə ilə möhkəm bağlılığı, türk dünyasının azad gələcəyinə güclü inamı, ziyalılığı onun xarakterik xüsusiyyətlərindəndir. Həyat və fəaliyyətinə nəzər saldıqca yoxdan var olan, zəngin, amma məşəqqətli bir həyat yolu seçən dəyanətli bir insanın taleyi ilə üz-üzə durursan. Bütün şüurlu həyatını milli mücadiləyə həsr edən fədakar bir ziyalını görürsən”.
Azərbaycanın bu fədakar oğlu haqqında fikirlərini davam etdirən Sibel xanım Dəmirci Türk daha sonra qeyd edir: “II Dünya müharibəsinin başlanması və Polşanın Almaniya tərəfindən işğalı ilə əlaqədar yenidən İstanbula köçən M.B.Məmmədzadənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində, “Türk ensiklopediyası”nda, “İslam ensiklopediyası”nda və digər nəşrlərdə Azərbaycan tarixinə dair çoxlu məqaləsi dərc edilmişdir. “Mirzə Bala Məmmədzadə və soyuq müharibə yazıları (“Cümhuriyyət” və “Milliyyət” qəzetlərindəki yazılar)” adlı kitabda Türkiyənin “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində dərc olunmuş məqalələri geniş təqdimatla yer alır. İkinci kitab da Mirzə Bala Məmmədzadənin mühacir həyatının önəmli bir hissəsi də Almaniya ilə bağlıdır və Almaniyadakı fəaliyyəti məni daha cox cəlb etdi”.
O, Azərbaycan türkcəsində çap olunan "Dərgi" adlanan siyasi jurnalın baş redaktoru olmuşdur. Bir çox qəzet və jurnallarında da onun SSRİ-dəki totalitar rejimi kəskin tənqid edən məqalələri dərc olunmuş, Azərbaycanda yeridilən ruslaşdırma siyasətinin mahiyyəti açıqlanmışdır. Bu dövrdə sözügedən məqalələr xüsusilə sovet işğalı altında yaşayan türk xalqlarının ictimai-siyasi həyatını mübarizəsini öyrənmək baxımından maraqlıdır”.
Mirzə Bala Məmmədzadə kimi işıqlı, fədakar, Azərbaycanı bu qədər sevən insanın həyat mübarizəsi, yaradıcılığı ilə tanış olmaq gerçəkdən qürurvericidir. Sovet rejimi tərəfindən doğma yurddan didərgin düşən və son nəfəsinə qədər ali dəyərlər uğrunda çarpışan belə şəxsiyyətləri biz yaxından tanımalıyıq. Gənc nəslə örnək olacaq bu insanlar heç zaman unudulmamalıdır. Millətin azadlıq ideyaları, dövlətçilik təfəkkürü belə şəxsiyyətlərin yaradıcılığında, mübarizə ruhundadır.

Mənbə
Əkrəm Bəydəmirlinin “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

2-10-2024, 12:36

Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 18:03
    Hörmüz boğazının açılmasından sonra "Brent" markalı neft ucuzlaşıb
  • Bu gün, 17:34
    Sükuta dalmış həqiqət işığında Mirzə Bala Məmmədzadə ömrü
  • Bu gün, 17:30
    Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
  • Bu gün, 16:32
    Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilir, Prezident tədbirdə iştirak edir
  • Bu gün, 15:35
    XİN rəhbəri: Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır
  • Bu gün, 15:11
    Sabahdan Külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 14:30
    Simonyan və Sahibə Qafarova münasibətlərin normallaşmasından məmnunluqlarını bildirib
  • Bu gün, 13:45
    Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
  • Bu gün, 12:44
    Kamran Əliyev Türkiyədə məktəbə edilən silahlı hücumla bağlı baş sağlığı verib
  • Bu gün, 12:12
    Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"
  • Bu gün, 11:54
    Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • Bu gün, 11:00
    Livan ordusu İsrailin atəşkəsi pozduğunu bildirib
  • Bu gün, 10:00
    UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
  • Bu gün, 09:30
    Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
  • Bu gün, 09:00
    Sahibə Qafarova: Milli Məclis TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək
  • Dünən, 18:46
    Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib
  • Dünən, 18:18
    Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var
  • Dünən, 17:48
    Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib
  • Dünən, 16:52
    ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək
  • Dünən, 15:57
    Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır
  • Dünən, 15:47
    Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi
  • Dünən, 15:27
    Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
  • Dünən, 15:21
    Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb
  • Dünən, 15:05
    Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib
  • Dünən, 14:44
    Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
  • Dünən, 12:20
    Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr
  • 15-04-2026, 17:45
    Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
  • 15-04-2026, 17:44
    Qarabağ Zəfərinin Ədəbiyyatdakı Salnaməsi
  • 15-04-2026, 14:14
    Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir
  • 15-04-2026, 13:26
    Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ
  • 15-04-2026, 12:32
    Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video
  • 15-04-2026, 11:47
    KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq
  • 15-04-2026, 11:22
    Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
  • 15-04-2026, 10:39
    UNEC-in qazi tələbəsi vəfat etdi
  • 15-04-2026, 10:18
    Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə