• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Günün qoroskopu: asan gün deyil

Gündəm / Cəmiyyət

30-05-2024, 08:59

Günün qoroskopu: asan gün deyil


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik

Qoç - peşəkar fəaliyyətinizlə bağlı plan və ideyaların reallaşdırılması üçün uğurlu gündür. Yeni müttəfiqlər aramaq, cari məsələlərin həlli üçün qeyri-standart metodlardan istifadə etmək olar. Yeni ideyalardan birini yaxın ətrafınızdakı insanlar da bəyənə bilər.

Mövqelərinizi möhkəmləndirin, nüfuzlu şəxslərdən dəstək alın.
Yeni bilik və bacarıqların əldə edilməsi üçün yaxşı gündür.

Bu gün əldə etdiyiniz bütün uğurlara rəğmən, əhvalınız yaxşı deyil. Özünüzdən və ətrafınızdakı insanlardan narazısınız.

Bəzən aqressiv davranırsınız və bunun səbəbini anlamağa çalışsanız da, bir nəticə hasil olmur.
Alış-veriş üçün əlverişli gün deyil.

Buğa - maraqlı və mühüm görüşlər günüdür. İşgüzar məsələləri həll edərkən çevik və sayıq olun. Ən əlverişli şərtlərə nail olmaq üçün inadkar və sərt davranmalısınız.

Mühüm xəbərin, maraqlı məlumatın alınması istisna deyil. Öyrəndiyiniz təfərrüatı yaxın ətrafınızdakı insanlara danışmağa tələsməyin.

Bəzi məqamları hələlik konfidensial saxlamaq məsləhətdir.
Dəvət aldığınız tədbirə qatılmaq, əylənmək üçün yaxşı vaxtdır. Diqqət mərkəzində olacaqsınız.

Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edəcəksiniz.

Əkizlər - ehtiyatıl və həssas olun. Bu gün asanlıqla düşmən qazana bilərsiniz. Sərt danışmayın, izafi tənqidə varmayın. Ətrafınızdakı insanlarla yanaşı, tanımadığınız şəxslərlə bağlı subyektiv fikirlərinizdə aqressiv olmayın.

Əks cinsin mənsubu ilə qarşılıqlı anlaşma alınmayacaq. Cari və rutin işlərlə məşğul olmayın.
Maliyyə məsələlərinin həlli üçün uğurlu gün deyil. Bədxərclik və ya pulların məqsədi üzrə xərclənməməsi istisna deyil.

Günün ikinci yarısı önəmli şəxslə mükalimə və birgə istirahət üçün əlverişlidir.
Axşam saatlarında travma rsiki var. Macəra aramayın.

Xərçəng - asan olmayan gündür. Fəaliyyət planını əvvəlcədən hazırlayın. Ən xırda məsələlərdə həssas olun və belədə bir sıra problemlərin yaranmasına imkan verməyəcəksiniz.

Bu günün ideyaları o qədər də yaxşı deyil. Onlar ilk baxışdan cazibədar təsir bağışlasalar da, reallaşdırma prosesində tələsməyin.

İşgüzar danışıqlar uğurla keçəcək. Çox əlverişli əməkdaşlıq təklifi alacaqsınız.
Günün ikinci yarısında əhvalınız pozula bilər.

Neqativ reaksiyasınızın səbəblərini müəyyənləşdirmək üçün davranışınızı təhlil edin.

Şir - cari və rutin işləri uğurla başa vurmağa səy göstərsəniz də, cəhdləriniz tam nəticə verməyə bilər. Gündəlik işlərin gedişatında belə, çətinliklər yaranır.

Günün ikinci yarısına yaxın sizi narahat edə biləcək məlumat alacaqsınız.
Az sonra bəlli olacaq ki, təlaş nahaqdır və gerçək səbəblər yoxdur.

İşdə həmkarlar və rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Mövqelərinizin düşündüyünüz təki səbatlı olmadığını anlayacaqsınız.

Rəqibləri üstələmək istəsəniz də, niyyətiniz tezliklə reallaşmayacaq. Mürəkkəb strategiya hazırlamalısınız.

Qız - peşəkar fəaliyyətlə bağlı istənilən məsələlərin, hətta ən çətin problemlərin həlli üçün uğurlu gündür. Situasiya nə qədər çətin olsa da, nələr baş verdiyini anlamağa çalışın və fəaliyyət istiqamətlərini müəyyənləşdirin.

Yaxın ətrafınızdakı insanlardan bəziləri məsləhətlərinizə riayət etməyə çalışacaqlar. Sizi dinləməyən özündən küssün.

İşgüzar danışıqlar və görüşlərin nəticəsi pis olmayacaq. Ünsiyyət və təmaslarda çətinlik çəkməyəcəksiniz. Hər şey normal olacaq.

Tərəzi - qətiyyətli, inadkar, soyuqqanlı olun. Belə davransanız, işlərdə uğur qazanacaqsınız. Asan qələbələri ağlınıza gətirməyin. Karyera inkişafı istisna deyil. Lakin yeni vəzifədə və ya işdə mühitə tez alışacağınıza ümid etməyin.

Bədxah, rəqib və ya sizə paxıllıq etməyə çalışan şəxs narahatlıq yaratmaq üçün əlindən gələni edəcək. Nüfuz və adınızı qoruyun. Bədxahlar sizə zərbə vurmaq istəyirlər.

Yaranan imkanlardan və şanslardan istifadə edin. Sizdən yararlanmaq istəyənlərin niyyətlərinin gerçəkləşməsinə imkan verməyin.

Əqrəb - problemlər ilk baxışdan göründüyü təki ciddi və böyuk deyil. Çətinliklər və maneələrin miqyasını böyütməyin. Uğur və qələbələri kiçiltməyin.

Sizə hadisələrə başqa aspektdən baxmağı təklif edən insana qulaq asın. Pozitiv əhval, nikbinlik çox məsələni həll etməyə imkan verəcək.

Alış-veriş və borc vermək, sərmayə yatırmaq üçün uğurlu gün deyil. İmkanlarınızı olduğundan artıq dəyərləndirərək bədxərclik etməyin. Evdə və işdə qayda yaradın, sizə gərək olmayan əşyalardan qurtulun.

Lazımsız əşyalarla yanaşı, sizi bədbinlik və qəm də tərk edəcək.

Oxatan - uğurlu və əlverişli gündür. Darıxmağa vaxtınız qalmayacaq. Qərarları tez, sürətlə qəbul etmək gərəkdir. Yaşamda baş verən situativ dəyişikliklərə tez alışın.

İmprovizə qabiliyyətniz karınıza gələ bilər. Kiçik maliyyə itkiləri olacaq. Aldığınız əşyadan xoşunuz gəlməyəcək.

Ailə üzvləri ilə mübahisə etməyin. Bu gün heç bir səbəb olmadan münaqişə yaranarsa, münasibətlərdəki harmoniyanı bərpa etmək asan olmayacaq.

Dövlət qurumları və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə təmaslar məsləhət deyil.

Oğlaq - işlərə aktiv və əzmlə başlayın. Onları başa çatdırmağa tələsin. Ciddi lüzum olmayan işi yarımçıq qoya bilərsiniz.

Qüvvənizi məntiq və qənaətlə xərcləyin. Gerçəkdən də, ciddi işə başlamazdan əvvəl yorula bilərsiniz. Belə durumla qarşılaşmamaq üçün yaxınlarınız və ya iş yoldaşlarınızın təklif etdiyi yardımdan yararlanın.

Səlahiyyətlərinizin bir qismini onlarla bölüşə bilərsiniz.
Günün ikinci yarısında qəfil dəyişikliklər baş verə bilər.

Yaşananlar ilk əvvəl sizi nigaran qoya bilər. Amma sonra hər şeyin yaxşı olduğunu anlayacaqsınız. Yaşlı qohumlarınızın məsləhətlərinə qulaq asın.

Dolça - çətinliklər çoxdur. Əhvalınız pozula bilər. Yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməmək üçün fikrinizi və mövqeyinizi açıqlamayın.

Narazılığınızı bildirməyin. Situasiya narahat olaraq qalır. Vəziyyəti dəyişməyin yollarını düşünün.
Şayiə və dedi-qodulara əsla fikir verməyin, gələn hər xəbəri yoxlayın.

Bədxah və ya rəqib sizi aldatmağa, düşünülməmiş addımlar atmağa sövq etməyə çalışacaq.

Balıqlar - asan gün deyil. Lakin ciddi problemlər yaransa da, geri çəkilməyin, ruhdan düşməyin.

Unutmayın ki, bu gün problemlərin öhdəsindən təkbaşına, müstəqil şəkildə gəlin. Yardım üçün kiməsə müraciət etsəniz, çətin duruma düşəcəksiniz. Yerinə yetirilməsi çətin vədlərin verilməsi də istisna deyil.

Danışıqlar və müzakirələr üçün uğurlu gün deyil. Asanlıqla güzəştə getməyin, zərərli şərtləri qəbul etməyin.

Yaxınlarınızla münasibətləri aydınlaşdırmağa, bütün problemləri dərhal həll etməyə çalışmayın.

Yaranmış situasiyanı təmkinlə araşdırın, təhlil edin, müsbət və mənfi yönləri dəyərləndirin. Yalnız bundan sonra gələcəklə bağlı planları dəqiqləşdirə bilərsiniz.

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

28-05-2024, 09:33

Günün qoroskopu: Ailədəki problemin həlli ilə bağlı ciddi məsrəf tələb oluna bilər

Gündəm / Cəmiyyət

23-05-2024, 08:30

Günün qoroskopu: Yaxın ətrafınızda və ya yaşam arealında dəyişikliklər etmək olar

Gündəm / Cəmiyyət

22-05-2024, 08:25

Günün qoroskopu: Yeni ideyanı inadla inkişaf etdirin

Gündəm / Cəmiyyət

17-05-2024, 08:47

Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın

Cəmiyyət

13-05-2024, 09:00

Günün qoroskopu: Şəxsi münasibətlər müstəvisində romantik durumdur

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:34
    Bakıda obyektdə yanğın baş verib
  • Bu gün, 14:34
    Kreml: Krım körpüsünə dəyən ziyan qiymətləndirilir
  • Bu gün, 14:05
    Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam
  • Bu gün, 13:28
    Sabah hava yağmursuz olacaq
  • Bu gün, 13:03
    Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq edib
  • Bu gün, 11:49
    2027-ci il büdcəsi müzakirəyə çıxarıldı – Gəlirlər və xərclər
  • Bu gün, 11:04
    Ombudsman Ağstafadakı partlayışa görə çağırış etdi
  • Bu gün, 10:25
    Şahdağa 20 sm, Qrızda 14 sm qar yağıb
  • Bu gün, 09:36
    FT: ABŞ, Çin və Rusiya liderlərinin görüşü razılaşdırılmış gündəlik olmadan keçəcək
  • Bu gün, 09:15
    Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
  • Dünən, 18:23
    Yaradanın Qüdrəti
  • Dünən, 15:00
    HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
  • Dünən, 14:30
    Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
  • Dünən, 14:00
    Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
  • Dünən, 13:30
    Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
  • Dünən, 13:00
    Sabah Azərbaycanda intensiv yağış yağacaq, güclü külək əsəcək
  • Dünən, 12:00
    Azərbaycan XİN Fələstini təbrik edib
  • Dünən, 11:00
    Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
  • Dünən, 10:30
    UEFA Millətlər Liqası: Portuqaliya öz meydanında Danimarkaya böyük hesabla uduzub
  • 14-11-2026, 16:01
    Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • 14-11-2026, 15:40
    Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
  • 14-11-2026, 14:58
    Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
  • 14-11-2026, 14:26
    Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
  • 14-11-2026, 13:02
    Sabah Bakıda yağış yağacaq
  • 14-11-2026, 12:23
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
  • 14-11-2026, 11:36
    Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
  • 14-11-2026, 10:43
    Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
  • 14-11-2026, 09:55
    Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
  • 14-11-2026, 09:11
    SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
  • 13-11-2026, 18:09
    Külək güclənəcək - XƏBƏRDARLIQ
  • 13-11-2026, 17:56
    Azərbaycan və Belarus QHT-ləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 13-11-2026, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
  • 13-11-2026, 17:08
    Bakıda kafedə insident olub, saxlanılanlar var
  • 13-11-2026, 16:24
    Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
  • 13-11-2026, 15:49
    Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə