• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Şəhid Əmrah Əkbərovun bu gün doğum günüdür

Gündəm / Cəmiyyət

21-02-2026, 14:51


Vətən müharibəsində şəhadətə ucalan igidlərimizin həyatı və döyüş yolu bir dastandır. Bu dastanların qəhrəmanları olan şəhidlərimiz və qazilərimiz hər zaman xatirələrdə yaşayacaq. Şairlər, yazıçılar, bədii və sənədli filmlər çəkmək istəyən şəxslər o qəhrəmanlarımızın ömür yoluna nəzər salsalar, çox dəyərli sənət nümunələri ərsəyə gələcək. Öyrəniləsi və cəmiyyətə örnək olası tarixdir.

Daha bir şəhidimizin ömür və döyüş yolundan söhbət açırıq. Əmrah Əkbərov 1998-ci il fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2004-cü ildə Livədirqə kənd orta məktəbinin 1-ci sinfinə gedib. Sonra 2005-ci ildə təhsilini Xəzər rayonunda yerləşən 322 saylı tam orta məktəbdə davam etdirib. O, 2013-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

2016-cı ildə həmin liseyi bitirən Əmrah Əkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2020-ci ildə məktəbi bitirərək Azərbaycan Odusunun Xüsusi Təyinatlı Qüvvələrində leytenant kimi xidmətini davam etdirib. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub.

Şəhidimizin qardaşı Orxan Əmrah Əkbərovla bağlı xatırələrini bizimlə bölüşür. “Ondan danışanda bilmirəm haradan başlayım. Çünki 22 illik ömrü elə yaşayıb ki, saatlarla, günlərlə bəhs etsəm bitməz. Ona həyatda ən yaxın adam idim. Qardaşımın üzündə o qədər doğmalıq vardı. İnanın Azərbaycanın dörd bir yanından bəzən Əmrahı tanımayan adamlar da yazır, zəng edir. Deyirlər ki, oun siması çox doğma görünür. Ümumiyyətlə, bütün şəhidlərimizin üzündən seçilmiş insan olduqları bəllidir. Əmrah da onlardan biridir. Bəzən çox yorğun olurdum. Lakin qardaşımın səsini eşidəndən sonra mənə güc gəlirdi. İkinci Qarabağ müharibəsinin şiddətli dövründə zəng edib, narahatlığa əsas olmadığını dedi. Həmin dövrdə sonuncu danışığımız oldu. Sonra şəhidlik xəbərini eşitdim. Bəlkə də, Əmrah hansısa bir qəzada həlak olsaydı, onun itkisinə dözə bilməzdim. Mənə təsəlli verən qardaşımın şəhidliyidir. Silahdaşları, zabit yoldaşları hamısı deyir ki, o arzusuna çatdı. Onun niyyəti şəhid olmaq idi. Əmrahgilin qrupu düşmənin 3 döyüş texnikasına pusqu qurub, maşını və içindəkiləri məhv ediblər. Yerdə qalan mənfurlar da qaçıblar. Nəzərə alaq ki, onlar o yerləri daha yaxşı tanıyırdılar. Buna görə də mənfur düşmən tezliklə mövqe tutur və qızğın döyüş başlayır.. Əmrah son üç yoldaşından ikisinin şəhid , birinin isə yaralı olduğunu görür. O da sağ qalar, ya yox bilinmir. Əmrah bütün gücünü toplayıb ermənilər yerləşən səngərə tərəf qaçmağa başlayır. Çatanda sonuncu qumbaranı açaraq özünü partladır. Şəhadətə ucalarkən özü ilə bərabər xeyli sayda düşmən öldürür”.

Şəhidimizin qardaşı fikirlərini davam etdirir: “Ona o qədər güvənirdim ki... Yanımda olsaydı, bir ordunun qarşısına çıxardım. Şəkilləri var, yazıb ki, Vətən üçün veriləcək canın yoxdursa, sus. Biz bir il eyni məktəbdə oxumuşuq. Qısa müddət də olsa zabit yoldaşı olduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların sayəsində rahat danışa bilirik. Torpaqlarımız işğaldan azad olundu. Bu işdə əməyi keçən hər kəsdən Allah razı olsun! Bir məqamı qeyd edim ki, bir dəfə təlimə gedirdik. Yol boyu söhbət elədik. Dedim ki, qardaşım, inşallah təlimə deyil, Vətən savaşına yollanarıq. Onun dinləmə mədəniyyəti vardı. Sona qədər qulaq asdı. Mən də davam edirdim, deyirdim birdən o vədə yetişəndə qorxarsan. Bilirəm sən elə insan deyilsən. Ümumi danışıram, heç vaxt çəkinmə, yoldaşını darda qoyma. Çılğınlıq eləmə, məntiqli davran. İndi o söhbət yadıma düşəndə fikirləşirəm ki, gör, mən kimə qorxu ilə bağlı nəsihət vermişəm. Onda qorxu hissi olmayıb. Əmrah Xüsusi Təyinatlı Qüvvələrin igid zabiti idi. Əvvəl bu yolu seçməyini istəmirdim, deyirdim mən oradayam, sən başqa istiqamətlə get. İndi düşünürəm, yaxşı ki, qardaşım XTQ olub, arzusuna çatmış şəkildə şəhadətə ucalıb”.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əmrah Əkbərov “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


Mənbə: Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:30

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

16-09-2024, 14:24

MSK yekun siyahını açıqladı! - Adlar

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Gündəm / Cəmiyyət

17-07-2024, 14:38

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:06

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • Dünən, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Dünən, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Dünən, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dünən, 15:37
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • Dünən, 15:08
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • Dünən, 14:51
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 13:05
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • Dünən, 12:13
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • Dünən, 11:38
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • Dünən, 10:17
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • Dünən, 09:43
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • Dünən, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:56
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 19:00
    SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
  • 28-07-2026, 18:30
    Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
  • 28-07-2026, 18:02
    Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib
  • 28-07-2026, 17:47
    Tramp İranın Pikaks dağındakı nüvə obyektinin məhv ediləcəyini vəd edir
  • 28-07-2026, 17:13
    Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
  • 28-07-2026, 16:55
    Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir
  • 28-07-2026, 16:23
    Sahibə Qafarova Efiopiyada səfərdədir
  • 28-07-2026, 15:40
    Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH
  • 28-07-2026, 15:06
    Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır
  • 28-07-2026, 14:46
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:18
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 13:58
    Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
  • 28-07-2026, 13:09
    Deputat Azər Allahverənovla ASAN könüllülərinin görüşü təşkil olunub
  • 28-07-2026, 12:10
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
  • 28-07-2026, 11:05
    Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
  • 28-07-2026, 10:24
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:01
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:47
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:27
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • 28-07-2026, 08:59
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 18:50
    Bayrağı Zirvəyə Qaldıran Gənclik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə