• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Konstitusiyaya dəyişiklik, sülh sazişi - Paşinyanın "Real Ermənistan" ideologiyası - ŞƏRH

Gündəm / Siyasət

18-02-2026, 16:03

Konstitusiyaya dəyişiklik, sülh sazişi - Paşinyanın "Real Ermənistan" ideologiyası - ŞƏRH


Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədə "Ermənistan tarixi" adlı üçcildli kitabı nümayiş etdirib. O bildirib ki, üçcildlinin birinci cildini oxuyub bitirib: "Dərhal ikinci cildə başladım. Ermənistan tarixinin dərslərini öyrənmək. Əslində, mənim daim məşğul olduğum şey budur. Bu, indi bizim gündəliyimizdə yaşam yox, inkişaf məsələsinin olmasının səbəblərindən biridir".

Əvvəllər bu ölkədə "Erməni tarixi" adlı kitab tədris edilirdi. Ötən il Ermənistanda bu məsələ cəmiyyətdə geniş müzakirəyə səbəb olmuşdu.

Nikol Paşinyan məktəblərdə və ali təhsil ocaqlarında "Ermənistan tarixi"nin tədrisini təklif etmişdi. Onun bu kitabı yenidən gündəliyə gətirməsi həmin ideyanın həyata keçməsi istiqamətində fəaliyyət kimi də qiymətləndirilə bilər.

Bunun "Erməni tarixi"ndən elə ciddi fərqlənməyəcəyi istisna edilmir. Ola bilsin, bu kitabda Ermənistan dövlətinin yaranması məsələsi daha çox qabardılıb.

Azərbaycan, Türkiyə, Güney Azərbaycan, habelə, Gürcüstan ərazilərinə iddialar varmı? Yaxud bayraq və himndəki Ağrıdağa iddia aradan qalxıb? Urartuya iddiadan əl çəkib, bunun onlarla əlaqəsi olmadığı vurğulanıb? Eləcə də Azərbaycanın Qarabağ bölgəsində qondarma respublikanın qurulduğu təsbit olunub? Habelə, 1915-ci ildə Osmanlı tarixindəki hadisələr "erməni soyqırımı" kimi təqdim edilməyib ki?

Hər halda vaxtilə "Erməni tarixi" kitabında bu və buna bənzər uydurma məsələlər öz əksini tapmışdı. O, erməni etnik qrupun hədəfi, arzusu, xəyalı, yuxularının məcmusu sayılırdı. Bu kitab onlara yol göstərirdi. Son 100 ildə bir neçə nəsil həmin "tarix"in əsasında tərbiyə olunmuşdu. Onlar ötən əsrdə Azərbaycan türklərinin Ermənistandan elə ona əsaslanaraq, himayəçilərinin yardımı ilə deportasiyasına nail olmuşdular.

"Artsaq" sözünün ermənicə olduğu iddiası da bu saxta kitabdan qaynaqlanır. Ancaq tarixi qaynaqlar bu sözün türk mənşəli olduğunu çoxdan təsdiqləyib. Qafqazda ilk xristian məbədi Qarabağda - qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda yaradılmışdır. Ermənistanın işğalı dövründə türklərə aid xristian məbədlər erməniləşdirilmişdi. Onlar kitabələri dünyaya erməni abidəsi kimi təqdim etmişdilər. Ərsak (Ər sak) – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi Sak Ərinin – igidinin adı ilə bağlı belə adlanırmış.

İşğalçılar Qarabağın adını da "dəyişməyə" cəhd göstərərək onu "Artsax" etməklə özününküləşdirmək istəyirdilər. Ancaq onların bu planı da alınmadı.

Qısası, ermənilərin tarixi saxta hadisələr əsasında yazılmışdı. Məsələn, bir qrup erməni Qarabağda qondarma rejim qurmağa səy göstərdi. Bu saxtakarlığa onlar Rusiya və başqa havadarlarının yardımı ilə nail olmağa çalışırdı. Ancaq Azərbaycan onların bu mifinin reallaşmasının qarşısını alaraq işğalçıları torpaqlarından qovdu. Güman ki, bir müddət sonra bu etnik qrupun "ideoloqları", yaxud "tarixçiləri" guya Qarabağda "dövlət qurduqları"nı iddia, sonra bunu "tarix" adlandırdıqları "kitaba" salıb, tədris, təbliğ edəcəklər.

Yəni "erməni tarixi" belə yaranır.

Nikol Paşinyanın oxuduğu kitabda buna oxşar "tarixi hadisələr"in nə qədər olduğu da, çox keçməz, məlum olar. Hələ ki Paşinyan erməni ideoloqları, müəllimlərinin türklərə qarşı apardığı ənənəvi iddialardan imtina edir. O, Ağrıdağın "Ararat" dağı adlandırılmasının Türkiyəyə ərazi iddiası olduğunu söyləmişdi. Bildirmişdi ki, bu şəraitdə Türkiyə Ermənistanla heç bir əlaqə qurmaz. Yaxud gerbdən ikibaşlı qartal, Ağrıdağ simvollarının götürülüməsi də onun erməni cəmiyyətinə reallığı göstərmək baxımından uğurlu addımı sayıla bilər.

Bu, həm də o deməkdir ki, Ermənistan hökuməti, elmi ictimaiyyəti, düşünən insanları keçmiş, saxta tarix kitablarından imtina etmək yolundadırlar.

Ötən gün Nikol Paşinyan Acapnyak inzibati rayonunda tələbə və şagirdlərlə görüşdə "Real Ermənistan" ideologiyasının istiqamətlərini də təqdim edib. Baş nazir görüşə qatılanların ideologiyanın prinsipləri, təhsil, infrastrukturun inkişafı, nəqliyyat problemlərinin həlli və başqa mövzulara aid suallarını cavablandırıb.

Paşinyan "Real Ermənistan" ideologiyasının konsepsiyasını 2025-ci il fevralın 19-da təqdim etmişdi. Hökumət başçısı bildirmişdi ki, müasir erməni ideologiyası transformasiya keçirir, tarix mərkəzli yanaşmadan "Real Ermənistan" konsepsiyasına keçir. Baş nazirin qənaətincə, bu, suveren dövlətçiliyin möhkəmləndirilməsinə, demokratiyaya, iqtisadi inkişafa və vətəndaşların şəxsi məsuliyyətinə diqqət yetirir, Vətəni dövlət kimi müəyyən edir.

"Real Ermənistan" ideologiyası sərhədlərin müdafiəsinə, rəqabət qabiliyyətinə, iqtisadi rifaha və vətəndaşların peşəkarlara çevrilməsinə diqqət yetirir. Dövlətçilik dəyəri olaraq, "Vətənini sevirsən - dövlətini möhkəmləndir" devizi açar rolunu oynayır. Bu, diaspor və ya tarixi miflərin prioritetini əvəz edir. Təhlükəsizlik və inkişaf yalnız tarixi yaddaşa deyil, regional sabitliyə və iqtisadi inkişafa yönəlmiş siyasətə keçiddir.

Bu konsepsiyada əvvəllər dominant olan ideyalara əsaslanan ideologiya, praqmatik yanaşma təklif olunur. Burada prioritet fəaliyyət göstərən Ermənistan Respublikasının təhlükəsizliyinin və suverenliyinin təmin edilməsidir.

14 maddəlik bu baxış sistemində Ermənistanın keçmiş vətəndaşlarına, qovulmuş, vətəndaşlıq hüququ tapdanmış, əmlakları əllərindən alınmış, mənimsənilmiş azərbaycanlılardan bəhs edilməyib. Burada, eyni zamanda, repatriasiya məsələsinin də nəzərdə tutulmaması konsepsiyanın yarımçıq olduğunu göstərir.

Bu baxışlar sistemi Ermənistanın konstitusiyasından üstün sayılmır. Odur ki, yarımçıq, təcavüzkar əsas qanun qaldıqca, qüvvədə olduqca Nikol Paşinyanın irəli sürdüyü "Real Ermənistan" konsepsiyasının gerçəkləşməsində problemlər yaranacaq. Çünki konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunudur. O, ölkənin həyatına aid bütün istiqamətləri özündə ehtiva edir. Başqa qanunlar və konsepsiyalar ona əsaslanmalı və zidd olmamalıdır. Bu baxımdan, Nikol Paşinyanın bir il öncə irəli sürdüyü "Real Ermənistan" ideoloji konsepsiyasının ölkə konstitusiyasında dəyişikliklər edilmədən reallaşması mümkünsüzdür.

Sənədin birinci maddəsində də yeni konstitusiyanın vacibliyindən bəhs edilib: "Bu, vətənpərvərlik modelinin inkişafı üçün, xalq, vətəndaşlar özlərini təkcə dövlətin qurucuları kimi deyil, həm də ondakı hüquq qaydalarının mənbəyi kimi dərk, ölkənin konstitusiya quruluşunu onların iştirakı ilə əldə edilmiş ümumi ictimai razılaşma kimi qəbul etməsi üçün vacibdir".

Orada qeyd edilib ki, bu kontekstdə yeni konstitusiyanın ümumxalq referendumu yolu ilə qəbulu mühüm əhəmiyyət kəsb edir, çünki bütün əvvəlki konstitusiya referendumları, ən azı ictimai qavrayışda, legitimlik baxımından ciddi problemlərə malikdir: "Yeni konstitusiyanın qəbul edilməsinin strateji məqsədi dövlətsiz millətin relikt (qalıq) davranışından dövlət yaradan xalqın davranışına keçiddir".

Azərbaycan Prezidenti İlham Əliyev də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə qeyd edib ki, Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması "Real Ermənistan"a təkandır. Bu baxımdan, Ermənistanın yeni ideoloji sistemi və sülh sazişi konstitusiyanın dəyişməsindən asılıdır. Çünki uzun illər Azərbaycan və Türkiyəyə qarşı düşmənlik ruhunda formalaşdırılmış ideologiya, düşüncə sistemi məhv oldu, boş çıxdı. Odur ki, yeni sistem konstitusiya dəyişikliyi, sülh sazişindən sonra reallaşa bilər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

30-10-2024, 15:54

Fransa erməniləri müharibəyə sürükləyir - FAKT BUDUR!

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 19:25
    Ölmüş İnsanlığın Solmayan Çiçəkləri
  • Bu gün, 19:12
    İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Bu gün, 18:59
    Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
  • Bu gün, 18:22
    İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib
  • Bu gün, 17:23
    Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir
  • Bu gün, 16:36
    Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
  • Bu gün, 16:10
    BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib
  • Bu gün, 14:59
    Müharibə cinayətləri törətmiş şəxsləri azad etmək çağırışları hüquq sisteminə təhdiddir
  • Bu gün, 14:56
    Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB
  • Bu gün, 14:01
    Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Bu gün, 12:30
    Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
  • Bu gün, 11:03
    Lənkəranın 2 kəndində qaz olmayacaq
  • Bu gün, 09:28
    Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
  • Bu gün, 08:48
    Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
  • Bu gün, 08:02
    Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
  • Dünən, 17:30
    İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir
  • Dünən, 17:00
    Mirtağı Əsədov: Naxçıvana səfərimiz və konfranslar milli-mənəvi birliyimizi gücləndirir Din
  • Dünən, 16:30
    "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
  • Dünən, 16:00
    Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır
  • Dünən, 15:30
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
  • Dünən, 15:00
    Türkiyə və Gürcüstanın din xadimləri Naxçıvanda səfərdədir
  • Dünən, 14:30
    Bakıda şimal-qərb küləyi güclənib, bir sıra rayonlara yağış yağıb
  • Dünən, 14:00
    Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq
  • Dünən, 13:30
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib
  • Dünən, 13:00
    Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
  • Dünən, 12:30
    Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
  • Dünən, 12:00
    Keniyada yağışın yaratdığı fəlakət - 10 nəfər öldü
  • Dünən, 11:00
    “Bu, İsrail üçün tələyə çevrilib”
  • Dünən, 10:30
    Arıqlamaq üçün ən effektiv məşqlər - Açıqlandı
  • Dünən, 10:00
    Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
  • 2-05-2026, 18:00
    İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var
  • 2-05-2026, 17:30
    Sahil Babayev Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək
  • 2-05-2026, 17:00
    ATU-ya yeni prorektor təyin edildi
  • 2-05-2026, 16:11
    Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 2-05-2026, 15:14
    Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə