• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Bakı və Vaşinqton arasında yeni dövr - Strateji Tərəfdaşlıq Xartiyası - ŞƏRH

Gündəm / Cəmiyyət

11-02-2026, 13:39

Bakı və Vaşinqton arasında yeni dövr - Strateji Tərəfdaşlıq Xartiyası - ŞƏRH


Ötən ilin avqust ayında Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra Azərbaycan-ABŞ münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İntensiv dialoq, qarşılıqlı səfərlər, verilən açıqlamalar, Prezident İlham Əliyevin Davosda ABŞ Prezidenti ilə təkbətək görüşü, Azərbaycanın qlobal təhlükəsizlik arxitekturasını müəyyən edən Sülh Şurasına dəvət edilməsi rəsmi Bakının regional gücdən qlobal proseslərdə söz sahibi olan dövlətə çevrildiyini göstərir.

Fevral ayının 10-da ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfərinə də məhz bu prizmadan yanaşmaq lazımdır.

Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya" iki ölkə münasibətlərinin institusional mərhələyə keçdiyini rəsmiləşdirdi. Bu, sadəcə gələcək ikitərəfli münasibətlərin konturlarını müəyyən edən bir sənəd deyil, Cənubi Qafqazın və geniş Avrasiyanın geosiyasi xəritəsini yenidən cızan bir strateji manifest kimi dəyərləndirilə bilər. Xartiya Azərbaycanın regionda mütləq liderliyini və ABŞ-nin bölgəyə münasibətdə rəsmi Bakıya verdiyi önəmi rəsmiləşdirən tarixi bir sənəddir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə bölgədə yaratdığı yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazın dünyada gedən proseslər üçün əhəmiyyətinin atması, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, rəqəmsal tranzit xətlərinin həyata keçirilməsi qlobal siyasətin əsas prioritetlərinə çevrilib. Bu kontekstdən yanaşanda Azərbaycanın təkcə regional oyunçu olmadığı, həm də Avrasiyanın Şərq-Qərb xəttində strateji qovşaq kimi çıxış etdiyi açıq-aydın görünür və bütün dövlətlər tərəfindən qəbul edilir. Xartiya məhz bu reallığı normativ və institusional əsasda təsbit edir. Tərəflər arasında formalaşmış etimadın rəsmi bəyannaməsi olan bu sənəd, Bakı və Vaşinqtonun regional və qlobal çağırışlara qarşı vahid cəbhədən çıxış etmək qətiyyətini nümayiş etdirir. Bu strateji addım Azərbaycanın regiondakı liderlik mövqeyini daha da möhkəmləndirir və Cənubi Qafqazın hərbi-strateji təhlükəsizlik qurşağının əsas sütununu təşkil edir.

Tarixi sənədin mahiyyətini dərindən anlamaq üçün onun ehtiva etdiyi strateji bəndlərə nəzər salmaq zəruridir. Xartiya sadəcə bir bəyannamə deyil, həm də regional liderliyin, rəqəmsal transformasiyanın və hərbi-strateji etimadın konkret yol xəritəsidir. Sənəd regional bağlantılardan tutmuş yüksək texnologiyalara qədər əsas prioritetləri özündə birləşdirir.

Sənədin birinci strateji hədəfi regional nəqliyyat xətlərinin genişləndirilməsi və Azərbaycanın qlobal bir tranzit qovşağı kimi mövqeyini daha da gücləndirməkdir. Bu çərçivədə TRIPP təşəbbüsü və Orta Dəhlizə sadəcə iqtisadi layihələr kimi baxmaq olmaz. Bu, həm də regionun yeni geosiyasi siması kimi xüsusi əhəmiyyət daşıyır. Burada əsas məqsəd sadəcə yollar çəkmək və ya infrastruktur qurmaq deyil, əsas hədəf Cənubi Qafqazı dünya ticarətinin ayrılmaz hissəsinə çevirmək, siyasi gərginlikləri iqtisadi tərəfdaşlıqla əvəzləmək və ölkələr arasında qarşılıqlı faydalı iqtisadi asılılıq yaratmaqdır.

Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında yaradılacaq maneəsiz bağlantı bu strategiyanın ən mühüm həlqəsidir. Bu bağlantı həm regiondaxili inteqrasiyanı tamamlayır, həm də Avropadan Mərkəzi Asiyaya qədər uzanan nəhəng coğrafiyada kəsilməz bir nəqliyyat zənciri formalaşdırır, həm də türk dünyasının fasiləsiz əlaqəsini təmin etməklə, onları bir-birinə bağlayır. Belə bir marşrutun mövcudluğu regionda sülhün ən böyük qarantına çevrilir, çünki iqtisadi rifahın təmini hər bir tərəf üçün sabitliyi zəruri edir.

Azərbaycanın quru, dəniz və hava nəqliyyatını bir mərkəzdən idarə etməsi, gömrük işlərini asanlaşdırması və beynəlxalq qaydaları tətbiq etməsi ölkəmizin tranzit imkanlarını dayanıqlı və gəlirli bir biznes modelinə çevirir. Bu prosesdə söhbət təkcə malların daşınmasından getmir, eyni yollarla həm də enerji xətlərinin və sürətli internet kabellərinin çəkilməsi infrastrukturun müasir dövrə uyğun yeniləndiyini göstərir. Bu yanaşma sübut edir ki, Azərbaycan artıq sadəcə yolların kəsişdiyi bir məkan deyil, həm də gələcəyin rəqəmsal və enerji layihələrinə rəhbərlik edən güclü bir mərkəzdir. Sənədlə bağlı ikinci vacib məsələ ondan ibarətdir ki, Xartiya iki ölkə arasındakı iqtisadi münasibətləri sadəcə ənənəvi ticarət və mal mübadiləsi səviyyəsində saxlamır, onları ən müasir texnoloji modernləşmə müstəvisinə daşıyır.

Bu gün Süni İntellekt, rəqəmsal infrastrukturun qurulması, kosmik sənayenin inkişafı və yenilikçi innovasiya mexanizmləri üzrə qurulan tərəfdaşlıq, gələcəyin yüksək texnologiyalı iqtisadiyyatına yönəlmiş sarsılmaz bir strateji xəttin formalaşdığını sübut edir. Bu baxış bucağı çərçivəsində Azərbaycanda böyük tutumlu AI data mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik sahəsində birgə tədqiqat mexanizmlərinin işə salınması və müasir innovasiya platformalarının qurulması nəzərdə tutulur. Bütün bu təşəbbüslər, həmçinin yüksək ixtisaslı insan kapitalının inkişafına verilən dəstək, Bakı və Vaşinqton arasındakı əməkdaşlığın illər boyu davam edəcək dayanıqlı bir təməl üzərində qurulmasına hesablanıb. Bu strateji yanaşma Azərbaycanın beynəlxalq arenadakı obrazını da kökündən dəyişəcək. Yəni, artıq yalnız ənənəvi enerji ixracatçısı kimi deyil, həm də regionun əsas rəqəmsal və texnoloji tranzit mərkəzi kimi çıxış etmək imkanı yaranır.

Strateji tərəfdaşlığın üçüncü komponenti təhlükəsizlik sahəsindəki əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə qaldırılmasıdır. Burada əsas hədəf sadəcə hərbi koordinasiya ilə məhdudlaşmır. Çünki söhbət bütövlükdə Cənubi Qafqazın və Xəzər hövzəsinin regional sabitliyini təmin edəcək güclü bir institusional sistemin qurulmasından gedir. Müdafiə sənayesi məhsulları üzrə tərəfdaşlığın genişləndirilməsi, terrorçuluğun bütün formalarına qarşı birgə mübarizə, mühüm enerji və nəqliyyat infrastrukturunun fiziki qorunması, habelə müasir dövrün ən böyük təhdidi olan kibertəhlükəsizlik sahəsində sıx koordinasiya Bakı ilə Vaşinqton arasındakı strateji etimadın ən yüksək zirvəyə çatdığını sübut edir. Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda topladığı zəngin təcrübə və bu təşəbbüslərdəki aktiv iştirakı Xartiyada xüsusi qeyd olunur ki, bu da Bakının artıq qlobal təhlükəsizlik arxitekturasında sadəcə bir iştirakçı deyil, həm də qərarverici və məsuliyyətli bir aktor olduğunu təsdiqləyir.

Xartiya təkcə hərbi sahəni deyil, həm də insanların təhlükəsizliyini ön plana çıxarır. ABŞ-nin süni intellektlə işləyən ən yeni minatəmizləmə texnologiyalarını Azərbaycana verməsi bunun sübutudur. Bu addım göstərir ki, təhlükəsizlik təkcə orduların əməkdaşlığı deyil, həm də minaların təmizlənməsi və insanların öz evlərinə rahat qayıtması üçün atılan insani bir addımdır. Bu yanaşma, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini və mülki əhalinin təhlükəsiz qayıdışını beynəlxalq əməkdaşlıq çərçivəsinə daxil etməklə, münaqişədən sonrakı bərpa mərhələsinin sürətlənməsinə xidmət edir. Beləliklə, təhlükəsizlik əməkdaşlığı Azərbaycanın suverenliyinin qorunması ilə yanaşı, həm də regional sülhün və yenidənqurma işlərinin əsas təminatçısına çevrilir. Bu strateji çətir Azərbaycanın dinc və təhlükəsiz inkişafını sığortalayaraq, ölkəmizi regionda sabitliyin sarsılmaz qalasına çevirir.

Nəticə olaraq, Strateji Tərəfdaşlıq Xartiyası yalnız ikitərəfli münasibətlərin formal hüquqi sənədi deyil, həm də Azərbaycanın regiondakı liderliyini, ABŞ ilə strateji əməkdaşlığını və Cənubi Qafqazın geoiqtisadi və təhlükəsizlik arxitekturasında rolunu normativ şəkildə təsbit edən tarixi bir manifestdir. Xartiya göstərir ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, Avrasiyanın Şərq-Qərb xəttində strateji qovşaq, qlobal tranzit və enerji dəhlizlərinin əsas mərkəzi, həmçinin texnoloji və rəqəmsal transformasiyanın aparıcı aktorudur. Bu sənədin icrası ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək, rəqəmsal və enerji infrastrukturlarını gücləndirəcək, regional və qlobal təhlükəsizliyə töhfəsini artıracaq. Eyni zamanda, Xartiya Azərbaycanın beynəlxalq siyasətdəki etibarını möhkəmləndirir və tərəfdaşlıqdan çıxış edərək regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki addımların əsasını qoyur. Beləliklə, Azərbaycan-ABŞ münasibətləri artıq yeni səviyyəyə yüksəlir, bu isə yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avrasiya üçün strateji əhəmiyyət kəsb edir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

12-02-2025, 10:25

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:30
    Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq
  • Bu gün, 15:00
    İran yenidən İraqın şimalına zərbə endirib
  • Bu gün, 14:00
    İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib
  • Bu gün, 13:00
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • Bu gün, 12:30
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • Bu gün, 12:00
    Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
  • Bu gün, 11:00
    Sloveniya Prezidenti qəzaya düşdü
  • Bu gün, 10:30
    İkram Kərimov vəfat etdi
  • Dünən, 17:43
    İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
  • Dünən, 17:36
    Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib
  • Dünən, 16:33
    Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
  • Dünən, 15:21
    Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
  • Dünən, 12:36
    Bazar gününə olan hava proqnozu açıqlanıb
  • Dünən, 12:27
    Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb
  • Dünən, 11:56
    Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
  • Dünən, 11:30
    İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • Dünən, 10:49
    Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq
  • Dünən, 10:31
    Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • Dünən, 10:02
    Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
  • Dünən, 09:40
    İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 09:10
    Xalq şairi Nəriman Həsənzadə vəfat edib
  • 31-07-2026, 18:33
    Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib
  • 31-07-2026, 17:56
    Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır
  • 31-07-2026, 17:11
    Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH
  • 31-07-2026, 16:39
    Qazini cərəyan vurub öldürdü - Foto
  • 31-07-2026, 16:11
    Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb
  • 31-07-2026, 15:47
    Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib
  • 31-07-2026, 15:21
    İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub
  • 31-07-2026, 15:09
    Türk dünyası QHT-ləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • 31-07-2026, 13:11
    Sabah 39 dərəcə isti olacaq
  • 31-07-2026, 12:23
    Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir
  • 31-07-2026, 11:42
    ONDAN NÜMUNƏ GÖTÜRÜN
  • 31-07-2026, 11:39
    Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb
  • 31-07-2026, 11:31
    Azərbaycan Dilinin Tarixi Zəfəri
  • 31-07-2026, 11:10
    Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə