• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

"Zayed İnsan Qardaşlığı Mükafatı" – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək - ŞƏRH

Gündəm / Siyasət

5-02-2026, 17:49

"Zayed İnsan Qardaşlığı Mükafatı" – İlham Əliyevin reallaşdırdığı sülhə beynəlxalq dəstək - ŞƏRH


Prezident İlham Əliyevə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.

"Zayed İnsan Qardaşlığı Mükafatı" ("Zayed Award for Human Fraternity") 2019-cu il fevralın 4-də - Roma Papası Fransisklə Əl-Əzhərin Böyük İmamı Əhməd əl-Tayyib Əbu-Dabidə sülh və birgəyaşayışa dair tarixi sənədi imzalayanadan sonra təsis edilib. Bu mükafat hər il dünyada sülh və qardaşlığı təşviq edənlərə təqdim olunur.

BƏƏ tərəfindən təsis edilmiş mükafat şeyx Zayed bin Sultan Əl Nəhyanın adını daşıyır. Bu nüfuzlu mükafat dinlər və mədəniyyətlərarası dialoqların inkişafına, insan ləyaqətinin müdafiəsinə, münaqişələrin sülh yolu ilə həllinə, qlobal həmrəyliyin möhkəmləndirilməsinə real töhfə verən şəxslərə, təşkilatlara verilir. Mükafatın fəlsəfəsi qarşıdurma üzərində deyil, qarşılıqlı anlaşma və sülhə birlikdə yaşama prinsipləri üzərində qurulub. Dünyanın ən prestijli humanitar və sülhyönümlü təltiflərindən biri hesab olunur.

Prezident İlham Əliyev uğurla həyata keçirdiyi xarici siyasi kursa görə bu mükafata layiq görülüb. Dövlət başçısı Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla birbaşa sülh danışıqlarının təşəbbüsçüsüdür. Rəsmi Bakı münasibətlərin normallaşması üçün təkliflər paketini də ilk olaraq rəsmi İrəvana təqdim edib.

Azərbaycanın atdığı addımlara Ermənistan hökuməti də qarşılıq verdiyi üçün ölkənin Baş naziri Nikol Paşinyan da bu mükafata layiq görülüb.

Azərbaycan Prezidenti Ermənistanla münasibətlərin sülh yolu ilə normallaşmasının təşəbbüskarı olmaqla yanaşı, Fələstin-İsrail münaqişəsinin həllində, o cümlədən, Qəzza zolağında baş vermiş son hadisələrdə, İraqda vəziyyətin normallaşmasında barışdırcı mövqe tutub, bu istiqamətdə addımlar atıb. Prezident İlham Əliyev Suriyada keçmiş rejimə qarşı qətiyyətli mövqe nümayiş etdirib, indiki Əhməd əş-Şaraa hakimiyyətini dəstəkləyib. Ölkə başçıları ötən il iyulun 12-də Bakıda görüşmüş, ikitərəfli əlaqələri inkişaf etdirməyin vacibliyini vurğulamışdılar. Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracı da bu ölkənin enerji təhlükəsizliyinə töhfədir.

İlham Əliyev dünyanın bir çox bölgələrində neokolonializmə qarşı ardıcıl çıxışları, münaqişələrin dinc yolla həllinə yardım etməsi ilə də sülhsevər mövqeyini nümayiş etdirir. Bu məqsədlə Azərbaycan münaqişələrin həlli üçün danışıqlara ev sahibliyi edir.

Ötən il aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında "Suriyada münaqişəsizlik" mexanizminin müzakirəsi ilə bağlı görüş də Bakıda keçirilib.

Daha əvvəl - 2017-ci ilin fevralında Azərbaycan paytaxtında ABŞ Silahlı Qüvvələrinin Qərargahlar rəisi Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Bunlar Prezident İlham Əliyevin nüfuzunun və onun rəhbərlik etdiyi ölkənin belə danışıqlara ev sahibi olması üçün etibarlı olduğunun göstəricisidir.

Odur ki, Prezident İlham Əliyevin sözügedən mükafata layiq görülməsi ona beynəlxalq aləmdə göstərilən yüksək hörmət və etibarın parlaq təcəssümüdür.

Dövlət başçısı hakimiyyətə gəldiyi gündən Ermənistanla münaqişənin dinc danışıqlar yolu, BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sənədlər əsasında həlli istiqamətində fəaliyyət göstərib. Qarabağ ətrafında münaqişənin, müharibənin tarixi yüz ili keçirdi. Cənubi Qafqazın inkişafına, birgəyaşayışına mane olan bu problem sovetlər dağılandan sonra yenidən ortaya çıxdı. Prezident İlham Əliyev 35 illik münaqişəni müharibədə zəfərlə, masada isə sülhlə sonladırmağa nail oldu.

Odur ki, bu mükafat onun Cənubi Qafqazda davamlı sülh və sabitlik yaratmaq uğrunda göstərdiyi səylərə, Azərbaycanın bu istiqamətdə yürütdüyü prinsipial siyasətə verilən yüksək qiymətin ifadəsidir. Mükafat Prezidentin liderlik keyfiyyətlərinin, diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin qlobal miqyasda tanınması və yüksək dəyərləndirilməsidir.

Mükafatın təqdimat tədbirinə videomüraciət göndərmiş dövlət başçılarının çıxışlarında da bu məsələ vurğulanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini və Ermənistanın Baş nazirini təbrik edərək deyib ki, davamlı sülhün bərqərar olması yolunda həm qardaşı İlham Əliyevin atdığı cəsur addımları, həm də cənab Paşinyanın ortaya qoyduğu qətiyyətli iradəni son dərəcə əhəmiyyətli hesab edir. O, sülhün Qafqazın gələcəyində yeni bir səhifə açacağına inandığını da vurğulayıb: "Qafqazda davamlı sülhün bərqərar olması üçün üzərimizə nə düşürsə, etməyə, ədalətə əsaslanan dostluq körpülərinin qurulmasında fəal şəkildə çalışmağa, inşallah, davam edəcəyik".

Ərdoğan Azərbaycan liderinin atdığı addımları cəsur adlandırmaqla sülh prosesində onun aparıcı rolunu da ifadə edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib ki, bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir. O, Prezident İlham Əliyev və Nikol Paşinyanın sülhə güclü sadiqliklərinin milyonlarla insana ümid verdiyini, mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdiyini vurğulayıb: "Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz. Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik".

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirib ki, sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir. O, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı təbrik etməyi özü üçün böyük şərəf hesab edib: "Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir".

Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanın müstəqilliyini tanımayıb, onunla diplomatik münasibət qurmayıb. Odur ki, bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin təbrikində Prezident İlham Əliyevin rolunu xüsusi vurğulaması, əslində, Azərbaycan liderinin sülh prosesində oynadığı aparıcı mövqeyə verilən qiymətdir.

Baş nazir xüsusilə vurğulayıb ki, İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır: "Parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, "Zayed Mükafatı"nın dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir".

Digər dövlət başçıları və rəsmiləri, eləcə də Roma Papası XIV Leonun təbrik müraciətləri də təxminən eyni kontekstdə idi.

Odur ki, bu təltif Azərbaycanın sülhə sadiq, dialoqa açıq və humanitar dəyərlərə bağlı dövlət kimi imicini möhkəmləndirir, eyni zamanda, Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini daha da gücləndirən mühüm bir hadisə olaraq səciyyələndirilir.

Prezident İlham Əliyev mərasimdəki çıxışında Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarına minnətdarlığını bildirib: "Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq".

Dövlət başçısı tərəflərin sülh şəraitində yaşamağa öyrəndiklərini vurğulayaraq bunun xüsusi bir hiss olduğunu qeyd edib: "Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur".

Azərbaycan lideri beynəlxalq ictimaiyyətə, regiondakı gərginliklərin iştirakçılarına sülhün savaşdan, əməkdaşlığın münaqişədən daha üstün olduğu ismarışını da verib. O, münaqişələrin həllində Azərbaycan nümunəsinin öyrənilib tətbiq olunmasını beynəlxalq ictimaiyyətə təklif edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da vaxtilə belə bir nüfuzlu mükafatın Azərbaycan və Ermənistan liderlərinə veriləcəyini təsəvvür belə etməyin mümkün olmadığını xüsusi vurğulayaraq qeyd edib ki, bu mükafatın verilməsi iki ölkə arasında münaqişənin artıq geridə qaldığını bir daha təsdiqləyir.

Beləliklə, Azərbaycanın sülhsevər siyasəti, iqtisadi-ticarət sahəsində əməkdaşlıq istiqamətində təşəbbüsləri Ermənistan hökuməti üçün də müharibədən sonra düşdüyü ağır vəziyyətdən çıxış üçün qurtuluş yolu oldu. Bu yol onları "Zayed İnsan Qardaşlığı Mükafatı" almağa qədər aparıb. Azərbaycan liderinin yürütdüyü bu siyasət Trampın "Sülh Planı"nın həmtəsisçilərindən olmaqla onun sülhməramlı niyyətini bir daha təsdiqləyib.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

3-07-2025, 16:24

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

6-11-2024, 12:52

Dini Liderlərin Qlobal Sammitinin Bakı Bəyannaməsi qəbul edilib

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 12:11
    Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb
  • Bu gün, 11:29
    İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib
  • Bu gün, 10:43
    Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
  • Bu gün, 10:07
    Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq
  • Bu gün, 09:33
    Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
  • Bu gün, 08:56
    Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
  • Dünən, 17:00
    Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var
  • Dünən, 16:30
    Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki
  • Dünən, 16:00
    Tehrandakı sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
  • Dünən, 15:00
    Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən, 14:30
    Fərid Talıbov Naqasakinin qubernatoru ilə görüşüb
  • Dünən, 14:00
    Çin "Dolfin"qasırğasının yaxınlaşması səbəbindən ən yüksək təhlükə səviyyəsi elan edib
  • Dünən, 13:00
    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda iki yoxlama oyunu keçirib
  • Dünən, 12:30
    Qaziantepdə 4,5 maqnitudalı zəlzələ baş verib
  • Dünən, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
  • Dünən, 11:00
    Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
  • Dünən, 10:30
    Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
  • Dünən, 10:00
    Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
  • 8-08-2026, 16:03
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 16:00
    Ağdamın Qüruru, Vətənin İgid Qazisi Həci Azərə Ürək Sözlərim
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:20
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:00
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:25
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 21:05
    Siyasi İradə, Bütövləşən Azərbaycan
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:22
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə