• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Gündəm / Siyasət

29-01-2026, 13:17

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

8 avqustda imzalanan Vaşinqton Bəyannaməsindən və Azərbaycanın sülhə doğru atdığı real addımlardan sonra Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik müşahidə olunur.

Əslində bu dəyişikliklər təsadüfi sayıla bilməz və regionda yaranan mövcud reallıqların diktə etdiyi məcburi transformasiyanın nəticəsidir. Rəsmi İrəvanın yüksək rütbəli məmurlarının verdiyi açıqlamalar, Baş nazir Nikol Paşinyanın Azərbaycana dəfələrlə təşəkkür etməsi və sülhə sadiq qaldığını təkrarlaması buna bariz nümunədir. Ermənistan XİN başçısı Ararat Mirzoyan AŞPA-nın sessiyasında çıxışı zamanı bir sıra açıqlamalar verib və bu fikirlər də əslində sübut edir ki, erməni hökuməti uzun illər davam edən yanlış siyasi xəttinin artıq dalana dirəndiyini anlayıb.

Mirzoyanın açıqlamalarında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizlik yalnız region ölkələrinin öz aralarında əldə edəcəyi razılaşmalar əsasında mümkün ola bilər. Erməni diplomatın çıxışı "Ermənistanın inkişafı, iqtisadi cəhətdən regiona inteqrasiyası, supergüclərin boyunduruğundan qurtulması Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, qarşılıqlı əlaqələr əsasında və kənar müdaxilə olmadan qurula bilər" tezisi üzərində qurulub.

Maraqlıdır ki, son dövrlər iki ölkə arasında sülh gündəminin daha da irəli getməsi, münasibətlərin hər gün daha da inkişaf etməsi, İrəvanın "inkişafın və sabitliyin yolu Bakıdan keçir" fikrini artıq dərk etməsi bir sıra dairələri narahat etməyə başlayıb. Elə Avropa İttifaqının Ermənistana hərbi yardım paketini təsdiqləməsinə də bu prizmadan yanaşmaq lazımdır. Rəsmi Brüssel bu addımı təhlükəsizlik və dayanıqlılıq prizmasından təqdim etsə də, real mənzərə fərqlidir. Aİ-nin bu paketi İrəvanı öz siyasi və geosiyasi təsir dairəsində saxlamaq, Ermənistanın müstəqil manevr imkanlarını məhdudlaşdırmaq və onu Qərbin regional strategiyasının bir elementi kimi qorumaq məqsədi daşıyır. Bu yardım Ermənistanın xarici siyasət vektorunu nəzarətdə saxlamağa xidmət edir.

Elə bu səbəbdən də Mirzoyanın Avropa İttifaqına təşəkkür mesajı ilə yanaşı səsləndirdiyi fikirlər əslində diplomatik nəzakətdən daha çox xəbərdarlıq kimi də oxuna bilər. Yəni, İrəvan təşəkkür edir, eyni zamanda Avropanı regiondakı proseslərə konstruktiv dəstək verməyə çağırır, müdaxilədən çəkinməyə, qarşılıqlı anlaşmanı qorumağa çalışır. Bunu Ermənistanın diplomatik balansı qorumaq cəhdi kimi də qiymətləndirə bilərik. Yəni Paşinyan hökuməti Avropaya dəstəyə görə minnətdarlıq edir, amma bölgədə Ermənistan və Azərbaycan arasında qərarlar Bakı və İrəvan arasında qəbul edilməlidir, kənar müdaxilə qəbul edilmir. Bu da göstərir ki, Ermənistan Avropaya inteqrasiyanı strateji məqsəd kimi saxlayır. Amma paralel olaraq, qonşularla münasibətləri praqmatik zəmində formalaşdırmağa çalışır. Yəni, rəsmi İrəvanın xarici siyasət kursu təkcə Avropa istiqamətində deyil. Regiondakı reallıqları dərk edərək, Azərbaycan və Türkiyə ilə də əməkdaşlıq çox vacib şərtə və istiqamətə çevrilib. İrəvan anlayır ki, Avropa İttifaqının regionda prosesləri idarə etməyə cəhd göstərməsi Ermənistanın maraqlarına cavab vermir. Bu səbəbdən rəsmi İrəvan açıq şəkildə bildirir ki, regional münasibətlərin taleyi üçüncü tərəflərin deyil, birbaşa maraqlı ölkələrin, yəni Azərbaycan və Ermənistanın dialoqu ilə həll olunmalıdır.

Paşinyan hökuməti artıq aydın şəkildə dərk edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanın nə siyasi gələcəyi, nə də iqtisadi inkişaf perspektivi mövcuddur. Uzun illər aparılan səhv qonşuluq siyasəti, torpaq iddiası və düşmənçilik üzərində qurulan yanaşma və xarici güclərə həddindən artıq arxalanma Ermənistanı regional layihələrdən kənarda qoyub. Nəticədə ölkə nəqliyyat dəhlizlərindən, enerji layihələrindən və iqtisadi inteqrasiyadan faktiki olaraq təcrid olunub.

Bu səbəbdən də Mirzoyanın AŞPA-dakı çıxışında əsas vurğu Azərbaycanla əməkdaşlıq və sülh prosesinə aiddir. Erməni diplomatın çıxışları və fikirləri sübut edir ki, Ermənistan artıq münaqişə və torpaq iddiası, uydurma tarix xəttindən uzaqlaşır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması strateji prioritetə çevrilib. Bu reallıq fonunda Ermənistanın Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində səsləndirdiyi fikirlər və atdığı addımlar praqmatik zərurətdən irəli gəlir. Azərbaycan isə hər zaman olduğu kimi post-müharibə dövründə regionda inteqrasiya, kommunikasiyaların blokdan açılması, real sülhə doğru addımlar atmaqda davam edir.

Rəsmi Bakı regionda uzunmüddətli sabitliyin mümkünlüyünü göstərən konstruktiv yanaşma sərgiləyir. Azərbaycanın müxtəlif səviyyələrdə nümayiş etdirdiyi siyasi jestlər göstərir ki, Bakı regionda sabitlik və iqtisadi əməkdaşlığı çox ciddi prioritet sayır. Qeyd etmək yerinə düşər ki, Rusiyadan taxılın Azərbaycan ərazisindən Ermənistana daşınması, Azərbaycan istehsalı olan benzin və dizel yanacağının Ermənistana satılması iqtisadi və enerji əməkdaşlığı məsələsində erməni hökuməti üçün həyati əhəmiyyət daşıyır. Bu tranzit keçidləri sayəsində Ermənistanda benzinin qiymətinin ucuzlaşması ilə bağlı hətta erməni siyasi dairələrində "bu 30 il ərzində nələri itirmişik" fikrinin formalaşmasına və bunun xalq arasında geniş yayılmasına səbəb olub.

Paralel olaraq, bu yaxınlarda əldə edilən razılığa görə, Rusiyadan idxal olunan sıxılmış qaz artıq Gürcüstan və Yuxarı Lars keçid məntəqəsi vasitəsilə yox. Azərbaycan ərazisi vasitəsilə dəmiryolu ilə Ermənistana çatdırılacaq. Bu razılaşma isə bir sıra mətləblərdən xəbər verir. Birincisi, Ermənistan artıq enerji tədarükündə keçmişdən bəri yüksək dərəcədə asılı olduğu konkret tranzit xətlərindən uzaqlaşmaq məcburiyyətindədir. Burada söhbət Yuxarı Lars sərhəd keçid məntəqəsindəki problemlərdən və İranda yaranmış vəziyyətdən gedir. Adı hallanan sərhəd keçid məntəqəsi ilin yarıdan çoxu əlverişsiz hava şəraiti səbəbindən bağlı olur. Bu isə xüsusən də qış aylarında Ermənistan üçün ciddi çətinliklər deməkdir. Amma Azərbaycan vasitəsilə çatdırılma daha asan və problemsiz başa gəlir.

İkincisi, bu qərarın geosiyasət baxımından da əhəmiyyəti var. Sovet İttifaqı dağıldıqdan və Birinci Qarabağ müharibəsi səbəbindən Ermənistanın əsas enerji marşrutları Rusiyaya bağlı olub və qonşu ölkələrlə əməkdaşlıq çox zəif olub. Yeni razılaşma isə həm asılılığı azaldır, həm də iki ölkə arasında münasibətlərin normallaşması üçün yeni iqtisadi əlaqə kanalı yaradır. Üçüncüsü, dəmiryolu ilə həyata keçirilən bu marşrut logistika və təhlükəsizlik baxımından da üstünlüklər qazandırır. Eyni zamanda qeyd edək ki, bu təşəbbüs həm də regionda iqtisadi inteqrasiyaya töhfə verir. Azərbaycanın tranzit rolu, həm iqtisadi, həm də siyasi səviyyədə regional əməkdaşlığın mühüm komponenti kimi ortaya çıxır. Bu marşrut həm Azərbaycan-Ermənistan dialoqunu gücləndirir, həm də Ermənistanın enerji sektorunda riskləri diversifikasiya etməyə imkan verir. Eyni zamanda, bu praktiki addım Ermənistanın uzun müddətdir mövcud olan enerji təcridindən çıxması istiqamətində mühüm siqnal verir. Beşincisi, bu, eyni zamanda diplomatik mesajdır. Ermənistan qonşularla əməkdaşlığı praqmatik əsasda qurmağa hazırdır.

Son olaraq, Ararat Mirzoyanın AŞPA-da çıxışı zamanı Zəngəzur dəhlizi barədə açıqlaması da Ermənistanın regional siyasətində strateji və praqmatik yanaşmanı əks etdirir. Layihə təkcə nəqliyyat və tranzit infrastrukturu kimi təqdim olunmur. Erməni nazir dəhlizi həm də iki ölkə arasında sülh və əməkdaşlığın konkret mexanizmi kimi xarakterizə edir. Bu isə o deməkdir ki, rəsmi İrəvanın TRİPP layihəsi ilə mövqeyi həm iqtisadi fayda, həm də sülhə doğru mətin addımdır.

Lakin Ermənistan hakimiyyəti bu istiqamətdə müxalifətin ciddi müqaviməti ilə üzləşəcək. Rusiya və lobbinin təsiri altında olan müxalifət qarşıdan gələn parlament seçkilərinə qədər bu layihəyə qarşı çıxacaq. Bu gün mətbuat konfransı keçirən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan TRIPP- i ölkənin təhlükəsizliyinə ən böyük təhdid adlandırıb. Onun sözlərinə görə, bu layihə ABŞ-a yalnız İran sərhədlərini nəzarət etmək üçün lazımdır. "Bu, Türkiyə və Azərbaycan üçün faydalı olan erməni-amerikan layihəsidir", deyə Tramp marşrutunu Ermənistanın ikinci prezidenti belə xarakterizə edib. "Burada İrəvan üçün heç bir fayda yoxdur, Ermənistan bu layihədə hətta tam tərəf kimi deyil, onun bir hissəsi kimi çıxış edir". - mətbuat konfransında bildirib.

Buna baxmayaraq Ararat Mirzoyanın açıqlamaları və Paşinyan hökumətinin davranışları göstərir ki, Ermənistan mərhələli şəkildə köhnə, iflasa uğramış xarici siyasət kursundan uzaqlaşmağa çalışır. Azərbaycanla münasibətlərin normallaşdırılması artıq siyasi ritorika deyil, dövlətin yaşaması və inkişafı üçün zəruri şərt kimi qəbul olunur. Regionun gələcəyi isə məhz bu reallığın nə qədər səmimi və ardıcıl şəkildə icra olunacağından asılı olacaq.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Siyasət

27-08-2025, 10:17

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

18-12-2024, 14:33

İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib - YENİLƏNİB

Gündəm / Siyasət

30-10-2024, 15:54

Fransa erməniləri müharibəyə sürükləyir - FAKT BUDUR!

Gündəm / Siyasət

21-07-2024, 10:30

Prezidentin media nümayəndələrinin suallarına cavabları - TAM MƏTN

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 19:25
    Ölmüş İnsanlığın Solmayan Çiçəkləri
  • Dünən, 19:12
    İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Dünən, 18:59
    Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
  • Dünən, 18:22
    İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən, 17:23
    Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir
  • Dünən, 16:36
    Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
  • Dünən, 16:10
    BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib
  • Dünən, 14:59
    Müharibə cinayətləri törətmiş şəxsləri azad etmək çağırışları hüquq sisteminə təhdiddir
  • Dünən, 14:56
    Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB
  • Dünən, 14:01
    Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
  • Dünən, 12:30
    Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
  • Dünən, 11:03
    Lənkəranın 2 kəndində qaz olmayacaq
  • Dünən, 09:28
    Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
  • Dünən, 08:48
    Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb
  • Dünən, 08:02
    Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir
  • 3-05-2026, 17:30
    İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir
  • 3-05-2026, 17:00
    Mirtağı Əsədov: Naxçıvana səfərimiz və konfranslar milli-mənəvi birliyimizi gücləndirir Din
  • 3-05-2026, 16:30
    "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
  • 3-05-2026, 16:00
    Əli Nikzad: ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır
  • 3-05-2026, 15:30
    Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
  • 3-05-2026, 15:00
    Türkiyə və Gürcüstanın din xadimləri Naxçıvanda səfərdədir
  • 3-05-2026, 14:30
    Bakıda şimal-qərb küləyi güclənib, bir sıra rayonlara yağış yağıb
  • 3-05-2026, 14:00
    Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq
  • 3-05-2026, 13:30
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib
  • 3-05-2026, 13:00
    Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
  • 3-05-2026, 12:30
    Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
  • 3-05-2026, 12:00
    Keniyada yağışın yaratdığı fəlakət - 10 nəfər öldü
  • 3-05-2026, 11:00
    “Bu, İsrail üçün tələyə çevrilib”
  • 3-05-2026, 10:30
    Arıqlamaq üçün ən effektiv məşqlər - Açıqlandı
  • 3-05-2026, 10:00
    Onlar bu gün Azərbaycan dilindən imtahan verəcək
  • 2-05-2026, 18:00
    İqor Terexov: Xarkovda Rusiya dronu YDM-ə düşüb, xəsarət alanlar var
  • 2-05-2026, 17:30
    Sahil Babayev Asiya İnkişaf Bankının İllik Toplantısında iştirak edəcək
  • 2-05-2026, 17:00
    ATU-ya yeni prorektor təyin edildi
  • 2-05-2026, 16:11
    Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 2-05-2026, 15:14
    Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə