ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.
Bu barədə “Reuters“ Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı Trampla telefon danışığı baş tutub.
"Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər", - Tramp deyib.