• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Türkiyədən çıxan PKK – qruplaşmanın dəyişməyən rolu - ŞƏRH

Gündəm / Siyasət

27-10-2025, 17:01

Türkiyədən çıxan PKK – qruplaşmanın dəyişməyən rolu - ŞƏRH


"Terrorsuz Türkiyə" hədəfi reallaşır

Ötən gün PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb.

Türkiyə prezidentinin mətbuat katibi Ömər Çelik PKK-nın bu addımını "hökumətin məqsədi olan "terrorsuz Türkiyən"in reallaşdırılmasının konkret nəticəsi" adlandırıb və bunun prosesin hüquqi aspektlərinin parlament tərəfindən nəzərdən keçirilməsi üçün "müsbət əsas" yaratdığını qeyd edib.

PKK rəsmi Ankara ilə razılaşdırılmış silahsızlanma prosesi çərçivəsində bütün yaraqlılarını Türkiyədən çıxarmağa başladığını bəyan edib. Qruplaşma bu qərarın "azad, demokratik və qardaş həyatın"ın əsaslarını qoymaq və Türkiyə ilə arasında 40 mindən çox insanın həyatına son qoymuş onillik silahlı qarşıdurmanı başa çatdırmaq üçün nəzərdə tutulduğuna xidmət etdiyini bildirib.

İraqın şimalında Qəndil dağlarında keçirilən mərasim zamanı oxunan bəyanatda PKK nümayəndələri silahlılarının çıxarılmasının başçıları Aponun sülh layihəsinə sadiqliklərini vurğulayıblar. Qruplaşma Ankaradan keçmiş silahlıların inteqrasiya və demokratik siyasətdə iştirakı üçün şərait yaratmasını da istəyib.

Qeyd edək ki, bu il fevralın 27-də terrorçuların başçısı Abdullah Öcalan adamlarına tərk-silah olmaları ilə bağlı çağırış etmişdi. O, tərəfdarlarına qurultay keçirərək dövlət və cəmiyyətlə inteqrasiya haqqında qərar qəbul etmək lazım olduğunu vurğulamışdı. Bundan sonra Türkiyə antiterror əməliyyatları dayandırmışdı.

İyulun 11-də isə qruplaşma üzvləri silahlarını könüllü olaraq təhvil verməyə başlamışdı. "Bundan sonra azadlıq, demokratiya və sosializm mübarizəmizi demokratik siyasət və hüquq üsulu ilə yürütmək məqsədilə demokratik inteqrasiya qanunlarının çıxarılması əsasında silahlarımızı azad iradəmizlə məhv edirik", - deyə bəyan emişdilər.

İlk simvolik mərasim İraqın şimalında Süleymaniyədə həyata keçirilmişdi.

Bu prosesin bir neçə ayda tamamlanması hədəflənirdi. Tərk-silahın Ankara, Ərbil və Bağdadda yaradılan mərkəzlərin koordinasiyası ilə reallaşması nəzərdə tutulur.

Öcalan PKK-nın "milli dövlətçi" məqsədindən əl çəkdiyini, sülh və demokratik cəmiyyət hədəfinə çatmaq üçün "pozitiv inteqrasionalist bir perspektivlə" mümkün olduğunu bildirmişdi.

Özünü buraxmış terror qruplaşması silahlılarının Türkiyədən çıxması onların tərk-silah edilməsi anlamına gəlirmi? Əslində, onların Türkiyədə silahlıları və terror törətmək məqsədi ilə istifadə etdikləri bütün avadanlığı təhvil verməsi, bununla da cəmiyyətə inteqrasiya edilməsi istiqamətində fəaliyyətin davam etməsi ehtimal olunurdu. Ancaq PKK-nın silahlılarını Türkiyədən çıxarması daxildə onun yaradacağı təhlükəni minimuma endirsə də, xarici təhdid mənbəyi olaraq qalır.

PKK-çılar Türkiyəni tərk edərkən silahları və ona dair avadanlığı da özləri ilə aparırlar. Ona görə belə ehtimal etmək olar ki, bu silahlı qruplaşma Türkiyədən çıxaraq başqa bir qonşu ölkədə düşərgə salacaq. Çünki bu silahlı qruplaşmanın İraq, Suriya və İranda, yaxud bu ölkələr üzrə müxtəlif qolları mövcuddur. Başqa sözlə, bu silahlıların İraq və Suriya ərazisindəki düşərgələrə yerləşdirildiyi ehtimal olunur.

İraqın şimalında Regional Administrasiya ilə PKK arasında zaman-zaman toqquşmalar yaşanır. Administrasiya bu silahlıları ərazilərini işğal edən bir qruplaşma olaraq görürlər. Bu səbəbdən də onlara qarşı mübarizə aparırlar. Şimaldakı yerli idarəetmə orqanı PKK-ya qarşı təbliğat apararaq onun kürd etnik qrupun adından fəaliyyət göstərməsinə qarşı çıxış edir.

Administrasiya PKK-nı bölgədəki qanunsuz və təhlükəli qüvvə olaraq tanıyır, özünü müdafiə etmək üçün şimaldakı rəsmi silahlılardan, "peşmərgə"dən istifadə edirlər. Bu baxımdan, belə iddia olunur ki, "peşmərgə"yə qarşı partizan müharibəsi aparmaq PKK-nın taktikasıdır.

İraqın mərkəzi hökuməti də bu qruplaşmanı qanunsuz sayır. Hətta onunla bağlı təbliğat aparılmasını qadağan edib.

Bu baxımdan, hesab etmək olar ki, Türkiyədən çıxan qruplaşma üzvləri İraq üçün də arzuedilən deyil.

İran hakimiyyəti də son illər PKK-ya və onun İslam Respublikası istiqamətində fəaliyyət göstərən dəstələrinə qarşı sərt addımlar atır. İranın İraqla sərhəd rayonlarında qruplaşmanın "PJAK", "Komilə" və "Kürdüstan Demokrat Partiyası" adlı qollarının silahlıları sabitliyi pozur, hakimiyyətin güc strukturları ilə toqquşurlar.

Bir neçə il öncə İran Silahlı Qüvvələri Baş Qərargahının ovaxtkı rəisi Məhəmməd Baqeri İraq hökumətinə xəbərdarlıq edərək bildirmişdi ki, belə hücumlar təkrarlanarsa, Qəndil dağınna və PKK düşərgələrinə zərbə endirəcəklər.

Məsud Pezeşkian prezident kimi ilk səfərini İraqa etmişdi. Onun bu səfəri ilə rəsmi Bağdad təhlükəsizlik məsələləri üzrə Tehran-Bağdad anlaşmasının daha bir bəndini reallaşdırıb, terror qruplaşmaları hazırkı qərargahlarını boşaldaraq sərhəddən İraqın şimal bölgəsinin daxili ərazilərinə doğru çəkilməyə məcbur edilib. Məsələn, "Komilə" qruplaşması İranla İraq arasında olan razılaşmaya görə mənzil qərargahını İraqın Suraş rayonundan Dukan şəhəri yaxınlığına, əvvəlki bölgədən 40 km şimala doğru çəkilmişdi.

Müxtəlif adlar altında fəaliyyət göstərsələr də, onlar PKK-nın qolları sayılır. Bu baxımdan, Türkiyədən çıxan PKK-çıların İraqda yerləşdirilməsi İranla münasibətləri də təhdid edə, ölkə ərazisində problemlər yarada bilər. O da istisna edilmir ki, üçüncü qüvvə onlardan İrana qarşı silahlı güc olaraq yararlanar.

Başqa bir tərəfdən, PKK-nın Suriyadakı YPG/PYD qollarının yaratdıqları "Suriya Demokratik Gücləri" ("SDG") adlı silahlı qruplaşma da bu ərəb respublikasında pozuculuq fəaliyyətini davam etdirir.

Son aylar "SDG" qüvvələri və Suriya ordusu arasında tez-tez silahlı toqquşmalar baş verir. Məlumata görə, onlar mərkəzi hakimiyyətin nəzarətində olan bir neçə rayona daxil olmağa cəhd göstəriblər. Tərəflər arasında atışma bir neçə saat davam edib, ölən və yaralananlar barədə məlumat verilməyib.

Bu ilin martında Suriya lideri Əhməd əş-Şaraa ilə "SDG" başçısı Məzlum Abdi arasında razılaşma imzalanmışdı. Onda "SDG" ölkənin yeni idarəetməsinin qurumlarına inteqrasiya olmağı qəbul etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu razılaşmanı alqışlayaraq Suriyanın terrordan təmizlənməsinə yönəlik hər cür səyi doğru istiqamətdə atılmış bir addım kimi gördüklərini bildirmişdi.

ABŞ-nin dövlət katibi Marko Rubio da ölkənin şimal-şərqini birləşmiş Suriyaya inteqrasiya edəcəyindən məmnun olduqlarını söyləmişdi.

Səkkiz maddəlik razılaşmanın birinci maddəsində "Bütün Suriyanın siyasi proses və dövlət qurumlarındakı təmsilçiliyi ilə iştirakının, etnik və dini kimliklərindən asılı olmayaraq zəmanət altına alındığı" ifadə edilir.

İkinci maddədə isə "kürd icması, Suriya dövlətinin ayrılmaz bir parçası" olaraq tanınır və "vətəndaş olma hüquqları daxil, bütün konstitusion hüquqları" zəmanət altına alınır.

Sonradan onlar razılaşmanı pozaraq Suriyanın şimalında İraqdakı kimi özünüidarəetmə administrasiyasının yaranmasını istəyir.

Bu göstərir ki, "SDG"nin imza dili ilə danışması mümkün deyil. O, Suriyada yaranmış vəziyyətdən istifadə edərək ölkənin unitarlığına qarşı çıxmağa çalışır.

Ona görə də ehtimal etmək olar ki, Türkiyədən çıxan PKK silahlıları "SDG"yə "yardım etmək" üçün bu ərəb respublikasına yerləşdiriləcək.

Düzdür, qruplaşmanın Türkiyədən çıxması müəyyən mənada silahsızlaşdırma sayılır. Ancaq yerləşdiyi ərazidən asılı olmayaraq, onun mövcudluğu regional təhlükə mənbəyi sayılır.

PKK təmsilçiləri, yaxud onların sözçüsü rolunda iştirak edənlər rəsmi Ankaradan başçılarının həbsxanadan çıxmasını istəyirdilər. Daha doğrusu, bunu bir şərt olaraq irəli sürürdülər. Ancaq belə ehtimal etmək olar ki, rəsmi Ankara bu ritorikanı qəbul etməyib. Bu səbəbdən onlar Türkiyəyə inteqrasiyaya deyil, Suriya, yaxud İraq ərazisinə keçərək gələcək proseslərə potensial təhlükə, təhdid mənbəyi kimi qalmağa üstünlük verirlər.

Hadisələr PKK, "SDG" və başqa bu kimi qruplaşmaların verdikləri vədə əməl etmədiklərini isbatlayır. Ona görə də PKK qruplaşması Türkiyədən çıxsa da, rolunu və oyununu dəyişməyib. Tərk etmək isə tərk-silah deyil...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

26-10-2025, 17:00

KİV: PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq

Gündəm / Dünya

26-10-2025, 12:30

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb - YENİLƏNİB

Gündəm / Cəmiyyət

11-07-2025, 15:00

Ömer Çelik: Türkiyə terror yükündən xilas olması istiqamətində qətiyyətlə irəliləyir

Gündəm / Cəmiyyət

11-07-2025, 14:30

PKK İraqın şimalında silahları təhvil verib - YENİLƏNİB

Gündəm / Dünya

17-04-2025, 18:52

Ərdoğan: Türkiyə terrora tamamilə son qoymaq mərhələsinə çatıb

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 18:18
    Magistratura imtahanının nəticələri elan olunub
  • Dünən, 17:44
    Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib
  • Dünən, 17:21
    Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH
  • Dünən, 16:50
    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib
  • Dünən, 15:37
    Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb
  • Dünən, 15:08
    Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
  • Dünən, 14:51
    Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dünən, 13:05
    Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
  • Dünən, 12:13
    Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib
  • Dünən, 11:38
    "Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb
  • Dünən, 10:17
    Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
  • Dünən, 09:43
    Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar
  • Dünən, 09:15
    Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
  • Dünən, 08:56
    Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir
  • 28-07-2026, 19:00
    SEPAH: İran aktivləri hesabına vəsait əldə edən ölkə və şirkətlərin Hörmüz boğazından istifadəsinə icazə verilməyəcək
  • 28-07-2026, 18:30
    Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
  • 28-07-2026, 18:02
    Şivon Makqarri: Aİ Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasına müvəqqəti icazə verib
  • 28-07-2026, 17:47
    Tramp İranın Pikaks dağındakı nüvə obyektinin məhv ediləcəyini vəd edir
  • 28-07-2026, 17:13
    Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
  • 28-07-2026, 16:55
    Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir
  • 28-07-2026, 16:23
    Sahibə Qafarova Efiopiyada səfərdədir
  • 28-07-2026, 15:40
    Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH
  • 28-07-2026, 15:06
    Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır
  • 28-07-2026, 14:46
    Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
  • 28-07-2026, 14:18
    Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib
  • 28-07-2026, 13:58
    Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
  • 28-07-2026, 13:09
    Deputat Azər Allahverənovla ASAN könüllülərinin görüşü təşkil olunub
  • 28-07-2026, 12:10
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
  • 28-07-2026, 11:05
    Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
  • 28-07-2026, 10:24
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • 28-07-2026, 10:01
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • 28-07-2026, 09:47
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • 28-07-2026, 09:27
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • 28-07-2026, 08:59
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • 27-07-2026, 18:50
    Bayrağı Zirvəyə Qaldıran Gənclik
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə