• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

"Sumud"un Qəzzaya yardımı – Qretanın zolağa səfəri, HƏMAS-a dəstəyi - ŞƏRH

Gündəm / Siyasət

2-10-2025, 15:48

"Sumud"un Qəzzaya yardımı – Qretanın zolağa səfəri, HƏMAS-a dəstəyi - ŞƏRH


İsrail "Global Sumud Donanması"nın 44 gəmisindən 13-nü saxlayıb. Aksiya iştirakçıları Qəzza zolağına humanitar yardım çatdırmaq təşəbbüsü ilə çıxış edirlər. Onlar iddia edirlər ki, İsrail tərəfindən blokadaya alınan bölgədə humanitar fəlakət hökm sürür, dinc sakinlər aclıq keçirir və s.

"Qlobal Sumud Donanması" üzrə hazırlıq işləri bu il avqustun 31-də İspaniyada tamamlanıb və sentyabrın 4-də Tunisdən Qəzza istiqamətində yola çıxıb. Bu "donanma" "Azadlıq Donanması", "Qlobal Qəzza Hərəkatı", "Sumud Konvoyu" və "Malayziya Sumud Nusantara" təşkilatlarının birləşməsindən formalaşıb. Onların tərkibində təxminən 50 ölkədən çoxlu sayda ictimaiyyətçi var.

İddia edilir ki, Qəzza zolağı 2007-ci ildə İsrailin mühasirəsindədir. Aksiya iştirakçıları humanitar yükün maneəsiz şəkildə Qəzzaya çatdırılması üçün birləşdiklərini bildirirlər. Onların bu hərəkəti vətəndaş cəmiyyəti təşəbbüsüdür, dövlət və təşkilatlar tərəfindən dəstəyi yoxdur.

"Sumud" sözünün ərəbcədən tərcüməsi "dözümlülük" mənasını verir.

Bu hərəkatın liderlərindən biri Qreta Tunberqdir. İsrailin mühafizə xidməti əməliyyata "Qreta Tunberq Donanması" gəmilərini saxlamaqla başlayıb. "Donanma"nın başçısı Qreta da saxlanılıb.

İsrail donanması oktyabrın 1 və 2-də gecə saatlarında əməliyyata başlayıb. Saxlanılanlar sol siyasi-ideoloji xəttin təmsilçiləri sayılır. Onlar İsrailin Aşdod limanına aparılıb. İsrailin Xarici İşlər Nazirliyi saxlanılanlarla bağlı video paylaşıb. Hökumət əmin edib ki, Qreta və dostları sağ-salamatdır.

Yəhudi dövləti rəsmiləri bildiriblər ki, Qəzzaya dəniz blokadasını yarmaq, kiçik gəmilərlə zolağa az miqdarda ərzaq çatdırmaq cəhdi yalnız ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Gəmilərdəki fəallara gətirdikləri humanitar yardımlarını İsrail limanına boşaltmaq, yoxlama aparıldıqdan sonra onları quru yolu ilə bölgəyə aparmaq təklif olunsa da, onlar bunu rədd ediblər.

Belə mülahizə etmək olar ki, 2005-ci ildə HƏMAS Qəzza zolağına nəzarəti ələ keçirdikdən sonra mühasirəyə düşməyə başlayıb. Çünki bu qruplaşma zolağın Fələstinin başqa bölgələri ilə əlaqəsini azaltdı. Mərkəzi administrasiyaya tabelikdən imtina etdi. HƏMAS Qəzza zolağında özü üçün yeni dövlət, yeni hökumət qurmağa başladı. Bölgədə HƏMAS-ın "qanunları", siyasi-ideoloji xətti hakim oldu.

Başqa sözlə, İran hakimiyyəti kimi, Qəzza zolağındakı qruplaşma hökumətinin əsas hədəfi "İsraili siyasi xəritədən silmək"dir. Onların təkəbbürlü fəaliyyəti, idarəetmə sistemi və sponsorları Qəzza zolağını indiki hala salan amillərdir.

2010-cu ildə Türkiyədə "Mavi Mərmərə" donanması altı gəmi ilə bölgəyə yardım aparmaq istəyi ilə yola çıxmışdı. 15 il öncə mayın 31-də İsrailin Müdafiə Qüvvələri gəmiyə hücum etmiş, nəticədə gəmilərdən beşi İsrailin nəzarətinə keçmiş, on sərnişin ölmüş, altmış fəal isə yaralanmışdı. Bu hadisə Türkiyə-İsrail münasibətinə çox ciddi ziyan vurmuşdu. İsrail hadisədən sonra Türkiyədən rəsmi üzr istəmiş və hücumda həyatını itirənlərin ailələrinə təzminat ödəməyi qəbul etmiş, zərərçəkənlərə təxminə 20 milyon dollar təzminat ödəmişdi.

2025-ci il 9 iyun gecəsi İsrail Müdafiə Ordusu dəniz blokadasını keçməyə və Qəzza sektoruna daxil olmağa çalışan "Madleen" yaxta gəmisini ələ keçirdi. Ələkeçirmə "Şayetet-13" dəniz xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirildi. "Madleen" yaxtası Aşdod dəniz limanına yönləndirildi. 10 iyun gecəsi "zzadlıq flotiliyası" aksiyasının iştirakçıları, dəniz blokadasını yarmaq və "Madleen" yaxtasında Qəzzaya üzməyi planlaşdıranlar Aşdoddan Ben-Qurion hava limanına gətirildilər. Daha sonra onlar İsraildən deportasiya edildilər. Deportasiya edilənlər arasında Tunberq də var idi.

2025-ci il 26 iyul tarixində İsrail Hərbi Dəniz Qüvvələri dəniz blokadasını yarmaq məqsədilə Qəzza sektoruna yaxınlaşan "Handala" gəmisini ələ keçirdilər. Gəminin ekipajı və sərnişinləri saxlanıldı. Ələ keçirildikdən sonra "Handal"a gəmisi Aşdod limanına yedəkləndi. Aksiya iştirakçıları İsraildən deportasiya edildilər.

Artıq sirr deyil ki, HƏMAS-ın fəaliyyəti nəticəsində Qəzza zolağının mühasirəsinin yarılması istiqamətində edilən cəhdlərin hamısı uğursuzluqla nəticələnib. Bu aksiyalarda iştirak edənlərin hədəfi heç də zolaqdakı dinc sakinlərə yemək, geymək üçün ləvazimatlar, yaxud dərman preparatları aparmaq olmayıb. İsrailin sonuncu aksiya iştirakçılarına Qəzzaya aparmaq istədikləri yükü limanda boşaldıb, sonra quru yolla onu sakinlərə çatdırmaq təklifinin qəbul olunmaması da bunu təsdiqləyir.

İctimaiyyət, qeyri-hökumət təşkilatları adından belə cəhdlərin edilməsində hədəf nədir? Belə ehtimal etmək olar ki, məqsəd heç də humanitar yardımın dinc sakinlərə paylanması, onların aclıqdan, xəstəlikdə və s. əziyyət çəkməsinin qarşısının alınması deyil. Burada aksiyaçıların iki hədəfi aydın görünür; birinci, İsrail hakimiyyəti barədə mənfi rəy formalaşdırmaq, ona qarşı sanksiyaların tətbiqinə nail olmaqdır. İkinci isə vətəndaşı olduqları ölkədəki hakimiyyətə qarşı Fələstin, o cümlədən Qəzza zolağındakı vəziyyətdən alət olaraq istifadə etməkdir.

Avropada sol cərəyan Rusiya və ya çinyönlü sayılır. Yaxud, onların Moskva və Pekinə simpatiyaları var. Bu baxımdan, RF və ÇXR-in də regionda siyasi maraqlarının təmin olunması, yaxud ABŞ və İsrailə təzyiq etmək məqsədi ilə aksiyalardan yararlanmaq istədikləri qənaətinə gəlmək mümkündür.

Onların aksiyasının hədəfi ilə bağlı ehtimalları belə ümumiləşdirmək olar:

-İsrailə qarşı dünya üzrə nifrəti artırmaq, antisemit hərəkatına əlavə yardım etmək;

-Vətəndaşı olduqları ölkənin hakimiyyətinə müxalifətin təzyiqi;

-Rusiya, Çin və onlara yaxın ölkələrin bundan regionda maraqlarını təmin olunması, Qərbə qarşı təzyiq aləti kimi yararlanmaq səyləri.

Başqa bir məsələyə də diqqət etməkdə fayda var. İki gün öncə Türkiyə də daxil olmaqla bir sıra region ölkələrinin başçıları ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması ilə bağlı planını bəyəndiklərini bildirmişdi. HƏMAS isə planda nəzərdə tutulan tərk-silah maddəsinə etirazını bəyan etməklə həm də müharibənin dayandırılması planına qarşı çıxıb. Aksiya iştirakçılarının saxlanılması isə qruplaşmanın plana cavab verdiyi tarixlə üst-üstə düşür. Bunu da təsadüf saymaq sadəlövhlük olar.

O zaman "dözümülülük tərəfdarları" israrlı davranışı və açıqlamaları ilə Qəzzada müharibənin dayandırılması planına qarşı təxribat törətmiş hesab olun bilər. Yeri gəlmişkən, Rusiya və Çin Trampın planına hələ ki münasibət bildirməyib.

Gələk "Qlobal Sumud"a. Onun fəallarından biri Qreta Tunberq Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. O, 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) qarşı BMT-nin İrəvandakı ofisi qarşısında etiraz aksiyasında iştirak etmişdi. Ekofəal sayılan Qreta Tunberq Azərbaycanda keçirildiyi üçün bu tədbirə qatılmamışdı. O, böhtanlarla çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan qüvvələrin əsassız müdafiəsinə qalxmışdı. Qreta Tunberq bu zaman Ermənistan hakimiyyətinin, havadarlarının Azərbaycan türklərinə qarşı törədikləri çoxsaylı qətliamları heç nəzərə də almayıb. Çünki ekofəal kimi ad çıxaran Qreta xanım idarə olunan, sponsorlarının tapşırıqlarını icra edən ictimaiyyətçidir.

O, Azərbaycanı "etnik təmizləmə"də ittiham edir. Halbuki hazırda Azərbaycan Respublikasında vətəndaş olaraq minlərlə erməni yaşayır. Ancaq hazırda Ermənistanda bir azərbaycanlı belə yoxdur. Bu ölkədə azərbaycanlıların son etnik təmizlənməsi 1988-1992-ci ildə başa çatıb.

Odur ki, Qreta Tunberqin Qəzza zolağında dinc sakinlərə yardım etməkdə səmimiliyi şübhəlidir. Aksiyanın aparıcılarından biri o olduğundan hədəfin zolaqdakı "aclara" qida aparması ehtimalı çox azdır. "Qlobal Sumud"da isə qretaçıların az olmadığından bu aksiyanı qərəzli, sifarişli, siyasi mahiyyətli saymaq olar. Onların fəaliyyəti Tramp planını pozmağa, HƏMAS və ətrafına dəstəyə daha çox oxşayır...(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

25-09-2025, 09:00

KİV: İsrailin Qəzzaya zərbələri nəticəsində azı 14 nəfər həlak olub

Gündəm / Dünya

23-09-2025, 09:21

İsrailin Qəzzaya endirdiyi yeni zərbələr nəticəsində 37 nəfər həlak olub

Gündəm / Dünya

10-07-2025, 18:00

Kaya Kallas: Aİ və İsrail humanitar yüklərin Qəzzaya daxil olmasının genişləndirilməsi barədə razılığa gəlib

Dünya

6-07-2025, 12:00

KİV: İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 24 saat ərzində 78 nəfər ölüb

Gündəm / Dünya

19-05-2025, 08:36

KİV: Son gündə Qəzzaya zərbələr nəticəsində 151 nəfər həlak olub

Araşdırma
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 17:38
    Paşinyan iki qüvvəni zəiflədir – II Qareginin yaya çıxması çətinləşir - ŞƏRH
  • Dünən, 17:26
    Sahibkarlıq subyektlərinin bölgüsünə dair yeni prosedur müəyyənləşib
  • Dünən, 15:38
    Dörd milyonluq dələduzluqda ittiham olunan Nizami Alışana hökm oxunub
  • Dünən, 15:13
    2026-cı ildə Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı planlaşdırılmır
  • Dünən, 15:03
    Prezident: Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır
  • Dünən, 14:36
    Dövlət başçısı: Çar Rusiyasının dərc etdiyi xəritələrdə Sevan gölü adlı göl yoxdur
  • Dünən, 14:24
    Sabah Bakıya leysan yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 12:28
    Ərdoğan Azərbaycana gəlir
  • Dünən, 11:47
    AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, Prezident İlham Əliyev tədbirdə çıxış edib
  • Dünən, 11:31
    Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı şahid məhkəməyə məcburi gətiriləcək
  • Dünən, 11:30
    Gözlərdə Qalan Günlər
  • Dünən, 11:10
    II Qareginin qardaşı və qardaşı oğlu saxlanılıb
  • Dünən, 10:44
    Tramp: Maduronun prezident kimi sayılı günləri qalıb
  • Dünən, 10:28
    Nazirlik çağırış etdi - Təşvişə düşməyin
  • 2-11-2025, 15:00
    ABŞ narkotik ticarəti üçün istifadə edilən qayığı məhv edib
  • 2-11-2025, 13:00
    Kürdəmirdə mikroavtobus heyvan sürüsünə çırpılıb, 10 baş qoyun tələf olub
  • 2-11-2025, 12:30
    Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
  • 2-11-2025, 12:00
    Yaponiya Tayvan ilə əməkdaşlığın dərinləşməsinə ümid edir
  • 2-11-2025, 11:00
    Meksikada mağaza yanıb, dördü uşaq olmaqla azı 22 nəfər ölüb
  • 2-11-2025, 10:30
    "Telegraph": Tramp Kiyevin dəstəklənməsi xərclərini Avropaya ötürməyi planlaşdırır
  • 2-11-2025, 10:09
    Ədalətin Qürurla Gedişi
  • 2-11-2025, 10:00
    Premyer Liqa: "Turan Tovuz" "Şamaxı" ilə, "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək
  • 1-11-2025, 17:08
    Hakan Fidan İraqa səfər edəcək
  • 1-11-2025, 16:07
    Rusiya MN "QUR"un xüsusi təyinatlı qüvvələrinin məhv edildiyini açıqlayıb
  • 1-11-2025, 15:56
    Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
  • 1-11-2025, 15:38
    Bakıda Zəfər Gününə həsr olunan Motokross Çempionatı keçiriləcək
  • 1-11-2025, 14:56
    Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar
  • 1-11-2025, 14:47
    Thodex-in qurucusu Faruk Fatih Özer həbsxanada asılmış vəziyyətdə tapılıb
  • 1-11-2025, 13:18
    Rusiya "İskəndər"lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb
  • 1-11-2025, 12:54
    Bazar gününün havası açıqlanıb
  • 1-11-2025, 12:29
    Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb
  • 1-11-2025, 12:11
    Qırmızı Xaç 3 nəfərin qalıqlarını İsrailə təhvil verib
  • 1-11-2025, 11:47
    Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı
  • 1-11-2025, 11:31
    İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi
  • 1-11-2025, 09:52
    LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə