• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku - ŞƏRH

Gündəm / Dünya

8-09-2025, 16:36

Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku - ŞƏRH

 
Rusiya ilə Belarus bu il sentyabrın 12-16-da "Qərb-2025" adı altında birgə hərbi  təlimlər keçirəcək. Məlumata görə, təlimdə NATO qüvvələri ilə mümkün toqquşmalara dair tapşırıqlar yerinə yetiriləcək.

Bu tədbirin Polşa və Litva sərhədlərinə yaxın ərazilərdə reallaşacağı planlaşdırılır. Məhz buna görə, NATO ölkələri "Qərb-2025" təlimlərinə cavab verəcəklərini vəd ediblər.

Litva müdafiə nazirinin müavini Tomas Qodlyauskas bildirib ki,  NATO və Avropa İttifaqı sərhədləri yaxınlığındakı hərbi təlimləri ciddi qəbul etməlidir: "Qonşu ölkələr, həm də NATO bunlara maksimum ciddiyyətlə yanaşır. Litva və müttəfiqlərimiz hazırdır, birdir və hadisələrin inkişafını diqqətlə izləyəcəklər".

Polşanın Baş naziri Donald Tusk bir neçə gün öncə məsələyə münasibət bildirərkən  Rusiya-Belarus hərbi təlimlərinə görə Belarusa qarşı "xüsusi tədbirlər" görüləcəyini vurğulamışdı. O, "Qərb-2025" təlimlərini Polşaya hücum məşqi hesab etdiyini də vurğulayıb.

Rusiyanın müdafiə naziri Andrey Belousov Rusiya-Belarus birgə təlimlərin yalnız müdafiəyə yönəldiyini bildirib.

Bununla belə, ötən həftə, sentyabrın 1-də Polşada 30 min hərbçinin iştirakı ilə "Dəmir müdafiəçi" (Iron Defender-25) NATO manevrləri başlayıb. Bildirilib ki, Polşanın bütün ərazisindəki poliqonlarda, həmçinin hava və kiber məkanda Polşa və müttəfiq ölkələrdən olan hərbçilər yeni döyüş sistemləri, müasir hərbi texnikanın tətbiqi də daxil olmaqla müdafiə tədbirlərini məşq edirlər. Bildirilib ki, "Iron Defender" qarşılıqlı əlaqə və döyüş effektivliyinin yoxlanılması, həmçinin Polşa Ordusunun transformasiyasının nümayişidir.

Manevrlərdə ABŞ, İsveç, Norveç də daxil olmaqla Polşa və NATO-ya üzv başqa ölkələr də iştirak edir. Onlar bunu Rusiya və Belarus Silahlı qüvvələrinin keçirəcəyi birgə təlimə cavab sayırlar.

Bundan başqa, Baltik dənizində Almaniya hərbçilərinin rəhbərlik etdiyi "Quadriqa" beynəlxalq təlimləri keçirilir. Məlumata görə, təlimlərdə ABŞ, Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla NATO-nun 14 ölkəsindən 8 mindən çox şəxsi heyət iştirak edir. Bundesver komandanlığına 40 gəmi, 20 təyyarə və 1 800-dən çox texnika cəlb olunub. Əməliyyatı Almaniya komandanlığı və başqa ölkələrdən olan müttəfiq ölkələrin zabitləri müşahidə edirlər. Hərbçilər, həmçinin PUA-ları və ekipajsız qayıqları ələ keçirməyi məşq edirdilər; manevr zonasında "Eurofighter Typhoon" qırıcıları görünüb.

"Quadriqa" təlimlərinin başa çatacağı tarix açıqlanmadığından onun bir neçə həftə davam edəcəyi gözlənilir. Belə ehtimal olunur ki, bu tədbir Rusiya-Belarus birgə təlimi bitənədək davam edə bilər.

NATO-ya üzv ölkələr hərbi texnika arsenalını da gücləndirir. Çexiya Almaniyadan 1,4 milyard avro dəyərində "Leopard" tipli 44 tank alır. Berlin isə ABŞ-dən "Tomahawk" raketləri üçün mobil buraxılış qurğuları almaq istəyir.

Habelə, Rusiyanın Avropa təhlükəsizliyi üçün mümkün təhdid fonunda Almaniya da daxil olmaqla NATO-ya üzv başqa dövlətlər hərbi xərclərini artırır.

Rəsmi Berlin hərbçilərin sayını da artırmaq istiqamətində fəaliyyət göstərir. Avqustun sonunda Almaniya Nazirlər Kabineti növbəti onilliyin əvvəlinə qədər qoşunların sayını 182 mindən 260 min nəfərə çatdırmaqla ölkənin müdafiəsini gücləndirməyə yönəlmiş qanun layihəsini dəstəkləyib.

Bundan başqa, Almaniya yeni sığınacaqların tikilməsi və əhalinin xəbərdarlıq sisteminin yaradılması məqsədilə 10 milyard avro xərcləyəcək. Bu məbləğin 2029-cu ilədək ayrılacağı planlaşdırılır. Hökumət artıq fəlakətlər, böhranlar və ya hərbi əməliyyatlar zamanı müdafiə sisteminin modernləşdirilməsinə yönəlmiş planı təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyinə dəyişməsi də Vaşinqtonun özünəməxsus siqnalı sayıla bilər. Tramp nazirliyin adının Müharibə Nazirliyinə çevrilməsi qərarı ilə bağlı deyib: "Biz güclü bir ölkəyik, hər kəsin təsəvvür edə biləcəyindən daha güclüyük. ABŞ-nin ordusu və silahları ilə heç kim rəqabət apara bilməz. Məsələn, sualtı qayıqlar - biz hamıdan 20 il öndəyik, heç kim bizimlə müqayisə oluna bilməz".

Müharibə naziri Pit Heqset bildirib ki, adın dəyişdirilməsindən sonra nazirlik "məğlub olmaq üçün deyil, qalib gəlmək üçün" döyüşəcək. Tramp birinci və ikinci dünya müharibələrinin Ştatların qazandığını da vurğulayıb.

Yeri gəlmişkən, Müharibə Nazirliyi ABŞ-də 1789-cu ildən 1947-ci ilədək  mövcud olub. İkinci Dünya Müharibəsindən sonra - 1947-ci ildə prezident Harri Trumen Hərbi Dəniz və Hərbi İdarələrini, eləcə də Hərbi Hava Qüvvələrini Milli Hərbi İdarədə birləşdirib. 1949-cu ildən sonra bu qurum Müdafiə Nazirliyi adlandırılıb.

Belə ehtimal etmək olar ki, həmin vaxt hərbi qurumun adının dəyişdirilməsində NATO-nun yaradılması və ovaxtkı beynəlxalq siyasi vəziyyət də rol oynayıb.

Nazirliyin adının dəyişdirilməsi ilə bağlı indiki sənədə əsasən, ABŞ milli maraqlarını təmin etmək üçün müharibə aparmağa hazırdır.

Ukraynada təhlükəsizliyin təmin edilməsində iştirak etmək üçün 26 ölkə razılıq verib. "Könüllülər koalisiyası"nın 35 iştirakçısı var. Məlumata görə, missiya cəbhə xəttində deyil, hazırda müəyyənləşdirilən coğrafi zonalarda yerləşdiriləcək və Rusiya tərəfinə təhdid yaratmayacaq. ABŞ, Almaniya, İtaliya, Polşa və başqa ölkələr təhlükəsizlik təminatlarının təmin edilməsində iştirak etmək niyyətində olduqlarını bildirib.

Sadaladığımız bu fakt və hadisələr hansı dövlətə, yaxud bloka qarşıdır? NATO hərbi bloku sovetlərə qarşı yaranmışdı. Dünyanın bütün ölkələrində Qərblə SSRİ-nin maraqları toqquşurdu. Bu qarşıdurma bir çox hallarda müharibə ilə müşahidə olunurdu. Məsələn, Koreya, Vyetnam, Əfqanıstan, habelə Afrika ölkələrində baş verənləri nümunə göstərmək olar. Həmin hadisələr zamanı qərb bloku müdafiə qabiliyyətinə, öz ölkələrinin təhlükəsizliyinə də diqqət ayırırdı.

Qərb keçmiş sovetlərlə açıq müharibə etməsə də, bir qayda olaraq ona həmişə hazırlaşıb. Qərb Rusiyanın keçmiş müttəfiq respublikalarında yaratdığı silahlı münaqişələrə göz yumub. Moskvanın Ukraynada apardığı müharibənin uzun sürməsi onu öz təhlükəsizliyi barədə də düşünməyə vadar edib. Çünki Rusiya bu müharibədə Şimali Koreya, Çin, İran, Laos, Vyetnamın xidmətlərindən istifadə edir.

Yüzlərlə Şimali koreyalı əsgər və zabit Rusiya tərəfdən döyüşərək Ukrayna müharibəsində həlak olub. Belə bir şəraitdə Qərb bloku, müttəfiqlər bir-birinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı addım atır. Başqa sözlə, müharibə uzaqda deyil, Qərb blokunun, Avropa İttifaqının, NATO-nun qapısında, sərhədindədir. O, istənilən vaxt onların da qapısını döyə bilər.

Rusiya Ukrayna müharibəsində ətrafında elan edilməyən koalisiya yarada bilib. Onların hədəfi Qərbə qarşı bütün istiqamətlərdə müqavimət göstərməkdir. Belə bir şəraitdə qarşı tərəf hələ də "Ramştayn" klubu ilə kifayətlənir.

Ona görə də zaman və şərait ABŞ başda olmaqla onun NATO və Avropa İttifaqındakı müttəfiqlərinin ayrı-ayrılıqda, blok şəkildə bir-birini müdafiəyə hazır olmasını diktə edir. Çünki Rusiya-Ukrayna müharibəsi həm də Qərb maraqlarına qarşı müqavimətin tərkib hissəsidir.

Bu baxımdan, belə ehtimal etmək olar ki, blok həm müharibəyə hazırlaşır, həm də müxtəlif hərbi tədbirləri ilə ona qarşı olanları tutduqları mövqedən çəkindirməyə səy göstərir.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

28-07-2025, 08:47

Litva Ukraynaya “Patriot” sistemləri üçün 30 milyon avroyadək vəsait ayıracaq

Gündəm / Dünya

28-04-2025, 18:12

Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir

Gündəm / Dünya

7-06-2024, 08:55

Moskva NATO-ya CAVAB VERƏCƏK: hərbi gəmilər, bombardmançı təyyarələr...

Gündəm / Dünya

24-04-2024, 16:26

Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib

Gündəm / Dünya

21-04-2024, 16:30

Litva və Polşa birgə hərbi təlimlərə BAŞLADI

Araşdırma
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 09:28
    İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib
  • Bu gün, 09:08
    Daşaltı əməliyyatından 34 il ötür
  • Dünən, 17:00
    KİV: Ukrayna və Rusiya nümayəndələrinin danışıqlar zamanı dost kimi görünürdülər
  • Dünən, 16:00
    ABŞ-la gərginlikdən sonra Qrenlandiyada kommunal xidmət iflic olub
  • Dünən, 15:30
    Trampın köməkçiləri Netanyahu ilə söhbətin detallarını açıqlamayıb
  • Dünən, 15:00
    Konstitusiya Məhkəməsi bu halda Ali Məhkəmənin qərarına baxa bilər
  • Dünən, 14:00
    Yaponiyada şiddətli qar - 13 nəfər xəsarət aldı
  • Dünən, 13:30
    Yarımtikililərdən naqilləri oğurlayan şəxslər YAXALANDI
  • Dünən, 13:00
    Rusiya və ABŞ normal həyata qayıdır
  • Dünən, 12:00
    Sahibə Qafarova Bəhreyn Krallığında səfərdədir - FOTOLAR
  • Dünən, 11:30
    Qadınlarda bu narahatlıqlar infarkt əlamətləri ola bilər - Xəbərdarlıq
  • Dünən, 11:00
    “Turan Tovuz” “Sumqayıt”la, “Sabah” “Karvan-Yevlax”la qarşılaşacaq
  • Dünən, 10:30
    Samuxda fəhlələri daşıyan mikroavtobus aşdı - Ölən var
  • 24-01-2026, 15:22
    Deputat partiya sədri seçildi - ÖZƏL
  • 24-01-2026, 14:51
    Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq
  • 24-01-2026, 14:28
    Tramp yalnız iki liderlə görüşdü - İlham Əliyev və Zelenski
  • 24-01-2026, 14:09
    Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların ikinci günü başlayıb
  • 24-01-2026, 12:48
    Bazar gününün havası açıqlanıb
  • 24-01-2026, 12:05
    Ukrayna müharibəsində daha 2 soydaşımız həlak olub - ADLAR
  • 24-01-2026, 11:37
    Azərbaycan neftinin qiyməti 68 dolları keçib
  • 24-01-2026, 11:05
    Polis yolların buz bağlaması ehtimalı ilə bağlı xəbərdarlıq edib
  • 24-01-2026, 10:40
    Azərbaycana PUA ilə narkotik keçirmək istədilər
  • 24-01-2026, 10:03
    Tramp bu ölkəni blokadaya alır
  • 24-01-2026, 09:25
    BİZİM TƏQVİM:24 yanvarda baş vermiş tarixi hadisələr
  • 23-01-2026, 18:59
    Bolqarıstanın ilk qadın prezidenti o oldu
  • 23-01-2026, 18:44
    "Euronews" Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı video yayımlayıb
  • 23-01-2026, 18:07
    Zelenski: Əbu-Dabidə nə edəcəyimizi bilirik
  • 23-01-2026, 17:23
    Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım edib
  • 23-01-2026, 16:59
    Müttəfiqlərin qarşıdurması - Qəzzadan Qrenlandiyaya köçürülən ziddiyyət - ŞƏRH
  • 23-01-2026, 16:16
    Bakıda ev yanıb, iki nəfərin yanmış meyiti tapılıb
  • 23-01-2026, 15:43
    Azərbaycanda audiovizual media subyektlərinin sayı açıqlanıb
  • 23-01-2026, 15:15
    Ukrayna, Polşa və Litva prezidentləri Vilnüsdə danışıqlar aparacaqlar
  • 23-01-2026, 14:50
    Sahibə Qafarova: İspaniya ilə turizm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
  • 23-01-2026, 14:31
    Rəsmi Bakı: Azərbaycan İranda sabitliyə önəm verir
  • 23-01-2026, 14:02
    İlham Əliyevin Davos səfəri: Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi - ŞƏRH
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə