• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Paşinyanın Altay səfərinin pərdəarxası - Siyasi dilənçilik yoxsa Qərbə mesaj? - ŞƏRH

Gündəm / Siyasət

25-07-2025, 15:52

Paşinyanın Altay səfərinin pərdəarxası - Siyasi dilənçilik yoxsa Qərbə mesaj? - ŞƏRH


Ermənistanın xarici siyasət kursunda uğursuzluqları ölkəni getdikcə daha çox uçuruma sürükləyir. Hakimiyyətə gəldiyi ilk gündən Qərbə inteqrasiyanı xarici siyasətinin əsas prioreti edən Baş nazir Nikol Paşinyan son dövrlər çox ziddiyyətli addımlar atmaqla məşğuldur.

Uzun müddət Rusiyanın rəhbərlik etdiyi tədbirlərdə görünməkdən boyun qaçıran N.Paşinyan nədənsə Qərbin təşkil etdiyi bütün tədbirlərdə can-başla iştirak edir. Amma 9 may Qələbə Paradında Moskvada görünən Baş nazir paralel olaraq da Avropa səfərlərindən geri qalmır. Bu isə regionun geosiyasi reallıqları ilə əlaqəlidir.

Hələ də özünə tam güvənə biləcəyi müttəfiq tapa bilməyən Ermənistan hökuməti sözün əsl mənasında odla su arasında qalıb. Çünki həm Moskva, həm də Brüssel İrəvandan öz məqsədləri naminə istifadə edir. Bundan divident qazanmağa çalışan Paşinyan əslində ölkəsini daha da zəiflədir, xarici kəşfiyyat qurumlarının oylağına, ABŞ-nin laboratoriya mərkəzinə çevirir.

Bununla belə, erməni Baş nazir gözəl anlayır ki, Rusiyadan iqtisadi və enerji baxımından tam asılı vəziyyətdədir. Eyni zamanda xarici ticarəti də Avrasiya İqtisadi İttifaqından, dolayı yolla birbaşa Rusiyadan asılıdır. Təsadüfi deyil ki, Moskva ilə Kilsə və Samvel Karapetyana, konkret olaraq, Kremlin təsir rıçaqlarına görə yaranan gərginlik xarici ticarətə ciddi zərbə vurur.

Avropaya inteqrasiya yolu Aİİ-dən çıxmaqdan, yəni ölkə iqtisadiyyatının tamamilə məhvindən keçir. Aİ bazarı Ermənistan üçün bağlıdır. Standartlar, rəqabət bu bazara girişi mümkünsüz edir. Logistika sahəsində də Aİ ilə ortaq nöqtə yoxdur. Ermənistanın yolları Gürcüstandan və Aİİ ölkələrindən keçir. Bu sahədə Avropaya yeganə qapı Zəngəzur dəhlizindən keçir.

Elə Baş nazirin Altayda keçirilən Beynəlxalq Ətraf Mühit Konfransında iştirakına da yuxarıda sadalanan faktorlar prizmasından yanaşmaq lazımdır. Bu günə qədər bundan da daha nüfuzlu tədbirlərdə iştirakdan imtina edən Nikol nədənsə Altaya səfər etməyi düşünüb. Çünki bu səfər ilk növbədə seçki ərəfəsində Qərblə yaxınlaşmanın yaratdığı riskləri balanslaşdırmağa xidmət edir. Belə ki, Kilsə və Karapetyana qarşı addımlar artıq Moskvanın qəzəbinə səbəb olub. ABŞ və Avropa İttifaqı ilə əlaqələrin daha da dərinləşməsi Kremlin səbr kasasını daşıra, daha sərt addımlar atmağa vadar edə bilər.

Eyni zamanda Paşinyan Moskvanın Zəngəzur dəhlizi və seçkilərlə bağlı nəbzini yoxlamaq niyyətindədir. Baş nazirin bu səfərdən əvvəl Eçmiədzinə hücuma hazırlaşdığı, Katalikos seçimləri barədə açıqlamaları da təsadüfi deyil. Nikol səfər zamanı açıqlamalarına mümkün reaksiyaları alacaq və əgər Moskvadan gələn təhlükə o qədər də ciddi deyilsə, geri qayıdan kimi konkret addımlar atacaq. Amma Nikolun duz-çörəklə qarşılanmasını da nəzərdən qaçırmamaq lazımdır. Çünki protokol dilində, yəni rus protokoluna əsasən, duz-çörəklə qarşılanma hörmətli, amma şərtli qəbul ifadəsini daşıyır. Eyni zamanda belə qarşılanma gərginliyi müvəqqəti yumşaltma mənasına gəlsə də, bəzən ən sərt təzyiqlər də məhz belə qarşılanmalardan sonra ortaya çıxır.

Rusiya Baş naziri Mixail Mişustinlə görüş keçirən, ticari-iqtisadi əməkdaşlığı, Ermənistanda Rusiya investisiyasını müzakirə edən Paşinyan çox güman ki, rusiyalı həmkarı vasitəsilə Putinə də müəyyən xahişlərini çatdırıb, onunla hətta görüş də tələb edib. Mişustin görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin azalmasından, Aİ-yə uyğunlaşdırılan normativ-hüquq sahəsində dəyişikliklərdən narazılıq dilə gətirilib.

Çünki bu dəyişikliklər Aİİ standartları ilə ziddiyyət təşkil edir. Əslində bu, Mişustinin sərt xəbərdarlığı kimi qəbul edilməlidir. Çünki dəfələrlə Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Avropa inteqrasiyası Ermənistanın Aİİ-dən çıxması deməkdir. Bu isə erməni iqtisadiyyatının məhvi mənasına gəlir.

Bununla yanaşı, Paşinyanın Rusiyaya səfərini heç olmasa qısa perspektivdə iqtisadi dəstək dilənçiliyi kimi xarakterizə də etmək olar. İrəvan investisiyalar, layihələr və ya heç olmasa ticarətin əvvəlki səviyyəsinin bərpası şəklində imtiyazlar axtarır və bunu xahiş edir. Ermənistanın tamamilə Qərbə istiqamətlənməsi indi mümkün deyil və iqtisadi çöküş təhlükəsi yaradır. Beləliklə, İrəvan əvvəlki kursuna sadiq qalır: Rusiyanın hesabına özünü dolandırmaq, lakin Aİ və ABŞ ilə strateji yaxınlaşmaya doğru irəliləmək. Bu da əslində yaxşı heç nə vəd etməsə də gecə-gündüz xalqa Avropaya inteqrasiya nağılları danışmaq. Seçki ərəfəsində bu, hava və su kimi vacibdir. Çünki Ermənistan əhalisinin 50 faizdən çoxu bu inteqrasiyanı dəstəkləyir. Belə bir plan da seçkidə səslərə təsir edə bilər.

Bununla belə, Mişustinlə görüşdə səsləndirilən açıqlamalara və sonradan Rusiya və erməni KİV-də yayılan xəbərlərdən anlaşılır ki, ticarət, elm və mədəniyyət sahəsində əməkdaşlıq söz yığınından ibarətdir. Hər iki tərəfin rəsmi məlumatına görə, müştərək layihələr üçün şəraitin yaradılması barədə xəbərlər dolaşsa da, əslində bu, “razılaşma barədə razılaşdıq” görüşündən başqa bir şey deyil. Paşinyan əslində hər şeyin nəzarət altında olduğunu, Rusiyanın ondan incimədiyini göstərməli idi. Bu, Qərbə mesajdır. Çünki İrəvan Aİ-yə sübut etməlidir ki, Rusiya ilə münasibətləri normaldır, ticarət var, gəlir var. Əksini istəyirsənsə, əlini cibinə sal, bir neçə yüz milyon yox, bir neçə milyard avrondan keç. Mişustin isə regionda Moskvanın yenə də söz sahibi olduğunu göstərmək istədi, amma əslində reallığın başqa olduğunu bu gün hər kəs bilir.

Maraqlıdır ki, görüş ümumi söhbət şəraitində keçib və konkret heç bir layihə müzakirə edilməyib. Heç bir real addım atılmayıb, tarixi və öhdəlikləri olan konkret bir layihədən söhbət getməyib.

Şübhəsiz ki, Qərb dairələri də bu səfəri və görüşü diqqətlə izləyir. Seçki ərəfəsində Rusiyanın siyasi təsir rıçaqlarını zəiflədib erməni cəmiyyətində anti-Rusiya xəttinin gücləndirilməsinə milyonlarla pul xərcləndiyi bir dövrdə Paşinyanın bu gedişi təbii ki, bir sıra suallar yaradıb. Çünki İrəvan və Moskvanın yaxınlaşması Qərbin yardımlarının dayanması deməkdir. Ehtimal etmək olar ki, Brüssel hələlik bu səfəri balans qurmaq cəhdi kimi qəbul edəcək. Əks halda Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyan elə bu dəfə də Qərbin diktəsi ilə kreslosu ilə vidalaşa bilər.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Dünya

6-05-2025, 10:32

Paşinyanın vəziyyəti mürəkkəbləşib: Moskvaya getsin, getməsin?

Gündəm / Dünya

14-03-2025, 18:43

Paşinyan Moskvada qələbə paradında iştirak edəcək

Gündəm / Dünya

15-01-2025, 12:57

Paşinyan: Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik

Gündəm / Cəmiyyət

29-04-2024, 17:07

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV

Siyasət

3-04-2024, 21:44

Paşinyanla Brüsseldə “iqtisadi gündəm”in hərbi hədəfi

Araşdırma
62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar
Laricani: İran ABŞ-dən fərqli olaraq uzunmüddətli müharibəyə hazırdır
Zelenski Trampa Ukraynaya 30-50 illik təhlükəsizlik zəmanətləri verməyi təklif edib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Hərbi
29-03-2026, 10:48
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Dünən, 19:54
    Azadlığın, dirçəlişin və Böyük Qayıdışın simvolu - Laçın şəhəri
  • Dünən, 19:08
    "Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb
  • Dünən, 18:28
    İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb
  • Dünən, 17:52
    Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır
  • Dünən, 17:19
    Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 17:00
    Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
  • Dünən, 16:38
    Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
  • Dünən, 16:05
    Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:41
    Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
  • Dünən, 15:04
    Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
  • Dünən, 14:25
    Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı
  • Dünən, 13:46
    Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək
  • Dünən, 13:19
    Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq
  • Dünən, 12:37
    “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
  • Dünən, 11:49
    İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
  • Dünən, 10:55
    Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib
  • Dünən, 10:12
    Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir
  • Dünən, 09:34
    Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
  • 24-08-2026, 19:31
    Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
  • 24-08-2026, 18:44
    Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
  • 24-08-2026, 18:04
    Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
  • 24-08-2026, 16:53
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB
  • 24-08-2026, 16:05
    Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
  • 24-08-2026, 15:10
    Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
  • 24-08-2026, 14:11
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
  • 24-08-2026, 13:40
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • 24-08-2026, 12:30
    Sabunçu Tibb Mərkəzinin işgüzar kollektivinə təşəkkür edirik!
  • 24-08-2026, 12:28
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • 24-08-2026, 11:55
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • 24-08-2026, 11:15
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • 24-08-2026, 10:28
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • 24-08-2026, 09:45
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • 24-08-2026, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • 23-08-2026, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • 23-08-2026, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə