AFFA prezidenti Rövşən Nəcəf UEFA rəhbəri Aleksander Çeferinlə görüşüb.
"Report" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən əvvəl baş tutub.
Görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə ediblər.