• Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sizin reklam burada
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Hərbi
  • Müsahibə
  • Mədəniyyət
  • Araşdırma
  • Səhiyyə
  • Diaspor
  • İdman
  • Digər
    • Dünya
    • Qarabağ
    • Bölgə
    • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
  • Video

Azərbaycanın Yaxın Şərq siyasəti – uğurlu diplomatiyanın nəticəsi - ŞƏRH

Gündəm / Siyasət

1-05-2025, 15:49

Azərbaycanın Yaxın Şərq siyasəti – uğurlu diplomatiyanın nəticəsi - ŞƏRH


Yaxın Şərq mədəniyyətlərin, dinlərin, ilk dövlətin və s. mərkəzidir. Bu üstünlükləri ilə yanaşı dünyanın təbii sərvətləri ilə ən zəngin bölgəsidir. Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi regiondur.

Bu bölgədə türklər, ərəblər, farslar, yəhudilərlə yanaşı çoxlu etnosun nümayəndələri yaşayır. Yaxın Şərqin əhalisinin 400 milyona yaxını müsəlman, 20 milyonu xristian, 7 milyonu yəhudi, bir milyonu druzlar, o sayda yezidi və s. əhali yaşayır. Bölgəyə bu dövlətlər daxildir: Suriya, Türkiyə, Yəmən, İraq, İran, İsrail, Kipr (yunan və türk hissələri birlikdə), Misir, Oman, Səudiyyə Ərəbistanı, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, İordaniya, Küveyt, Qətər, Livan, Bəhreyn.

O ölkələrdən fərqli olaraq Azərbaycan həm də Cənubi Qafqaz ölkəsidir. Yaxın Şərq mürəkkəb siyasi, mədəni, sosial, geosiyasi vəziyyəti ilə də seçilir. Burada fərqli idarəetmə formaları mövcuddur. Azərbaycandan başqa heç bir dövlət keçmiş SSRİ-nin tərkibində olmayıb.

Bu kimi xüsusiyyətlərinə görə Yaxın Şərq Azərbaycan üçün mürəkkəb və əlverişli bölgədir. Regiondakı belə rəngarənglikdə bütün dövlətlərlə əlaqə qurmaq, münasibətləri qorumaq, inkişaf etdirmək, uğur qazanmaq elə də sadə deyil.

Bu günlərdə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

İclasın yekununda aşağıdakı istiqamətlər üzrə anlaşma memorandumları imzalanıb: Dənizçilərin sertifikatlarının qarşılıqlı tanınması; - Bitki mühafizəsi və karantin sahəsində əməkdaşlıq; - Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq. Məlumata görə, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 98 min 113 nəfər təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 20 faizdən çox artım deməkdir.

Səudiyyə Ərəbistanının “Aqua Power” şirkəti “Total” və “British Petroleum”la əməkdaşlıq edərək, Azərbaycanda 230 meqavat elektrik enerjisi istehsal gücünə malik külək elektrik stansiyasının yaradılmasına 290 milyon dollar sərmayə qoyub. Birləşmiş Ərəb Əmirliyin “Masdar” şirkəti də 262 milyon dollar sərmayə ilə 230 meqavatlıq günəş elektrik stansiyası qurmağı planlaşdırır.

Bundan əlavə, Abu Dabi Milli Neft Şirkəti Xəzər dənizindəki Abşeron qaz yatağı səhmlərinin 30 faizini alaraq, rəsmi Bakının strateji-iqtisadi tərəfdaşlarından biri olub. Bu layihə beş illik perspektivdə hər il altı milyard kubmetr “mavi yanacağı” Avropa bazarlarına çıxaracaq.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin Mərkəzi Asiya və Azərbaycana investisiyalarının həcmi 20 milyard dollara çatıb.

Aprelin 30-da Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üzrə Yol Xəritəsi qəbul edilib. Məlumata görə, iki ölkə arasında ikitərəfli münasibətlərin bütün səviyyələrdə gücləndirilməsi və möhkəmləndirilməsi nəzərdə tutulub. Azərbaycan və Küveyt tərəfi iki dost ölkə arasında əlaqələrin uzunmüddətli inkişafını, qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə enerji, ticarət, investisiya, infrastruktur, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təhsil, səhiyyə, turizm, media və idman sahələrində əməkdaşlığın gücləndirilməsi üçün ortaq baxışların mövcudluğunu, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımların atılmasının və işlərin koordinasiyasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan Körfəz Əməkdaşlıq Şurasının cari sessiyasına sədrlik edən Küveytin səylərini yüksək qiymətləndirib. Tərəflər sözügedən məsələlər çərçivəsində əməkdaşlığı və 2024-2028-ci illər üzrə Körfəz Əməkdaşlıq Şurası - Azərbaycan birgə iş planını həyata keçirmək niyyəti ilə çıxış ediblər.

Qətər Azərbaycanın işğaldan azad etdiyi Qarabağ və ətraf rayonlarında yenidənqurma işlərinə dəstək verməyə hazır olduğunu bildirir.

2023-cü ildə Azərbaycanla BƏƏ arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarət dövriyyəsinin ümumi həcmi bir milyard 641 milyon dollar təşkil edib.

Ölkələrin dövlətin liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə də imkan verir.

Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarından biri də İsraildir. 2024-cü ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 760,2 milyon dollar təşkil edib.

Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçidir.

Rəsmi Bakının təzadlar və ziddiyyətlərlə dolu Yaxın Şərqdə doğru qərarlar qəbul etməsi bölgəni Azərbaycana daha yaxın edir. Çünki bu bölgə onun üçün yeni deyil. Azərbaycanı Yaxın Şərqlə birləşdirən çoxəsrlik dini, mədəni, siyasi, tarixi, iqtisadi və başqa əlaqələr birləşdirir.

Bölgə ilə əməkdaşlığı, əlaqələri və münasibətlər saxlamaqla onunla bu istiqamətlərdə yaxınlığı da bərpa etmiş olur.

Torpaqları işğal altında olan dövrdə Azərbaycan Türkiyənin, ərəb dövlətlərinin, İsrailin siyasi-mənəvi dəstəyini daim hiss edib. Türkiyə kimi Səudiyyə Ərəbistanı və İsrail isə Ermənistanla heç bir əlaqə saxlamamaqla Azərbaycanla əməkdaşlığın təəssübünü də çəkdiklərini isbatlayıblar.

44 günlük Vətən müharibəsində isə Yaxın Şərq ölkələri də dostluq, qardaşlıq, əməkdaşlıq kimi məsələlərdə sınaqdan keçməli olub. Tarixin bu sınağından çıxa bilməyib, regional vəziyyəti doğru dəyərləndirməyənlər, öz hikkəsini əsirinə çevrilənlər də oldu.

Bütün bunlar tarixdə qalsa da, bir reallıq idi. Azərbaycan o dövlətlər münasibətdə belə böyüklük göstərərək qlobal və regional məsələlərdə orta mövqelər sərgiləyir.

HƏMAS-la İsrail arasında 2023-cü il oktyabrın 7-də başlamış müharibədə rəsmi Bakı problemlərin danışıqlar yolu ilə həlli tərəfdarı olduğunu bəyan etməklə sülhsevərliyini bildirmişdi. Azərbaycan Fələstini dövlət olaraq tanıyır. İsraillə münasibətlərin “iki millət, iki dövlət” prinsipi ilə həlli tərəfdarı kimi çıxış edir.

İsraildə ölkənin səfirliyi, Fələstində isə təmsilçiliyi fəaliyyət göstərir. Hər ikisinin Bakıda səfirliyi var.

Yaxud İsraillə ziddiyyətdə olan İranla da Azərbaycan Respublikasının münasibəti əməkdaşlıq, qarşılıqlı anlaşma şəraitində davam edir. Aprelin 28-də İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri də bunu təsdiqləyir. Rəsmi Tehran bununla həm də ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu nümayiş etdirir.

Ötən illərdə İsraillə əlaqələrinə, əməkdaşlığına görə, İran hakimiyyəti Azərbaycana təzyiqlər etmiş, yersiz iddialar irəli sürmüşdü. Rəsmi Bakı bu təzyiqlərə müqavimət göstərərək, yəhudi dövləti ilə əlaqələri nəinki kəsmiş, əksinə daha da inkişaf etdirmişdi.

2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfərində bildirmişdi: “İsrail ilə Azərbaycan arasında mükəmməl münasibətlər və isti dostluqlar mövcuddur”. O, səfər zamanı Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycan şəhidlərinə ehtiramını bildirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuata verdiyi açıqlamalar da iki ölkənin ikitərəfli əməkdaşlığından məmnun olduğunu göstəricisi sayılırdı.

İsrail Qüdsün qərbində baş verən genişmiqyaslı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən beynəlxalq yardım istəyib.

2025-ci il yanvarın 31-də SOCAR bildirib ki, “Union Energy” şirkəti ilə Aralıq dənizində ən böyük offşor qaz yataqlarından biri olan "Tamar" layihəsində 10 faiz payın alınması üçün müqavilə imzalayıb. İsrail sahillərində yerləşən bu yataq regionun əsas təbii qaz təchizatçısıdır. O, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. "Tamar" layihəsinin operatoru ABŞ-nin “Chevron” şirkətidir.

Bu, Azərbaycanla İsrail arasında energetika sahəsində əməkdaşlığa dair nümunələrdəndir.

Ötən gün Qüdsün qərbində meşə yanğınlar olub və küləyin təsiri ilə sürətlə yayılıb. İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycanda daxil olmaqla bir sıra ölkələrdən o cümlədən Argentina, Böyük Britaniya, İspaniya, İtaliya, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveç və başqa ölkələrdən olan həmkarları ilə əlaqə saxlayaraq havadan yanğınsöndürmə dəstəyi üçün müraciət edib.

Azərbaycan üçün Yaxın Şərqdə ən yaxın dövlətin Türkiyə olduğu kimsə də şübhə yaratmır. Bu qardaş ölkə ilə İsrail arasında münasibətlərdə anlaşılmazlıqlar yarananda rəsmi Bakı bu neqativ münasibətin aradan qalxmasına çalışıb, nail olub. Elə son zamanlar Suriyadakı vəziyyətlə bağlı Türkiyə və İsrail nümayəndələrinin bakıdakı görüşünü xatırlamaq yerinə düşər.

Mayın 7-11-də Benyamin Netanyahunun Azərbaycana səfəri gözlənilir. Ondan sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri planlaşdırılıb.

Məsud Pezeşkiandan sonra Benyamin Netanyahu və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Yaxın Şərq üzrə siyasətinin uğurlu nəticəsi sayılır.

Suriya və İraqla bağlı məsələlərdə də Azərbaycan optimal mövqe tutub. O, Bəşşar Əsəd rejimini müdafiə etməyərək rəsmi Ankara ilə birlikdə fəaliyyət göstərib. Bu il aprelin 11-də Türkiyənin Antalya şəhərində Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü rəsmi Bakının mövqeyini düzgün olduğunun nəticəsi sayıla bilər. Dövlət başçısı deyib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.

Dövlət başçısı sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etmişdi. Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini vurğulamışdı.

İlham Əliyev Əhməd Əl Şaraanı ölkəsinə səfərə dəvət edib.

İraqın mərkəzi hakimiyyəti, ölkənin şimalındakı yerli idarəetmə orqanının başçılarının Bakıya səfəri də Azərbaycanın Türkiyə ilə birgə yürütdüyü siyasətin müsbət göstəricisi sayılır.

Son aylarda Qəzza zolağında, Livanda, Suriyada baş verənlər, Habelə İranın nüvə proqramı üzə ABŞ və İslam Respublikasının rəsmi nümayəndələri arasında keçirilmiş birbaşa olmayan üç, keçiriləcək dördüncü görüş Azərbaycanın doğru mövqe tutduğunu təsdiqləyib.

İki fərqli bölgədə yerləşən və təmsil olunan Azərbaycanın bu münasibətləri Türk Dövlətləri Təşkilatının Yaxın Şərqlə əlaqələrinə də töhfə verər. Odur ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhlizlə Şərq-Qərb arasında bağlayıcı olduğu kimi, Mərkəzi Asiya - Yaxın Şərq üçün də körpü, birləşdirici ola bilər. Yaxın Şərq yuxarıda sadaladığımız özəlliklərinə görə incə, zərif, zərgər dəqiqliyi ilə davranmaq tələb edir. Bunu nəzərə alanlar uğur qazanar.(Report)

Paylaş:
Whatsapp
Bizə yazın!
Keçid et
Digər xəbərlər

Gündəm / Cəmiyyət

31-03-2025, 14:11

Paşinyan bu müsəlman dövlətlərinin başçılarını təbrik etdi - SİYAHI

Gündəm / Dünya

30-11-2024, 15:39

Hakan Fidan: Yaxın Şərqin militarizasiyası nüvə müharibəsi təhlükəsi yaradır

Gündəm / Dünya

7-08-2024, 09:53

İordaniya, Qətər və Səudiyyə Ərəbistanı Qəzzaya sülhməramlılar göndərməkdən imtina edib

Gündəm / Dünya

20-06-2024, 14:25

Həcdə ölən zəvvarların sayı 1000 nəfəri ÖTÜB

Gündəm / Dünya

8-06-2024, 12:00

ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə səfəri başlayır

Araşdırma
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
Bakıda Məmməd Rahim küçəsində təmir işlərinə başlanılıb
Keçmiş deputat HƏBS EDİLDİ
Kəskin hava şəraiti ilə bağlı çağırış edildi
Hərbi
8-04-2024, 20:47
İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək
31-03-2024, 11:02
Ermənistan sərhədə qoşun yığır - MN
31-03-2024, 08:57
Müdafiə naziri göstəriş verdi
Son xəbərlər
  • Bu gün, 15:40
    Əziz Bibimin Xatirəsinə
  • Bu gün, 15:23
    Türkiyə deputatları Öcalanla görüşə getdilər
  • Bu gün, 15:11
    Azərbaycan Türkiyəni təbrik etdi
  • Bu gün, 14:03
    Minimum əməkhaqqıdan vergi tutulmamalıdır! - EKSPERT
  • Bu gün, 13:52
    Səadətə Aparan Yolun Başlanğıcı
  • Bu gün, 13:44
    Fərid Əhmədov Ər-Riyadda ikinci Beynəlxalq Ədliyyə Konfransında iştirak edib
  • Bu gün, 13:09
    Naxçıvanda məktəbli qızın ərə verilməsinin qarşısı alındı
  • Bu gün, 12:17
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Türk dünyası vahid olmalıdır
  • Bu gün, 11:56
    İlham Əliyev: Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır
  • Bu gün, 09:00
    "Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır
  • 22-11-2025, 10:37
    Leyla və Alena Əliyevalar Lənkəranda klinikada - Fotolar
  • 22-11-2025, 10:36
    Yanğın anından video paylaşdı - Bu restoranı ittiham etdi
  • 22-11-2025, 10:34
    Dünənki dəhşətli yanğında komendant da ölüb
  • 22-11-2025, 10:31
    Yasamaldakı yanğında, üç nəfər ölüb - YENİLƏNİB
  • 21-11-2025, 09:00
    ABŞ-ın Ukraynanı Rusiyaya təhvil verəcək gizli planı: Ağ Evdən Kiyevə “sülh istəyirsənsə, rusca danış” mesajı göndərildi
  • 20-11-2025, 16:00
    İrəvan və Moskva arasında yeni gərginlik - Paşinyanın o tələbi...
  • 20-11-2025, 15:30
    Türkiyə-Ermənistan sərhədləri nə vaxt açılacaq?
  • 20-11-2025, 14:22
    Avropa İttifaqı Rusiyanın kölgə donanmasına qarşı yeni sanksiya hazırlayır
  • 20-11-2025, 14:20
    Prezident 5 il ərzində 569 dəfə Qarabağa səfər edib
  • 20-11-2025, 14:14
    Avtomobil nömrələrində defis işarəsi ləğv edildi
  • 20-11-2025, 14:06
    Bütün pensiyalar sabah ödəniləcək
  • 19-11-2025, 16:00
    ABŞ və Rusiya gizli anlaşmaya yaxınlaşır: Ukrayna müharibəsini bitirəcək plan MASADADIR
  • 19-11-2025, 15:30
    Nüvə gərginliyi artır: Qərb bloku İrana qarşı yeni sənəd hazırladı
  • 19-11-2025, 14:22
    Nərə balıqları satanlar SAXLANILDI
  • 19-11-2025, 13:38
    “Bu, Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir” - Yenilənib
  • 19-11-2025, 12:12
    2026-cı il büdcəsi Azərbaycanın qarşısında duran hədəflərə nail olmağa imkan verir - Spiker
  • 19-11-2025, 11:49
    Azərbaycanda 1 həftə iş olmayacaq
  • 19-11-2025, 09:38
    Gələn il pensiyalar nə qədər artırıla bilər?
  • 19-11-2025, 09:15
    Ronaldo Ağ Evdə - Foto
  • 19-11-2025, 09:02
    Korrupsiya qalmaqalı Zelenskinin istefasına səbəb ola bilər - KİV
  • 18-11-2025, 11:53
    Prezident onları təbrik etdi - Yenilənib
  • 18-11-2025, 10:52
    Türkiyə İspaniyaya qarşı - 7 top fərqi ilə qalib gəlməlidir
  • 18-11-2025, 09:11
    Azərbaycan - Mərkəzi Asiya: "5+1" formatından vahid "altılığ"a doğru
  • 18-11-2025, 09:00
    NATO Rusiya ilə savaşın vaxtını daha önə çəkdi: ABŞ Rusiya ilə yanaşı, onun müttəfiqlərini də “vuracaq”
  • 17-11-2025, 16:00
    İsveçrəlilər Trampı qızıla tutdular və ...tarif endirimləri əldə etdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Redaksiya siyasəti
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Mövsümağa Abasov
  • Tel: (+99455) 297 52 52
  • E-mail: 44gunsavash.az@gmail.com
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Qarabağ
  • Bölgə
  • Hərbi
  • Müsahibə
  • Araşdırma
  • Dünya
  • İdman
Müəllif hüquqları qorunur! 44Gunsavash.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə